Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! Sentyabr 30, 2007 22:22 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(3)      Oxunub:230
Kənardan bizə mexaniki olaraq ötürülən, təlqin olunan bütün həzzlər boş və saxtadır. Bu zaman biz obyektin özündən yox, onun doğurduğu effektdən kor-koranə həzz alıdır.
Xose Orteqa-i-Qasset, “Musicalia”


Sizi bilmirəm, amma mən üç Xose tanıyıram: 1) artıq gözəl bir fikrilə tanış olduğunuz, 20-ci əsrin böyük filosofu Xose Orteqa-i-Qasset; 2) məşhur tenor Xose Karreras; 3) repper Elşad Xose. Acığınıza gəlsə də, deyəcəyəm: bu üç Xosedən hansını daha yaxşı tanımağınız sizin mədəni səviyyənizi müəyyən edən çox ciddi göstəricidir. Amma Xose mövzusundan çıxan ibrətamiz nəticə heç də bu deyil. Davamı...
Yazını "XəbərNamə"yə göndər! Sentyabr 30, 2007 22:15 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(2)      Oxunub:142

Bu, son dərəcə həssas bir mövzudur, amma nə etsən də, ondan yan ötmək olmur. Xüsusilə də son zamanlar “vəhhabi”, “nurçu” kimi sözlərin işlənmə tezliyinin artması, inzibati strukturların saqqala və hicaba qarşı mübarizəyə girişmələri belə bir təsəvvür yaradır ki, sanki ölkədə ciddi şəkildə formalaşmaqda olan dini qüvvələr var, kimlərsə də onlara qarşı dirənməyə çalışır. Doğrudan da belədirmi?

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Sentyabr 26, 2007 20:21 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:228

Hər şeyi ən aşağıdan – ibtidaidən başlamaq lazımdır; şəxsən mən həmişə belə düşünmüşəm ki, biz xalq olaraq demokratiyaya hazır deyilik, necə ki, siz ilk dəfə sinifə girəndə loqarifmik tənlikləri həll etməyə hazır deyildiniz (əminəm ki, indi də deyilsiniz). Yəni laap aşağıdan başlamaq lazımdır – konkret xalqdan söhbət gedirsə, nəqliyyata minib-düşməkdən, bir-birilə mədəni davranmaqdan, gecə siqnal verməməkdən, açıq geyimli qadınların olan-qalan paltarını da gözüylə soyundurmamaqdan, zibil atmağın qaydalarından və sair belə-belə vacib məsələlərdən.

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Sentyabr 24, 2007 20:25 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:132
Bir neçə gün əvvəl Gəncə şəhərinin ad günü münasibətilə keçirilən şənliklər zamanı yeni hazırlanmış Gəncə qapılarını görəndə adam bilmirdi ki, nə hiss keçirsin: sevinsin, qəzəblənsin, gülsün, ağlasın. . . Çünki Gəncə qapıları bizim üçün artıq simvola çevrilməkdədir: həddən artıq qəliz və çoxmənalı bir simvola.
Yəqin, Azərbaycanda qədim Gəncə qapılarının taleyini bilməyən tapılmaz. 1063-cü ildə Şəddadilər dövründə düzəldilən qapılar 1139-cu ildə zəlzələ zamanı bütün şəhərlə birlikdə dağılmışdı. Və bu zaman Gürcü çarı I Demetre şəhərə hücum edrək, onun darvazasını qənimət kimi öz ölkəsinə aparıb.
Darvazanın bir tayından XVIII əsrdə Helat (Gelati, Kutaisi yaxınlığında) monastırının dam örtüyü təmir olunarkən istifadə edilib, ikinci tayı isə həmin monastırda saxlanılır.Davamı...
Yazını "XəbərNamə"yə göndər! Sentyabr 23, 2007 1:03 tarixində, Vüsal Məmmədov tərəfindən, "kitabxanamız" bölməsində yazılib       Şərhlər(5)      Oxunub:194

  Hər cümləsinə sanki magiya hopmuş bir əsər! Dünya ədəbiyyatının şəksiz şedevri! Siz İblislə görüşə hazırsınızmı? Onda Mixail Bulqakovun dahiyanə əsərini buradan endirib, oxuyun.

Yadınızdadırsa, biz bu əsəri
“Hamının oxumalı olduğu 10 kitab” siyahısına da salmışdıq.

  "...-Amma görün, məni narahat edən nədir: Yaxşı, Allah yoxdursa, insanın həyatını və ümumiyyətlə, dünyada baş verənləri idarə edən kimdir?
- Elə insanın özü – Berlioz tələsik cavab verdi.
- Üzgünəm...- Əcnəbinin səsində bir həlimlik peyda olmuşdu – amma nəyisə idarə etməkçün heç olmasa sanballı bir vaxt kəsimini əhatə edən dəqiq plan lazımdır. Amma insan hətta gülünc görünəcək qədər qısa bir vaxt – deyək ki, məsələn, min illik plan tutmağa qadir deyilsə, hələ dünya bir yana qalsın, öz sabahkı gününü necə idarə edə bilər?"

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Sentyabr 22, 2007 0:01 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(1)      Oxunub:119
NABUCCO - “Cənub kəməri” mübarizəsində Azərbaycana çox böyük rol ayrılıb

Bu həftə Avropanın iki dövlətinin energetika siyasətindən sorumlu
nazirləri ölkəmizə dalbadal səfər etdilər. Öncə Avstriyanın əmək və iqtisadiyyat naziri Martin Bartenşteyn, ardınca Britaniyanın energetika naziri Malkolm Viks Bakıda görüşlər keçirdilər. Hər iki qonağın, özəlliklə də ikincinin qrafiki son dərəcə sıx idi. Və əslində müzakirə olunan məsələnin önəmi də bu sıxlığa tamamilə uyğundur.Davamı...
Yazını "XəbərNamə"yə göndər! Sentyabr 19, 2007 18:11 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(4)      Oxunub:197


(və ya inkişafın bizdə olmayan gizli generatoru haqqında bir neçə söz)

İnkişaf – protestdən başlayır; bu, əsas aksiomdur. “Protest” deyəndə biz bir təfəkkür tərzi, bir mədəniyyət tipi olan protesti nəzərdə tuturuq. Söhbət əgər cəmiyyətdən (xalqdan) gedirsə, onun ictimai şüurundakı və mentalitetindəki protest mədəniyyəti ağla gətirilir. Bu, konkret ünvana, kiməsə, nəyəsə qarşı yönələn protest deyil; bu – “axı niyə hər şey belə olmalıdır” ritorikasıdır; bu - yaşam fəlsəfəsidir, həyat tərzindəki postmodernizmdir.
Bilirəm, qəliz başladıq, ona görə də daha sadə dilə keçək.

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Sentyabr 18, 2007 21:12 tarixində, Vüsal Məmmədov tərəfindən, "kitabxanamız" bölməsində yazılib       Şərhlər(1)      Oxunub:145

 

Yaxın Şərqdə baş verən proseslərin pərdəarxasını

 açıb göstərən möhtəşəm bir kitab.

Amerika, Türkiyə və İsrail kimi dövlətlərin gizli mübarizəsinin

 alt qatları ustalıqla analiz olunur.

Hələ oxumamısınızmı?  Onda buradan yükləyin

 

 


Yazını "XəbərNamə"yə göndər! Sentyabr 18, 2007 20:56 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:197


Həmsədrlər irəli apara bilmədikləri danışıqları heç olmasa yerində fırlatmaq istəyirlər

ATƏT-in Minsk qrupunun həmsərdlərinin bölgəyə budəfəki səfəri çox həssas məqamda baş tutur. Məqam isə ona görə həssasdır ki, dövlət başçılarının Sankt-Peterburqdakı sonuncu görüşündən (iyun) sonra nizamlamanın əsas prinsipial çərçivəsi olan “Praqa prosesi” faktik olaraq, dalana dirənib. Peterburqdan sonra danışıqlarda nəinki heç bir irəliləyiş olmayıb, hətta geriləmədən danışmaq mümkündür. Ona görə də əslində proses “tamam, ya davam” dilemmasına maksimum yaxınlaşıb.

Davamı...
Yazını "XəbərNamə"yə göndər! Sentyabr 17, 2007 17:09 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(4)      Oxunub:269

 

 

...Bütün dinləri yasaqlamaq lazımdır, çünki onlar homoseksualistlərə nifrət aşılayır. Dinlər insanlara başqalarını duymağı öyrətmək yerinə, onları qoyun sürüsünə çevirir”. Deyəcəksiniz ki, bu nə axmaqlıqdır, hə? Və haqlısınız da; amma bunu deyən bilirsinizmi, kimdir - Recinald Kennet Duayt, yaxud sizin Elton Con (Sir Elton Hercules John) adıyla tanıdığınız adam.

 

Davamı...

  Yazılar cəmi: 38    Sonrakı səhifə »