Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 10
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 48
Ümumi hit: 114510
Müxtəlif
Yaramaz jurnalistlərin 5 növü
Gəlin, son günlərin ən bərkgedən mövzularından biri olan jurnalistlərin rüşvət alması haqqında danışaq. Mənim qəti əminliyimə görə, jurnalistin RÜŞVƏT alması mümkün deyil. Daha doğrusu, həddən artıq məhdud şəkildə mümkündür. Sadəcə olaraq, bu məsələdə hər şey anlayışların qeyri-dəqiqliyinin altında gizlənib. Öncə gəlin görək, rüşvət nədir?
1995-ci ildə “Transparency International” beynəlxalq təşkilatı apardığı tədqiqatlar əsasında korrupsiyanın 21 formasını fərqləndirmişdi. Gəlin, onları birlikdə nəzərdən keçirək və jurnalistin bunlardan hansını həyata keçirmək imkanı varsa, qarşısına “+”, imkan çoxdursa “++”, lap çoxdursa “+++” işarəsi qoyaq. Beləliklə:
1. dostlara, qohumlara və tanışlara dair proteksionizm; +
2. siyasi kampaniyalara maddi yardım;
3. gəlirli kontraktların əldə edilməsinə görə birdəfəlik rüşvət və ya xarici banklarda yatırılan faizlər;
4. iş yerində fırıldaqçılıq; ++
5. vəzifəyə dair xidmətlərin “satış”ı; ++
6. sahibkarların məmurlara göstərdiyi xüsusi qonaqpərvərlik;
7. sahibkarların məmurların ailə üzvlərinə göstərdiyi xüsusi “hörmət”;
8. məmurların müəyyən dövlət kontraktları üzərində himayəsi;
9. tez-tez xarici ezamiyyətə getmələr;
10. siyasi partiyaların hakimiyyətdən istifadə etmələri;
11. vergi və gömrük orqanları məmurlarının tarifləri az göstərmək üçün sahibkarlardan rüşvət tələb etməsi;
12. sahibkarlara güzəştli şərait yaratmaq üçün məmurlara ödənc;
13. sürücülərdən tələb edilən rüşvətlər;
14. vəzifə borclarını təcili icra etmələri üçün məmurlara ödənc (ən çox sənədləşmə məsələlərində;
15. məmur pillələrində rüşvətin yığılıb yuxarılara ötürülməsi.
16. dövlət mülkiyyətinin özəlləşdirilməsi;
17. büdcə vəsaitlərinin mənimsənilməsi;
18. hansısa qrupa və ya şəxsə müəyyən sahədə eksklüziv hüquqların verilməsi;
19. islahatların bank sistemindən başlanması;
20. qanunvericilik orqanlarında qeyri-qanuni lobbizm;
21. hüquq-mühafizə orqanları ilə iqtisadi cinayətkarlığın qovuşması.
Tamamilə mümkündür ki, korrupsiyanın daha bir neçə təzahür forması bu təsnifata düşməyib. Amma qarşınızdakı 21 yoldan yalnız 3-nün jurnalistlərin getmək imkanı var. Çox azdır, deyilmi? Rüşvət – ilk növbədə məmurların, əlində vəzifə və imtiyaz olanların, ixtiyar sahiblərinin cəmiyyətə yaratdığı problemdir, jurnalistlərin yox. Sadəcə, biz, olayların adını düzgün qoymuruq. Jurnalist əgər kiməsə:
1. “Filan qədər pul verin, yoxsa filan şikayəti dərc edəcəyəm” tipli təhdiddə bulunursa, bunun adı ŞANTAJdır;
2. “Əlimizdə faktlar var, qiyməti də filan qədər” tipli hədələr ya BLEFdir, ya da yenə ŞANTAJ;
3. “Müəllim, filan qəzetdən gəlmişəm, görün, nə hörmət edə bilərsiniz” tipli yalmanmanın adı DİLƏNÇİLİKdir rüşvət yox!!!
4. “Sizdən möhkəm tərif yaza bilərik, filan qiymətə” – tipik YALTAQLIQdır;
5. “Filan qədər verin, rəqibinizi itin ağzına soxub-çıxaraq” – SATILMIŞ jurnalistikadır.
Beləcə, Azərbaycanda şantaj jurnalistikası var, blef jurnalistikası var, dilənçilik jurnalistikası var, yaltaqlıq jurnalistikası var, satılmış jurnalistika var (onların hamısına tfu və min lənət), amma “rüşvətxor” sözü onlara münasibətdə yerinə düşmür. Gəlin, hər şeyi öz adıyla çağıraq.
Yazar: Vüsal Məmmədov @ Sentyabr 12, 2007 0:13 | "barmaqhesabı" | Şərhlər(0)
Baxış sayı: 139
Açar sözlər:
![]()
![]()
![]()
