Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

rüşvət  abş  mentalitet  qarabağ  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  ayı  toy  80/20  səmimiyyət  film  nifrət  liberalizm  bahalaşma  qafqaz  arxetip 

Sayqaç

İndi blogda: 20
Keçən ayın hiti: 10623
Dünənki hit: 438
Bugünki hit: 245
Ümumi hit: 115145

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Ən zəhlə(m) gedən 10 tip

 

Başlayan kimi bir sirr açım: əvvəlki “siyahı”ları tutarkən xeyli fikirləşmiş, 3-4 gün qeydlər aparandan sonra “ən absurd suallar” və “ən çox eşitdiyimiz ifadələr”i sıralaya bilmişdim. Bu dəfə elə olmadı – bu dəfə sadəcə oturdum və heç bir çətinlik çəkmədən yazdım. Niyə? Yəqin, ya mən həddən artıq mizantrop biriyəm, ya da cəmiyyətimizdə odioz tiplər doğrudan da, çoxdur. Əgər birincisidirsə, vay mənim halıma; yox, əgər ikincisidirsə, vay bizim halımıza.
Qısası, mənim (bəlkə, elə siniz də) versiyama görə, ən çox zəhlə gedən tiplər bunlardır:


1. İstənilən vəzifədən olan rüşvətxor.
Müəlimdən tutmuş polisə, həkimdən tutmuş, nazirə qədər, belələrindən, sadəcə, ən murdar bir şey kimi iyrənirəm. Təəssüf, çox təəsüf ki, biz rüşvətə hələ də sosial-iqtisadi (bəzən hətta siyasi) hadisə kimi yanaşır və hələ də əxlaqi problem kimi baxmırıq. Halbuki, bu, hər şeydən öncə bir əxlaq məsəlsidir və bütün rüşvətxorlar əxlaqi baxımdan ən ucuz küçə qadınlarından da aşağı pillədə dayanırlar.
2. Metroda qapının ağzında basabas salanlar.
Onları görəndə anlayırsan ki, bizim hələ demokratiyadan, insan haqlarından, Bakının baş planından, normal mediadan, ümumiyyətlə, yüksək materiyadan danışmağa heç bir haqqımız yoxdur. Çünki biz hələ nəqliyyata düzgün minib-düşməyi də bacarmırıq!
3. Avtobusu harada gəldi saxladanlar.
Görəndə ki, kimsə dayanacağa 100-150 metr qalmış avtobus saxladır (fərqi yoxdur, minmək, ya düşmək üçün) heç cür anlaya bilmirsən: bəs dayanacaq nə üçündür? Kiminsə 100 metr piyada getməyə canı çıxırsa, başqaları narahatmı olmalıdır?
4. Müştəriyə it sifəti göstərən satıcılar.
Hərdən düşünürəm ki, mən, məsələn, ayaqqabı satan olsaydım, potensial alıcının köhnə ayaqqabısını şəxən çıxarar, təzəsini öz əlimlə geydirər, istəsə (və əgər gözəl xanımdırsa) lap ayağını massaj da edərdim. Təki o, ayaqqabını məndən alsın və təki məni yaxşı satıcı kimi tanısınlar. (Bəzən fantaziyalarımda başqa mallar da satıram). İnanın, bir neçə mağaza var ki, boykot etmişəm və satıcıları dəyişməyincə orada heç nə almayacağam. Zalım uşağ özlərini elə aparırlar ki, sanki sənə quluq etmək onların borcu deyil, tam əksinədir.
5. Mobil telefonuna gic-gic səslərdən zəng qoyanlar.
. . .Həmin gic-gic səslərin sırasına Azərbaycan manıslarının bütün mahnıları da daxildir. Qoy telefonun zəng çalsın, deyim sən kimsən.
6. Oturandan sonra ətəyini aşağı dartışdıran qızlar.
Beləsini görəndə adam özünü manyak-residivist kimi hiss edir. Elə bilirsən ki, gözlərindən od çıxıb, binəvanın ayaqlarını qarsaladı, o da bundan qorunmağa çalışır. Baxışdan qorxan mini geyməz.
7. Qolsuz maykayla küçəyə çıxan kişilər.
Adam kişi olar! (Bura qızıl əşyalarını göstərməyə çalışan kişiləri də əlavə edin.)
8. İmkanlı din xadimləri.
Bəlkə də haqsızam, amma hər dəfə belələrini görəndə nədənsə adama elə gəlir ki, onlar başqalarının inancını öz ciblərində pula çevirən kimyagərlərdirlər.
9. Yarım oktavalıq səsi olmayan karikaturaları 10 min dollara toya aparan nuvorişlər.
Mədəniyyətimizdə eybəcər mutatnlar ordusunun yaranmasınına görə birbaşa məsuliyyəti siz daşıyırsınız!
10. Peşəkar olmadığı işdə çalışan hər kəs.
. . .Növbəti siyahımız “10 kaş ki” olacaq. Kaş ki oxuyasınız!


Yazar: Vüsal Məmmədov @ Sentyabr 12, 2007 0:22 | "barmaqhesabı" | Şərhlər(1)
Baxış sayı: 184
Açar sözlər:
Bookmark and Share

1
TUral yazıb:

Millet gunahkardir

Sentyabr 15, 2007 0:06


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha