Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

abş  mentalitet  rüşvət  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  qarabağ  amerika  kitab  dil  islam  din  infliyasiya  səhiyyə  eşşək  azərbaycan  putin 

Sayqaç

İndi blogda: 40
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 78
Ümumi hit: 114540

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Ya Xose ol, ya xosumvay

Kənardan bizə mexaniki olaraq ötürülən, təlqin olunan bütün həzzlər boş və saxtadır. Bu zaman biz obyektin özündən yox, onun doğurduğu effektdən kor-koranə həzz alıdır.
Xose Orteqa-i-Qasset, “Musicalia”


Sizi bilmirəm, amma mən üç Xose tanıyıram: 1) artıq gözəl bir fikrilə tanış olduğunuz, 20-ci əsrin böyük filosofu Xose Orteqa-i-Qasset; 2) məşhur tenor Xose Karreras; 3) repper Elşad Xose. Acığınıza gəlsə də, deyəcəyəm: bu üç Xosedən hansını daha yaxşı tanımağınız sizin mədəni səviyyənizi müəyyən edən çox ciddi göstəricidir. Amma Xose mövzusundan çıxan ibrətamiz nəticə heç də bu deyil.

Elşad Xosenin narkotikaya görə tutulması və artıq zaminə buraxılmasından yəqin, hamının xəbəri var. Görün, bu məsələnin ətrafında nələr baş verdi: deputat Anar Məmmədxanlı Yasamal rayon prokurorluğuna onun buraxılmasıyla bağlı müraciət etdi; İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov daxili işlər naziri Ramil Usubovla görüşündə Xose məsələsini qaldırdı; Usubov işi öz nəzarətinə götürdü; və nəhayət, Xose evlərinə buraxıldı. Bütün xosesevərlərə “gözünüz aydın olsun”,- deyib, bu əhvalatla bağlı bəzi məqamların üzərində xüsusi dayanmaq istəyirəm.
Rep həvəskarı olmadığımdan, Xosenin yaradıcılığı və onun Azərbaycan mədəniyyəti üçün nə qədər dəyərli şəxs olması haqda heç nə deyə bilməyəcəyəm. Amma buna dəqiq əminəm ki, kimsə sadəcə müğənnidir deyə, onun həbsi ətrafında bu boyda hay-küyün qaldırılması düzgün deyildi – doğrudanmı, hüquq-mühafizə sferasındakı bütün başqa problemlər həllini tapıb qurtrıb, qalıb bircə Xose məsələsi?
Ölkədə Xoseni özünə kumir sayan on minlərlə yeniyetmə və gənc var. İndi onlar hamısı kumirlərinin narkoman olduğunu və buna görə hətta az qala əzizləndiyinin şahidi oldular. Bu olayın həmin gənclərin psixikasına nə qədər təsir edə biləcəyi haqda düşünən varmı? Çalışıb-vuruşub özünü kumir səviyyəsinə qaldıran hər kəs zəhmət çəkib, bu statusunun yaratdığı məsuliyyətə də sahib durmalıdır. Bu, bir.
Dünyanın heç bir yerində ulduzlara belə yanaşma olmur. Ən cüzi qanun pozuntusu – deyək ki, avtomobilin sürətini qaldırmaq, yaxud, vergiləri vaxtında ödəməmək üstündə dərhal onlar da hamı kimi cəzalandırılırlar. Belə halların siyahısını yazmaqla bütöv bir qəzeti doldurmaq olar.
Və ən əsası, doğrudanmı, kimsə repperdir deyə, onun qayğısına başqalarından daha çox qalmaq, hüquqlarını başqalarından daha artıq qorumaq lazımdır? Əgər həmin şəxsin ölkə qarşısında böyük xidmətləri olsaydı, ilk növbədə özüm deyərdim: bəli! Amma bu halda elə deyil axı, Xosenin ölkə qarşısında heç bir xidmətindən danışmaq mümkün deyil.
Elşad Xose haqlı olaraq tutulduğunu özü də etiraf edib, amma Azərbaycanda polis haqsızlığıyla üzləşən, hüquqları müxtəlif formada pozulan bnilirsinizmi, nə qədər adam var? Onların da arxasında kiminsə durması üçün mütləq rep oxumalarımı lazımdır? Öz haqqını heç cür bərpa edə bilməyən, şikayətləri hər yerdə ancaq divarlara dəyib qayıdan bir vətəndaş repper olmadığına görə günahkardırmı? Onda gəlin, “Hər birimiz bir Xose” kampaniyasına başlayaq. Şüarı da belə seçək: “Ya Xose ol, ya xosumvay”.



Yazar: Vüsal Məmmədov @ Sentyabr 30, 2007 22:22 | "bu da belə..." | Şərhlər(3)
Baxış sayı: 266
Açar sözlər:
Bookmark and Share

1
Orxan yazıb:

wink Mən sizin şərhlərinizi gozləyirəm çünki ən yaxşı şərh yazan dostlarımızın şərhini şəkli ilə birlikdə saytda yerləşdirəcəyik Buyurun tələsin bir həftə içərisində yazılan şərhlər qeyd olunacaq
Və 30.09.2007 tarixindən 07.09.2007 tarixinə qədər yazılan şərhlər nəzərə alınacaq Ona görə tələsin!Məşhur olmaq imkanını əldən verməyin
Şərhlərinizi gözləyirəm!!!

Sentyabr 30, 2007 22:35

2
angelochka yazıb:

XOSE 1ci narkoman deyil.bizde sher atmaq genish yayilib.qaldi ki,kimsesi olmayanlara ona XOSE neylesin???ozunuz de dediyiniz kimi XOSEYLE maraqlanmirsiz.siz evvelce maraqlanin sonra basha dushun ki,bu boyda hay-kuy lazim idi,ya yox!!! fanatka XOSE.

Oktyabr 8, 2007 0:12

3
vitamin yazıb:

XOSE severler gozunuz aydin olsun! :-):-)

Oktyabr 29, 2007 19:59


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha