Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 44
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 82
Ümumi hit: 114544
Müxtəlif
Oyuncaq Ayı
Ötən həftə nəhayət, neçə ildir ki, bütün dünyanı məşğul edən “Putin tapmacası”nın cavabı qismən açıqlandı. Ona görə “qismən” deyirik ki, əslində Putinin varis məsələsi bir yox, 3 əsas sualdan ibarət idi: birincisi, yeni prezident kim olacaq? İkincisi, Putinin özü hansı vəzifəni tutacaq? Və üçüncüsü, bu zaman ölkənin siyasi sistemi dəyişdiriləcəkmi?
Artıq birinci və ikinci suallar cavablanıb: Putin varis kimi Dimitri Medvedyevi görür, Medmedyev isə hökumətə Putinin başçılıq etməsini istəyir. Amma bütün dünyanı çaşdıran odur ki, doğrudanmı, hər şey bu qədər sadə imiş? Məsələnin bu tərəfinə keçməzdən öncə, başqa bir sualın üzərində dayanaq: Niyə məhz Medvedyev?
Əksər analitiklər bir fikri bölüşürlər ki, adı varis qismində hallandırılanların arasında eyni zamanda həm siyasətçi olaraq ən zəifi, həm də Putinə ən sadiq olanı Medvedyevdir. Fəqət bu, xeyli səthi qiymətdir; daha dəqiq təyin belə olardı ki, Medvedyev – ümumiyyətlə, bir fiqur olaraq, təpdən-dırnağacan Putinin şəxsi proyektidir. Onun 42 illik ömrünün 17 ili, yəni, 24 yaşından başlayaraq, bütün karyerasının inkişafı Putinin qanadının altında keçib. Digər tərəfdən, Medvedyev qətiyyən siyasətçi deyil, sırf texnokratdır; liderlik üçün tələb olunan bütün keyfiyyətlərdən, ilk növbədə də xarizmadan tamamilə məhrumdur. Və Putinin özünə varis seçimi zamanı Medvedyevin bütün bu zəif cəhətləri avtomatik olaraq, onun ən güclü güclü tərəflərinə çevrilib. Çünki belə bir şəxsi pərdəarxasından idarə etmək həddindən artıq asandır, üstəlik, o, nəinki heç vaxt Putinə qarşı çıxmayacaq, hətta haçansa belə bir fikrə düşərsə belə, bunu heç vaxt bacarmayacaq.
Amma digər tərəfdən yanaşanda, Medvedyevin dünyadakı imici – yəni haqqında formalaşmış “liberal islehatçı” stereotipi də onun xeyrinə işləyir. Bütün həftə ərzində planetin aparıcı media orqanları Putinin seçimini və Medvedyevin liberallığını tərifləməklə məşğul idi. Amma nəzərə alsaq ki, Rusiyanı bundan sonra da de-fakto Putin özü idarə edəcək, təbii ki, Medvedyevin liberallığı sadəcə, imic detalından başqa bir şey deyil. Buradaca gəlirik məsələnin daha vacib hissəsinə: Putin ölkəni necə, daha dəqiqi, hansı statusla idarə edəcək?
Rusiyada baş nazir indiki statusunda sırf texniki bir fiqurdur. Və Rusiya gerçəkliyində real hakimiyyətin əsas istiqamətlərinə - güc orqanlarına, büdcə gəlirlərinə, neft pullarına və xarici siyasətə nəzarət edə bilmir. Putin isə hələ ki baş nazirin statusunu, geniş mənada isə ölkənin suyasi sistemini dəyişmək istiqamətində heç bir niyyətini büruzə verməyib. Qəribədir ki, Putinin planı kimə olmasa da, özünə çoxdan məlum idi, demək, baş nazirin statusunu da vaxtında dəyişə bilərdi; fəqət, bunu etməyib. Halbuki, onun hətta formal olsa belə, kiməsə tabe olcağı həmişə hamıya absurd görünürdü.
Əgər bu cür qalarsa, texniki baş nazir postu çox vacib bir işi görməkdə - güc orqanlarını və iri siyasi-iqtisadi qruplaşmaları nəzarətdə saxlamaqda Putinə əngəl törədə bilər. Medvedyev isə xüsusi xidmət və hərbi strukturlardan çıxmış təcrübəli, aparat oyunlarında “bişmiş” kadrların arasında özü təklikdə heç cür baş çıxara bilməz. Onun özünün komandası yoxdur, olacağı da inandırıcı deyil. Kremldəki konservativ qruplaşmalar isə yəqin ki, Medvedyevi heç vaxt qəbul etməyəcəklər. Demək, bu siyasi konstruksiya istənilən halda müvəqqətidir və sadəcə, müəyyən müddət üçün qurulmuş keçid mərhələsidir. İstisna deyil ki, ssenarinin sonrakı hissələrində hadisələrin tamam fərqli inkişafı nəzərdə tutulub. Mümkün variantlar belə ola bilər:
Birincisi, müəyyən müddətdən sonra Medvedyev hansısa səbəbdən istefa verir və Putin qanunu pozmadan, Konstitusiyanı da dəyişmədən, təzədən prezident seçilir, baş nazir postunu isə Medvedyevə verir. Bu, təxminən Türkiyədə Abdullah Gülün baş nazir seçilib, sonra həmin postu bu vəzifəyə qanuni yolu açılan Ərdoğan üçün boşaltmasına bənzər bir ssenari olardı.
İkincisi, nəzərə alsaq ki, Putinin Belorusa ötən həftə etdiyi səfəri zamanı əsas məsələlərdən biri Rusiya-Belorus İttifaqının Konstitusiyasının qəbulunun müzakirəsi idi, tamamilə mükündür ki, o, yeni Birliyin prezidenti olsun. Müzakirə olunan Konstitusiya proyektlərindən biri belə idi ki, Birliyin ümumi prezidenti seçilir, Rusiya ilə Belorusun rəhbərləri isə vitse-prezidentlər olurlar. İstər bu variant, istərsə də Birliyi idarə edəcək ali Şuraya rəhbərlik Putinə tamamilə əl verir.
Bütün hallarda əsas şərt budur ki, Rusiyadakı bütün güc mərkəzlərinin ipini Putin öz əlində tutsun. Bunun üçün hətta üçüncü və dördüncü variantlar da tapıla bilər. Və bu, “Putin tapmacası”nın yekun cavabı olacaq.
Yazar: Vüsal Məmmədov @ Dekabr 17, 2007 15:30 | "analiz" | Şərhlər(0)
Baxış sayı: 126
Açar sözlər:
![]()
![]()
![]()
