Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

rüşvət  abş  mentalitet  qarabağ  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  ayı  toy  80/20  səmimiyyət  film  nifrət  liberalizm  bahalaşma  qafqaz  arxetip 

Sayqaç

İndi blogda: 15
Keçən ayın hiti: 10623
Dünənki hit: 438
Bugünki hit: 224
Ümumi hit: 115124

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Gələcək jurnalistimizin portreti

Bu yaxınlarda “News Writing” kursundan dərs dediyim Xəzər Universitetində tələbələrin gələcək peşələrinə münasibətini daha yaxşı anlamaq və onlarla daha effektiv işləyə bilmək üçün özümün tərtib etdiyim anketlərin əsasında sorğu keçirmişdim. 21 tələbənin doldurduğu anketlərin nəticələri hətta gözlədiyimdən də belə deyək, daha ekstremal çıxdı.

 

İlk sual beləydi: “Jurnalistikanı öz istəyinizlə seçmisiniz, yoxsa sadəcə, “iş belə gətirib”? Belə məlum oldu ki, 13 nəfər özü seçib, 8 nəfər isə istəmədən gəlib jurnalkistika fakültəsinə düşüb. Bu, əslində tələbələrin və ya konkret olaraq, jurnalistika fakültəsinin yox, ölkənin tələbə yerləşdirmə sisteminin problemidir. Şübhəsiz ki, digər sahələrdə də minlərlə, bəlkə hətta on minlərlə tələbə ürəklərincə olmayan auditoriyalarda vaxt öldürməklə məşğuldurlar, halbuki, bəlkə də istədikləri ixtisaslara düşsəydilər, gələcəkdə onlardan normal mütəxəssis alınardı. Ona görə də, TQDK tələbə yerləşdirmə sistemini əslində kökündən dəyişməlidir. Bir auditoriyanın 1/3-i ora təsadüfən düşən tələbələrdirsə, bundan daha nə gözləmək olar?
Keçək ikinci suala: “Necə düşünürsünüz, jurnalist işləyərək, normal dolanmaq mümkündürmü?” 9 nəfər “yox”, 7 nəfər “hə” cavabını verib. Təsəvvür edin: tələbə öyrəndiyi ixtisasın gələcəkdə onun normal dolanışığını təmin etməyəcəyinə bəri başdan əmindir. Elə isə, onun təhsil almaq stimulu nədən ibarət olacaq? Demək, ya təhsilə formal prosedur kimi yanaşırlar, ya da ümumiyyətlə, ölkədə pessimist bir gənclik yetişməkdədir. Gənclərin normal dolanışıq anlayışının rəqəm ekvivalentinə münasibəti də maraq doğurur: onların 3 nəfəri 500, 3 nəfəri 300-400, 4 nəfəri 500-dən artıq, 1 nəfəri isə 300 manatdan az maaşla işləməyə razıdır. Yeri gəlmişkən, jurnalistin iş tapmaq şansını 1 nəfər yüksək, 8 nəfər orta, 4 nəfər aşağı qiymətləndirib.
Üçüncü məqam isə lap dəhşət idi: “Sizcə, Azərbaycanda jurnalist peşəsinin hörməti varmı” sualına 14 nəfər “yox”, 7 nəfər “hə” cavabı verib. Yenə də tam bir nihilizm səhnəsiylə qarşılaşırırq: insan nüfuzsuz saydığı peşəyə yiyələnmək üçün niyə çalışmalıdır, təhsilhaqqı ödəməlidir? Şəxsən mən bu motivasiyanı anlamaqda çətinlik çəkirəm. Daha nüfuzlu peşə kimi isə gənclər polisi, həkimi, müəllimi görürlər. Yüz faiz əmin olun ki, rüşvət almaq imkanlarının mövcudluğuna görə.
Gələcək jurnalistlərin 13 nəfəri televiziyada, 1-i radioda, 2-si web-redaksiyada, 3-ü qəzetdə işləmək istərdi. Televiziyada çalışmağı arzulayanlar bunu tanınmaq istəyilə əsaslandırıblar. Özünüz nəticə çıxarın.
“Siz karyeranızın inkişafı naminə öz prinsiplərinizdən keçməyə razılaşardınızmı” sualına isə 15 nəfər “qətiyyən”, 6 nəfər “baxır vəziyyətə” cavabını yazıb, “karyeramın inkişafı üçün hər şeyə hazıram” variantını isə heç kim seçməyib. Əgər bu cavabın səmimiliyinə inansaydım, hesab edərdim ki, sorğunun ən sevindirici nəticəsi məhz budur. Amma. . .




Yazar: Vüsal Məmmədov @ Oktyabr 24, 2007 21:12 | "analiz" | Şərhlər(2)
Baxış sayı: 202
Açar sözlər:
Bookmark and Share

1

Cənab Məmmədov.Bəs siz özünüz jurnalistikaya təsadüfən ya seçərək gəlmisiniz? Və prinsiplərinizin naminə karyeranizdan keçməyə hazirsinizmi? redface

Oktyabr 28, 2007 19:25

2
Vüsal Məmmədov yazıb:

Hörmətli "deye bilmerem", deyə bilərəm:

Mən jurnalistikaya 1997-ci ildə, BDU-da Beynəlxalq Münasibətlər Fakültəsinin tələbəsi olarkən, öz həvəsimin arxasınca düşərək, gəlib çıxmışam.

İkinci suala gəlincə, mən prinsiplərimi zəif, orta və güclü olmaqla üç hissəyə ayırıram. Karyeramın naminə zəif prinsiplərimdən keçərəm, orta gücdə olanlarla bağlı şəraitə baxaram, güclü prinsiplərimi isə heç nəyə dəyişmərəm.


Oktyabr 28, 2007 21:11


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha