Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

abş  mentalitet  rüşvət  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  qarabağ  amerika  kitab  dil  islam  din  infliyasiya  səhiyyə  eşşək  azərbaycan  putin 

Sayqaç

İndi blogda: 33
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 71
Ümumi hit: 114533

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Zibilşünaslığın əsasları

Hər şeyi ən aşağıdan – ibtidaidən başlamaq lazımdır; şəxsən mən həmişə belə düşünmüşəm ki, biz xalq olaraq demokratiyaya hazır deyilik, necə ki, siz ilk dəfə sinifə girəndə loqarifmik tənlikləri həll etməyə hazır deyildiniz (əminəm ki, indi də deyilsiniz). Yəni laap aşağıdan başlamaq lazımdır – konkret xalqdan söhbət gedirsə, nəqliyyata minib-düşməkdən, bir-birilə mədəni davranmaqdan, gecə siqnal verməməkdən, açıq geyimli qadınların olan-qalan paltarını da gözüylə soyundurmamaqdan, zibil atmağın qaydalarından və sair belə-belə vacib məsələlərdən.

 

Bütün bunların arasında axırıncısı bizim üçün xüsusilə aktual olduğundan, ondan da başlayaq. Mən Tolstoy küçəsi ilə Zərgərpalan (köhnə Poluxin) küçəsinin kəsişməsinə yaxın yerdə yaşayıram. Hər gün küçələrin tininə məhəllə camaatının ən son istehsalı olan təzə-tər zibil tökülür. Həmin nöqtəyə iki ən yaxın zibil qabları təxminən 500 metr yuxarıda (düz Təzə Pirin aşağı qapısının yanında) və 400 metr aşağıda yerləşir. Bu halda məhəllə camaatının məntiqini anlamağa çalışaq: onlar maksimim 500 metr gedərək, axşam yedikləri kartofun qabıqlarıyla sivil şəkildə vidalaşa bilərlər, əvəzində nə gözləri yollarının üstündə çürüməkdə olan üzvi kimya məhsulları görər, nə burunlarına murdar qoxu dolar, nə də gecə vaxtı ayaqları çaşıb zibilin içinə girər. Bunun üçün cəmisi beşcə yüz metr piyada getmək tələb olunur!
Amma yox: onlar ikinci alternativi daha üstün tuturlar. Niyə?
Məncə, məsələ heç də təkcə tənbəllikdə deyil. Sadəcə olaraq, insanların beynində belə bir neyrolinqvistik proqram yoxdur ki, zibili mütləq qaba atarlar! Yoxdur, vəssalam! Haradan olmalıydı ki? Bizə bəyəm Qarbologiya keçiblər?
Buyurun, tanış olun: Qarbologiya – zibil haqqında elmdir. Tam ciddi deyirəm, inanmırsınızsa, gedin ensiklopediyaya-filana baxın, nə bilim, internetdə-zadda axtarın. Məncə, bizim bu elmin öyrənilməsinə əşhədü-ehtiyacımız var. Nədi, zibil xırda məsələdir bəyəm? Təsəvvür eləyin, Bakının zibil xidməti üç gün işləməsə, nə olar - öz zibilimizin içində batarıq. Deməli, zibil çoox ciddi məsələdir, mən hətta deyərdim ki, insanın ləyaqəti (mədəniyyəti, savadı) zibilə münasibətindən başlayır.

Məsələn, o gün qızımın ingilis dili kitabına baxırdım. Mövzu zibil idi – sən demə, ingilis uşaqlarına lap balacalıqdan zibili zibildən fərqləndirməyi öyrədirlər: recycle, rubbish, litter (növləri çox idi); zibilqabları da müxtəlif təyinatlı olur: dustbin, litterbin, recycle bin. . . Uşaq hətta onu da öyrənir ki, hansı zibili məhz hansı qaba atmaq lazımdır və niyə. Birincisi, zibilqablarında bizdəki kimi mürəkkəb kimyəvi reaksiyalar getməsin və 100 kilometr radiusda bütün tarakanları qıran qoxular yayılmasın deyə; ikincisi – utilizasiya rahat olsun.
O gün Avstriyanın əmək və iqtisadiyyat naziri Martin Bartenşteyn Azərbaycanda zibil zavodu tikmək istəklərindən danışdı. Deməli, biz hətta düz-əməli zibil zavodu da tikə bilmirik. Qarbologiya keçməmişik axı.
Yeri gəlmişkən, hazırda Ukraynada orta məktəb proqramına qarbologiya fənninin salınması müzakirə olunur. Yeri getməmişkən, bizdə bu, lap aktualdır. Həm də ona görə ki, bizdə zibil heç də təkcə maddi kateqoriya deyil. Bizdə zibilə düşmək ən geniş yayılmış hallardan biridir. Hər mənada.
Ölkədə bu qədər zibil varkən, niyə bir qarboloq olmamalıdır?


Yazar: Vüsal Məmmədov @ Sentyabr 26, 2007 20:21 | "oriyentir" | Şərhlər(0)
Baxış sayı: 258
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha