Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
rüşvət abş mentalitet qarabağ ermənistan inqilab milli rusiya seçki eurovision ayı toy 80/20 səmimiyyət film nifrət liberalizm bahalaşma qafqaz arxetip
Sayqaç
İndi blogda: 20
Keçən ayın hiti: 10623
Dünənki hit: 438
Bugünki hit: 237
Ümumi hit: 115137
Müxtəlif
Dəmir və rezin bataqlığı
Tıxacları azaltmaq üçün ilk növbədə körpü yox, dayanacaq lazımdır
Bakıdakı körpülərin sayı yavaş-yavaş artsa da, yollardakı tıxacların hissolunan dərəcədə azaldığını söyləmək təəssüf, hələ ki, mümkün deyil. Əlbəttə, ola da bilsin ki, indi üzərində iş gedən körpülər də tikilib qurtarandan sonra vəziyyət bir qədər yüngülləşsin, amma yenə də tıxac problemi həllini tapmayacaq. Bunun səbəblərinin arasında isə biri daha çox diqqəti çəkir.
Körpülər yalnız hərəkət edən avtomobillərin yolu yükləməsinin qarşısını alır, amma Bakıda sağa-sola azacıq boylanmaq yetərlidir ki, tıxacların yaranma səbəbinin 60 faizini görəsən: bu, gedən yox, məhz DAYANAN avtomobillərdir. Yolları 60 faiz məhz onun kənarlarında saxlanılan maşınlar yükləyirlər. Bu qədər avtomobilə hesablanmayan Bakının yolları onsuz da gen deyil, camaatın öz maşınını harada kefi istədi saxlaması isə onları lap daraldır. Əksər yolların azı 1/3 hissəsindən (bəzənsə hətta yarısından) faktik olaraq, hərəkət üçün yox, dayanmaq üçün istifadə olunur. İş o yerə çatıb ki, nəinki sürücülər, hətta piyadalar da küçlərdə saxlanılan avtomobillərin əlindən öz yollarını düz-əməlli gedə bilmirlər. Xüsusilə də görməmiş nuvorişlərin tabutdaşıyan maşınları andıran nəhəng “cip”ləri Bakının mərkəzindəki dar küçələri elə doldurur ki, öz yolunu piyada gedə bilmək üçün onların arasında mürəkkəb driblinqlər etməyə məcbursan. Adamın lap hövsələsi boğulur. Qanunsuz “parkovka”lar yolları dəmir və rezin bataqlığına çeviriblər. Heç bir şübhəm yoxdur ki, əgər bu gün yolların kənarları orada dayanan avtomobillərdən təmizlənsə, sabahdan Bakıda tıxaclar minimuma enər. Və əksi də düzdür: nə qədər ki, bu problem həllini tapmayıb, körpülər çətin ki, tıxac dərdinə tam çarə edə bilsinlər.
Amma imam üçün ağlayanda yezid üçün də ağlamaq məsləsini yada salanda, avtomatik olaraq, belə bir sual da ortaya çıxır ki, bəs avtomobilin sahibi maşınını harada saxlasın? Bunun üçün heç bir xüsusi yer yoxdur axı! Mən şəxsən Bakıda dayanacaq üçün ayrılmış bir dənə də sahə görməmişəm. Kim harada maşından düşürsə, orada da qoyub gedir. Halbuki, müasir şəhərləri dayanacaq meydanları olmadan təsəvvür etmək mümkün deyil. Xüsusilə də, torpaq baha olduğundan, yeraltı və çoxmərtəbəli dayanacaqlar daha geniş yayılıblar. Bakının yollarındakı trafikin azacıq da olsa yüngülləşməsi üçün mütləq şəhərdə təcili olaraq heç olmasa yüzə yaxın dayanacaq yeri tikilməlidir. Amma təəssüf ki, hazırda bu məsələnin həlli təxminən Ayda kosmodrom tikmək qədər mürəkkəb görünür. Deyil, məhz görünür: ona görə ki, heç kim (təbii ki, rəsmi şəxslər nəzərdə tutulur) bu haqda danışmır, nəqliyyat problemlərinin nizamlanmasıyla məşğul olan qurumlar isə sanki problemi ümumiyyətlə, görmürlər. Daha maraqlısı isə odur ki, əgər qəfildən kimsə dayanacaq tikməyin vacib olduğunu anlasa, bunu harada tikəcəklər – Bakıda yer qalıbmı?
Yazar: Vüsal Məmmədov @ Oktyabr 17, 2007 20:47 | "oriyentir" | Şərhlər(1)
Baxış sayı: 169
Açar sözlər:
![]()
![]()
![]()

Ela yazidir! Amma bir az da sadeleshdir, sade vetendashin basha dushe bilmeyeceyi sozler ( driblinqlər, nuvorişlərin ve.s ) choxdur
Oktyabr 6, 2008 2:26