Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

abş  mentalitet  rüşvət  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  qarabağ  amerika  kitab  dil  islam  din  infliyasiya  səhiyyə  eşşək  azərbaycan  putin 

Sayqaç

İndi blogda: 16
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 54
Ümumi hit: 114516

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Hamının baxmalı olduğu 10 film


Əlbəttə, bu siyahı əsla birmənalı qəbul edilə bilməz; bu, sadəcə azərbaycanlı kinoşünasla (Pərviz Yusif) kinomanın (yəni mənim) dünya kinosuna birgə baxışlarının nəticəsidir. Və biz onu hazırlayarkən bir daha əmin olduq ki, kinoşünasla kinomanın başı bir köşədə qaynamaz. Amma didişə-didişə də olsa, 10 filmi belə sıraladıq (öncə rejissorun adı çəkilməklə)


1. Çarli Çaplin. “Böyük şəhərin işıqları”. (City Lights)
- Nə qədər ki insanın içini isidən hisslərə ehtiyac var, bu film yerini qoruyacaq. Onu göz yaşı işində gülümsəyən cocuğun məsum təbəssümünə bənzətmək olar. Hətta səsli kino dövründə çəkilən sonuncu səssiz film olması belə, onun qiymətini azaltmır.
2. Federiko Fellini. “Ləziz Həyat”. (La Dolce vita)
- Bu, kompromis variant oldu, çünki Pərviz “8 1/2” filmini siyahıya dürtüşdürmək istəyirdi, zorla qarşısını aldım :))). Özüm isə Fellininin “Kabiriya gecələri”ni daha çox sevirəm.
3. Luis Bunuel. “Dumanlı şəhvət obyekti” (“Этот смутный объект желания”).
- Mənə görə, bu film kişi şəxsiyyətinin qadın məkrinə dəyib çiliklənməsi kimi “əbədi mövzu”da çəkilən ən dahiyanə əsərlərdən biridir. Pərviz isə Bunuelin “Viridiana” və “Əndəlus köpəyi”ni daha üstün tutdu.
4. Pyer Paolo Pazolini. “Dekameron”.
- Əgər əsəbləriniz möhkəmdirsə və iyrənc səhnələrə dözə bilirsinizsə, əlavə olaraq, Pazolininin “Sodomun 12 gunu” filminə də baxın. Hər ikisi şedevrdir.
5. İnqmar Berqman. “Çiyələk talası” (Wild Strawberries)
- Bu ay dünyasını dəyişən böyük sənətkarın filmi təkcə ağılın insanı xoşbəxt etmək üçün əsla yetərli olmadığını anladan ən yaxşı dərslik sayıla bilər. Ümumiyyətlə, bütün filmləri dahiyanə olan Berqmanın “Payız sonatası”na da baxmağa dəyər.
6. Robert Zemekis. “Forrest Qamp”.
- Bu film isə təsdiqləyir ki, xoşbəxtlik üçün ağıl o qədər də vacib şərt deyil. Üstəlik, Tom Hənks ən güclü rolunu burada oynayıb.
7. Miloş Forman. “Amadeus”.
- Forman bu il daha bir biopik çəksə də (“Qoyyanın kabusları”), Motsartın taleyini anladan “Amadeus” zirvəsini aşa bilmədi. Hollivud böyük sənətkarları korlayır.
8. Frensis Ford Koppola. “Xaç atası”. (The Godfather)
- Mario Pyuzonun romanı, Nino Rottanın musiqisi və Koppolanın rejissurası bir yerdə qarışdırılanda möhtəşəm kokteyl alınır. Dadmamış olmazsınız.
9. Sercio Leone. “Günlərin birində Amerikada”. (Once upon time in America).
- Yəhudi mafiyasının Nyu-Yorkdakı qürubunu fövqəladə ekran dililə danışan bu film Leonenin yeganə şedevri deyil. “Yaxşı, pis qəddar” (The Good, The Bad and The Ugly) filmi də siyahıda var.
10. Stenli Kubrik. “Geniş qapanmış gözlər” (Eyes wide shut).
- Dahi sənətkarın ən son çəkdiyi, montajını tamamlamadan dünyadan köçdüyü mistik triller mənim zənnimcə, son 10 ilin ən güclü filmidir. Bundan başqa, Kubrikdən “Lolita” və “Saat mexanizmli apelsin”i də siyahıya əlavə eymək olar.
***
Əlbəttə, siyahıya yerləşməyən filmlər də az olmadı: Stiven Spilperq - “Şindlerin siyahısı”; Kventin Tarantino - “Kriminal qiraət”; Vladimir Menşov - “Moskva göz yaşlarına inanmır”; Alfred Hiçkok - “Kəndir”, “Quşlar”; Andrey Tarkovski - “Qurbanlıq”, “İvanovun uşaqlığı”, “Solyaris”; Gilyermo del Toro - “Favnın labirinti”; Lars fon Triyer - “Doqvill”; Pol Tomas Anderson - “Maqnoliya”; Corc Lukas - “Ulduz savaşları”, Roman Polanski – “Pianoçu”. . .


Yazar: Vüsal Məmmədov @ Sentyabr 12, 2007 0:11 | "barmaqhesabı" | Şərhlər(1)
Baxış sayı: 180
Açar sözlər:
Bookmark and Share

1
Guardian yazıb:

Belə filmlərə belə şərh yaraşar. Tamamilə razıyam =)

Mart 12, 2008 18:03


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha