Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
rüşvət abş mentalitet qarabağ ermənistan inqilab milli rusiya seçki eurovision ayı toy 80/20 səmimiyyət film nifrət liberalizm bahalaşma qafqaz arxetip
Sayqaç
İndi blogda: 20
Keçən ayın hiti: 10623
Dünənki hit: 438
Bugünki hit: 244
Ümumi hit: 115144
Müxtəlif
Qapımızı döyənlər
Bir neçə gün əvvəl Gəncə şəhərinin ad günü münasibətilə keçirilən şənliklər
zamanı yeni hazırlanmış Gəncə qapılarını görəndə adam bilmirdi ki, nə hiss keçirsin: sevinsin, qəzəblənsin, gülsün, ağlasın. . . Çünki Gəncə qapıları bizim üçün artıq simvola çevrilməkdədir: həddən artıq qəliz və çoxmənalı bir simvola.
Yəqin, Azərbaycanda qədim Gəncə qapılarının taleyini bilməyən tapılmaz. 1063-cü ildə Şəddadilər dövründə düzəldilən qapılar 1139-cu ildə zəlzələ zamanı bütün şəhərlə birlikdə dağılmışdı. Və bu zaman Gürcü çarı I Demetre şəhərə hücum edrək, onun darvazasını qənimət kimi öz ölkəsinə aparıb. Darvazanın bir tayından XVIII əsrdə Helat (Gelati, Kutaisi yaxınlığında) monastırının dam örtüyü təmir olunarkən istifadə edilib, ikinci tayı isə həmin monastırda saxlanılır.
Azərbaycan həmin darvazaları qaytarılması üçün bir neçə dəfə Gürcüstana müraciət edib. Sonunci dəfə ötən ilin payızında uzun-uzadı danışıqlar aparıldı, amma heç bir fayda vermədi. Həmin danışıqlar zamanı gürcülərin gətirdiyi arqumentlərin həyasızlığı adamı az qala şoka salırdı. Məsələn, Gürcüstanın mədəniyyət, idman və abidələrin mühafizəsi naziri bəyan etmişdi ki, artıq darvazalar gürcü xalqı üçün müqəddəslik statusu alıb! Dəhşətə baxın: Siz faciə üz verminş qonşunuzun üzərinə hücum çəkirsiniz, onun darvazalarını oğurlayıb gətirirsiniz, sonra da elan edirsiniz ki, bu, bizim üçün müqəddəslik simvoludur! Oğurluq haçandan müqəddəs iş sayılmağa başlayıb görəsən?
Gürcüstanın Gəncə darvazalarını özündə saxlamağa həm də ona görə mənəvi haqqı yoxdur ki, onları savaş yolyla qənimət kimi ələ keçirməyib. Sadəcə olaraq, qulqurluq edib, başına bəla gələn qonşusuna bir balta da o çalıb. Bu məntiqlə yanaşanda, əgər Gəncə darvazaları gürcülər üçün müqəddəslik simvolu sayılırsa, bizim üçün də gürcülərin mənəviyyatsızlıq simvolu sayılmalıdır.
Amma ən dəhşətlisi odur ki, gürcülər Helat monastrına qonaq gələnlərə həmin darvazanı hərbi qənimət kimi təqdim edirlər: guya I Demetre Gəncə şəhərini döyüşlə aldıqdan sonra darvazanı zəfər rəmzi kimi öz ölkəsinə gətiribmiş! Təəssüf ki, hələ də tarizxçilərimiz bu saxtakarlığa ciddi reaksiya verməyiblər. Nə fərqi var, tarixi kim və hansı məqsədlə saxtalaşdırır – mahiyyət eynidir. Nəticə isə təkcə darvazayla bitməyə də bilər.
Zənnimizcə, bu məsələni qapadıb kənara qoymaq hələ çox tezdir. Ən azından, ölkələr arasındakı digər bir tarixi-mənəvi mübahisə - David Qaraca monastırı məsələsi hələ də tam çözülməyib. Açığını desək, rəsmi Bakının bu məsələdə güzəştə meyllənməsi hiss olnur. Elə isə niyə müəyyən güzəştin qarşılığnda Gəncə qapıları məsləsi təzədən qaldırılmasın? O qapılar da Azərbaycan üçün simvoldur axı – 12-ci əsrin lap erkənlərində bizdə olan şəhərsəlma sənətinin, elmin inkişafının, mədəni yüksəlişin simvoludur. İndi üstəgəl, həm də qonşu arsızlığınım və əyriliyinin (təkcə əliəyriliyinin yox) simvoluna çevrilməyə başılayır. Ən azından, bunlara görə onu geri qaytarıb, gələcək nəsillər üçün möhkəm qorumalıyıq.
Yazar: Vüsal Məmmədov @ Sentyabr 24, 2007 20:25 | "analiz" | Şərhlər(0)
Baxış sayı: 163
Açar sözlər:
![]()
![]()
![]()
