Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

abş  mentalitet  rüşvət  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  qarabağ  amerika  kitab  dil  islam  din  infliyasiya  səhiyyə  eşşək  azərbaycan  putin 

Sayqaç

İndi blogda: 9
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 47
Ümumi hit: 114509

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Türkiyə böyük savaşa çəkilir?

Əgər “terrorçu qruplaşma” adlanan qüvvəylə mübarizədə yaxşı hazırlanmış peşəkar ordu 1 gündə 15 qurban verirsə, onda bunun adı daha “antiterror əməliyyatı” deyil; bu - əsl müharibədir ki, var. Türkiyə artıq faktik olaraq, kiçik savaşa cəlb olunub və bunun böyük savaşa çevrilmək ehtimalı da az deyil. Düzdür, əksər analitiklər hələ ki bu varianta ciddi yanaşmırlar, amma onu istisna etmək də düzgün olmazdı.

Bəlkə də, Türkiyə hökumətinin parlamentin qərarına baxmayaraq, Şimali İraqa qoşun yeritməkdə tərəddüd etməsi həm də bununla bağlıdır ki, Ankarada vəziyyətin nəzarətdən çıxa biləcəyindən qorxurlar. Həm ABŞ, həm Avropanın aparıcı dövlətləri, həm də İraq prezidenti Cəlal Tələbani Türkiyəyə İraq sərhədlərini keçməməklə bağlı xəbərdarlıq ediblər. Tələbani həmçinin PKK-nın heç bir liderini Türkiyəyə təhvil verməyəcəyini də açıqlayıb. Amma diqqət yetirin ki, bununla yanaşı, həm də PKK faktik olaraq, Türkiyənin üzərinə QISQIRDILIR (heç bir şəkksiz-şübhəsiz, son hücumların PKK-nın öz istəyi və qərarı, həmçinin, imkanlarıyla baş tutduğuna inanmaq tamamilə sadəlövhlük olardı). Və bununla da rəsmi Ankara faktik olaraq, beynəlxalq təzyiqlə ölkədaxili ictimai təzyiqin arasında qoyulur ki, AKP hökuməti gec-tez onlardan birini tapdalayıb keçməyə sadəcə, məcbur olacaq. Bu isə istənilən halda partlayış deməkdir. Demək, ortada Türkiyəyə qarşı qurulmuş irimiqyaslı bir plan var ki, kürd kartı olsa-olsa həmin planın sadəcə, bir elementidir. Planı quranın kimliyinə gəlincə, görünür, iki həftə əvvəl İstanbildakı mitinqlərdə “Amerika – mehmetciyin qatili” qışqıranlar haqlı imişlər. . .
Belə bir gərgin durumda Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanın noyabrın 5-də Amerikaya baş tutmalı olan səfərinin üzərinə nə qədər ağır yükün düşdüyünü təsəvvür etmək çətin deyil. Yəqin ki, səfər reallaşana qədər Türk Ordusu İraqa girməyəcək; amma Ərdoğan Vaşinqtonda istədiyi nəticəni əldə edə biləcəkmi? Amerika planı elə qurub ki, Türkiyə birdən-birə iki məsələdə sövdələşməyə çəkilir: “erməni soyqırımı”nın tanınması və İraqa girməmək. Və çətin ki, onların hər ikisində Türkiyənin istədiyilə razılaşsınlar. Bəs bu halda nə olacaq? Ankara əsl hamletsayağı sual qarşısında qalır – “soyqırım”ın gündəmdən çıxarılması qarşılığında İraqa girməmək, yoxsa, Qərbin nə edəcəyinə tüpürərək, mehmetciyə “irəli” əmrini vermək?
Türkiyənin strateji maraqları baxımından məhz ikinci variant daha doğrudur: çünki “soyqırım” hətta indi tanınmasa belə, onsuz da onun tanınması bir zaman məsələsidir; kürdlərin İraqın şimalına nəzarəti ələ keçirmələri isə Türkiyənin milli təhlükəsizliyinə qarşı birbaşa ciddi hədə olar. Hərçənd, “soyqırım”ın tanınması da ermənilərin simasında ikinci ciddi hədənin yetişdirilməsinə hesablanıb. Bir sözlə, Türkiyə həm erməni, həm də kürd kartıyla EYNİ ZAMANDA vurulur; ona qarşı bütün bir regional pasyans qurulub. Sonu hələ ki xeyli qaranlıq görünən və təşviş doğuran bir oyun.



Yazar: Vüsal Məmmədov @ Oktyabr 22, 2007 18:21 | "analiz" | Şərhlər(3)
Baxış sayı: 233
Açar sözlər:
Bookmark and Share

1
jurnalist yazıb:

pos-pos, bu senden bashqasi olamaz!!!

Oktyabr 23, 2007 3:48

2
vüsal məmmədov yazıb:

Valyoşa, bunun sən olduğunu 50 faiz ehtimalla anlamışdım.
P.S. Digər 50 faizin məxsus olduğu şəxsiyyətə Kovent Qardenin nə olduğunu tanıda bildinmi?

Oktyabr 23, 2007 23:17

3
Pərviz yazıb:

Vüsal, səni görməyimə şadam. Nədən susdun? Haralardasan?

Oktyabr 25, 2007 23:44


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha