Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
rüşvət abş mentalitet qarabağ ermənistan inqilab milli rusiya seçki eurovision ayı toy 80/20 səmimiyyət film nifrət liberalizm bahalaşma qafqaz arxetip
Sayqaç
İndi blogda: 20
Keçən ayın hiti: 10623
Dünənki hit: 438
Bugünki hit: 243
Ümumi hit: 115143
Müxtəlif
Bütün evsizlərə ithaf
Vaxtilə bizim ulu əcdadımız ovdan qayıdandan sonra qaçıb mağarısına sığınırdı; belə-belə iş o yerə gəlib çatdı ki, günlərin birində mağara artıq onun üçün təkcə fizioloji təlabat olmaqdan çıxaraq, instinktə çevrildi. Mən buna “yuva instinkti” adını qoymuşam. Ona görədir ki, bu gün biz EV-i özümüz də fərqinə varmadan, fizioloji təlabatımızı ödəmək vasitəsi kimi qavramaq əvəzinə, gen yaddaşımızdan gələn instinkt kimi hiss edirik. Məhz bu üzdən evsizlik problemi qadınları daha çox üzür – axı YUVA İNSTİNKTİ dişi fərddə daha güclüdür; o, özü də hiss etmədən, alt şüurunda əsas missiyasını YUVA-nın qorunmasında, səhmana salınmasında görür... yuva isə yoxdur. İnstinkt vakuuma düşür, EKZİSTENSİAL BOŞLUQ yaranır.
Bütün bunlar az dərdmiş kimi, mən başqa bir məqamın da fərqinə varmışam: “evsiz insan” və “evsiz azərbaycanlı” heç də eyni anlayışlar deyillər. Şəxsi evinin olmaması bir amerikalı və ya tutalım, bir fransız üçün bir azərbaycanlı üçün olduğu qədər ağır problem deyil. Orada lap ömür boyu kirayədə qalmaq həm iqtisadi, həm sosial, həm də psixoloji yönləriylə tamamilə normal haldır; bizdəsə. . . kirayənişinliyin digər acıları bir yana, evi olmayanlara sanki cəmiyyət də yarımadam kimi baxır. Kirayə qalan azərbaycanlı elə həmin amerikalıdan, ya fransızdan fərqli, özünü heç vaxt YUVADAKI kimi hiss edə bilmir, çünki onun kirayənişin hüququnu qoruyan heç nə, o cümlədən də qanun yoxdur, heç həmin hüququn özü var ki? Onu çatdırmaq istəyirəm ki, qərb insanı hətta kirayə tutduğu evdə belə, özünü yuvadakı kimi hiss edə bilir, bizimkilər isə yox; onların kirayənişini bizimkindən fərqli olaraq, ekzistensial (eləcə də, hüquqi, sosial) boşluqda deyil.
İndi istəyirəm sizə yəhudi əsilli amerikalı psixoloq Abraham Masloudan (başqa nə əsilli olmalıydı ki? Freyd kimdir? Bern kimdir?) bir sitat gətirim. O, şəxsiyyətin əsas ehtiyaclarını 5 qrupa ayırır və belə sıralayırdı:
1. Öz qabiliyyətini reallaşdırmaq imkanı
2. Özünə qarşı sayğı görmək ehtiyacı
3. Təhlükəsizliyinin təmin olunması duyğusu
4. Emosional bağlılıq (sevgi, dostluq və s.)
5. Fizioliji ehtiyaclar (yemək, paltar, seks. . .)
Buna psixoloqlar “Maslou piramidası” deyirlər. Ev – normal halda fizioloji ehtiyacdır və hətta insan əgər kirayə qalırsa belə - yəni, başını soxmağa damı varsa, bu problemə şəxsiyyətin daxili ehtiyacları strukturunun “Maslou piramidası”nda yer olmamalıdır. Amma bizdə belə deyil. Bizdə evi olmayan insan üstəgəl, həm özünü daxilən (altşüur səviyyəsində) təhlükəsiz hiss edə bilmir (bircə ay az pul qazansa, özün küçədə görəcək), həm də özünə qarşı gizli saymazyanalıq duymağın kompleksini yaşayır. Cəmiyyətin mahiyyəti belədir, neyləyək?
Amma ey bu yazının ithaf olunduğu insanlar, piramidanın 1-ci mərtəbəsi ki, sizin ixtiyarınızda qalır! Düzdür, bu, yeganə də olsa, ciddi təsəllidir. Görmədinizmi, Teymur Əmrah “evim yoxdur” deyə-deyə qabındakıları cəmiyyətin menyüsünə dürtməkdəydi - ta o vaxta qədər ki, axırda ev də verdilər, maşın da. Ən böyük ehtiyacınızı özünüz ödəyin – içinizdəki qabiliyyət nədirsə, kəşf edin və reallaşdırmağa çalışın (amma sizə qurban, oxumaq olmasın). Qalanı düzələcək.
Yazar: Vüsal Məmmədov @ Yanvar 10, 2008 19:43 | "oriyentir" | Şərhlər(4)
Baxış sayı: 174
Açar sözlər:
![]()
![]()
![]()
Salam Vusal bəy! Tərifləmək xatirinə demirəm, yaziniz həqiqətən cox gözəl alınıb.
Fikrinizcə, bizim cəmiyyətin mahiyyətini dəyişmək olar? Sitat gətirdiyiniz dahilərin xoşbətliyindəndir ki, onlar bizim ölkədə doğulub bizim cəmiyyətdə yaşayib-yaratmayıblar.
Bu günümüzün reallığı hər kəsə bəllidir: dediyiniz-bircə ay az pul qazansa, özünü küçədə görəcək, bu işi olanlara aiddir. Lakin heç kəs sabah öz işini itirməyəcəyindən əmin deyil.Və sonra öz istedadına, qabiliyyətinə görə iş tapa biləcəkmi?
Savadlı, istedadlı və məşhur bir televiziya işçisi işini itirdikdən sonra öz qabiliyyətini reallaşdırmaq imkanini bir neçə il gözləməli oldu...
Yanvar 11, 2008 18:54
Ev seliqesiz olanda, anam deyir ki, ay qiz ele bil kiraye qalirsan bu evde..
Evvel basha dushmurdum niye ele deyir. Ne ferqi var kiraye ya kiraye olmayan. Evdir de, istesem yigishdiracam,istesem yox. Bu yazidan sonra basha dushdum.. ![]()
Yanvar 12, 2008 15:31
Vusal, Allah min shukur olsun ki, bizim artiq bu problemimiz hell olundu..
May 14, 2008 16:59

Salam. Sizi Azərbaycan dilində azad ensiklopediyanın-Vikipediyanın qurulmasında yardım göstərməyə dəvət edirəm. Vikipediya internet məkanında Azərbaycan dilində olan ensiklopedik məlumat qıtlığını aradan qaldıra biləcək bir layihədir.
Hal-hazırda ensiklopedik üslubda yazı yaza bilən və redaktəlrə edə bilən istifadəçilərimiz çox azdır. Yazılarınızı oxudqdan sonra isə Sizin ensiklopedik məzmunlu yazılar yaza biləcəyinizi düşündüm və bu məzmundan mesaj buraxmaq qərarında gəldim.
az.wikipedia.org
Birbasha bura gelin - http://az.wikipedia.org/wiki/X%C3%BCsusi:Recentchanges
Yanvar 10, 2008 21:00