Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 8
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 45
Ümumi hit: 114507
Müxtəlif
“Hacı” sözünü ləğv edək!
Yaxşı tanıdığım bir nəfər indi həccdədir və mən dəqiq bilirəm ki, o da hamı kimi şeytana daş atanda, şeytan dönüb belə deyəcək: “Dostum, sən axı hansı mənəvi haqla mənə daş atırsan? Nəyin məndən artıqdır?”
Paolo Koelyonun “Kimyagər” əsərində qoca dükançı obrazı var. O, bütün ömrü boyu Həccə getmək arzusuyla yaşayır, öz təsəvvüründə Kəbənin ətrafını ən möhtəşəm, ən müqəddəs bir məkan kimi canlandırır, amma günlərin birində imkanı olanda heç kimin gözləmədiyi halda, ziyarətə getməkdən imtina edir. Səbəbini isə belə anladır:
“Mən illərdir ki, təsəvvürümdə Həccə necə gedəcəyimi canlandırmışam; indi qorxuram ki, gedim və hər şeyin heç də mənim xəyal etdiyim kimi olmadığını görüm, qurduğum bütün aləm məhv olsun”.
Ostap Bender isə Koreykonu ifşa edəndən sonra ondan bir milyon manat istəməsini belə əsaslandırıdı: “Sənin əməllərini araşdırarkən mənim bütün insanlığa olan inamım itdi, bu isə milyondan da çox edir”.
Qafqaz Müsəlmanları İdarəsi Həccə apardığı adamlara “Həcc əməlləri” adlı bir disk verir ki, baxıb öyrənsinlər, amma heç kim onlara hacıların əməllərinı aid heç nə anladmır. Nəticədə bir çox hacılar bu ziyarəti tamamilə gözdən salıblar. Amma məqsədim bu barədə danışmaq deyil.
Bu il ikinci və üçüncü dəfə həccə gedən insanlar gördüm. Maraqlıdır: bunun nə mənası var? İndi onlara “hacı kvadrat” və “hacı kub” deməliyik? Ümumiyyətlə, görəsən, “hacı” müraciəti olmasaydı, hamı yenə də eyni həvəslə ziyarətə can atardımı?
Qısası, belə bir təklifim var: gəlin insanlara “hacı” deyə müraciət etməyə son qoyaq. Mən bilən, Azərbaycandan, İrandan və qismən də Türkiyənin bəzi bölgələrindən başqa, dünyanın heç yerində belə bir ənənə yoxdur. Gerçəkdən də, absurddur axı: heç insanı da etdiyi ibadətin adıyla çağırarlar? Şəxsən mən cəmisi bir nəfərə - lap əvvəldə haqqında danışdığım və bu il üçüncü dəfə həccə gedən şəxsə həmişə “həci” deyirəm, onu da ironiya məqsədilə (çünki adamım mahiyyəti bu ada qətiyyən uyuşmur); və müşahidəmə görə, tək mən yox, elə hamı ona məhz ironiya məqsədilə “həci” deyir. Xətrini çox istədiyim şəxslərdən birinə isə hətta məndən inciməyinə baxmayaraq, heç vaxt “hacı” demirəm – qəti əminəm ki, ibadətin adını insana qoymazlar. Bu, sizin üçün qəsəbə adları deyil ki, hər meyxanaçı birini qapazlayıb. İnsana etdiyi ibadətin adının qoyulması mənə orta əsrlər cahilliyinin əlaməti kimi görünür. Bir halda ki, Allah hamımıza imkan olarsa, ömründə heç olmasa bir dəfə Həccə getməyi vacib buyuruq, demək hamımız potensial hacılarıq; bu halda onu titul kimi adın əvvəlinə dürtüşdürmək yalnız bir şeyə xidmət edir: İMKANI OLANLA hələ ki İMKANI OLMAYANI fərqləndirməyə! Bu isə, nəciblikdən çox-çox uzaq bir haldır.
Beləcə, həm dini, həm mənəvi, həm də etik faktorlara əsaslanaraq, tam ciddi şəkildə təklif edirəm: “Hacı” xitabını (əslindəsə titulunu) yığışdıraq! Heç kimə deməyək və dedirtməyək, deyənləri çəkindirməyə çalışaq, nə bilim, kampaniya başlayaq. . . Necə ki insanın namaz qılıb-qılmamasının, oruc tutub-tutmamasının bizə heç bir dəxli yoxdur, bunlar yalnız onunla Allahın arasında olan işlərdir, eynilə Həcc də yalnız və yalnız konkret bir İnsanla Allahın arasında olan ibadətdir. Bunu ictimailəşdirmək düz deyil. Yüz faiz əminəm ki, inşallah, əgər həccə gedib qayıdası olarsam, özümə də “hacı” deyilməsini qətiyyən istəmərəm.
Allah ziyarətinizi qəbul eləsin.
Yazar: Vüsal Məmmədov @ Dekabr 18, 2007 23:47 | "oriyentir" | Şərhlər(6)
Baxış sayı: 166
Açar sözlər:
![]()
![]()
![]()
Salam Aygün xanım!
Şərhinizə görə təşəkkürlər; iradınızla da razıyam.
Amma xahiş edirəm "müəllim"siz - bu da eynən "hacı" kimi çox mənasız müraciət formasıdır.
)
"Gerçək bir PR dahisi" ifadəsinə gəlicə, bu, bir dost reprizidir. İstəsəniz dəyişə bilərəm. Amma o da düzdür ki, Azərbaycanda PR-ın nə olduğunu bilən insanlar həddindən artıq azdır, Sizin bloq isə bu baxımdan tamamilə fərqli bir gerçəkil\k ortaya qoyur...
Sayğıyla, Vüsal.
Dekabr 19, 2007 13:30
Məsələ o həddə gəlib, çatıb ki, insanlar övladlarına Hacıbaba, Hacıağa, Hacıalı və s. adlar qoymağa başlayıb. Hacı adı bir növ yüksək təbəqə bildirməyə başlayıb. "Kasıb itinin adını qızıl"-qoyar atalar sözünü xatırladım.
Sadəcə vurğulamaq lazımdır ki, prezidentimiz də həccdə olub, amma adının qarşısına hacı titulunu əlavə etdirmir. Bəlkə bundan sonra kimsə "nümunə" götürə.
Dekabr 19, 2007 14:03
Vüsal, axı sizi niyə belə qıcıqlandırır Hacı müraciəti?
Məşhədə gedənlərə də Məşədi deyirlər. Bir adət sadəcə.
Onların mahiyyətinə gəlincə, QMİ hansı səviyyədə səfər hazırlıqları yapırsa, həcilərimizin çoxu da o səviyyədədi. Ziyarət öncəsi QMİ-nin həyəti Vosmoy bazarını xatırladır...
Heç kim Allahın qəzəbindən qaça bilməyəcək!
Boş verin getsinlər...Həcclərinə...
Dekabr 19, 2007 15:02
Bayramızı təbrik edirəm, Vüsal.
Dahi sözünü dəyişməyə ehtiyac yoxdur. Sadəcə motivləri öyrənmək istəyirdim.
Dekabr 21, 2007 20:51
Valla ne desem ki size..bravo.. içimden geçenleri yazmışsınız.
düşünsenize ´namaz kılan Nur´ veya ´zekat veren Vusal´ saçmalık...
Yanvar 10, 2008 20:06

Vusal muellim, təmamilə razıyam. Bu "Hacı" ifadesini leksikondan yığışdırmağın çoxdan vaxtı çatıb, onda bəlkə Hacı olub gəlib deyə bəzi movqelərdə yerini bərkitmək istəyən adamlar Həccə gedib bir az da artıq tünlük yaratmaz orda.
Amma qoca dükançı məsələsi ilə razılaşmadım. Büllur satıcısının Həccə getməkdən imtina səbəbi arzusunu itirməkdən qorxmağı idi, qorxurdu ki, həyatının ən böyük arzusu reallaşar və bu prosesdən sonra qalan boşluğun içində o əzilər. Bir sözlə, həyat nə qədər ki, arzularımız var, nə qədər ki qarşımızda məqsəd var, gözəldir!
Size linke ve sherhe gore teshekkur edirem. Amma bloqumda da qeyd etmishem ki, bu dahi məsələsini başa düşmədim.
Dekabr 19, 2007 0:52