Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 17
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 55
Ümumi hit: 114517
Müxtəlif
“Şər qarışandan sonra...”
Yəqin, Robert Rodrigesin çəkdiyi məşhur “From Dusk till Down” (“Şər qarışandan dan sökülənə”) filmini görməyən yoxdur. Həmin filmdə Selma Hayekin boynunda iri ağ ilanla rəqs etdiyi səhnə yadınızdadırmı? Bax, orada ifa olunan musiqini (Tito & Tarantula - After dark) buradan yükləyə, sözlərinin tərcüməsiylə isə yazının ardında tanış ola bilərsiniz.
Əsas məqsədimizin nə olduğunu artıq bilirsiniz: bizim və onların mahnılarının sözlərini müqayisə edərək, özümüzdəki mahnı mətnlərinini nə qədər primitiv olduğunu görmək.
Tito & Tarantula
Şər qarışandan sonra
Görürəm ki, o
Dümağ geyimdə necə gecəni yarıb gəlir
Və anlamıram: niyə
Şər qarışandan sonra?
Gözlərində
Uzaq, amma parlaq
Bir atəşin əksi olur -
Amma anlamıram: niyə
Şər qarışandan sonra?
Gözümü onun otağında açdım...
Qaçılmaz əcəlin qorxusundan
Sivişmək, düşmək gərəkdir
Döşəmədən aşağı -
Döyürəm İblisin qapısını
Dan söküləndə isə
Oyanıram və... o yoxdur
Kiçik bir kağız yazıb:
“Şər qarışandan sonra...”
Atəşdə yanıb qovrularaq,
Onun əsl kimliyini anlayıram
Onu nə qədər yox etsən də,
Xeyri yoxdur,
Yenə geri dönəcək
Və qəlbimin şahı olacaq yenə
Mənim vücudumun
Qaranlıq, gizli və yalqız bir parçası
Onu istəyir və onu gözləyir -
Şər qarışandan sonra.
After dark
Watching her
Strolling in the night so white
Wondering why
It's only after dark
In her eyes
A distant fire light
Burns bright
Wondering why
It's only after dark
I find myself in her room
Feel the fever of my doom
Falling falling
Through the floor
I'm knocking on the
Devil's door
In the dawn
I wake up to find her gone
And a note says
Only after dark
Burning burning in the flame
Now I know her secret name
You can tear
Her temple down
But she'll be back
And rule again
In my heart
A deep and dark
And lonely part
Wants her and waits for
After dark
İrəlidə sözlərinin tərcüməsiylə birlikdə Sizə çatdırmağı planlaşdırdığımız mahnılar bunlardır:
The Beatles - And I love her
Scorpions - Wind of change
The Beatles - Yesterday
Status Quo - In the army now
Ace Of Base - All That She Wants
Sting - Shape Of My Heart
Kansas - Dust In The Wind
Elvis Presley - Are you lonesome tonight
Yazar: Vüsal Məmmədov @ Dekabr 21, 2007 23:29 | "Musiqi" | Şərhlər(5)
Baxış sayı: 238
Açar sözlər:
![]()
![]()
![]()
Maraqlı fikirlərinə və hətta sitatlarına görə təşəkkür edirəm, Orxan. Birini də məın deyim:
Bu gün ayın üçüdür,
De gülüm, nanay-nayna-ninay
Girmə, bostan içidir
?!?!
Beynəlxalq konvensiyala görə, ayın 3-də bostanın içinə girmək olmaz. Bilmirdiniz bunu?
Dekabr 26, 2007 14:01
Bilirsiz biz bəzi şeyləri qarışdırırıq...
Xalq yaradıcılığı - folklor və fərdi yaradıcılıq bir birindən çox fərqlənir...
Yuxarıda sadalanan heç bir mahnı Amerikanların xalq yaradıcılığına aid deyil, bunlar fərdi yaradıcılıq məhsullarıdır..
Ümumiyyətlə Amerikada xalq yaradıcılığının olub olmaması özü sual altındadı, xalq olmayan yerdə folklor hardan olacaq, ki bu başqa mövzudur..
Düşünürəm ki, Nigar Rəfibəylinin "Ala gözlüm", yaxud Şəhriyarın "Heydər Baba" mahnısı qədər dərin lirikanı nə C.Lenon yarada bilər, nə E.Presli..
Özümüzə qiymət verməyi bacaraq,
Salamlar
P.S. Əlbəttə ki, "Molla Nəsrədin"çilərə də Allahdan bir daha rəhmət diləyək..
Yanvar 10, 2008 20:12
Haminin fikrine hormetle yanasiram amma sizin Azerbaycan mahnilarinin sozleri haqqinda dediklerinizle qetiyyen razi deyilem.
fikrimce krim turklerinin konkret bir hadise ile bagli olan bu mahnisini xalq mahnilari ile muqayise etmek duzgun deyil.
duzdu bu yuxarida sadaladiginiz mahnilarin sozleri dusundurucu olmasa da bizde kifayet qeder dusundurucu movzularda mahnilar var.
sadece bizde bele bir xususiyyet var ki ozumuzunku olmayan seyleri ideallasdiririq ve ona oxsamaga calisiriq.ele ona gore de basqalari bizimki olub amma bizim olmayani bizden yaxsi bilir ve vaxtinda qiymetlendirir.
yaxsi olarki hec olmasa az da olsa ozumuze ve ozumuzunkune hormetle yanasaq ve qiymetlendirek.
Yanvar 19, 2008 17:29
Vusal, mence qerezli yanashmisan. Qerblilerde bu cur sozler barmaqli sayilacaq qeder azdir. Bizde ise... Mugamlarimizda seslendirilen Mehemmed Fusuli, Seyid Ezim Shirvani, Eliaga Vahid qezellernin mohteshemliyini unutmusan?! Duzdur, mahni sozu olaraq teqdim edilen "qafiyeli sozcukler yiginlari" da var. Amma, bu tek bizde deyil ki... Bizde "ikimiz bir koynekde yaxasi dar olaydi" varsa, Turklerde de "Memeler bash kaldirmish, kovushmuyor duymeler" var da
Yeri gelmishken, Ahmet Kayanin teze albomu chixib: "Biz 3 kishiydik-Inkir, Minkir ve Ben"...
Fevral 27, 2008 18:57

Vüsal bəy, mahnılarımızın mətn cəhətdən çox bərbad halda olmasını, heç bir ciddiliyinin olmamasını ilk dəfə Krım türklərinin "Biz Krımdan çıxanda" mahnısını dinləyərkən düşünmüşdüm. Mahnıda əsas mənə təsir edən "Biz Krımdan çıxanda, kar yağmadı, kan akdı"-sözləri idi. Bu Krım türklərinin tarixinin mahnıda əks tapmasıdır. Bizim mahnılarda belə bir şeyə rast gəlmirik. Ümumiyyətlə, mətnləri bir növ beyinyuyuculuqla məşğuldu, qətiyyən düşündürmür, heç nə demir.
"Apardı ellər saranı, bir alagözlü balanı"
"Gəlmişəm otağına Qaragilə, oyadam səni"
"Meyvələrdən 3 meyvə var, biri alma, biri heyva biri nar, alma sənin, heyva da sənin, nar mənim, BALA, nar mənim."
Mən artıq bu tip XALQ və bəstəkar mahnılarını boykot edirəm.
Dekabr 26, 2007 13:07