Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 31
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 69
Ümumi hit: 114531
Müxtəlif
Mənə hədiyyə verməyin
Iki böyük bayram növbəyə dayanıb; düzdür, birinin kökləri xristian,
digərininkisə İslam dininə gedib çıxan iki bayramın eyni zamanda “böyük” sayılmasının özü bizim millət olaraq qəribəliyimizdən və oriyentirləri qarışdırmağımızdan xəbər verir, amma indi bu haqda danışmayacağıq. Bu dəfə hədiyyə almağın əziyyətindən söz acağıq. Bəli, verməyin yox (bu, onsuz da hamıya aydındır), məhz almağın əziyyətindən.
Hədiyyə - intim məsələdir; o anlamda ki, insana nəyi hədiyyə etməyi bilmək üçün onun ya özü olmalısan, ya da heç olmasa son dərəcə yaxşı başa düşən biri. Düzdür, müvəqqəti olaraq yaxşı əhval bəxş etmək və ya diqqəti ifadə etmək baxımından uduşsuz, “universal” variantar var – məsələn, çiçək kimi. Amma bu siyahı, deyəsən, elə çiçəklə də bitir – tutalım, ətirdə artıq “yana” bilərsən.
Bu yaxınlarda oxumuşdum ki, Moskvada iri bayramlar ərəfəsində təkcə hədiyyələrin qablaşdırılmasına və bükülməsinə sərf olunan xərclər üçüncü dünya ölkələrindən birinin bütövlükdə əhalisinin təxmənin bir aylıq xərcinə bərabər olur. Və bu nəhəng xərc faktik olaraq, zibilliyə tullanır – kim durub hədiyyənin qutusunu və ya kağızını saxlayasıdır ki? Müşahidələr göstərir ki, kiçik xırda hədiyyələrin (suvenirlər, heyvancıqlar, “talismanlar” və sair və ilaxır) də əksəriyyəti bir müddətdən sonra türkün sözü, çöpə atılır. Şəxsən mənim müxtəlif kiçik suvenirlərdən zəhləm gedir. Onları mənə verənləri isə başa düşsəm də, zəhmətlərinə və xərclərinə ürəkdən heyifsilənirəm. Axı nə edim ki, bir-biri ilə oynaqlaşan iki kiçik ayı balasının fiquru, qız bürcünün simvolu və digər belə xırda-xuruş mənim üçün qətiyyən heç bir şey ifadə etmir! Daha dəqiqi, bir az xəcalət çəkirəm – hər dəfə anlayıram ki, bax, bu fiquru mənə bağışlayan o gözəl insan əgər pulu olsa, tamam ayrı hədiyyə seçəcəkdi, amma... və mən onu yerinə üzülürəm.
Rəmzi hədiyyələrin hansısa mistik gücə malik olması haqda mövhumatı isə heç yaxına da buraxmaq istəmirəm – bu, yaşı 20-nin azca o tərəf-bu tərəfində olan xəyalpərvər qız uşaqlarının özəlliyidir.
Son vaxtlar bir məsələ beynimi yaman məşğul etməkdədir ki, insanlar, ümumiyyətlə, hansı motivlərlə bir-birinə hədiyyə verirlər? Həmin motivləri mən belə sıraladım:
1. “Məsələ sosiskada deyil, vnimatelni olmaqdadır” – yəni, sənə nə verdiyimə baxma, sadəcə bil ki, unudulmamısan. Burada əsas olan hədiyyənin özü yox, onun verilmə faktıdır. Məncə, yalnız, uşaqlara (bəlkə, həm də ahıllara) münasibətdə düzgün motivdir, böyüklərə (oxu: hədiyyə ilə oynamaq yaşı keçənlərə) isə bu cür yanaşmağın nə yeri var, nə də mənası. Təəssüf ki, ətrafa baxanda ən çox bu halı görürük.
2. “Adət belədir...” - Hədiyyə sadəcə ona görə verilir ki, cəmiyyətdə belə qəbul olunub və onu pozmaq düzgün sayılmır. Aylarla əldən-ələ və evdən-evə gəzən bədbəxt şokolad qutularının dili olsaydı, bu haqda sizə çoxlu maraqlı şeylər danışardılar.
3. Bəzən həqiqətən insana onun ehtiyacı olan nəsə baışlanılır ki, məncə, əsl hədiyyə budur – həm sevinc verir, həm də faydalıdır – yerinə düşür. Və yenə də təəssüf ki, bu praktika bizim cəmiyyətdə çox yayılmayıb. Onu adətən yaxın adamlar bir-birinə bağışlayırlar.
Belə bir fikir də var ki, verilən - əslində hədiyyənin özü deyil, onu bağışlayanın emosiyalarıdır. Bir şey deyə bilmərəm, çünki həmişə bu fikirdə olmuşam ki, diqqət, qayğı və emosiyaların ifadəsi birdəfəlik akt olmamalıdır. Bu yerdə yadıma məşhur lətifə düşür: “Ötən Yeni İldə mənə etdiyiniz arzuların heç biri həyata keçmədi. Xahiş edərəm, bu il onları pul şəklində verəsiniz”.
Yazar: Vüsal Məmmədov @ Dekabr 20, 2007 23:13 | "oriyentir" | Şərhlər(3)
Baxış sayı: 144
Açar sözlər:
![]()
![]()
![]()
Təşəkkür... Şadam ki, belə "qəribə" düşəncələrimdə mən tək deyiləm
Dekabr 24, 2007 22:31
Fikirlərinizin yarısı ilə razıyam.
Hədiyyə verməyi isə sevirəm! Almağı da hamıdan çox. Dəxli yoxdu bu nədi - bir çiçəkmi, bir suvenirmi, bir qələmmi.
Hədiyyə verdiyiniz anda insanın sevincindən sizə pay düşmürmü? Mən insanları sevindirməyi sevirəm, ona görə də bir əlim elə hədiyyə verir.
Tullandığım hədiyyə isə olmayıb. Amma mənə verilən hədiyyəni əlimin aşağı vaxtı başqasına verdiyim olub
Balaca bir suvenir idi...
Bir təbəssüm də hədiyyədi, heç kimdən əsirgəməyin...
Dekabr 25, 2007 19:54

Əla. Kimdənsə hədiyyə almaq mənim üçün ən böyük problemlərdən biridir. Adətən bunu öz sosiotipimə bağlayıram. Amma demək ki, başqaları da analoji hisslər yaşayır.
O hədiyyə bükülməyini isə heç anlaya bilmirəm. Bir dəfə mənə hədiyyə vermişdilər. Mıncıqlı, zərli və çox gözəl kağızla bükülmüşdü. Zorla bu "upakovkanın " qiymətini öyrəndim. Məlum oldu ki, hədiyyədən baha başa gəlib. İstədim soruşam ki, bilirler o upakovkaya ne qeder ağac serf olunub. Sonra dedim ki, deyecekler qız temiz deli olub, sesimi çıxartmadım.
Ne isə.. Əla mövzudur.
Dekabr 23, 2007 16:00