Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 8
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 46
Ümumi hit: 114508
Müxtəlif
10 “kaş ki. . .”
Görəsən, insanın tez-tez “kaş ki. . .” sözlərilə bazlayan arzular irad etməsi nədən xəbər verir? Biri deyə bilər ki, həyatının ürəyincə olmamasından. Bir başqası deyər ki, boş şeydir, nə qədər ki, insan var, arzular da bitməyəcək, “kaş ki. . .”-lər də. Yəqin, ikisi də haqlıdır. Ona görə də ustadnaməni buradaca yarımçıq kəsib, keçirik azərbaycanlıların ən çox arzulaqdıqları “kaş ki. . .”-lərin reytinqinə. Qeyd edim ki, bu, təkcə mənim yanaşmamam deyil, təxminən 15 nəfərin arasında keçirilmiş mini-sorğunun nəticəsidir. Kaş ki siz bunun səmimiliyinə inanaydınız!
1. Kaş ki, azərbaycanlı olmayaydım.
- 15 nəfərdən təxminən 6-sı belə dedi. Əslində bu istəyin səbəbi sonrakı “kaş ki. . .”- lərdən müəyyən qədər aydın olacaq. Amma bir arzu da var idi ki, onu ayrıca yazmadıq: azərbaycanlı olmaqlarından razı qalanların 3-ü belə istəmişdi: “Kaş ki Azərbaycan Avropada yerləşəydi”.
2. Kaş ki, insanlara puluna və vəzifəsinə görə qiymət verməyəydilər.
- Yəqin ki, birinci arzunun səbəblərindən birincisidir.
3. Kaş ki, hamının evi olsun.
- Yəqin ki, səbəblərdən ikincisi. Təkcə buna görə şəxsən mən birinci bəndin altına qol çəkməyə hazıram. Qeyd edək ki, maşını olmasını arzulayanlar da oldu. Amma biz onları ayrıca qeyd edəcək qədər xırdaçı deyilik, eləmi?
4. Kaş ki, sözdə yox, əməldə müsəlman olaydıq
- Yəqin ki, səbəblərdən üçüncüsü. Öz adımdan əlavə edim: Kaş ki, bir mövsümdə hacılarımızın ərəblərə yedirtdiyi pullar toplanıb Azərbaycanın yetim-yesirinə paylanaydı.
5. Kaş ki, Azərbaycanda yaxşı futbol komandası olaydı. Və nə vaxtsa Braziliyanı udaydıq.
- Yəqin ki, səbəblərdən dördüncüsü.
6. Kaş ki, gənclərimiz gic-gic işlərlə məşğul olmayardılar.
- Əslində, respondentlər məhz bu cürə deməmişdilər, sadəcə, 4 nəfərin fikrini ümumiləşdirəndə belə alındı :-))).
7. Kaş ki, ay maaşdan tez qurtarsın.
- Arzuya bax, sevgilim. . .
8. Kaş ki, Azərbaycan qızları hər mənada daha ünsiyyətcil və problemsiz olsunlar.
- Yəqin ki, səbəblərdən altıncısıdır. Bizi Avropa tərəfə dartan səbəblərdən isə birincisi :-))). Şeytan “hər mənada” sözündə gizlənib.
9. Kaş ki, dostlarla görüşüb pivə içməyə vaxt və imkan olsun.
Əlavə edək: pivənin pulsuz olmasını arzulayanlar da tapıldı. Amma belə mövsümi istəyi ayrıca yazmaq olmazdı.
10. Kaş ki, işıq və su heç vaxt kəsilməsin.
***
Gələn siyahımız belə adlanacaq: “Doğrulmayan 10 arzu”. Kaş ki, siz də variantlarınızı mvusal@gmail.com-a göndərəsiniz. Hərçənd, gözəl bilirəm ki, bunun özü də doğrulmayan arzudur, sadəcə, yazdım ki, köşənin aşağısı boş qalmasın.
Yazar: Vüsal Məmmədov @ Sentyabr 12, 2007 0:18 | "barmaqhesabı" | Şərhlər(0)
Baxış sayı: 161
Açar sözlər:
![]()
![]()
![]()
