Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! Noyabr 28, 2007 21:29 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(0)      Oxunub:190

Son vaxtlar ən çox müzakirə olunan mövzulardan biri də niyə bizim serial çəkə bilməməyimiz və niyə Türkiyənin “sabun operaları”nın efiri doldurmasıyla bağlıdır. Doğrudan da, serial bir janr kimi dünya televiziyasında 1947-ci ildən (yəni artıq 60 ildir) mövcud olsa da, biz hələ də bu sahədə ortaya normal heç nə qoya bilməmişik. Hətta indi – auditoriyanın güclü tələbinin mövcudluğuna baxmayaraq, yenə də ortaya bir şey çıxmır. Niyə?

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Noyabr 26, 2007 23:19 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:161
Son zamanlar energetika sahəsində atılan addımlar Avropanın yeni enerji arxitekturasının qurulması uğrunda Qərblə Rusiya arasında mübarizənin qızışdığını göstərir. Və bu mübarizədə əsas rollardan biri yenə də Azərbaycanındır. Ötən həftə Türkiyə-Yunanıstan qaz kəmərinin işə salınmasıyla Azərbaycan qazı ilk dəfə Avropa bazarına çıxdı. Bu, faktik olaraq, “Nabucco” proyektinin gerçəkləşməsi istiqamətində daha bir addımın atılmasıdır.   Davamı...
Yazını "XəbərNamə"yə göndər! Noyabr 23, 2007 23:21 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(0)      Oxunub:126

Azərbaycan televiziyalarında türk dilində filmlərin yayımına qadağa qoyulması çox “X” qərardır (Bilımədim, X-in yerinə nə yazım, özünüz nə istəsəniz, oxuyun). Düzdür, bu addımın istər lehinə, istərsə də əleyhinə səslənən arqumentlərin hamısının özünə görə məntiqi və çəkisi var (indi onlara nəzər salacağıq), amma mən istənilən halda “Türk dilindən Azərbaycan dilinə tərcümə” anlayışını qəbul edə bilmirəm. “Səni seviyorum”u dəyişib, “Səni sevirəm” deməyin adı tərcümə deyil axı. Bunun üçün ayrıca vəsait xərcləməyin də anlamı yoxdur (pardon, türk sözü işlətdim).

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Noyabr 22, 2007 21:52 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(2)      Oxunub:156
II yazı: Keçək ikinciyə. . .

Əvvəlki yazıda bizə “xortdan” cildində təqdim olunan iki qüvvədən biri – vəhhabilik haqqında danışdıq və göstərdik ki, vəhhabi” və “xortdan” anlayışlarının ən böyük oxşarlığı onların heç birinin əslində reallıqda mövcud olmamasıdır. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin məşhur ifadəsini bir daha təkrarlamaqla, keçək ikinci xortdana: “Radikal ekstremizmin səbəblərindən biri vəhabilik və nurçuluqdur”.
Davamı...
Yazını "XəbərNamə"yə göndər! Noyabr 21, 2007 23:06 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(3)      Oxunub:145

Mütləq oxuyun!!! 

 

I yazı: Başlayaq birincidən

Bakıda Beynəlxalq Tolerantlıq Günü münasibətilə keçirilən “Tolerantlıq örnəyi –
Azərbaycan” adlı konfransda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə belə bir açıqlama verdi: Radikal ekstremizmin səbəblərindən biri vəhabilik və nurçuluqdur. Açıqı, söhbət köhnə söhbətdir, amma ona təzə bucaq altında baxmağın məqamı yetişib. Əgər ictimai təsəvvürdə bəslənib-böyüdülən “xortdan” obrazları ilə yaşamaq istəmiriksə. . .

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Noyabr 21, 2007 22:54 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:193

Ötən həftənin son günlərində Bakıda keçirilən Türk dövlət və cəmiyyətlərinin 11-ci dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı iki məqamına görə daha çox diqqəti cəlb etdi. Bunlardan birincisi odur ki, qurultay artıq Azərbaycanın dünya Türk toplumlarının bir araya gətirilməsi yönündə təşəbbüsü öz əlinə aldığını təsdiqlədi. 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Noyabr 17, 2007 23:18 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(1)      Oxunub:116
Dünən Milli Məclis 2008-ci ilin dövlət büdcəsinin müzakirəsini başa çatdırdı. Əslində indiki mərhələdə Azərbaycan üçün büdcə sadəcə dövlətin əsas maliyyə planı olmaqdan dəfələrlə böyük anlayışdır. Və bunun da bir neçə səbəbi var.
Birincisi, ölkəyə böyük neft pullarının axını artıq başlamaq üzrə olduğundan, bundan sonra büdcə milli iqtisadiyyatın neft asılılığndan sığortalanmasında əsas rollardan birini oynamalıdır. Yəni büdcəyə həm də ölkənin iqtisadi inkişafını tənzimləyən plan kimi yanaşmalıyıq.
Davamı...
Yazını "XəbərNamə"yə göndər! Noyabr 14, 2007 18:38 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:134

Ermənistanın baş naziri Serj Sərkisyanın Dağlıq Qarabağ münaqişəsində dini elementlərin olduğunu bildirməsi Azərbaycanda çox kəskin qarşılandı: bütün analitiklər və media onu yalan danışmaqda, riyakarlıq etməkdə suçlamağa başladı. Halbuki, bu, məsələyə heç də doğru yanaşma deyildi. Birincisi, əslində Sərkisyan düz deyir, ikincisi isə, onun sözlərini danmaq yox, özlərinə qarşı çevirmək mümkün və lazımdır.

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Noyabr 12, 2007 22:52 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(0)      Oxunub:117

Qənimət Zahidin başına gələn hadisənin arxasında nələrin durduğu, gerçək səbəblərin nə olmasıyla işim yox; sadəcə olaraq, mən bu jurnalisti tanıyandan bəri onun başına həmişə əcaib-qəraib işlər gəlib; ağlasığmaz sərgüzəştləri heç vaxt əskik olmayıb. İndi sadəcə, onladan bəzilərini xatırlatmaq istəyirəm.

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Noyabr 8, 2007 21:03 tarixində, Vüsal Məmmədov tərəfindən, Bölməsiz bölməsində yazılib       Şərhlər(0)      Oxunub:117

Gürcüstanda baş verənlərlə bağlı ilk şərhimizdə Tiflisdəki proseslərin bir duman pərdəsi altında olduğunu, bu üzdən Saakaşvili hakimiyyətinin çaşqınlıq içində qaldığını və necə davranmaq haqda qərar verə bilmədiyini yazmışdıq. Və budur: ABŞ Dövlət Departamenti Metyu Brayzanın dili ilə mitunqlərə mənfi münasibət bildirən kimi duman dağıldı, daha dəqiqi, gözyaşardıcı qaza çevrildi: hökumət müxalifətçilərə divan tutdu.

 

Davamı...

  Yazılar cəmi: 13    Sonrakı səhifə »