Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

abş  mentalitet  rüşvət  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  qarabağ  amerika  kitab  dil  islam  din  infliyasiya  səhiyyə  eşşək  azərbaycan  putin 

Sayqaç

İndi blogda: 41
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 79
Ümumi hit: 114541

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Qapqaranlıq fikirlər

Sizinlə hazırda beynimi ən çox gəmirən bir sual haqqında danışmaq istəyirəm: niyə hər gecə təxminən 1:30-2:00 arasında işıqlar söndürülərək, bir də səhər saat 6 civarında yandırılır? Görəsən, buna səbəb nə ola bilər? Əvvəlcə elə bilirdim ki, təkcə mənim yaşadığım Yasamalda belədir, amma sonra dərdimi tanış-bilişə anladanda bəlli oldu ki, yox, çoxlarının yaşadığı rayonların elektrik idarələri gecə düşən kimi “qoy işığı söndürüm”,- deyə oxumağa başlayırlar. İcazə almaq üçün yox haa, xəbərdarlıq məqsədilə.

Davamı...

Yazar: Vüsal Məmmədov @ Dekabr 13, 2007 21:38 | "bu da belə..." | Şərhlər(2)
Baxış sayı: 121
Açar sözlər:
Bookmark and Share

Putin kartın açdı

Amma “kozır”ını hələ də gizlədir 

Nəhayət, neçə ildir ki sürən tapmaca oyununun ardınca Putin “varis”inin adını açıqladı: baş nazirin birinci müavini Dmitri Medvedyev. İki gündən sonra Rusiyada prezidentliyə namizədlərin qeydiyyatı başlayır, martın 2-də isə seçki keçiriləcək. Amma məsələ ondadır ki, Putinin kimi dəstəklədiyini aşıqlaması da hələ heç nə demək deyil. Çünki əsas məsələ həmin namizədin kimliyi yox, Putinin özünün bundan sonra nə olacağıdır.

Davamı...

Yazar: Vüsal Məmmədov @ Dekabr 10, 2007 20:28 | "analiz" | Şərhlər(1)
Baxış sayı: 139
Açar sözlər:
Bookmark and Share

Müxalifətin qərbi qırılıb

ABŞ dövlət katibinin köməkçisi Metyu Brayzanın Azərbaycanda gələn il keçiriləcək prezident seçkisinin nəticəsilə bağlı səsləndirdiyi fikri müxalifət çox aqressiv qarşıladı. Onu diplomatik etiketi pozmaqda, səlahiyyətini aşmaqda, Azərbaycanın daxili işlərinə qarışmaqda suçlamaları hələ bir yana qalsın, hiss olunur ki, Amerika istəblişmentinin 3-4-cü dərəcəli bir məmurunun dedikləri müxalifəti ciddi şəkildə narahat edib. Niyə? Niyəsinə keçməzdən öncə, nəzərə alaq ki, bu məsələyə mütləq iki tərəfdən baxmaq lazımdır: (1) Rəsmi Vaşinqtonun və (2) Azərbaycan müxalifətinin prizmasından.

 

 

Davamı...

Yazar: Vüsal Məmmədov @ Dekabr 8, 2007 23:17 | "analiz" | Şərhlər(0)
Baxış sayı: 105
Açar sözlər:
Bookmark and Share

“Sağlar” çətin sağ qalsın

Rusiyadakı sonuncu seçkidə sağ qüvvələrin ağır məğlubiyyəti (geniş miqyasda yanaşanda isə son illərdə komadan çıxa bilməməsi) ilə Azərbaycandakı sağ qüvvələrin yarımcan halı arasında xeyli paralellər var. Hər iki ölkədə son 7 ildə keçirilən bütün seçkilər (istər prezident, istərsə də parlament) sağ müxalifətin biabırçı məğlubiyyətilə yekunlaşıb. Rusiya Dumasına sonuncu seçkidə bütün sağ qüvvələrin hətta birlikdə topladıqları səslər belə, 7 faizlik baryeri aşmağa kifayət deyil. Yəqin ki, Azərbaycanda gələn il keçiriləcək prezident seçkisində də oxşar vəziyyətin şahidi olacağıq. Əslində bir az geniş bucaq altında baxanda, anoloji siyasi mənzərəni postsovet məkanındakı ölkələrin əksəriyyətində görmək mümkündür. Nə baş verir? “Sağlar”ın bu cür genişmiqyaslı böhranına səbəb nədir?

 

Davamı...

Yazar: Vüsal Məmmədov @ Dekabr 8, 2007 22:54 | "analiz" | Şərhlər(0)
Baxış sayı: 83
Açar sözlər:
Bookmark and Share

Kiçik şəhərdə seks

Ötən həftənin sonunda uzun qalmalqan sonra

 nəhayət ki, ilk milli  “sitkom” – “Qızlar” serialı efirə çıxdı və. . . şəxsən məndə “dejavü” effekti yaratdı: dayan-dayan, axı deyəsən, biz bunu haradasa görmüşük! Bir jurnalist xanım, onun üç rəfiqəsi, dörd sərbəst davranışlı qızın macəraları, barlar, fitness zalı, oğlan dostlar. . . Aha! Bu ki, “Böyük şəhərdə seks” (Sex and the City) serialıdır. Sadəcə, yüz dəfələrlə primitiv və “milli” konfet kağızına bükülmüş halda.

  

Davamı...

Yazar: Vüsal Məmmədov @ Dekabr 4, 2007 10:13 | "bu da belə..." | Şərhlər(6)
Baxış sayı: 488
Açar sözlər:
Bookmark and Share

Diplomatik konservləşdirmə

Madriddə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşündə ATƏT MQ-nin həmsədrlərilə yanaşı, Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrovla Bernar Kuşnerin, həmçinin, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Нikolas Bernsin iştirakı çox gözlənilməz oldu. İstər-istəməz sual doğur: Bu cür “böyük” vasitəçi missiyasının toplaşmasına nə ehtiyac vardı? Doğrudanmı, görüşdə ciddi nəsə müzakirə olunub?

Davamı...

Yazar: Vüsal Məmmədov @ Dekabr 3, 2007 18:50 | "analiz" | Şərhlər(0)
Baxış sayı: 121
Açar sözlər:
Bookmark and Share

« Əvvəlki səhifə   Yazılar cəmi: 16