Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

rüşvət  abş  mentalitet  qarabağ  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  ayı  toy  80/20  səmimiyyət  film  nifrət  liberalizm  bahalaşma  qafqaz  arxetip 

Sayqaç

İndi blogda: 4
Keçən ayın hiti: 10623
Dünənki hit: 438
Bugünki hit: 213
Ümumi hit: 115113

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Gözlənilən bir qətlin tarixçəsi

Son aylarda getdikcə tədricən xaosa bürünməkdə olan Pakistanda əslində ən çox gözlənilən hadisələrdən biri baş verdi: Benəzir Bhutto öldürüldü. Markesin məşhur əsərinin absurd süjetini xatırlamamaq olmur: “Gözlənilən bir qətlin tarixçəsi”. Amma təssüf ki, siyasət hətta Markesin mistik realizmiylə müqayisədə belə, dəfələrlə mürəkkəbdir; xüsusilə də söhbət əgər Pakistan kimi qəliz bir ölkədəki proseslərdən gedirsə. Bu ölkədə gizli olyunlar quran məkrli güc mərkəzləri də çoxdur, güclü etnik və dini qruplaşmalar da; üstəlik, böyük dövlətlərin maraqları da işə qarışanda əsl hərc-mərclik yaranır.

 

 

Bunlarla yanaşı, cəmiyyətin özü hələ də tayfa-klan strukturuna malikdir. Belə bir mühitdə prosesləri nəzarətdə saxlayan “güclü əl”in zəifləməsi və Qərb demokratiyasına yaxın modelin tətbiq olunması cəhdləri xaosun düyməsini basmaq deməkdir. Prezident Pərviz Müşərrəf də son vaxtlar mütəfiqi Amerikanın təsiri, bəlkə də təzyiqi ilə elə bunu edirdi. Bhuttonun qətli təsdiqləyir ki, artıq cin şüşədən çıxıb. Və indi ortada bir neçə çox ciddi sual var: Pərviz Müşərrəf vəziyyəti nəzarətinə götürə biləcəkmi? Nüvə arsenalına malik bir dövlət xaos girdabında batmayacaq ki?

Hazırda Pakistanda vəziyyəti nəzarətdə saxlaya bilmək üçün Müşərrəfə 3 şey lazımdır: ordunun dəstəyi, parlament çoxluğu və xalq arasında populyarlıq. Pakistanda “xalq” anlayışı çox amorfdur, digər iki amili isə Qərbdəki müttəfiqləri prezidentin əlindən çıxarmağa çalışırdılar. Maraqlıdır: görəsən “öz adamı” sayılan Benəzir Bhuttonun öz müttəfiqi sayılan Pərviz Müşərrəfin yanına qaytararkən qərbdəkilər qarşılarına hansı məqsədi qoymuşdular? Müşərrəfi müxalifət vasitəsilə nəzarətdə saxlamaqmı, yoxsa onun dəyişdirilməsi üçün zəminmi hazırlamaq? Doğrudanmı, hələ keçən il Buşla çox sıcaq görüş keçirən Müşərrəf artıq Qərbə getməli olan mavr kimi görünməyə başlamışdı? Və qərbdəkilər onunla bağlı “B planı”nı işə salmaq qərarına gəlmişdilər? Burada “B” – həm də “Bhutto” kimi anlaşıla bilər.
Bütün hallarda, xanım Bhuttonun elə geriyə dönən kimi Pakistan tarixindəki ən dəhşətli teror aktıyla üzləşməsi və 140 nəfərin həlak olmasına baxmayaraq, yalnız möcüzə nəticəsində sağ qalması o demək idi ki, Qərbdəki strateqlər hələ də bu ölkənin reallıqlarını anlaya bilməyiblər. Möcüzə həmişə baş vermir və tamamilə aydın idi ki, birinci teraktın sifarişçiləri tapılmayınca, mütləq ikinci, üçünü cəhdlər də olacaq. Baxmayaraq ki, Bhutto özü Pərviz Müşərrəfə yazdığı məktubunda çox qüdrətli bir təşkilatın və konkret 3 nəfərin adını çəkmişdi. Bunlar “Inter-Services Intelligence” təşkilatı, onun keçmiş direktoru Həmid Gül, Pəncabın baş naziri Pərviz Elahi və ölkənin Kəşfiyyat Bürosunun baş direktoru İcaz Şah idilər.

Arayış:

Qısaca ISI (Ay-Es-Ay) deyilən Inter-Services Intelligence gizli xidməti ölkənin kəşfiyyat strukturuna daxil olan 3 orqandan biri və ən güclüsüdür. 1948-ci ildə Hindistanla müharibənin gedişində hərbi kəşfiyyatın ümidləri doğrultmamasından sonra yaradılıb. Baş qərargahı üzün müddət Ravalpind şəhərində yerləşib, indisə İslamabaddadır. Hazırkı rəhbəri general-leytenant Nəcim Tacdır. ISI-in adı tez-tez “Pakistan siyasətinin gözəgörünməz qüvvəsi” kimi hallandırılır. Ümumiyyətlə, dünyada xeyli insident bu agentliyin adı ilə bağlanır. Onların arasında Kəşmirdə törədilən 3 böyük terror aktı, Mumbayda qatarın patladılması, Londondakı partlayşlar, Hindistan parlamentinə hücum, Varnas və Heydərabaddakı teraktlar da var. Qurumun Taliban qüvvələrinə dəstək verdiyi haqda iddalar da az deyil. Bəzi ekspertlər ISI-ı dünyanın ən təhlükəli gizli xidmətlərindən biri sayırlar. Bunu onun Hindistana qarşı keçirdiyi iddia olunan uğurlu əməliyyatların uzun bir siyashısı da təsdiqləyir. Təşkilatın 25 min əməkdaşı və bundan əlavə, 30 mindən artıq agenti var.

Həm ISI-a bu ilin oktyabrına qədər rəhbərlik edən Əşfıq Pərviz Kəyani, həm də o, Pərviz Müşərrəfin yerinə orduya rəhbər təyin olunandan sonra bu postu tutan Nəcim Tac indiki prezidentə çox yaxın insanlardır. Əlbəttə, xanım Bhuttonun qətlində mütləq bu təşkilatın əlinin olduğunu iddia etmək mümkün deyil və belə bir niyyətimiz də yoxdur, amma bu versiyanı kənara qoymaq da olmaz. Birincisi ona görə ki, Bhutto özü ISI-dan şübhələnmişdi; ikincisi isə, bayaq da deyildiyi kimi, bu qurum ölkənin daxili siyasətinə çox gizli müdaxilələr edir. Versiyanın zəif tərəfi isə odur ki, Pərviz Müşərəfin Benəzir Bhuttonun ölümündə maraqlı olması inandırıcı deyil. O, əksinə, ölkədə xaos mühitini gücləndirən bütün addımlardan qaçmağa çalışmalıydı. Ona görə də “Bu, kimə sərf edirdi yox”, “kimə sərf etmirdi”,- deyə soruşsaq, ilk növbədə prezidentin adını çəkmək olar. Hərçənd, kəşfiyyat qəsdləri çox mürəkkəb və xeyli gizli qatları olan oyundur, Pakistan isə indi bu tip oyunların meydanına dönüb.
Digər versiyalara gəlincə, xanım Bhuttonun ölümündə maraqlı görününlər çox olduğu kimi, variantlar da az deyil. Belə şəraitdə “islam radikalları” kimi ümumi adlar çəkmək “universal resept” təsiri bağışlayır. Bir xəbərə görə məsuliyyəti öz üzərinə götürən, digərinə görə isə, əksinə, teraktda əlinin olmasını rədd edən “Əl-Qaidə” haqqında da danışmağa dəyməz. Çünki bu, konkret təşkilat olmaqdan daha çox, universal obrazdır və indi hər bir qruplaşma eyni uğurla “Əl-Qaidə” ola bilər. Puştun millətçiliyi və radikal sünniliyin qarışığından ibarət “Taliban” hərəkatının Bhutto ilkə köhnə düşmənçiliyini nəzərə alsaq, onlar da şübhələrdən kənarda deyillər. Yada salaq ki, xanım Bhuttö iki ay əvəl İspaniyanın “El Pais” qəzetinə intervüsündə Pakistanın təhlükəsizlik xidmətində taliblərin sayının az olmadığını demişdi. Bundan başqa, onu qardaşı da 1996-cı ildə taliblərlə mübarizə zamanı öldürülüb.
Başqa tərəfdən, belə yanaşmaq da mümkün və lazımdır ki, bu terakt əslində Benəzir Bhuttoya yox, Pərviz Müşərrəfə qarşı yönəlib və məqsəd onun legitimliyini zərbə altında qoymaq, seçki ərəfəsində ölkəyə nəzarət imkanlarını azaltmaqdır.
Ama bütün hallarda bu qətlin arxasında Qərbin Pakistanla bağlı planlarındakı kobud səhvləri görməmək mümkün deyil. Pakistanın olduqca qəliz reallıqlarını dərk etmədən bu ölkədəki proseslərin inkişafını hansısa plalara uyğunlaşdırmaq istəyi hələ bundan da qat-qat ağır nəticələr verə bilər. İndi hər şey yanvarın 8-də keçirilcək seçkidən asılıdır: əgər Müşərrəf parlamentə nəzarəti təmin edə bilərsə və seçkidən sonra ölkədə ciddi sarsıntıların yaşanmasının qarşısını alarsa, Pakistanın xaosdan yan ötməsi üçün şans yaranacaq. Əks halda isə bu ölkə davamlı vətəndaş qarşıdurmasına sürüklənə bilər.






















