Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

abş  mentalitet  rüşvət  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  qarabağ  amerika  kitab  dil  islam  din  infliyasiya  səhiyyə  eşşək  azərbaycan  putin 

Sayqaç

İndi blogda: 21
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 59
Ümumi hit: 114521

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Sizə Ancelina Coli ilə öpüşmək arzulayıram

Neçə gündür, elektron poçtuma “artıq keçmiş Qurban və qarşıdakı Yeni İl bayramları” ilə bağlı dalbadal təbrik məktubları gəlir; amma hamısı da şablon, klişe, bir-birinin təkrarı... İnciməyin, dostlar, amma hamısı SAXTA, taxta, karton... (Yeri gəlmişkən, kino tənqidçiləri filmdə mahiyyəti açılmayam obrazlara adətən, “karton obrazlar”, “kartondan kəsilmiş obrazlar” deyirlər) Qanımın qara vaxtında siz də bu yandan... Bütün arzular mücərrəd, konkret heç nə deməyən, standart; zalım dostlar, bu, sizinçün seçkiqabağı platforma deyil axı. Universal təbrik konveyrlərindən çıxan ifadələr milyonlarla SMS və e-mail şəklində ora-bura uçuşub-qaçışsa da, faktik olaraq, heç nə demir: “bol uğur”, “xoşbəxtlik”, “can sağlığı”, “ailə səadəti”, “özünə arzuladığın hər şey”. . . Birini də subayların sağlığına!  

 

Belə tamada təbriklərindən qurtulmaq üçün qərara aldım ki, oturub Yeni İl arzularımı siyahıya alım. Tam səmimi olaraq. Beləcə, 2008-ci ildə özümə və Sizə bunları arulayıram (Allaha acıq getməsin deyə, bəri başdan deyim ki, bəzilərini hətta 2009-da da gözləməyə hazıram, təki düzəlsin):
1. Heç olmasa 3 dəfə ürəkdən “Mən bunu çoxdan gözləyirdim!”,- demək;
2. Madaqaskarda dəvəquşu kababı yemək;
3. Heç olmasa 7 gözəl kitab oxumaq və 33 gözəl filmə baxmaq (Amma sormayın ki, niyə məhz 7 və 33 – Vallah, dəqiq bilmirəm);
4. Ancelina Coli ilə öpüşmək;
5. Heç olmasa 2 dəfə qəlbdən gələn “Nə yaxşı ki, sən varsan” sözlərini eşitmək;
6. Bu il buraxılan səhvləri anlamaq və onlardan bir neçəsini düzəltmək üçün imkan qazanmaq;
7. Heç olmasa bir dəfə ürəkdən “Sənə demişdim axı, səbr elə, düzələcək!”,- söyləmək;
8. Heç olmasa 5 maraqlı insanla tanış olmaq;
9. Ortaya ən azından özünün fəxr edə bildiyin bir iş qoymaq;
10. Həyatının mənasını dərk etmək.

***
Bundan başqa, Yeni İldə Özümə və Sizə bunların heç birini arzulamıram:
1. Bircə dəfə olsun belə, başını bulayaraq, köks ötürüb, ürəkdən “...Heyif!!!” demək;
2. Ürək isitdiyiniz insanla bağlı yanıldığınızı görmək;
3. İlin sonunda özündən “qazancım nə oldu” soruşanda dodaqlarını büzüb, gicgahını qaşımaq.

***
Məncə, tam xoşbəxtlik üçün bu qədər bəsdir. Əsas odur ki, bunların heç biri sadəcə dilə gəldiyi üçün deyilmədi, onları fikirləşib tapmağa enerji sərf olundu. Demək, onların gerçəkləşmə şansları da böyük olmalıdır. Bəlkə də razılaşmadınız, kiminsə xoşuna gəlmədi, yaxud, kimsə əsəbiləşib, dedi ki, “Mən sadiq ailə başçısı axı nəyə görə Ancelina Coli kimi filan-şüdəylə öpüşməliyəm!” Elə isə, əvvəlki 10 arzu ki var idi, onların 9-nu pozub, yerinə yalnız bunu yazın: Sizə İl ərzində heç olmasa 3 dəfə ürəkdən “Mən bunu çoxdan gözləyirdim!”,- deməyi arzulayıram!





Yazar: Vüsal Məmmədov @ Dekabr 25, 2007 21:05 | "bu da belə..." | Şərhlər(5)
Baxış sayı: 271
Açar sözlər:
Bookmark and Share

1
Orxan yazıb:

Tanrı arzularınıza həyat versin.

Dekabr 26, 2007 12:50

2
defne yazıb:

Vusal bey! Burda qeyd etdiyiniz 10 arzudan 9-nun ustunden xett cekib tekce 4-cu bendin size nesib olmasini arzulayiram!

Dekabr 28, 2007 0:40

3
Vüsal Məmmədov yazıb:

Dəfnə xanım!!!
İnsafınız olsun, heç olmsa 3-nü saxlayıb, 7-in üstündın xətt çəkin, nə olar... Acizanə şəkildə xahiş edirəm rolleyes

Dekabr 28, 2007 19:36

4

Bele yazilar nece dogulur?? Yeni bele gozel ve menali..Eladir..
Men ise arzu edirem ki, arzularin hamisi yerine yetsin, birce dorduncu yerine yetmesin.. BIlirem, Anjelina Coli her kesin arzulayacagi dodaqlara sahibdir...(yeni ya ozunde olsun, ya da opmeye).Amma soin vaxtlar bu xanim yaman xestelenib, bezi xeberlere gore ya Hepatit B-dir, ya da C. Her halda hepatitlerden uzaq olmaq lazimdir.smile

Dekabr 29, 2007 0:55

5
Mehriban yazıb:

-Vüsal Məmmədov, nə yaxşı ki, sən varsan. Tam semimi olaraq söyleyirem...

Mart 18, 2008 13:49


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha