Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

abş  mentalitet  rüşvət  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  qarabağ  amerika  kitab  dil  islam  din  infliyasiya  səhiyyə  eşşək  azərbaycan  putin 

Sayqaç

İndi blogda: 7
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 44
Ümumi hit: 114506

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Dünya siyasəti xanımlaşır

Ötən bazar günü Argentinada ölkənin keçmiş prezidenti Nestor Kirşnerin həyat yoldaşı Kristina Fernandes de Kirşnerin qələbə qazanması dünya siyasətindəki “qadın dalğası”nı bir az da qabartdı. Diqqət edin ki, son illərdə dünyanın müxtəlif bölgələrində yerləşən və fərqli mentalitetlərin mövcud olduğu dövlətlərdə əsl qadın lider bumu yaşanmaqdadır.
Məsələn, Kristina Fernandesi ilk təbrik edənlərdən biri Çilinin ötən ilin martında seçilən qadın prezidenti Mişel Başele olub.

Bu il ABŞ-da ilk dəfə Nümayəndələr palatasına qadın spiker (Nensi Pelosi) seçildi, gələn il isə ilk dəfə ölkəyə bir qadının (Hillari Klinton) başçılıq edəcəyi şansı çox böyukdür. Amerikada daha iki ölkəyə - Qayanaya xanım Canet Caqan, Panamaya isə Nireylya Moskoso başçılıq edir.
Almaniyanın baş naziri Angela Merkel, Finladiyanın prezidenti Tarya Halonen, onun latviyalı həmkarı Vayra Vike-Frayberqa, İrlandiyanın dövlət baçşısı Meri Makalis Avropanın “qadın rəhbərləri klubu”nu əmələ gətirirlər; onların sırasının Fransada Seqolen Ruayalın hesabına artması da mümkün idi.
Ötən il Afrika qitəsinin tarixində ilk dəfə olaraq bir xanım dövlət başçısı seçildi – bu, Liberiyanın prezidenti Ellen Coson-Selifdir.
Bu ilin iyulundan Hindistana da tarixində ilk dəfə olaraq qadın prezident
Pratibsi Patill başçılıq edir. Filippin son beş ildə Asiyanın ilk qadın prezidenti Qloriya Makapaqal Arroyyonun rəhbərliyi altındadır.
Hökumət üzvlərinin və qanunvericilərin araında isə qadınların sayı daha çoxdur. Hazırda Buş hökumətində 14 nazirdən 3-ü qadındır, dövlət katibi Kondoliza Raysın vəzifəsini xarici işlər nazirinə adekat saysaq, bu rəqəm 4-ə çıxar. Rusiyada sonuncu kabinetdə 2 qadın nazir var – Tatyana Qolikova
Elvira Nabiullina. Güney Koreyaya tarixində ilk dəfə olaraq qadın baş nazir – Xan Men Suk rəhbərlik edir. İsrailin (Çipi Livni), Yunanıstanın (Dora Bakoyanni), Britaniyanın (Marqaret Bekket), Avstriyanın (Ursula Plassnik), Latviyanın (Sandra Kalniete), Yaponiyanın (Yoriko Kavaquçi) və bir sıra digər ölkələrin xarici işlər nazirləri qadınlardır.
Hazırda ABŞ-da parlamentarilərin 16,3 faizi xanımlardır, bütün dünyada isə bu, təxminən 13 faiz civarındadır.
Bütün bunlar dünya siyasətinin getdikcə “qadınlaşması” deməkdirmi? Bir sıra analitiklərə görə, bəli. Çünki dünyada fiziki qüvvə getdikcə daha az rol oynayır, sosial-liberal ideyalar önə çıxır; ortaya sərt mövqe qoymağı yox, əksinə, sərt münasibətləri yumşaltmağı bacaran siyasətçilərə ehtiyac artır. Bu cizgilər isə qadınlarda daha güclüdür.
Və çox maraqlı bir detal: əvvəllər siyasi karyera quran xanımlarda kişi xasiyyəti qabarıq nəzərə çarpırdısa və hətta vacib özəllik idisə (“dəmir ledi”), indi tam əksinədir. İndi siyasətçi xanımların məhz incəliyi, gözəlliyi, qadın cazibəsi onlara uğur gətirən detal kimi çıxış edir. Məsələn, Kristina Fernandes yetərincə gözəl qadındır. Bu sıranı artırmaq da olar: Dora Bakoyani, Yuliya Timaşenko. . . (amma unutmayın, zövqlər dartışılmaz).


Yazar: Vüsal Məmmədov @ Oktyabr 30, 2007 19:11 | "analiz" | Şərhlər(10)
Baxış sayı: 1088
Açar sözlər:
Bookmark and Share

1
deye bilmerem yazıb:

İndi siyasətçi xanımların məhz incəliyi, gözəlliyi, qadın cazibəsi onlara uğur gətirən detal kimi çıxış edir.-Sizin fikrinizce bu xususiyyetler qadinin prezident olmasi ve bir olkeye rehberlik etmesi ucun kifayetdirmi?

Noyabr 2, 2007 22:24

2
Defne yazıb:

Vusal bey......... Bizim respublikamizda qadinlar namizedliklerini ireli surseler butun seckili vezifelerde birinci yeri titacaqlar. Tebii ki Sizin kimi QADİN CAZİBEsini deyerlendirmeyi bacaran kishilerin sayesinde

Noyabr 2, 2007 22:32

3
Defne yazıb:

Bu qeder qadin adi sadalamisiniz... rolleyes
Arashdirmalariniza esasen bu xanimlarin bu yerlere gelib cixmasinda ayaqlarinin numayishi ne derecede rol oynayib? question

Noyabr 2, 2007 22:38

4
Vüsal Məmmədov yazıb:

Hörmətli "deye bilmerem", əvvəla, desəniz, daha yaxşı olar smile)))

Suala gəlincə, mən sadəcə, dünya siyasətində baş verən son reallığı konstatisiya edərək, qadın siyasətçilərin yeni nəsli üçün meyar dəyişikliyini göstərmişəm. Əlbəttə, "incəliki, gözəllik, qadın cazibəsi" ayrılıqda götürəndə ölkəni idarə etmək üçün qətiyyən yetərli deyil; amma bunlar yeni nəsil siyasətçi xanımların digər (əsas) özəlliklərinə əlavə olunan çox vacib bonusdur. Hər halda, hansısa şirkətə, quruma, son olaraq isə ölkəyə bir qadın rəhbərlik edəcəksə, onun cazibəli bir xanım olması daha yaxşıdır, nəinki çirkin birisi. Öz gözəliyini bilməyən qadın heç nəyi bilməz.


Noyabr 2, 2007 23:31

5
Vüsal Məmmədov yazıb:

Dəfnə xanım!!!

Replikanızın tikanlarının bir az uzun olmasına baxmayaraq, əvvəla, "QADİN CAZİBEsini deyerlendirmeyi bacaran kishi" ifadənizi öz ünvanıma deyilmiş kompliment kimi qəbul edirəm. Bir kişi üçün bunu bacarmaq doğrudan da, böyük xoşbəxtlikdir smile))

İkincisi, mən həmin xanımların karyerasını əvvəldən izləməmişəm, bu işdə ayaqlarının roluna da xüsusi diqqət ayırmamışam. Sualınılz, açığı, çox qəribədir. Hər halda, ümid edirəm ki, sizin ayaqlarınızla bağlı heç bir probleminiz yoxdur.

Söhbət bura gəlmişkən onu da qeyd edim ki, ayaqlar - qadının birinci sifətidir. Yəni nahaq lağ edirsiniz...

Noyabr 2, 2007 23:38

6
Vüsal Məmmədov yazıb:

P.S. Bloquma aktivliyinizə görə hər ikiniz təşəkkürümü qəbul edin. Ümid edirəm, gələcəkdə də fəal oxucum olaraq qalmaqda davam edəcəksiniz...

Noyabr 2, 2007 23:41

7
Defne yazıb:

Salam. Calishacaqam ki cavabim aqressiv olmasin. Nezerinize cardira bilerem ki menim ayaqlarimla baqli hec bir problemim yoxdur. Umumiyyetle hec ne ile baqli kompleksim yoxdur. smile
Size laq etmek fikrinden uzaqam. Sadece cox maraqlidir-qadinin ayaqlarini sifetinin yerinde gorursunuz. Bes sifetini harada gorursunuz?redface

Noyabr 3, 2007 12:10

8
Defne yazıb:

Bir kişi üçün bunu bacarmaq doğrudan da, böyük xoşbəxtlikdir - Ve bir de teccubumu bildirim. Kishilerin boyuk xoshbetliyi ucun doqrudanmi bu yeterlidir? shocked

Noyabr 3, 2007 12:13

9
Defne yazıb:

Bir kişi üçün bunu bacarmaq doğrudan da, böyük xoşbəxtlikdir - Ve bir de teccubumu bildirim. Kishilerin boyuk xoshbetliyi ucun doqrudanmi bu yeterlidir? shocked

Noyabr 3, 2007 12:22

10

Vusal bey, teshekkur edirem. Ela movzudur. Umumiyyetle, indiye qeder nezerden kechirdiyim butun movzulariniz kimi diqqetelayiqdir.
Defne xanim, (xanim olduguna boyuk shibhem var, mence esl xanima qadin solidarligi mane oladri o sozleri yazmaga) belke de, siz hardasa ayagi ile ireli getmish qadin gormusunuz, amma Amerikada, Yaponiyada, Argentinada ve s. bashqa olkelerde rehber vezifede olmaq ele asan ish deyil ki, bir ayaqlarla bunu etmek mumkun olsun. Bash da lazimdir, inanin mene. Hetta bezen ayagi yerinde istifade etmek uchun de bash lazimdir.smile

Dekabr 10, 2007 11:33


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha