Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

abş  mentalitet  rüşvət  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  qarabağ  amerika  kitab  dil  islam  din  infliyasiya  səhiyyə  eşşək  azərbaycan  putin 

Sayqaç

İndi blogda: 32
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 70
Ümumi hit: 114532

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Doğrulmayan 8 ümid

 

“Ümidlər sonda ölür”,- deyirlər; bizdə hələ ki, son deyil, amma bir sıra ümidlər çoxdan gözlərini yumub (kaş ki, yatmış olaydılar!). Fərdi ümidləri nəzərdə tutmuruq – onlardan danışası olsaq, bütöv bir ümid qəbiristanlığı yaranar (Məsələn, mənim bəzi qonşularımın adam olacağına ümidim çoxdan ölüb). İndi o ümidlərin xatirəsini dərin hüznlə yad edəcəyik ki, son illərdə hamımız, ya da ən azından, çoxumuz inanırdıq, amma təəssüf, doğrulmadılar.


1-ci rəhmətlik ümid: Yeni pullar dövriyyəyə buraxılandan sonra infliyasiya azalacaq.
- Çoxları düşünürdü ki, Hökumət yenu əskinasları əskisinin gününə qoymaq üçün buraxmır. Amma tam tərsinə oldu. İndi tez-tez eşitmək olur ki, “Təzə 1 manat köhnə bir “Məmməd”in dəyərindədir”. Nə isə, Allah rəhmət eləsin.

2-ci rəhmətlik ümid: Yarmarkalar qiymətləri salacaq.
- Həmişə biz meyvə-tərəvəzi dişləyib yeyirdik, bu il isə tərsinə oldu - kənd təsərrüfatı mallarının qiyməti adamı dişləyir. Keçən ilin yayında təşkil olunan yarmarkaların bazar qiymətlərinə təsir göstərəcəyinə çoxları ümid edirdi, amma təəssüf, bu da doğrulmadı. Fatihə!

3-cü rəhmətlik ümid: Test üsulu savadlı tələbələrin artmasına səbəb olacaq.
- Birbaşa səbəblərini bilmirəm, amma hər il tələbələrin əvvəlkilərdən get-gedə daha savadsız olmaları faktdır. Bununla hamı razılaşır. Beləcə, testə olan ümidlərə də bir salavat!

4-cü rəhmətlik ümid: İTV açılandan sonra yaranan rəqabət televiziyaları daha baxımlı edəcək.
- Günahı əlbəttə, heç də “1” tv-də deyil, amma son iki ildə teleməkanda əgər nəsə müşahidə olunursa, o da bozlaşmadır. Bir Yasin də buna. . .

5-ci rəhmətlik ümid: AFFA rəhbərliyi dəyişəndən sonra futbolumuzda inkişaf başlayacaq.
- Son 5 ildə bir həqiqəti dərk etdik ki, bizdə yaxşı futbolun olmamasının bircə günahkarı var. O da topdur, qardaş, top! Gedin, onu topa tutun. Axır qəminiz olsun.

6-cı rəhmətlik ümid: Yeni mobil operator gələndə danışıq qiymətləri ucuzlaşacaq.
- “Nar mobile” haqqında bir neçə səbəbə görə heç nə deməyəcəyəm. Birincisi ona görə ki, baş redaktorumuz onun abunəçisidir (Və bu baxımdan hələ ki, mənim tanıdığım yeganə adamdır :))). Amma fakt budur ki, yeni operatorun gəlişilə qiymətlərin enəcəyinə olan ümidlər doğrulmadı. Allah əcr versin.
7-cı rəhmətlik ümid: Bir neçə rüşvətxor mənurun aqibəti başqalarına da görk olacaq.
- Nəinki görk, heç kürk də olmadı ki, barı görüntü üçün çiyinlərinə atsınlar. Azərbaycanda korrupsiya, məsələn, “Çiko” çırtlamaq kimi adi həyat hadisəsi olaraq qalır. Əuzu billahi minəşşeytanir-rəcim. . .

8-cı rəhmətlik ümid: İpoteka kreditləşməsi evsizlərin dadına çatacaq.
- Çox dərinə getmədən, bircə şeyi deyim. Şəxsi müşahidəmə görə, ipoteka götürənlərin 80 faizi elə adamlardır ki, kreditsiz də ev ala bilərdilər, sadəcə, bunun üçün bir neçə il vaxt və müəyyən sıxıntılar tələb olunurdu. İpoteka orta imkanlıları həmin iki məhdudiyyətdən qurtardı, az imkanlıların isə ümidlərini birdəfəlik basdırdı. . . Başınız sağ olsun, gəlin, bir qucaqlaşaq.

Nə isə, silkələnin, üst-başınızı çırpıb, pessimizmi yerə tökün. Gələn siyahımız belə adlanacaq: “Heyrət doğuran 10 hal”. Cəmiyyətdə sizə heyrətamiz dərəcədə ironik, yaxud ironik dərəcədə heyrətamiz görünən nəsə varsa, mvusal@gmail.com -a göndərin. Yoxdursa, sizsiz də birtəhər keçinərik :))).



Yazar: Vüsal Məmmədov @ Sentyabr 12, 2007 0:17 | "barmaqhesabı" | Şərhlər(0)
Baxış sayı: 181
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha