Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

rüşvət  abş  mentalitet  qarabağ  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  ayı  toy  80/20  səmimiyyət  film  nifrət  liberalizm  bahalaşma  qafqaz  arxetip 

Sayqaç

İndi blogda: 12
Keçən ayın hiti: 10623
Dünənki hit: 438
Bugünki hit: 221
Ümumi hit: 115121

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Yeni eneji arxitekturası

Son zamanlar energetika sahəsində atılan addımlar Avropanın yeni enerji arxitekturasının qurulması uğrunda Qərblə Rusiya arasında mübarizənin qızışdığını göstərir. Və bu mübarizədə əsas rollardan biri yenə də Azərbaycanındır. Ötən həftə Türkiyə-Yunanıstan qaz kəmərinin işə salınmasıyla Azərbaycan qazı ilk dəfə Avropa bazarına çıxdı. Bu, faktik olaraq, “Nabucco” proyektinin gerçəkləşməsi istiqamətində daha bir addımın atılmasıdır.   

Bu qəbildən addımların planlı şəkildə atıldığını görməmək mümkün deyil: 4 ay əvvəl Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Türkiyənin “Botaş” şirkətinin qaz nəqli sisteminə ilk qaz verilmişdi, indi isə həmin qaz artıq Avropa bazarındadır. Amma növbəti mərhələlər daha çətin və mürəkkəb olacaq, çünki getdikcə qaz kəmərləri ətrafındakı geosiyasi oyunların gərginliyi artır.
Hazırda Qərbin əsas məqsədi Rusiyanın təbii qazın nəqli üzərində monopoliyasına və qiymətləri diqtə etməsinə imkan verməməkdir. Nəzərə alsaq ki, “Qazprom”un ekspertləri gələn ilin sonlarında qazın hər kubmetrinin 354 dollara satılacağını proqnozlaşdırırlar, bunun Qərb ölkələrinin iqtisadiyyatı üçün nə demək olduğunu təsəvvür etmək çətin deyil. Hazırda qazın siyasi mahiyyəti neftinkini üstələməkdədir. Və məsələ heç də təkcə qiymətdə deyil, qaz tranzitinə nəzarət etmək güclü geosiyasi faktora çevrilib. Hazırda Moskva həmin kartı itirməmək, Qərb isə əksinə, onu Rusiyanın əlindən almaq üçün ciddi şəkildə çalışırlar.
Amma Qazaxıstan və Türkmənistan hələ ki Rusiya ilə Qərbin, başqa sözlə desək, Transxəzər və Xəzəryanı layihələrin arasında manevr etməkdədirlər. Ötən həftənin sonlarında Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovla Rusiyanın baş naziri Viktor Zubkovun görüşündə gələn ilin birinci yarısında Xəzəryanı kəmərin çəkilişinə başlanması haqda razılıq əldə olundu (Bu, Türkiyə-Yunanıstan xəttinə cavab gedişi idi). Türkmənistandan və Qazaxıstandan keçəcək kəmər Rusiyaya ötürülən qazın həcmini 20 milyard kubmetr artırmaqla 80 milyard kubmetrə çatdırmağa imkan verəcək. Amma yada salaq ki, elə həmin Berdımuhəmmədov Avropa Birliyinin energetika üzrə komissarı Andris Pibalqsla da Transxəzər kəmərinin də çəkilişinə dair memorandum imzalamışdı. İndi əsas sual belədir: Həm Xəzəryanı, həm də Transxəzər kəmərlərinin eyni zamanda mövcud olmaları mümkündürmü?
Bu məsələnin iqtisadi tərəfinə gəlincə, regionun qaz ehtiyatları hər iki kəmərin işləməsi üçün bəs edər, çünki təkcə Türkmənistanın təsdiq olunmuş qaz ehtiyatları 22 trilyon kubmetrdir. Amma siyasi tərəfinə gəlincə, yəqin ki, Moskva Transxəzər xəttinin çəkilməməsi üçün bütün təsir imkanlarını işə salacaq. Rusiya Orta Asiyanın enerji ehtiyatlarının Avropaya ixracına nəzarət imkanını əldən buraxmamaq üçün çox qərarlı görünür. Bu ilin martında Burqas-Aleksandrupolis kəmərinin açılışı zamanı Putinin çıxışından da sezmək çətin deyildi ki, Rusiya alternativ marşrutlara nə qədər qısqanc yanaşır. Eyni yanaşma Qərbdə də var: yada salaq ki, “Qazprom”un Türkiyə-Yunanıstan xəttinə ortaq olmasını əngəlləmək məqsədilə Kondoliza Rays Afinaya və Ankaraya xüsusi səfərlər etmişdi.
Bir sözlə, Avropanın enerjiylə təminatının diversifikasiyası istiqamətində yeni addımların atılmasıyla güclənən geosiyasi mübarizə hazırda özünü daha gərgin şəkildə Orta Asiyada göstərir. Son vəziyyətə əsasən həmin regionda Rusiya daha güclü təsir bağışlayır, amma bu, Qərbin geri çəkilməsinə yox, yəqin ki, əksinə, Orta Asiya dövlətlərilə münasibətlərini daha da gücləndirmək üçün səylərini artırmasına gətirib çıxaracaq. Hələ ki tərəflər hücum taktikasıyla oynayırlar. Nəzərə alsaq ki, yeni enerji xəritəsinin formalaşması təxminən 5 ilə başa çatmalıdır, yəqin ki, qarşıdakı dövrdə gedişlərin aqressivliyi daha da artacaq.


Yazar: Vüsal Məmmədov @ Noyabr 26, 2007 23:19 | "analiz" | Şərhlər(0)
Baxış sayı: 188
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha