Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

rüşvət  abş  mentalitet  qarabağ  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  ayı  toy  80/20  səmimiyyət  film  nifrət  liberalizm  bahalaşma  qafqaz  arxetip 

Sayqaç

İndi blogda: 3
Keçən ayın hiti: 10623
Dünənki hit: 438
Bugünki hit: 212
Ümumi hit: 115112

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Hamının oxumalı olduğu 10 kitab

kitab 
Əlbəttə, bu siyahıya birmənalı yanaşmaq olmaz – qarşınızdakı əsla mütləq seçim deyil, sadəcə, bir azərbaycanlı kitab həvəskarının (təvazökarlıqdan uzaq da olsa, yəni mənim) reytinq-tövsiyəsidir. Zövqlər də fərqlidir, dünya görüşləri də, amma mənə elə gəlir ki, bu 10 kitabı oxumadan ədəbiyyat haqqında ətraflı təsəvvürün yaranması mümkün deyil. Beləcə, səhifəni çevirək:

 


1. Qurani-Kərim

(Eləcə də Tövrat, incillər, Bhaqavad-Qita)

- Quranı elm kitabı adlandıranlarla qətiyyən razı deyiləm, şəxsən mən onu oxuyanda elə bilirəm ki, əlimdə İlahi Cinayət Məcəlləsi tutmuşam. Amma bu, Quranın bədii dəyərini və insan təfəkkürünə təsir imkanlarını qətiyyən azaltmır. Görün, necə gözəl bədii cinasdır: “Dağlar yun kimi didiləcəyi zaman. . .



2. Antuan de Sent-Ekzüperi. “Balaca şahzadə”.

- Nə zamansa bütün insanlar uşaq olublar, amma bunu çox tez unudurlar. Halbuki, hamı uşaqlığından bircə damcı ülvilik qoruyub, böyüklük həyatına keçirsə, dünya tamam başqa cür olardı. Dünyanın ən büyük uşağının ən gözəl əsərini qəlbinizə yaxın buraxsanız, o, həmin ülviliyi sizə qaytara bilər.



3. Mixail Bulqakov. “Master və Marqarita”

- İnanın, bu əsəri demək olar ki, əzbər bilirəm, amma heç nə yaza bilmədim. Alınmır. Bu kitab haqda danışmaq çox çətindir.



4. Viktor Hüqo. “Səfillər”

- İndi nə yazım? Bizim xalqa heç olmasa bircə dənə Jan Valjan kimi milyonçu, ikicə dənə də Monsenyor Benvenü kimi din xadimi arzulayıram. Deyin: “Amin”.

5. Frans Kafka. “Qəsr”


- Hərdən elə bil ki, biz öz həyatımızı yaşamırıq, onun yan-yörəsində nə qədər fırlansaq da, Öz Həyatımızın içinə girə bilmirik. K. Kimi. . .

6. Qabriel Qarsia Markes. “Patriarxın Payızı” / “100 ilin tənhalığı” / “Polkovkikə məktub yoxdur”


- Hər şeyi absurd teatrına çevirməyə çalışanlar unutmasınlar ki, özləri də başqa yerdə deyillər, məhz o teatrın səhnəsindədirlər. Və absurd bir obraza çevrilməyə məhkum olacaqlar.

7. Patrik Züskind. “Parfümer”


- Çox gözəl ədəbi texnikayla yazılmış bu əsər o qədər güclü alınıb ki, axırını da eyni səviyyədə qurtarmağa Züskindin sadəcə, gücü çatmayıb. O, dünyada romanının ekranlaşdırılması üçün ən ağlasığmaz qonorar alan yeganə yazıçıdır (10 milyo avro). Yeri gəlmişkən, Tom Tıkveri çəkdiyi film də gözəl alınıb.

8. Paulo Koelyo. “Kimyagər”


- Bütü gənclər Talenin onlar üçün hazırladığı Yolu duyurlar, amma böyüdükcə müxtəlif qüvvələr onları bu yoldan sapdırır. Amma dönməsələr, Tale özü onlara Yolda hər köməyi edəcək. Əsərin üslubu zəif olsa da, çox işıqlı ideyası var.

9. İlya İlf, Yevgeni Petrov. “12 stul”/ “Qızıl Buzov”


- Demək olar ki, hər cümləsi aforizmə çevrilmiş iki roman. Siz həm də ona görə xoşbəxtsiniz ki, dünyanın ən cazibəli fırıldaqçısı haqda olan bu əsərləri orijinaldan oxumaq imkanınız var. Торг здесь неуместен!

10. İsa Hüseynov. “Məhşər”


- Azərbaycan ədəbiyyatından bir neçə əsər seçəsi olsaydım, mütləq bunu, Əkrəm Əylislinin “Mənim Nəğməkar bibim”i, Fərman Kərimzadənin “Qarlı Aşırım”ını seçərdim. Yusif Səmədoğlunun “Qətl günü” də yaxşıdır, amma təəssüf ki, “Master və Marqarita”nı çox xatırladır.


 

Yazar: Vüsal Məmmədov @ Sentyabr 11, 2007 23:46 | "barmaqhesabı" | Şərhlər(2)
Baxış sayı: 284
Açar sözlər:
Bookmark and Share

1
Orxan yazıb:

Bəs, H.N. Adsızın "Bozqurdlar" əsəri???

Dekabr 8, 2007 16:33

2
nermin yazıb:

men cox isterdim ki, bu eserler bir-bir oxunub virtual muzakire olunsun/ siyahida verilen eserlerin her biri maraqlidir, amma mence master ve merqaritadan baslasaq lap ela olar, bu eserler icerisinde movzu etibarile yaxin olan huseyn cavidin "iblis", qoqolun " mertvie du6i' eserlerinin adi olsa pis olmaz, sert deyil 10 en yaxsi eser olsunsmile

Fevral 22, 2008 0:34


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha