Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

mentalitet  rüşvət  abş  milli  rusiya  seçki  eurovision  qarabağ  ermənistan  inqilab  rusdilli  oxu  fəlsəfə  pkk  limon  xidmət  kişi  jurnalistika  savadsızlıq  həkim 

Sayqaç

İndi blogda: 11
Keçən ayın hiti: 15309
Dünənki hit: 530
Bugünki hit: 160
Ümumi hit: 142328

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Ərdoğan ABŞ-a, Gül Bakıya

Hazırda Türkiyə diplomatiyası son dərəcə aktiv şəklildə çalışmaqdadır: ölkə eyni   zamanda iki ciddi problemlə üzləşib ki, onların necə həlli birbaşa dövlətin gələcəyinə təsir göstərə bilər. Burada heç bir şişirtmə yoxdur: istər “erməni soyqırımı”, istərsə də Şimali İraqda kürd dövlətinin yaradılması planı Türkiyənin gələcəyinə qoyulmuş minalardır ki, indidən zərərsizləşdirilməsə, sonradan böyük fəsadlar törədə bilər. Baş nazir Rəcəb Tayyib Ərdoğanın Amerika səfərinin əsasən bu məqamın üzərində konsentrasiya olunması şübhəsizdir.

Ümumiyyətlə, Türkiyə ilə ABŞ-ın hazırkı münasibətləri son dərəcə “qəribədir”: bir qayda olaraq, formal şəkildə iki ölkə “strateji müttəfiq” sayılırlar, amma bu “müttəfiqlik” özünü nə siyasətdə, nə də iqtisadiyyatda göstərir. Yaxın Şərqin taleyilə bağlı Ankara ilə Vaşinqtonun mövqeyi bir-birinə daban-dabana ziddir (o dərəcədə ki, hətta kompromis üçün bir nöqtə tapmaq belə çətindir); iqtisadiyyata gəlincə, iki ölkənin ticarət dövriyyəsi 2006-cı ildə 10 milyard dolları azca aşıb. Misal üçün deyək ki, Türkiyənin xarici ticarət əməliyyatlarının ümumi həcmi 225 milyard dollardır və burada həm Rusiyanın (21 milyard dollar), həm Çinin (14 milyard), həm də Avropa Birliyinin (90 milyard Avro) payı ABŞ-dan xeyli çoxdur!
Hərbi sahədəki “müttəfiqliyə” gəlincə, burada da hər şey göz önündədir: 4 il öncə Türkiyə ABŞ-ın İraq əməliyyatına dəstək verməmişdi, indisə Vaşinqton qəti şəkildə türklərin İraqın Şimalına girməsinə qarşı çıxır.
Elə isə sual olunur: Türkiyə ilə ABŞ-ın “strateji müttəfiqliyi” özünü harada, nədə, hansı sahədə və necə göstərir?! Belə bir sfera yoxdur axı!
Demək, Türkiyə ilə ABŞ-ın ilişkilərinə real nəzərlərlə yenidən baxmağın, mənasız pafosu və reallıqda heç nə ifadə etməyən müttəfiqlik deklamasiyalarını yığışdıraraq, gerçəkliyə uyğun işbirliyi modeli qurmağın vaxtıdır. Daha bundan heç hara qaçmaq mümkün deyil. Hər iki tərəf, şübhəsiz, anlayır ki, strateji müttəfiq-filan deyillər, demək, yeni yaranan reallıqlara uyğun münasibətlər sisteminin qurulması günün tələbidir.
Bu, əlbəttə ki, ciddi prosesdir və mütləq Türkiyənin regional münasibətlər sistemindəki ilişkilərinin təzədən nəzərdən keçirilməsilə müşiyət olunmalıdır. Türkiyə ilk növbədə regional müttəfiqlərilə strateji münasibətlərinin indiki durumunu və hədəflərini yenidən dəqiqləşdirməlidir. Və bu işə də Azərbaycandan başlamaq tamamilə təbiidir. Güman ki, prezident Abdullah Gülün ilk xarici səfərini Azərbaycana yapması da məhz bu məqsədi daşıyır. Hazırda Bakı ilə Ankaranın regional geosiyasət planında müzakirə edə biləcəkləri xeyli problemlər var ki, onların da sırasında erməni və kürd məsələləri öndə gəlir. Yəqin ki, Türkiyə regional geosiyasətlə bağlı atacağı addımlarda Azərbaycanın dəstək vədini alandan sonra bölgənin digər dövlətlərilə də anoloji müzakirələrə başlayacaq. Ortaq hədəflərə yönəlmiş real münasibətlər sistemi qurmaq üçün.


Yazar: Vüsal Məmmədov @ Noyabr 8, 2007 0:44 | "analiz" | Şərhlər(0)
Baxış sayı: 117
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha