Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 42
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 94
Ümumi hit: 114556
Müxtəlif
Qurdun sıçramaq şansı
Ötən həftənin son günlərində Bakıda keçirilən Türk dövlət və cəmiyyətlərinin 11-ci dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı iki məqamına görə daha çox diqqəti cəlb etdi. Bunlardan birincisi odur ki, qurultay artıq Azərbaycanın dünya Türk toplumlarının bir araya gətirilməsi yönündə təşəbbüsü öz əlinə aldığını təsdiqlədi.
İndiyə qədər heç vaxt Türkiyədən kənarda keçirilməyən qurultayın Bakıda toplaşması, bu ilin martında Bakıda Azərbaycan və türk diasporları rəhbərlərinin I forumu keçirilməsi, gələn il yenə də Bakıda türkdilli dövlət başçılarının növbəti zirvə görüşünün düzənlənəcəyi kimi faktların ardıcıllığı təsdiqləyir ki, Bakı - tədricən türk dünyasının inteqrasiya prosesinin mərkəzinə çevrilməkdədir. Özü də təkcə coğrafi yox, həm də ideya mərkəzinə. Bunu prezident İlham Əliyevin qurultaydakı çıxışında işlətdiyi bəzi fikirlərdən duymaq mümkün idi. O, açıq şəkildə bildirdi ki, “Azərbaycanda keçirilən bu qurultay bütün türk dünyasının birləşməsində çox mühüm bir addımdır”.
İkinci məqam odur ki, dünyanın 30-dan çox ölkəsində yaşayan türk toplumlarını əhatə edən bu inteqrasiya prosesinin özünün xarakteri və mahiyyəti dəyişməyə başlayıb. İndiyə qədər türk topluluqlarının daha çox mənəvi birliyindən söhbət gedirdisə, indi iqtisadi və siyasi birlik notları ön plana keçməkdədir. Bu isə çox ciddi irəliləyişdir. Hazırkı reallıqlar – yəni həm dünyada, həm də türk dünyasında mövcud olan siyasi-iqtisadi şərait bunun üçün çox gözəl tarixi imkan yaradır. Hazırda yeni türk dövlətlərində çox böyük təbii ehtiyatlar var. Yenə də dövlət başçısının təbirincə desək, “Qazaxıstanda, Türkmənistanda, Azərbaycanda birlikdə neft və qazın hasilatı dünyanın ən böyük neft-qaz hasil edən ölkələri səviyyəsindədir. Eyni zamanda, mövcud neft-qaz ehtiyatları dünya enerji bazarına çox böyük təsir edəcək həcmdədir”. Bunların üzərinə Türkiyənin iqtisadi potensialını və tranzit mövqeyini də gələndə, Rəcəb Tayyib Ərdoğanın sözlərilə desək, “dünyanın gündəmini bəlirləyə bilən” bir qüvvənin yaranacağı şübhəsizdir. Sadəcə, hazırda bir nömrəli missiya bu nəhəng potensialı bir məqsəd uğrunda səfərbər etməyi bacarmaqdır.
Əslində bunun üçün tələb olunan amillərin çoxu var – ortaq tarix və mədəniyyət, iqtisadi və təbii ehtiyatlar potensialı, üstəlik, bu potensialı dəyərləndirərək, gerçəkləşdirmək əzmində olan liderlər. Qalır bu əzmin siyasi iradə halında bütün türk toplumlarında yayılması. Əsas çətinlik məhz burada meydana çıxır. Bu da ona görədir ki, türkçülük hələ də bir siyasi ideya halında formalaşmayıb. Fəqət bunun artıq konturları görünməkdədir. Sırf mədəni məfkurə kimi yaradılan və uzun illər bu şəkildə də inkişaf edən türkçülüyün siyasi müstəviyə keçərsə, hansı şəkil alacağı və ortaya hansı reallıqlar çıxaracağını təsəvvür etmək bir qədər çətindir. Amma bir şey yəqindir: bu, son dərəcə təsirli bir proses olacaq.
Yazar: Vüsal Məmmədov @ Noyabr 21, 2007 22:54 | "analiz" | Şərhlər(0)
Baxış sayı: 225
Açar sözlər:
![]()
![]()
![]()
