Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! Dekabr 30, 2007 21:15 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(2)      Oxunub:103

Son aylarda getdikcə tədricən xaosa bürünməkdə olan Pakistanda əslində ən çox gözlənilən hadisələrdən biri baş verdi: Benəzir Bhutto öldürüldü. Markesin məşhur əsərinin absurd süjetini xatırlamamaq olmur: “Gözlənilən bir qətlin tarixçəsi”. Amma təssüf ki, siyasət hətta Markesin mistik realizmiylə müqayisədə belə, dəfələrlə mürəkkəbdir; xüsusilə də söhbət əgər Pakistan kimi qəliz bir ölkədəki proseslərdən gedirsə. Bu ölkədə gizli olyunlar quran məkrli güc mərkəzləri də çoxdur, güclü etnik və dini qruplaşmalar da; üstəlik, böyük dövlətlərin maraqları da işə qarışanda əsl hərc-mərclik yaranır.

 

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Dekabr 28, 2007 19:27 tarixində, Vüsal Məmmədov tərəfindən, Bölməsiz bölməsində yazılib       Şərhlər(0)      Oxunub:93

İlin ekspress-analizli xatırlatması 

(Yanvar-May) 

İl artıq başa çatmaq üzrədir və bütün dünya geriyə boylanaraq, yaşanan ilə qiymət verməklə məşğuldur. Gəlin, biz də 2007-ci ilin xronikasını gözümüz önünə gətiərək, ölkədə, bölgədə və dünyada yaşanan ən əsas olayları yenidən qiymətləndirməyə çalışaq. Bellinski deyirdi ki, ən müdrik və dəqiq tənqidçi zamandır. Görək, il ərzində yaşananlar indi zamanın üstünə çıxıb, geriyə boylanıb baxanda necə görünür?

***

Yazının üzərində işləyərkən, bir nüansın fərqinə vardım ki, bəzi hadisələri fakt kimi yox, müəyyən proseslərin tərkib hissəsi kimi götürmək daha doğrudur. O tip məsələlər ayrıca qeyd olunacaq. Beləcə, ilin içində səyahətimiz başlayır.

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Dekabr 25, 2007 21:05 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(5)      Oxunub:222

Neçə gündür, elektron poçtuma “artıq keçmiş Qurban və qarşıdakı Yeni İl bayramları” ilə bağlı dalbadal təbrik məktubları gəlir; amma hamısı da şablon, klişe, bir-birinin təkrarı... İnciməyin, dostlar, amma hamısı SAXTA, taxta, karton... (Yeri gəlmişkən, kino tənqidçiləri filmdə mahiyyəti açılmayam obrazlara adətən, “karton obrazlar”, “kartondan kəsilmiş obrazlar” deyirlər) Qanımın qara vaxtında siz də bu yandan... Bütün arzular mücərrəd, konkret heç nə deməyən, standart; zalım dostlar, bu, sizinçün seçkiqabağı platforma deyil axı. Universal təbrik konveyrlərindən çıxan ifadələr milyonlarla SMS və e-mail şəklində ora-bura uçuşub-qaçışsa da, faktik olaraq, heç nə demir: “bol uğur”, “xoşbəxtlik”, “can sağlığı”, “ailə səadəti”, “özünə arzuladığın hər şey”. . . Birini də subayların sağlığına!  

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Dekabr 21, 2007 23:29 tarixində, Vüsal Məmmədov tərəfindən, "Musiqi" bölməsində yazılib       Şərhlər(5)      Oxunub:201

Yəqin, Robert Rodrigesin çəkdiyi məşhur “From Dusk till Down” (“Şər qarışandan dan sökülənə”) filmini görməyən yoxdur. Həmin filmdə Selma Hayekin boynunda iri ağ ilanla rəqs etdiyi səhnə yadınızdadırmı? Bax, orada ifa olunan musiqini (Tito & Tarantula - After dark) buradan yükləyə, sözlərinin tərcüməsiylə isə yazının ardında tanış ola bilərsiniz.
Əsas məqsədimizin nə olduğunu artıq bilirsiniz: bizimonların mahnılarının sözlərini müqayisə edərək, özümüzdəki mahnı mətnlərinini nə qədər primitiv olduğunu görmək.

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Dekabr 20, 2007 23:13 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(3)      Oxunub:114

Iki böyük bayram növbəyə dayanıb; düzdür, birinin kökləri xristian, digərininkisə İslam dininə gedib çıxan iki bayramın eyni zamanda “böyük” sayılmasının özü bizim millət olaraq qəribəliyimizdən və oriyentirləri qarışdırmağımızdan xəbər verir, amma indi bu haqda danışmayacağıq. Bu dəfə hədiyyə almağın əziyyətindən söz acağıq. Bəli, verməyin yox (bu, onsuz da hamıya aydındır), məhz almağın əziyyətindən.

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Dekabr 18, 2007 23:47 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(6)      Oxunub:133

Yaxşı tanıdığım bir nəfər indi həccdədir və mən dəqiq bilirəm ki, o da hamı kimi şeytana daş atanda, şeytan dönüb belə deyəcək: “Dostum, sən axı hansı mənəvi haqla mənə daş atırsan? Nəyin məndən artıqdır?
Paolo Koelyonun “Kimyagər” əsərində qoca dükançı obrazı var. O, bütün ömrü boyu Həccə getmək arzusuyla yaşayır, öz təsəvvüründə Kəbənin ətrafını ən möhtəşəm, ən müqəddəs bir məkan kimi canlandırır, amma günlərin birində imkanı olanda heç kimin gözləmədiyi halda, ziyarətə getməkdən imtina edir. Səbəbini isə belə anladır:

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Dekabr 18, 2007 10:07 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:141

Ötən həftənin sonunda MTN-in «Səidin dəstəsi» haqda yaydığı bilgidən sonra bir neçə sualın üzərində düşünməmək olmur: 1) İran kəşfiyyatının Azərbaycandakı məqsədləri nədir? 2) İnsanlar yalnız pula görəmi bu tip dəstələrə üzv olurlar? 3) Vəhhabiliyə qarşı çox sərt mövqedə olan Azərbaycan cəmiyyəti başı ona qarışdığından, fanatik şiəlikdən gələ biləcək təhlükələri diqqətdən qaçırmayıb ki?
Başlayaq sonuncudan.
Bəli, gerçəkdən də Azərbaycan cəmiyyəti virtual “Vəhhabi” ehtiraslarının qızışması fonunda çox ciddi bir təhlükəni – şiə fanatzmini arxa plana keçirib.

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Dekabr 17, 2007 15:30 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:98

Ötən həftə nəhayət, neçə ildir ki, bütün dünyanı məşğul edən “Putin tapmacası”nın cavabı qismən açıqlandı. Ona görə “qismən” deyirik ki, əslində Putinin varis məsələsi bir yox, 3 əsas sualdan ibarət idi: birincisi, yeni prezident kim olacaq? İkincisi, Putinin özü hansı vəzifəni tutacaq? Və üçüncüsü, bu zaman ölkənin siyasi sistemi dəyişdiriləcəkmi?
Artıq birinci və ikinci suallar cavablanıb: Putin varis kimi Dimitri Medvedyevi görür, Medmedyev isə hökumətə Putinin başçılıq etməsini istəyir. Amma bütün dünyanı çaşdıran od
ur ki, doğrudanmı, hər şey bu qədər sadə imiş? Məsələnin bu tərəfinə keçməzdən öncə, başqa bir sualın üzərində dayanaq: Niyə məhz Medvedyev?   

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Dekabr 16, 2007 0:33 tarixində, Vüsal Məmmədov tərəfindən, "Musiqi" bölməsində yazılib       Şərhlər(3)      Oxunub:130

Dostlar, qərara gəlmişəm ki, dünyanın ən məşhur mahnılarını sözlərinin tərcüməsilə birgə Sizlərə təqdim edim. Həm dinləyib zövq alın, həm də müqayisə edin ki, biz nə oxuyuruq, onlar nə oxuyur... Və əmin olun ki, bizdə mahnı sözü sayıla biləcək mətnlər həddindən artıq azdır.
Başlayaq əfsanəvi Frenk Sinatranın oxuduğu əfsanəvi “Besame mucho” (Dəlicəsinə öp məni) mahnısından.
Mahnının özünü buradan yükləyə bilərsiniz. Sözlərinin Azərbaycan, İngilis və İspan variantları isə yazının ardındadır.

(Tərcümənin şərtiliyini yəqin ki, mənə böyük günah saymazsınız)

Şəkildə: Avqusto Roden. “Öpüş”



Davamı...
Yazını "XəbərNamə"yə göndər! Dekabr 15, 2007 23:31 tarixində, Vüsal Məmmədov tərəfindən, "Musiqi" bölməsində yazılib       Şərhlər(1)      Oxunub:124

Dostlar, bloqumuzda yeni bölmə - Musiqi bölməsi açmaq qərarına gəlmişəm. Bu, çox riskli işdir: Çünki Hamımız "Dinlədiyimiz mahnıların tayıyıq, vəssalam" (Aqşin Yenisey). Burada öz sevdiyim musiqiləri Sizlərlə paylaşacağam.

İlk olaraq Sizə Türkiyənin ən ünlü rokeri

Kıracın "Bir İstanbul Masalı"   filmi  üçün yazdığı  saundtreklər  dəstindən  ibarət  olan   musiqi  albomunu tam  şəkildə təqdim edirəm. Səmimi deyim ki, şəxsən mən bu albomdakı musiqilərin əksəriyyətindən (20 parça)  zövq alıram.

İstəyən buyurub yükləsin. Albom RAR arxivi formatındadır.  Ölçüsü - 38 meqabayt.



  Yazılar cəmi: 16    Sonrakı səhifə »