Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 43
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 91
Ümumi hit: 114553
Müxtəlif
Ən çox eşitdiyimiz 7 ifadə
Yarım ay əvvəl birinci “siyahı” rubrikamızda xırdalamışdıq ki, belə hit-paradlar nə üçündür və nəyə lazımdır. Ona görə də bu dəfə çox dərinə getmədən mətləbə keçəcəyik. Sadəcə xatırladaq ki, bizim xalqın belə bir qədim məsəli var: “Ən çox eşitdiyin 7 ifadəni say, deyim sən kimsən”. (Yarım ay əvvəl isə bizim xalqın belə bir qədim məsəli vardı: “Ən çox eşitdiyin 9 absurd sualı say, deyim sən klimsən”, biz də elə onu etmişdik.)
Beləcə, ən çox eşitdiyimiz 7 ifadənin hit-paradına keçirik:
1. “Ay brat. . .”
Yadınızdadırsa, bu ifadəni Azərbaycan dilinə yoluxdurduğuna görə bir dəfə Orxan Fikrətoğlunu dərin hörmətlə yad etmişdik. İndi işim yoluxanlarla olacaq. Dilimzdə “Ay qaqaş. . .” ifadəsi vardısa, “Ay brat. . .” nə deməkdir, ay brat? Daha şirin səslənir? Daha müasir səslənir? Daha lotuyana səslənir?
2. “Yeri var. . .”
Əvvəllər başa düşmürdüm ki, reklamçılarımız “çürüksüz dişlər” ifadəsini hansı dişin dibindən çıxarıblar, axı Azərbaycan dilində “çürük diş”in antonimi kimi “saf diş” ifadəsi var. Buyurun: millət həmin axmaq sözü o qədər eşitdi ki, axırda “yersiz hərəkət” ifadəsinin antonimi kimi də “yeri olan hərəkət” ifadəsini yaratmaya bilməzdi. Sonra da həmin ifadə sürətlə universallaşdı. Yeri yoxdu, ay brat, vallah, yoxdu!
3. “Dala keçin, arxa boşdu. . .”
Bəli, vaxt vardı, çayı taa Hindistandan gətirərdilər. . . eee, tfu; vaxt vardı, tez-tez eşidirdik: “Arxamızda dayanıblar”, yaxud, “Qorxma, dalında dağ kimi dayanmışam”. İndi isə dalın boş olduğunu tez-tez eşidirik. Heç də ürəkaçan transformasiya deyil :(((
4. “Reklamlar bitdi, seyrə davam. . .”
Həəə. . . normal ölkələrdə normal halda bunu o vaxt deyirlər ki, məsələn, ANS “Mənim nifrətimin 10 səbəbi” filmini “Baksell”-in baş sponsorluğu ilə göstərir, hər dəfə də reklamlar bitənə yaxın şirkətin Cini ərklə bəyan edir ki, buyurun, davam edin. Yəni bu filmi sizə mən təqdim edirəm. Amma adım kimi əminəm ki, baxdığımız filmlərin hamısı oğurluqdur. Elə isə kim nəyi hara təqdim edir, anlaşılmır.
Onu da deyim ki, öz nömrəm “Baksell” olduğu üçün bu məsələni çox da açıb-ağartmadım. Ey, baxın haa, konturumu kəsib-eləməyin, qoy hələ bir görüm, nə qədər qalıb. . .
5. “Ümumi da
xili məhsul”
Azərbaycan təkcə ÜDM-in artım sürətinə görə dünyada birinci yerdə deyil, həm də ÜDM-in nə qədər olduğunu bilənlərin artım sürətinə görə dünyada birinci yerdədir. (Görürsünüz, təzə bir makroiqtisadi göstərici kəşf etdik) Amma ÜDM-in nə olduğunu, necə hesablandığını dəqiq bilənlərə gəlincə, bu barədə susuram. Yeri gəlmişkən, Xüsusi Daxili Məhsul termini də olsaydı, yeri varıydı, hə?
6. “Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi”
Rəsmi mətbuatın bu tapıntısının beynəlxalq hüquqi baxımdan nə qədər uğurlu termin olduğuna girişməyəcəyik, amma. . . Məsələn, siz “Hindistan-Pakistan, Kəşmir münaqişəsi”, yaxud “Ərəb-İsrail, Fələstin münaqişəsi” kimi ifadələr eşitmisinizmi? Əgər məqsəd konfliktin Bakı ilə Xankəndinin yox, məhz Yerevanın arasında olduğunu vurğulamaqdırsa, “Azərbaycanla Ermənistanın arasındakı Dağlıq Qarabağ münaqişəsi” qrammatik cəhətdən daha düzgün səslənərdi.
7. “SMS göndərin”
Uşaqkən geydiyiniz güllü şortik var idi ha - üstündə də pişik başları,- onun rəngləri yadınıza gəlir? Ay-yay, adam da elə gözəl xatirəni heç unudar? Nə durmusunuz, “tuman” yazıb, 20-20-yə göndərin!
Təəssüf, köşə doldu. Buna görə də hit-paradın 8, 9, 10-cu pillələrinə yer olmadı. Amma onlar özləri var idilər. Eksküliziv olaraq öyrənmək istəyirsinizsə, maraqlandığınız pillənin nömrəsini yazıb, 0506420476-ya sms göndərin. Bəri başdan deyim ki, mənim nömrəm deyil.
Gələn dəfəki siyahımız “Ən zəhləm gedən 10 tip” olacaq.
Yazar: Vüsal Məmmədov @ Sentyabr 12, 2007 0:25 | "barmaqhesabı" | Şərhlər(0)
Baxış sayı: 161
Açar sözlər:
![]()
![]()
![]()
