Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 14
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 52
Ümumi hit: 114514
Müxtəlif
İki “xortdan”
Mütləq oxuyun!!! 
I yazı: Başlayaq birincidən
Bakıda Beynəlxalq Tolerantlıq Günü münasibətilə keçirilən “Tolerantlıq örnəyi – Azərbaycan” adlı konfransda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə belə bir açıqlama verdi: “Radikal ekstremizmin səbəblərindən biri vəhabilik və nurçuluqdur”. Açıqı, söhbət köhnə söhbətdir, amma ona təzə bucaq altında baxmağın məqamı yetişib. Əgər ictimai təsəvvürdə bəslənib-böyüdülən “xortdan” obrazları ilə yaşamaq istəmiriksə. . .
Başlayaq vəhhabilikdən. Son zamanlar bu mövzuyla bağlı apardığım jurnalist araşdırmaları yalnız bir nəticə verib: “Vəhhabilik” adında heç nə yoxdur! Bilirəm, ilk baxışdan çox qəribə gəlir, amma həqiqətən, belə bir şey YOXDUR. Bu gün dünyada aktiv dövriyyədə olan “vəhhabi” sözü əslidə konkret heç nə ifadə etmir; bu, heç bir təriqətin, məzhəbin adı deyil, yalnız maraqlı çevrələrin yaratdığı ümumi OBRAZdır – “xortdan” kimi; bir növ öz ekstremizmini dinlə pərdələyənlərə verilmiş ümumi addır. “Əl-Qaidə” kimi: nəzəri cəhətdən bu təşkilatın özü də, sədri də, filialları da, törətdiyi əməllər də mövcuddur, amma reallıqda sadəcə NƏTİCƏ var, ÖZÜ yoxdur. Vəhhabiliyə gəlincə, onun virtual olaraq, tərəfdarları, ideologiyaları, haqlarında yazılan kitablar, əməlləri var, amma reallığa keçəndə görürsən ki, ÖZÜ yoxdur.
“Vəhhabilik” adında məzhəb ümumiyyətlə, mövcud deyil. “Vəhhabi”lərə gəlincə, düşünün: biz kimi belə adlandırırıq? Gəlin, həmin VİRTUAL OBRAZIN əlamətlərini sadalayaq. Deməli, bizim vəhhabi: 1) Pırtlaşıq saqqal saxlayır; 2) Qısa şalvar geyinir; 3) İslamın əsaslarını təhrif edir; 4) Bütün başqa məzhəb və təriqətlərlə düşməndir; 5) Dünyəvi dövlətəi, hüququ danır, onların ləğvi üçün çalışır; 5) Terrora, silaha meyllidir; 6) “Xaricdən” idarə olunur; 7) İslam xilafəti qurmağa çalışır; 8) Pirləri və müqəddəs yerləri dağıdır, ölülüləri ziyarət etməyə, ehsan verməyə qoymur; 9) Şübhəli yollarla maliyyələşdirilir; 10) Abdulvəhhabın yaratdığı təriqətə inanır; 11) ..... və sair və ilaxır.
Biz orta statistik “vəhhabi”ni belə təsəvvür edirik, düzdürmü? Onda mənə bircə nəfər belə şəxs göstərin! Tam məsuliyyətə yazıram: belə bir məxluq yoxdur! Bu, ictimai şüurda yaradılmış OB-RAZ-DIR!!!
(Şübhəm yoxdur ki, indi bu yazını oxuyanların bəziləri deyəcək: Aha! Deyəsən, elə bunun özü vəhhabidir!)
Bu fikirlərimi orta statistik insana deyəndə mütləq bir neçə suallar qarşılaşıram. Birincisi: əgər vəhhabilik yoxdursa, gördüyümüz saqqallı, qısabalaq adamlar, “Əbu-Bəkr” məscidinə yığışanlanlar kimlərdir?
Onlar özlərini “əxilər” – yəni “qardaşlar” adlandıran sələfilərdir. Sələfilik tarixi inkişafı baxımından məzhəbdən daha çox, yarımqapalı bir dini ordeni xatırladır. Düzdür, sələfilərlə sünni və şiələrin arasında müəyyən fərqlər var, amma onlar yuxarıda saydığımız əlamatlərə uzağı 30 faiz uyğun gəlirlər. Yəni “Vəhhabi” dediyimiz anlayışı onlara aid etmək qətiyyən mümkün deyil.
Digər sual belə olur: “vəhhabilik” yoxdursa, bəs Səudiyyə Ərəbistanının rəsmi məzhəbi nədir? Cavab sadədir: Hənbəli məzhəbi.
“Vəhhabi” anlayışına nisbətən uyğun gələn qruplaşma “xəvariclər”, başqa sözlə, təkfir əhlidir. Bu, nə məzhəb, nə təriqətdir, məhz radikal cinayətkar qruplaşmadır. Təbii ki, bütün fəaliyyətləri gizlidir və çoxlu qaranlıq əlaqələri var. Onlar Azərbaycan da daxil olmaqla az qala bütün dünyanı «darul-küfr», yəni küfr diyarı sayır, demək olar, hamını kafir, qanlarını və mallarını halal hesab edir, dünyəvi hakimiyyətləri devirməyə çağırırlar. Təbii ki, onlar dini yox, sırf cinayətkar qruplaşmadırlar və cəmiyyətdə sosial bazalarının olması mümkün deyil. Belə qrupaşmalar mütləq qlobal cinayətkarlıq strukturlarına daxil olur və onların bir hissəsi kimi fəaliyyət göstərirlər.
“Dini ekstremizim”ə gəlincə, bu, çox yanlış ifadədir – İslam başda olmaqla heç bir haqq dində ekstremist fikriklərə yer yoxdur və ola da bilməz.
Yazar: Vüsal Məmmədov @ Noyabr 21, 2007 23:06 | "analiz" | Şərhlər(5)
Baxış sayı: 222
Açar sözlər:
![]()
![]()
![]()
yeniden salam! bu movzu bayaq dediyim kimi mene cox boyuk maraq verid. men size bir shey haqda da danishmaq isteyirem. Azerbaycan ve xususen Baki ehalisi "Vahabi" adlandirdigi teriqete nifert edirm ve ele sayirlar ki muselmanlar ancaq shie, sunni ve ya vehabi adlanan teriqetlerden ibaretdir. men size cecenistan haqda melumat vermek isterdim. menimle birlikde universitetde bir nece cecen tehsil alir ve men onunla coxlu sohbet edirem. bilirsinizmi necedir? cecenistan erazisinde Vahabi umumiyyetle bashqa bir teriqete deyilir. hansi ki o teriqet azerbaycanlilarin vahabi dushunduyu teriqetden cox, hetta dehshetli derecede cox ferqlenir. men istershie, ister sunni, ister vehabi ve ya butun teriqetleri daha dogrusu teriqet sozunu pisleyirem. men ozumu ne shie, ne sunnu, ne de vehabi sayiram. men MUSELMANAM!!! goresen azerbayacn ehalisinin sufiler haqda melumati var? onlarin kim olduqlari haqda melumat var? onlar (bu soze gore uzr isteyirem) oz cinsiyyet orqanlarini opurler ve ibadet etdiklerini sayirlar. niye azerbaycan ehalisi bunlara qarshi mubarize aparmayib dinc hec bir sheye qarishmayan "vahabi" adlandirdiqlari shexsleri qaralayirlar? bashqa melumata gore guya "vehabilere" bu "teriqeti" ustun tutmalari ucun pul verirler... bir ozunuzde dushunun. onlari hetta analarina qeder soyurler, onalara xalq arasinda avamliqdan dogan pis fikirler var. hec kes bu ibadetleri pula gore etmez. hec kes bunu pula gore etmez.
Aprel 8, 2008 11:44
indi ise men size tamam bashqa bir shey haqqinda soz acacagam. hz. Eli ve Peygemberin neveleri Huseyn ve Hesen haqda. "Teriqetinden" asili olmayaraq bu dunyada butun muselmanlar ucun shehidlik en uca zirvedir. dina gore onlari olmush saymaq, ona aglamaq, ona yas tutmaq olmaz! egercbeledirsen niye meherremlik gelende, xususile ashura gununde shieler zencir vurur ve bu kimi diger sheyler edirler? bes bu hemen shehidin ruhuna hormetsizlik ve ALLAH qanununun pozulmasi deyilmi? shieler hec ALLAH elcisinin Mehemmed peygemberin(s.a.s.) olumune bu qdeer uzulmedikleri halda niye onun yeznesine ve ya nevelerine bele "hormet" beslenilir? hami qara geyinir, saqqal uzadir ve bashqa gunlerde etmediyi "kamilliyini" gosterir? bu haqda bir az dushunun...
Aprel 8, 2008 11:50
Siyasət, siyasət, yenə də siyasət!!!
Şiəlik - bugünkü İran dövlətinin ideoloji əsasıdır. Necə ki, SSRİ-də marksizim, kommunizm təhrif olunmuşdu, İranda da İslam eləcə təhrif olunur.
İran İslam Respublikası yaranana qədər isə şiəlik bir çox başqa dövlətlərin, birliklərin siyasi-ideoloji-əsasl olub.
Belə bir ideologiya mütləq "biz və onlar" fərqi yaratmalıydı. Mütləq. Amma necə yaratmalı? Müsəlmanı müsəlmandan necə ayırmalı?
Müsəlmanı müsəlmandan necə ayırmalı?
Müsəlmanı müsəlmandan necə ayırmalı?
Müsəlmanı müsəlmandan necə ayırmalı?
Müsəlmanı müsəlmandan necə ayırmalı?
...
Bax, bu sualı cavablandırmaq üçün indiki formada şiəlik meydana çıxıb. (Mənim subyektiv fikrimə görə).