Mənbələr:
A Piece of Political Theatre October 19, 2007
David Frost interview with Bhutto Nov. 3, 2007
"After Bombing, Bhutto Assails Officials' Ties", New York Times, 2007-10-20.
Bhutto killed in suicide attack December 27, 2007
ISI linked with attacks in the West - BBC
Musharraf defends his spy service - BBC
The ISI and Terrorism: Behind the Accusations - Council on Foreign Relations
http://en.wikipedia.org/wiki/Ijaz_Shah
http://en.wikipedia.org/wiki/Hamid_Gul
http://en.wikipedia.org/wiki/Chaudhry_Pervaiz_Elahi
http://en.wikipedia.org/wiki/Rawalpindi
http://en.wikipedia.org/wiki/Taliban
http://en.wikipedia.org/wiki/Pervez_Musharraf
http://en.wikipedia.org/wiki/Pakistan_Muslim_League_(Q)
http://en.wikipedia.org/wiki/Military_of_Pakistan
http://en.wikipedia.org/wiki/Nawaz_Sharif
http://en.wikipedia.org/wiki/Zulfikar_Ali_Bhutto
http://ru.wikipedia.org/wiki/Пуштуны
http://ru.wikipedia.org/wiki/Изображение:Major_ethnic_groups_of_Pakistan_in_1980.jpg
http://en.wikipedia.org/wiki/Pakistan







Yazar: Vüsal Məmmədov @ Dekabr 30, 2007 21:15 | "analiz" | Şərhlər(2)
Baxış sayı: 132
Açar sözlər:
Bookmark and Share

1
Cavidan yazıb:

...Kişilər acizləşəndə
pələngə, şirə dönərlər...
...qadın öldürərlər...

Yanvar 4, 2008 8:48

2
Vüsal Məmmədov yazıb:

Cavidan xanım!
Sizin yaradıcılığınızdan bir zərrəni də olsa, öz bloqumda görməyə şadam. Xahiş edirəm, bununla kifayətlənməyin.

Yanvar 4, 2008 17:29


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha