Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

abş  mentalitet  rüşvət  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  qarabağ  amerika  kitab  dil  islam  din  infliyasiya  səhiyyə  eşşək  azərbaycan  putin 

Sayqaç

İndi blogda: 45
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 84
Ümumi hit: 114546

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


İki “xortdan”

II yazı: Keçək ikinciyə. . .

Əvvəlki yazıda bizə “xortdan” cildində təqdim olunan iki qüvvədən biri – vəhhabilik haqqında danışdıq və göstərdik ki, vəhhabi” və “xortdan” anlayışlarının ən böyük oxşarlığı onların heç birinin əslində reallıqda mövcud olmamasıdır. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin məşhur ifadəsini bir daha təkrarlamaqla, keçək ikinci xortdana: “Radikal ekstremizmin səbəblərindən biri vəhabilik və nurçuluqdur”.

Ya Şeyxanə! Əbanın mübarək ətəyindən öpərəm, amma daha bu boyda yox da. Orta məktəbdə fizika müəllimim həmişə belə bir düsturu təkrarlayırdı: İ=D/2; yəni insaf – dinin yarısıdır. Nurçulardan danışanda hamının ağlına gələn ilk assosiasiya MƏKTƏB və ELM olur: Qafqaz Universiteti, bütün Azərbaycana səpələnmiş Türk Litseyləri, “Araz” hazırlıq kursu, “Zaman” qəzeti, “Sızıntı” jurnalı, “Bürc fm” radiosu, “Samanyolu” telekanalı. . . Bütün bunları “Radikal ekstremizm”lə bir arada necə təsəvvür etmək mümkündür? Türk litseylərində ölkənin ELİTASINI təmsil edən şəxslərin uşaqları oxuyurlar, indi onlar dini ekstremizmlə əlqələdirlər?
Ümumiyyətlə, nədir Nurçuluq?
Bu da həmçinin, NƏ TƏRİQƏTDİR, NƏ DƏ MƏZHƏB. Nurçuluq – Hənəfi məzhəbinin daxilində mövcud olan bir HƏRƏKATdır, haradasa təşkilat da adlandırmaq olar (Çünki hərəkatın daxilində qeyri-rəsmi strukturlaşma var, amma rəsmi heç nə yoxdur). Hənəfilik isə İslamdakı haqq məzhəblərin arasında ən geniş yayılanıdır.
“Nurçuluq” sözü Bədiüzzaman Səid Nursinin (Nurs – onun doğulduğu kənddir) adından gəlir. Bədiüzzaman ötən əsrin əvvəllərində yaşamış ilahiyyatçı alimdir, onun İslama baxışları “Sözlər”, “Məktublar”, “Şüalar”, “Lemmalar” və s. risalələrində açıqlanıb. Həmin baxışlarda Hənəfi məzhəbinə (dolayısıyla İslam dininə) zidd heç nə yoxdur. İndi bizim “Nurçu” adlandırdığımız qüvvə əslində klassik “nurçu”lar deyillər. Düzdür, onlar Bədiüzzamanın görüşlərinə böyük önəm verir, amma birbaşa liderləri Fətullah Güləndir, buna görə də onları “gülənçilər”, yaxud sadəcə “Fətullah Gülən camaatı” adlandırmaq daha dəqiq olar. Klassik nurçularla Fətullah Gülən camaatının arasında bir sıra məsələlərdə fikirlərin üst-üstə düşməditi taktiki məqamlar da var.
Sırf dini baxımdan yanaşanda Nurçuluqda şübhəli HEÇ NƏ yoxdur. Amma siyasi-ictimai prizmadan baxanda bəzi skeptik məqamları hər halda, görənlər var.
Fətullah Gülən bu hərəkatı ötən əsrin 70-ci illərinin sonunda yaradıb. Bu haqda geniş bilgi almaq istəyənlər onun son vaxtlar Bakıda da satılan kitablarını oxuya bilərlər (“Küçük dünyam” kitabında Gülənin özü, “Prizma”, “Fasıldan Fasla”da isə siyasi-ictimai məsələlərə baxışları haqda danışılır). Diqqəti çəkən odur ki, öncə yarımgizli və kiçik bir hərəkat (struktur) olan Nurçuluq (Gülənçilik) bir neçə ildən sonra eksponential artımla sürətlə genişlənməyə başlayaraq, bütün dünyaya yayıldı. Bu halda təbii ki, suallar doğur: belə sürətlə genişlənən və cəmiyyətin bütün təbəqələrini əhatə edən qüvvənin başqa məqsədləri yoxdur ki? Üstündə düşünüləsi məqam bax, budur, amma bu artıq tamam ayrı bir mövzudur. Həmin mövzunu sağlam təfəkkürlə araşdıra bilmək üçün isə Nurçuluğu düzgün identifikasiya etməyi bacarmaq lazımdır (Daha Şeyx kimi yox). Nurçuluq Hənəfilik mühitində, zəminində yayılır, amma sırf dini ideyadan ibarət deyil; bəs dindən başqa hansı ideya və məqsədlər var? Dini planda onlarla heç bir mübarizə aparmaq lazım və mümkün deyil – çünki yanlış heç nə demirlər. Hənəfilik kimi liberal bir məzhəbi yaydıqlarına görə əksinə, onları yalnız təqdir etmək olar. Əsas ideologiyanın (dinin) fonunda yayılan digər (ictimai-siyasi) məqsədlərin nə olmasına, ümumiyyətlə, varlığına-yoxluğuna gəlincə isə, bu, çoxları kimi mənim üçün də qaranlıqdır.


Yazar: Vüsal Məmmədov @ Noyabr 22, 2007 21:52 | "analiz" | Şərhlər(2)
Baxış sayı: 184
Açar sözlər:
Bookmark and Share

1
EsmaNurum yazıb:

Bediüzzaman Said Nursi hazretleri neredeeeeeee Fetullah Gülen nerede! bunları çok iyi ayırmak lazım.

Noyabr 22, 2007 22:25

2
Vüsal Məmmədov yazıb:

Hansı anlamda? Lütfən, fikrinizi daha ətraflı açıqlayın. Doğrusu, mənim özüm üçün də maraqlıdır...

Noyabr 23, 2007 16:45


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha