Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
...- О, трижды романтический мастер, неужто вы не хотите днем гулять со своею подругой под вишнями, которые начинают зацветать, а вечером слушать музыку Шуберта? Неужели ж вам не будет приятно писать при свечах гусиным пером? Неужели вы не хотите, подобно Фаусту, сидеть над ретортой в надежде, что вам удастся вылепить нового гомункула? Туда, туда. Там ждет уже вас дом и старый слуга, свечи уже горят, а скоро они потухнут, потому что вы немедленно встретите рассвет. По этой дороге, мастер, по этой...
***
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Абсолютно не важно, прав ты или не прав. Важно лишь то, сколько денег ты зарабатываешь, когда прав, и сколько денег ты теряешь, когда ошибаешься".
Джордж Сорос
***
Воображение важнее, чем знание.
Альберт Эйнштейн
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
rüşvət abş mentalitet ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ qafqaz arxetip savaş medvedyev deqradasiya
Sayqaç
İndi blogda: 6
Keçən ayın hiti: 10168
Dünənki hit: 275
Bugünki hit: 351
Ümumi hit: 59885
Müxtəlif
“Avatar”ın siyasi kodu
Belə soyuqlarda mütləq insanın içini isidən nəsnələrdən danışmaq lazımdır.
Mənim üçün son günlərin belə mövzusu “Avatar” filmi oldu. Hər şey bir tərəfə, əgər bir film nə az-nə çox, dünya kinosunda inqilab sayılırsa, “Oskar”a əsas namizədlərdən biridirsə, ondan necə danışmamaq olar? Düzdür, filmi görənlərin bir qismi onu “axmaqlıq”, bəyənənləri də “səfeh” alandırır. Mən onları qınamıram - əgər iki saat yarımlıq bir filmin ən azı saat yarımı sırf kompüterdə çəkilibsə, baş rolu “oynayan” iki “aktyor”dan biri sırf virtual personajdırsa, buna necə yanaşmaqla bağlı ortaya çoxlu suallar çıxır. Onlardan biri də ümumiyyətlə, “kino nədir” sualıdır. “Avatar”dan sonra yəqin, kinoşünaslar bu sualın üzərində başlarını yeni reallıqlara vuraraq, sındırmalı olacaqlar.
Yazar: Vüsal Məmmədov @ Fevral 8, 2010 20:30 | "analiz" | Şərhlər(1)
Baxış sayı: 13
Açar sözlər:
Boşluğa məhkum pyedstal
Son həftələrdə ölkədə gənc (və o qədər də yox), yazmağı bacaran (və o qədər də yox), amma bütün hallarda, «yazar» adlanmağa iddialı şəxslərin arasında gedən mübahisələr məni, açğı, xeyli sevindirir. Hətta istərdim ki, bu dartışmalar daha da qızışsın, gərginləşin, böyüsün... Nəhayət ki, bu ölkədə hansısa müğənninin kiminsə üstünə nəsə müğüldəməsi, hansısa pullu harının nəsə qələt eləməsi, hansısa azərbaycanlı zənginin hansısa sənƏT(tökən)çi ilə veriş münasibətləri yox, KİTAB üzərində mübahisələr gedir.
Düzdür, bir qədər diqqətlə baxanda adama elə də gələ bilər ki, söz çəpləşmələri ədəbiyyat yox, Milli Kitab Mükafatını qazanmaq – yəni, önündə-sonunda pulun başındadır. Amma yenə də, qoy olsun: ilk dəfədir ki, tutalım, klip çəkməklə yox, kitab yazmaqla “qabağa düşmək” istəyənlər peyda olubsa belə, bu da əladır! Və təkcə buna görə şəxsən mən Nigar Köçərliyə o qədər minnətdaram ki, hətta “Ali və Nino” mağazalarındakı kitabların qiymətlərinə görə onu bağışlamağa da hazıram.
Yazar: Vüsal Məmmədov @ Fevral 1, 2010 22:12 | "bu da belə..." | Şərhlər(1)
Baxış sayı: 25
Açar sözlər:
İran qapaq altında
Kəşfiyyatçıların missiyası hərbçilərə keçəcəkmi?...
Ötən həftə İranın nüvə fizikası üzrə aparıcı mütəxəssislərindən biri olan doktor
Məsud Əli Məhəmmədi səhər evindən çıxarkən partladıldı. Bundan cəmi bir gün öncə Amerika Mərkəzi Komandanlığının başçısı Devid Petreus bildirmişdi ki, “Əgər ehtiyac yaranarsa, İranın nüvə proqramına qarşı hərəkət planlarımızı işə salacağıq”. Deməli, 1) Ehtiyac yaranıb, 2) Amerikanın İranın nüvə fəaliyyətini dayandırmaq üçün kompleks variantları var, 3) Əgər belə “nöqtəvi zərbələrlə” İranın nüvə proqramını durdurmaq mümkün olmasa, AB, daha irimiqyaslı addımlara start verə bilər. Dr. Məhəmmədi
Yazar: Vüsal Məmmədov @ Yanvar 18, 2010 21:59 | "analiz" | Şərhlər(2)
Baxış sayı: 56
Açar sözlər:
Kolbasa ictimai münasibətlərin indikatoru kimi
Bəzən mahiyyəti ilk baxışdan o qədər də böyük görüməyən nəsnələr çox nəhəng mətləblərdən xəbər verən ideal indikator kimi çıxış edə bilirlər. Həmin nəsnələrdən biri də kolbasadır. Bəndəniz son 3-4 ay ərzində camaatın kolbasaya münasibətdə tutuduğu ictimai mövqeləri, dediyi fikirləri toplayaraq, onun əsasında toplumun portretini cızmağa çalışıb. Nəticələr çox maraqlıdır.
Yazar: Vüsal Məmmədov @ İyun 22, 2009 18:40 | "bu da belə..." | Şərhlər(10)
Baxış sayı: 559
Açar sözlər:
Nədir, ayə, yenə üsyanları iranlıların?
Iranda seçkidən sonra yaşananlar əgər faciəvi olmasaydı, çox maraqlı
olardı. Hərçənd, suallar onsuz da kifayət qədərdir: Ölkəni bürüyən etirazların arxasında nə dayanır? Onların təşkilatçısı və yönəldəni kimlərdir? Bəllidir ki, bu ölkədə real çoxpartiyalı sistemdən danışmaq düzgün deyil. Yəni formal olaraq partiyalar var, amma ideologiyaları arasında heç bir fərq yoxdur. Xaricdəki qüvvələrin ölkədaxili proseslərə təsir göstərməsindən danışmaq da doğru çıxmır – bunun üçün lazım olan siyasi strukturlar, ictimai təşkilatlar, QHT-lər orada mövcud deyil.
Kütlənin özü-özünə ayağa qalxıb etiraz aksiyaları keçirməsi də mümkün və inandırıcı görünmür. Kütləyə mütləq kənardan impuls verilməli, lider tapılmalıdır. Həmin lider heç bir halda Musəvi ola bilməz – o, teokratiyanın öz filtrindən keçirərək, seçkiyə buraxdığı şəxsdir.
Yazar: Vüsal Məmmədov @ İyun 18, 2009 17:54 | "analiz" | Şərhlər(0)
Baxış sayı: 259
Açar sözlər:
Milli konspirologiyanın özəllikləri
Aman Tanrım, Azərbaycanda nə qədər konspiroloq varmış!.. Son vaxtlarda eşitdiyim cürbəcür “qəsd nəzəriyyələri”ndən başım şişmiş durumda. İlk sırada masonlar gəlir. Universitetdəki tələbələrdən tutmuş, tanış dülgərə qədər hamı masonlardan danışır. Aznet-də bu haqda yazılar göbələk kimi artır. Son günlərdə mənə çatan “şok bilgilər”ə görə, Atatürkdən tutmuş, müasir dünyanı idarə edən liderlərə qədər kim varsa, hamısı masondur; Fransa Burjua İnqilabından 11 sentyabr hadisəsinə qədər hər şeyi masonlar törədib; dünyada nə baş verirsə, hamısı masonların marağına xidmət edir; hətta istisna deyil ki, mənim bu yazını yazmağım və sizin indi onu oxumağınız da masonların istəyilə baş tutub. Ona görə, əgər Siz də “mason qəsdi”nə inananlardansınızsa, davamını oxumayın.