Yəni: biz fərqliyik. Biz Hz.Əlini (r.a.) müsəlmanların əmiri sayırıq, onlar yox. Biz peyğəmbərin nəslinə daha sayğılıyıq, onlar yox. Biz namazı möhürlə qılırıq, onlar yox. Biz siğəyə əməl edirik, onlar yox. Biz namazı qollarımızı yanımıza salıb qılırıq, onlar yox. Biz 12 imamı möcüzəli insanlar sayırıq, onlar yox. Biz Əbu Bəkrin, Ömərin, Osmanın yaramaz olduqlarını deyirik, onlar yox! Biz peyğəmbərin xanımı Aişənin səhv yol tutduğunu deyirik, onlar yox. Bizim 12-ci imam qeybə çəkilib, vot-vot gələcək və onların dərsini verəcək!!!
Bununla da ayrıldımı bir dəstə? Fərqli oldumu? Düşmənini tanıdımı? Təbrik edirəm sizi! İndi buyurub, onlarla birgə müxtəlif ictimai-siyasi formasiyalar yarada, hakimiyyətə gələ, başqa müsəlmanları ittiham edə bilərsiniz. İstədiyiniz bu deyildimi?
P.S.
Bir daha vurğulayıram ki bütün bunlar mənim SUBYEKTİV fikirlərimdir. Sadəcə, oxuduğum dini və tarixi kitablardan sonra təhlillərim belə nəticə verib. Bu fikirlərim 100 faiz həqiqət olması iddiasında deyiləm. Hansısa fikrin (və yolun) ən doğru olduğunu iddia edəcək qədər şizofrenik də deyiləm. Hər şeyin səbəbi var. Məzhəblərin yaranmasının da həmçinin.
Avqust 20, 2008 18:53
Sizin yazınızı oxuduqdan sonra internetdə vəhabilik haqqında axtarış etdim. Axtarışa sadə başladım. Googleda Saudi Arabia axtarışın verdim. Saudi arabia haqqında səhifələrə girdim. Düzü girdiyim çox səhifələrdə Səudi Ərəbistanın adı ilə bir yerdə vəhabi sözlərin gördüm.Girdiyim səhifələr bunlardır:
http://en.wikipedia.org/wiki/Saudi_Arabia
http://www.infoplease.com/ipa/A0107947.html
http://www.saudiembassy.net/Country/Islam/IslDetail5.asp
http://countrystudies.us/saudi-arabia/27.htm
http://en.wikipedia.org/wiki/Status_of_religious_freedom_in_Saudi_Arabia
http://www.state.gov/g/drl/rls/irf/2004/35507.htm
Düzü ancaq ingiliscə axtardım. Amma məlum olan budur ki, adın nə qoyursan qoy. Vəhabi yoxsa sələfi (səudi ərəbistanın məzhəbi salafi or wahhabism mən internetdən belə tapdım), düzgün olmuyan hərəkətləri çoxdur. Məsələn peyğəmbərin qəbrinə yaxınlaşmağa qoymurlar, ay Vüsal qardaş Həmbəli inancında belə bir şey var? Hər şeyin yaxşısın allah bilir. Mən də onu bilirəm ki , hər kəsin özünə görə inancı düzdür. Amma ona da inanıram ki, mütləq düz bir dənə olmalıdır.Bilmirəm indi o düz hardadır.
Avqust 27, 2008 22:05

Assalamun aleykum v erehmetu-LLahi ve berekeyuhu! necesiniz? ne var ne yox? men bu meqaleni oxudum ve cox sevindim ki bu dunyada mnei kimi dushunen bir insan da var. men bu movzularin icine girib coxlu kitablar oxumusham. sirf onuncun oxudumm ki kimin dogru kimin yalnish oldugunu oyrenim. gelin shieler haqda danishaq. niye onlar bir-birinden sorushanda demirler ki "muselmansan?" ve ya "dindarsan?" eksine deyirler "shiesen?". bunu nece yozmaq olar... men burda sohbet etsem gerek ishimi gucumu qoyub bu haqda danishim. bilirsenmi necedir? men size adi bir sheyi misal ceke bilerem. olu olende o basdirilana qdeer ehsan vermek olmaz. olunun utunde yasin ve ya fatihe surelerini oxumaq olmaz. (bu haqda hedisler var amma o hedisin menbesi cox zeif olduguna gore ona emel olunmamalidir) eger hami bele etse onda shie mollalari ne ile dolanacaqlar? gelir menbeleri mehv olacaq. shexsen menim bakida qonshum mescidin nece illik axundudur. adini cekmek istemezdim. o evinde camaatin faina da baxir. el icinde "kitab acmaq" kimi taninan bu ish guya ki QURANla fala baxmaga deyilir. axund ve falci? bunlarin arasindaki ucurumu istenilen muselman gore bilir. ne ise ALLAH komeyiniz olsun!
Aprel 8, 2008 11:34