Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! Oktyabr 30, 2007 19:11 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(10)      Oxunub:934
Ötən bazar günü Argentinada ölkənin keçmiş prezidenti Nestor Kirşnerin həyat yoldaşı Kristina Fernandes de Kirşnerin qələbə qazanması dünya siyasətindəki “qadın dalğası”nı bir az da qabartdı. Diqqət edin ki, son illərdə dünyanın müxtəlif bölgələrində yerləşən və fərqli mentalitetlərin mövcud olduğu dövlətlərdə əsl qadın lider bumu yaşanmaqdadır.
Məsələn, Kristina Fernandesi ilk təbrik edənlərdən biri Çilinin ötən ilin martında seçilən qadın prezidenti Mişel Başele olub.
Davamı...
Yazını "XəbərNamə"yə göndər! Oktyabr 29, 2007 23:30 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:153
Minsk qrupunun həmsədrləri bu dəfə regiona özlərilə inamsızlıq qutusunda ümid gətirmişdilər. Söhbət danışıqlarda gözlənilən təxminən bir illik taym-aut ərəfəsində indiyə qədər əldə olunmuş razılıqları konkret sənədlə təsbit etmək və seçkilərdən sonra prosesə qaldığı yerdən davam etmək ümidindən gedir. Yəni vasitəçilər bir növ “Praqa prosesi”ni konservasiya etməyə çalışırlar. Metyu Brayzanın prezident seçkisinə qədər tərəflər arasında çərçivə sazişinin imzalana biləcəyinə aid dedikləri də məhz bu istəkdən qaynaqlanır.Davamı...
Yazını "XəbərNamə"yə göndər! Oktyabr 26, 2007 12:14 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:141

Nazirlər Kabinetinin bu həftə keçirilən toplantısında dövlət başçısının üzərində ən ciddi dayandığı problemlərdən biri məhz infliyasiya oldu. Ölkədə infliyasiya həqiqətən də artıq elə bir kritik həddə yaxınlaşmaqdadır ki, o hədd keçilsə, təkcə sosial yox, həm də iqtisadi problemlər yarada bilər.
MDB-nin statistika komitəsinin hesabatına görə, hazırda, postsovet məkanında ən yüksək infliyasiyanın olduğu ölkələrin arasında Azərbaycan ikinci yerdədir:

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Oktyabr 24, 2007 21:12 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(2)      Oxunub:174

Bu yaxınlarda “News Writing” kursundan dərs dediyim Xəzər Universitetində tələbələrin gələcək peşələrinə münasibətini daha yaxşı anlamaq və onlarla daha effektiv işləyə bilmək üçün özümün tərtib etdiyim anketlərin əsasında sorğu keçirmişdim. 21 tələbənin doldurduğu anketlərin nəticələri hətta gözlədiyimdən də belə deyək, daha ekstremal çıxdı.

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Oktyabr 23, 2007 23:56 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:164

 

Dövlət başçısının oktyabrın 22-də keçirilən müşavirədəki son dərəcə sərt çıxışı bu gün özünü paytaxtın yollarında və DYP-yə düşmüş vəlvələdə göstərdi, amma məsələnin təkcə bununla bitməyəcəyini düşünməyə yetərincə əsas var. Ən əsası, nəzərə alaq ki, prezidentin qəzəbi təkcə konkret olaraq, plyonkalara qarşı yox, HARINLARA qarşı yönəlmişdi, bu isə plyonkadan dəfələrlə geniş mövzudur.

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Oktyabr 22, 2007 18:21 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(3)      Oxunub:187
Əgər “terrorçu qruplaşma” adlanan qüvvəylə mübarizədə yaxşı hazırlanmış peşəkar ordu 1 gündə 15 qurban verirsə, onda bunun adı daha “antiterror əməliyyatı” deyil; bu - əsl müharibədir ki, var. Türkiyə artıq faktik olaraq, kiçik savaşa cəlb olunub və bunun böyük savaşa çevrilmək ehtimalı da az deyil. Düzdür, əksər analitiklər hələ ki bu varianta ciddi yanaşmırlar, amma onu istisna etmək də düzgün olmazdı.Davamı...
Yazını "XəbərNamə"yə göndər! Oktyabr 20, 2007 22:12 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(1)      Oxunub:164
Azərbaycan filminin “Oskar”a təqdim olunması hələ ki, komediya janrına bənzəyir

Azərbaycan filminin “Oskar”a namizəd göstərildiyi xəbərini eşidəndə bilmirsən güləsən, ya ağlayasan; gülmək istəyirsən – çünki hər halda, Azərbaycan filmi “Oskar”a namizəd göstərilib; ağlamaq istəyirsən – çünki bu, təxminən futbol yığmamızın məsələn, Dünya Çempionatının finalına çıxması, Natəvan Həbibinin “Eurovision”a göndərilməsi kimi bir şeydir: baxmaq da adamı ağrıdar.
Davamı...
Yazını "XəbərNamə"yə göndər! Oktyabr 17, 2007 20:47 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:136

 

Tıxacları azaltmaq üçün ilk növbədə körpü yox, dayanacaq lazımdır

 

Bakıdakı körpülərin sayı yavaş-yavaş artsa da, yollardakı tıxacların hissolunan dərəcədə azaldığını söyləmək təəssüf, hələ ki, mümkün deyil. Əlbəttə, ola da bilsin ki, indi üzərində iş gedən körpülər də tikilib qurtarandan sonra vəziyyət bir qədər yüngülləşsin, amma yenə də tıxac problemi həllini tapmayacaq. Bunun səbəblərinin arasında isə biri daha çox diqqəti çəkir. 

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Oktyabr 16, 2007 19:56 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(1)      Oxunub:106
Son günlərin hadisələri düşünməyə əsas verir ki, ABŞ Konqresinin Beynəlxalq Əlaqələr Komitəsinin “erməni soyqırımı”nı tanımasında əsas məqsəd heç də erməni lobbisinin və diasporunun istəyini təmin etmək deyil və bunun arxasında olduqca ciddi niyyətlər gizlənib. İnanmaq çox çətindir ki, Amerikanın İraqdan çıxmağa hazırlaşdığı, bu ölkənin 3 yerə bölünməsi planın üzərində iş getdiyi, İran məsələsinin potensial problem kimi qaldığı, İsrail-Fələstin münaqişəsinin həlli üçün Vaşinqtonun fəaliyyətini artırdığı bir vaxtda dövlətin bütün geostrateji maraqları erməni lobbisinin şıltaqlığına qurban verilsin.Davamı...
Yazını "XəbərNamə"yə göndər! Oktyabr 11, 2007 23:58 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(0)      Oxunub:118

ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin «erməni soyqırımı»nı tanıyan qətnaməni qəbul etməsi əhvalatı əgər dərdin kiçiyi idisə, Azərbaycan mediasının buna necə reaksiya verməsi dərdin böyüyü oldu. Bu reaksiya jurnalistikamızın əslində nə qədər dərin böhran içində olduğunu göstərdi.

Davamı...

  Yazılar cəmi: 13    Sonrakı səhifə »