Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

rüşvət  abş  mentalitet  qarabağ  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  əxlaq  çatışmazlıq  mübarizə  sevgi  absurd  pullu  mdb  türk  iran  ayı 

Sayqaç

İndi blogda: 8
Keçən ayın hiti: 15309
Dünənki hit: 488
Bugünki hit: 138
Ümumi hit: 143275

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Faciənin 9 anormallığı

 

Hamı bilirdi ki, uçacaq, axırda da uçdu. . . Eynilə Qabriel Qarsia Markesin “Gözlənilən bir qətlin tarixçəsi” əsərindəki kimi: hamı bilir ki, Santyaqo Nasarı öldürəcəklər, axırda da öldürürlər. Qorxuram ki, Azərbaycan getdikcə Markesin əsərlərindəki sayaq absurd teatrını xatırladan bir ölkəyə çevrilməkdədir. Uçan bina ilə bağlı 9 anormallıq da bunu təsdiqləyir.




 


1. Şirkətin adına baxın: “Mütəfəkkir”!

* Təfəkkürün nə olduğundan azacıq xəbərdar məxluqlar bu cür yaramaz işlər görməzdilər. Onlarda nəinki təfəkkür, heç instinkt də olmayıb. Gönünüqoruma instinkti.



2. “Kran aşıb, bina uçub”

* 1945-ci ildə Nyu-Yorkdakı 102 mərtəbəli məşhur Empire State Building göydələninə bombardmançı təyyarə çırpılmışdı, binanın heç tükü də tərpənmədi. 2001-ci ildə məşhur “əkiz binalar” “Boinq” kimi iri təyyarənin zərbinə dözdü (onların bir qədər sonra uçmasına səbəb əsla təyyarənin vurduğu təkan yox, yanğın idi). Bizdəsə. . .



3. Bina qanunsuz tikilirmiş

* Sən demə, nə tikintini aparan şirkət dövlət qeydiyyatına alınıbmış, nə də tikintiyə icazə verilibmiş! Pah atonnan! 5 ildir ki, şəhərin ortasında zırhazırla icazəsiz bina tikilir, hamı da sakitcə durub tamaşa edirmiş. Halbuki, camaat az qala ayoqyolundakı unitazını dəyişəndə də “uçastkovı”ya “şirinlik” vermədən ötüşə bilmir.



4. “Mütəfəkkir” şərkətinin sahibi Əli Muradov tutulub.

* Şübhəm yoxdur: siz nə qədər “Mütəfəkkir” şirkətinin sahibisinizsə, Əli Muradov sizdən bir qədər artıq sahibidir, vəssalam. Təsəvvür edin: vaxtilə FHN bu tikintini yarımçıq saxlatsa da, sonradan iş bərpa olunub. Hansı sahibkar özbaşına bu boyda lotuluq edə bilər? Axtarılsa, uçqunun arxasından tamam başqasının qulaqları görünəcək.



5. Bəzi versiyalara görə, binanın çökməsində Rusiya kəşfiyyatının əli var.

* Bərəkallah. Demək, Rusiya kəşfiyyatı gəlib Bakıda keyfiyyətsiz sement və armatur alıb-satmaqla, başı çıxmadığı halda bina tikməklə məşğul imiş. Necə də incə bir əməliyyatddır. Kimin ağlına gəlib bu?



6. Binanın neçə mərtəbəli olduğunu dəqiq bilən yoxdur

* Bu isə o deməkdir ki, binanın düz-əməlli çertyoju yox imiş. Bu günə qədər mən elə bilirdim, dahi İspan memarı Antonio Qaudidən başqa çartyojsuz bina tikən olmayıb. Halbuki, bizdə oğullar varmış!



7. Deyilənə görə, “nazir Dövlət Əmək Müfəttişliyinin işindən narazıdır. . .”

* Əgər narazıdırsa, demək, nəinki Dövlət Əmək Müfəttişliyi, hətta onun işi də var imiş. Yoxsa, nazir nədən narazı olacaqdı?



8. İlk rəsmi məlumatlarda uçqunun altında 5-6 nəfərin qaldığı deyilirdi.

* Birdəfəlik dərk etməiyik ki, statistika nə xoşbəxtliyi artırır, nə də bədbəxtliyi azaldır. Statistika – yalnız başımıza yaxşı-pis, nəyin gəldiyini və ya gələcəyini düzgün proqnozlaşdırmaq üçündür. Amma bircə bu işə yaramır.



9. Binanın uçacağını hətta adi insanlar da bilir və deyirlərmiş.

* Tələb edirəm, Markes bizdə orta məktəb dərsliklərinə salınsın!

Yazar: Vüsal Məmmədov @ Sentyabr 11, 2007 23:50 | "barmaqhesabı" | Şərhlər(0)
Baxış sayı: 118
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha