Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 3
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 40
Ümumi hit: 114502
Müxtəlif
“Master və Marqarita”
Hər cümləsinə sanki magiya hopmuş bir əsər! Dünya ədəbiyyatının şəksiz şedevri! Siz İblislə görüşə hazırsınızmı? Onda Mixail Bulqakovun dahiyanə əsərini buradan endirib, oxuyun.
Yadınızdadırsa, biz bu əsəri “Hamının oxumalı olduğu 10 kitab” siyahısına da salmışdıq.
"...-Amma görün, məni narahat edən nədir: Yaxşı, Allah yoxdursa, insanın həyatını və ümumiyyətlə, dünyada baş verənləri idarə edən kimdir?
- Elə insanın özü – Berlioz tələsik cavab verdi.
- Üzgünəm...- Əcnəbinin səsində bir həlimlik peyda olmuşdu – amma nəyisə idarə etməkçün heç olmasa sanballı bir vaxt kəsimini əhatə edən dəqiq plan lazımdır. Amma insan hətta gülünc görünəcək qədər qısa bir vaxt – deyək ki, məsələn, min illik plan tutmağa qadir deyilsə, hələ dünya bir yana qalsın, öz sabahkı gününü necə idarə edə bilər?"
Dahiyanə "Master və Marqarita" 
əsərindən sizin üçün tərcümə etdiyimiz kiçik bir parça.
Yer təsadüfən seçilib, çünki bu əsərin hər cümləsi şedevrdir.
"... - Amma izninizlə, soruşmaq istərdim,- əcnəbi qonaq həyəcanlı bir sükutdan sonra dilləndi – bəs Allahın varlığına aid sübutları nə edək? Həmin o beş sübutu?
- Təəssüf! – Berlioz heyfsilənircəsinə cavab verdi – amma o sübutların hamısı birə dəyməz, biri də heçə; axı razılaşın ki, təfəkkür aləmində Allahın varlığının sübutu ola bilməz.
- Əhsən! - əcnəbidən çılğın bir nida qopdu – Əhsən! Siz o narahat qoca İmmanuelin bu məsələylə bağlı fikrini olduğu kimi təkrarladınız. Amma taleyin məzəsinə baxın da: o özü həmin beş sübutu darmadağın edəndən sonra altıncısını yaratmışdı. ...Mən də o vaxt səhər yeməyi süfrəsində ona demişdim ki, “Siz, professor, ağlınza nəsə əcaib bir şey gəlib”.
Amma görün, məni narahat edən nədir: Yaxşı, Allah yoxdursa, insanın həyatını və ümumiyyətlə, dünyada baş verənləri idarə edən kimdir?
- Elə insanın özü – Berlioz tələsik cavab verdi.
- Üzgünəm...- Əcnəbinin səsində bir həlimlik peyda olmuşdu – amma nəyisə idarə etməkçün heç olmasa sanballı bir vaxt kəsimini əhatə edən dəqiq plan lazımdır. Amma insan hətta gülünc görünəcək qədər qısa bir vaxt – deyək ki, məsələn, min illik plan tutmağa qadir deyilsə, hələ dünya bir yana qalsın, öz sabahkı gününü necə idarə edə bilər? Birdə, Sizin başınıza bir iş gəlsə, öz hayınıza qalacaqsınız, dünya heç yada da düşməyəcək; və faciəli son: hər şeyi idarə etdiyini düşünən adam qəfildən hərəkətsiz uzanıb qalacaq. Bəzənsə lap pis də olur: kimsə Kislovodska getməyə hazırlaşır – bu yerdə əcnəbi gözünü qıyıb, Berlioza bir nəzər saldı – amma qəfildən ayağı sürüşüb, tramvayın altına düşür. Doğrudnmı, durub deyəcəksiniz ki, onun özü həyatını belə idarə etmək istəmişdi? Bu yerdə hər şeyi idarə edənin əslində tamam başqa biri olduğunu düşünməyimiz daha düzgün olmazdımı? – və bunu deyib, əcnəbi vahiməli bir qəhqəhə çəkdi.
Yazar: Vüsal Məmmədov @ Sentyabr 23, 2007 1:03 | "kitabxanamız" | Şərhlər(5)
Baxış sayı: 240
Açar sözlər:
![]()
![]()
![]()
Qeyd etmek isteyirem ki,- bu eseri oxuyan birinden, esitmisem ki,eseri indiki gencler anlamazlar.hemin sexsin dediyine gore Bulqakov SSRI-dovrunden sikayeti dile getirib, bunu ise indiki genclerin anlamasi problemdir. Indi bilmirem bu eseri yukleyib oxuyum, yoxsa.....?
Aprel 20, 2008 22:25
Salam, Günel!
Günel, "Master və Marqarita" - əbədi mövzufa yazılmış əsərdir; insanın mahiyyətini açmağa yönəlib Belə əsərlər heç zaman köhnəlmir! Üstəlik, çooox güclü bir sevgi xətti də var - sevgisi naminə İblislə iş birliyinə getmək!
Mütləq oxu, Günel, peşman olmazsan...
Aprel 22, 2008 0:39
abi kitabi 3 manat alib oxudum. cooox gozel
İyun 9, 2008 11:38

Cox xahis edirem mene bu eseri yuklemekde ve yaz azerbaycanca kitabi elde etmeye komek edesiniz.
Yanvar 29, 2008 21:59