Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 2
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 39
Ümumi hit: 114501
Müxtəlif
İnanılmazdır, amma təəssüf, gerçəkdir

“ ...Bütün dinləri yasaqlamaq lazımdır, çünki onlar homoseksualistlərə nifrət aşılayır. Dinlər insanlara başqalarını duymağı öyrətmək yerinə, onları qoyun sürüsünə çevirir”. Deyəcəksiniz ki, bu nə axmaqlıqdır, hə? Və haqlısınız da; amma bunu deyən bilirsinizmi, kimdir - Recinald Kennet Duayt, yaxud sizin Elton Con (Sir Elton Hercules John) adıyla tanıdığınız adam.
Yox, yanlış anlamayın, sizi qətiyyən Bakıya konsertə gələn bu müğənniyə qarşı ovqatlandırmaq niyyətim yoxdur. Sadəcə, məni incidən iki məqam var ki, onları paylaşmaq istərdim. Elton Con – düzdür, bir tərəfdən, dünyada ən tanınmış müğənnilərdən biridir: son 40 ildə 250 milyon albomu satılıb, son 30 ildə mahnıları heç vaxt ən yaxşı 40 mahnının siyahısından düşməyib; amma eyni zamanda, dünyada ən odioz şəxslərdən sayılır! “Odioz” sözünü mən icazənizlə, burada “murdar” kimi tərcümə edərdim. Və təkcə ona görə yox ki, qoca vaxtı “mavi sevgi”si başına vuran bu adam öz homoseksuallığın
ı arsızcasına bütün dünyaya bəyan edir, ahıl vaxtında durub kişiylə evlənir (Can onun, Cəhənnəm Tanrının). Həm də ona görə ki, açıq şəkildə pornoqrafiyanı və narkotikləri təbliğ edir. Məsələn, 2001-ci ildə verdiyi bir müsahibdə deyirdi: “Yox, mən yüngül pornoqrafiya istəmirəm. Amerikada daha böyük seçim olduğu üçün, pornoməhsulları da oradan alıram”. Belə şeylərin yanında hətta dodaq pomadasını reklam etmək də toya getməli görünür.
Amma məni incidən bilirsinzimi, nələrdir? Birincisi, reklam taktikası. Yəqin, siz də eşitmisiniz: “Elton Con Bakıda! İnanılmazdır, amma gerçəkdir!”
Niyə inanılmaz olmalıdır ki? Və Elton Con axı kimdir ki, inanılmaz olsun? Bakı bu qədərmi geridə qalmış yerdir ki, Elton Conun bura gəlişi inanılmaz olsun? Bakı heç əcnəbi ulduzlar görmədimi? Niyə Elton Con nəinki Moskaya, hətta Rostov-Dona gəlib konsert verə bilər, amma Bakıya gəlməsi fantastika olmalıdır? Niyə “mavi”lərin paradına qoşulmaq üçün Sankt-Peterburqa getmək istəyinə düşə bilər, amma bura gəlməsi inanılmaz görünməlidir? Niyə özümüzü bu qədər aşağılamalıyıq?! Axı razılaşın ki, bu şəkildə reklam heç də Elton Conu böyütmür, əksinə, bizim ölkəni kiçildir, alçaldır. İnanılmazdır, amma təəssüf, gerçəkdir.
Belə yanaşırıq ki, Azərbaycana gələn əcnəbi müğənnilərin hamısı bura “xaltura” edib, pul qazanmaq üçün əlavə şans verən geri qalmış ölkə kimi baxırlar. “Gipsy Kings”in konsertində iştirak etmiş və onun dünya turnelərinin DVD disklərini görmüş adam kimi dəqiq deyə bilərəm ki, “qaraçı sultanları”nın buradakı çıxışı paytaxt müğənnilərinin kənd toylarını yola vermək səyinə oxşayırdı. Hələ “Gipsy Kings” bir kənara dursun, Sezen Aksudan tutmuş, Rafet el Romana qədər hamısının haqqında eyni sözləri demək mümkündür.
İkincisi, nəyə görəsə hər dəfə Ramazan ayında Azərbaycanda mütləq bu müqəddəs günlərin mahiyyətinə tüpürən bir hadisə baş verir. İki il əvvəl Faiq Ağayevin pornoroliki məhz Ramazan ayında yayılmışdı. İndi isə bütün dinlərin ən ağır lənətləri yağdırdığı insanladan olan birini bəh-bəhlə gözləyirik.
Yazar: Vüsal Məmmədov @ Sentyabr 17, 2007 17:09 | "bu da belə..." | Şərhlər(4)
Baxış sayı: 299
Açar sözlər:
![]()
![]()
![]()
Qardash,Azerbaycan dogrudan da cox geride qalmish olkedir. Hem medeniyyet, hem de diger aspektlerde. Bu hem inanilir,hem de gercekdir.Sen niye buna inanmaq istemirsen axi?...
Besdi bogazdan yuxari vetenperverlikler. Sadece, gercekleri, adi gozle haminin, butun dunyanin gorduyu heqiqetleri gormek lazimdir. Tek Elton Con ozu Azerbaycandan daha boyukdur. Quzeyli Guneyli. Milyonlarala insan Elton Conun sayesinde bilecek ki, Azerbaycan adli haradasa diqqili bir olke var (diqqilini tek cografi anlamda demirem).Senin beyenmediyin gay senin vetenini tanidacaq...
Deyirsen ki, "Azerbaycan ulduzlar gormeyib guya?" Kimdi ulduz? Hansi ulduzlari deyirsen? Timati? Fabrika Zvezd? Mahsun Kirmizigul? Emrah? Belke ele bizim Yeni Ulduzlar? Besdirin, nolar. Gelin qebul edek ki,Azerbaycana Elton Condan boyuk,Elton Condan seviyyeli senetkar gelmeyib.Azerbaycanli mugennilerin senetinin cemi onun senetinin yarisi ola bilmez.
Bir de ki, sen adamin ishiyle onun shexsiyyetini qarishdirma.Elton Conun konsertine o gaydir deye gedilmir. Sadece oxudugu mahniya, onun sesine qulaq asmaqcun gedirler...
Sentyabr 17, 2007 19:35
Yuksek seviyyede yazilan ve menim kimi bir cox insanin hisslerini ifade eden hormetli Vusal muellime tesekkurler. Meqaleye munasibet bildiren ve Azerbaycani hansisa gaydan asagi goren Vuqara tovsiyyem ise budur ki, bizi itle-qurdla muqayise etmesin. "O bizi dunyaya tanidacaq" deyenler bilmelidirler ki, dunya tekce qerbdekilerde ve oradaki gaylardan ibaret deyil. 1 milyarddan cox Muselman dunyasi da var. Ve onlar bu muqeddes Ramazan ayinda elton con kimi gaylarin Azerbaycana xususi devetle geldiyini oyrenende hansi reaksiya verecekler? Bunu dusunen varmi hec?
Men qebul edirem ki, olkemizi tanitmaliyiq. Amma gelin onu da qebul edek ki, dunyada taninan ve sevilen tekce qoca gay con deyil. Onlarla, yuzlerle sevilen kisiyse kisi, qadinsa qadin mugenniler var. Meqsed olkemizi tanitmaqdisa, onda bu mugennilerden birini devet etmek mumkun deyildimi? Qaldi ki, eger yeralti ve yerustu servetleri ile zengin bir olke ancaq mugenni ile taninmaga mohtac olubsa, -- ki bu, bos sozdur, ag yalandir-- onda bu dunya gerek dagila.
"elton conun konsertine o gaydir deye gedilmir. Sadece oxudugu mahniya, onun sesine qulaq asmaqcun gedirler"-- fikiri ile men hec cur razilasa bilmeirem. Cunki 1. Baxanda sehnede gay gorursen. 2. Hemin vaxt hemin gayin emellerini dusunmemek mumkun deyil. Onu da deyim ki, ancaq zonbiler dusunmur.Onlar yalniz esitdikleri ile yasayirlar.....
Sentyabr 18, 2007 14:54
man sani dastaklayiram mallim.elton con kimilari bakida kalandir.goy galsin hamkarlarinin yanina.
Sentyabr 20, 2007 10:02

Buna diqqet cekdiyiniz ucun derin teshekkur. Şükür ki sizin kimi düşünenler hele qalib. Amma siz hec yazmadiniz ki ona ne qeder pul verilib? Mence konsertin sponsorlarinin siyahisina diqqet de çekmeli idiniz.
Sentyabr 17, 2007 17:24