Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 27
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 65
Ümumi hit: 114527
Müxtəlif
İmitasiyalar dövrü
Həmsədrlər irəli apara bilmədikləri danışıqları heç olmasa yerində fırlatmaq istəyirlər
ATƏT-in Minsk qrupunun həmsərdlərinin bölgəyə budəfəki səfəri çox həssas məqamda baş tutur. Məqam isə ona görə həssasdır ki, dövlət başçılarının Sankt-Peterburqdakı sonuncu görüşündən (iyun) sonra nizamlamanın əsas prinsipial çərçivəsi olan “Praqa prosesi” faktik olaraq, dalana dirənib. Peterburqdan sonra danışıqlarda nəinki heç bir irəliləyiş olmayıb, hətta geriləmədən danışmaq mümkündür. Ona görə də əslində proses “tamam, ya davam” dilemmasına maksimum yaxınlaşıb.
İki ölkənin xarici işlər nazirlərinin ayın əvvəllərində baş tutan Brüssel görüşü də danışıqları canlandırmaq baxımından uğurlu təsir bağışlamadı. Əsas səbəb isə odur ki, xarici işlər nazirinin müavini Araz Əzimovun sözlərilə desək, “erməni tərəfi hər dəfə son anda konkretlikdən qaçır”. Ona görə də indi həmsədrlərin bölgəyə konkret hansı təkliflərlə gəlməsi nizamlanmanın gələcəyi baxımından çox önəmlidir. Yeni təkliflər isə, əgər xarici işlər naziri Elmar Məmmədyarovun dediklərinə dayansaq, var, üstəlik, Bakı üçün maraq da kəsb edir.
Amma həmsədrlərin gətirdikləri ciddi təkliflərdir, yoxsa imitasiya üçün formal müddəalar? Təəssüf ki, ikinci fikrin doğru olduğunu düşünmək arqumentlər daha çoxdur.
Əslində vasitəçilərin bu addımı – yəni ilk baxışdan Bakını maraqlandıran təkliflərlə gəlmələri ondan xəbər verir ki, onlar hazırda sülh prosesinin pozulmaması, heç olmasa, formal olaraq qalması üçün əlləşirlər. Çünki iki həftə əvvəl Azərbaycan prezidenti İlham Əliyevin qaçqınların problemlərinin həllinə dair keçirdiyi müşavirədə söylədiyi fikirlərdə nizamlamanın pozula biləcəyinə dair aşkar xəbərdarlıq var idi. Dövlət başçısı açıq şəkildə bildirmişdi ki, əgər “Praqa prosesi” adlandırılan çərçivə nəticə verməsə, ümidlər tükənə bilər. Yəni bu, o deməkdir ki, Azərbaycan danışıqların davamı üçün “Praqa prosesi”ndən başqa bir çərçivə qəbul etməyəcək. Ermənistan isə hələ də “Praqa prosesi”nin davamına hazır olduğu haqda heç bir eyham vermir. Bu halda sual olunur: həmsədrlərin yeni elementləri hansı çərçivə daxilindədir? Əgər bu, “Praqa prosesi” çərçivsindən kənardadırsa, rəsmi Bakı heç cür yaxına buraxmayacaq, əksinədirsə, Yerevan prosesin davamına getməyəcək.
Beləcə, indiki nöqtədə yalnız iki alternativ var: ya Yerevan danışıqların “Praqa prosesi”nin indiyə qədər razılaşdırılmış prinsipləri çərçivəsində davamına razılıq verir, ya da həmsədrlər ancaq və ancaq imitasiyalar yoluyla danışıqların guya davam etməsi görütüsü yaradırlar. Təəssüf ki, vasitəçilər məhz ikinci yolu tutublar – axı Ermənistanın “Praqa prosesi”nə dönməsi üçün ona heç bir nəinki təzyiq, heç təsir də edilmir! Yerevanın özü isə çətin ki, gələn ilin fevralında baş tutacaq prezident seçkisinə qədər “Praqa prosesi” ifadəsini dilinə gətirsin. Ona görə də hazırda ən azı yarım illik imitisayilara hazırlaşmaq daha məntiqli olardı. Çünki ümidlərin tükənmədiyini göstərmək üçün vasitəçilərin başqa heç bir variantı qalmayıb.
Yazar: Vüsal Məmmədov @ Sentyabr 18, 2007 20:56 | "analiz" | Şərhlər(0)
Baxış sayı: 233
Açar sözlər:
![]()
![]()
![]()