Yazar: Vüsal Məmmədov @ May 26, 2009 14:18 | "analiz", "bu da belə..." | Şərhlər(10)
Baxış sayı: 392
Açar sözlər:
...Xeyli xub, amma…
Deməli, rəsmi Tehran İsrail prezidenti Şimon Peresin Bakıya səfərini düzgün
saymır. Bunu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həsən Firuzabadi bəyan edib. Xeyli xub, amma ortaya bir sürü sual çıxır. Əvvəla, niyə düzgün deyil? İran İsraili özünə düşmən sayır, ona görəmi? Niyə düşmən sayması isə ayrı suladır, həm də elə sualdır ki, o barədə saatlarla danışmaq, amma yenə də heç nə başa düşməmək olar. Bütün hallarda, İsrailin İranın torpağını işğal altında saxlamadığı faktdır. O halda, bəs İranın Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistanla əlaqələri nə dərəcədə düzgündür?
Yazar: Vüsal Məmmədov @ May 22, 2009 21:15 | "analiz" | Şərhlər(3)
Baxış sayı: 311
Açar sözlər:
…De gəlsin, hər nəyin vardır!..
Keçən il Olimpiya çempionu Yevgeni Plyuşenko “Eurovision” səhnəsinə çıxanda Rusiyanın musiqi şərhçilərindən biri ironiya ilə belə yazmışdı: “Bir halda ki, bu yolu tutmuşuq, gəlin, nə mümkündürsə, hamısını səhnəyə çıxaraq. Anna Netrebkodan tutmuş, “Topol-M” raket kompleksinə qədər…” Siz zarafatınızda olun, amma rusların etdiyi buna doğrudan da çox yaxın idi. Onların bu gün dünyaya göstəilə biləcək nələri vardısa, demək olar, hamısı “Eurovision” çərçivəsinə soxuşdurulmuşdu.
Dünya gözəli Kseniya Suxinovaları varmı? Var! Ver gəlsin – bütün ölkələrin siması o idi.
“Zenit” futbol komandası neft pullarının hesabına son illərdə xata olub, bir az uğur qazanıbmı? Qazanıb! Bas getsin – “Eurovision”a dəxli olmasa belə!
Yazar: Vüsal Məmmədov @ May 13, 2009 21:47 | "analiz", "bu da belə..." | Şərhlər(1)
Baxış sayı: 285
Açar sözlər:
Əsrin ən müəmmalı qətli
Dəhşətli hadisənin üstündən artıq 3 gün keçməsinə baxmayaraq, hələ xeyli
suallar açıq qalır. Ən əsas sual isə budur: Fərda Qədirov bu hadisəni niyə törətməliydi? Bu günə qədər yayılan məlimatlarda onun qətlə yetirdiyi şəxslərin hansısa birilə tanışlığı haqda heç nə deyilmir. Eyni zamanda, buna qədərki həyatında Neft Akademiyası ilə heç bir bağlılığı olmayıb. Demək, qisas motivini kənara qoyuruq. Hətta qisas niyyəti olsaydı belə, görəsən, ona kim nə edə bilərdi ki, intiqamı bu qədər dəhşətli olsun?
Yazar: Vüsal Məmmədov @ May 3, 2009 17:26 | "analiz" | Şərhlər(5)
Baxış sayı: 380
Açar sözlər:
Vəziyyət ermənicədir
...Düzdür, Obama “soyqırımı” demədi. Amma sevinməyə heç bir əsas yoxdur. Amerika prezidentinin işlətdiyi formul ondan xəbər verir ki, hazırda bu istiqamətdə daha məkrli və gizli planlar cızılır.
Obama 94 il öncə Osmanlıda 1,5 milyon erməninin qətl edildiyini deyib, bunu “20-ci əsrin ən böyük qətliamı” adlandırarkən, ermənicə “Mets Eghern” – yəni “böyük fəlakət” sözlərini işlətdi.
Niyə?
Əlbəttə ki, həmin sözlər göydən gəlib, Obamanın dilinə düşməyib. Bu, xüsusi hazırlanmış planın detallarından biridir.
Yada salaq ki, ötən ilin dekabrında Türkiyədə bir qrup ziyalı “Ermənilərdən Özür Dilyorum” adlı kampaniyanı başladanda, onlar da soyqırıma görə yox, məhz “Böyük Fəlakət”ə görə üzr istəyirdilər. Düşünməyə tam əsas var ki, hər iki hadisə eyni planın tərkib hissələridir.
Yazar: Vüsal Məmmədov @ Aprel 26, 2009 18:10 | "analiz" | Şərhlər(10)
Baxış sayı: 385
Açar sözlər: