Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
rüşvət abş mentalitet qarabağ ermənistan inqilab milli rusiya seçki eurovision ayı toy 80/20 səmimiyyət film nifrət liberalizm bahalaşma qafqaz arxetip
Sayqaç
İndi blogda: 16
Keçən ayın hiti: 10623
Dünənki hit: 438
Bugünki hit: 225
Ümumi hit: 115125
Müxtəlif
Dilini göstər, deyim kimsən
Milli Teleradio Şurasının televiziya verilişlərinin yalnız Azərbaycan dilində
yayımlanması haqda qərarı ölkədə xeyli müzakirələrə yol açdı. Mövzu meşə yanğını kimi genişlənərək, hətta rusdilli saytlara və qəzetlərə qədər gedib çıxdı. Və bu zaman bir sıra məqamların üzərində dayanmamaq olmur.
Birincisi, gəlin, “rusdilli azərbaycanlılar” anlayışının nə demək olduğu haqda bir az ciddi fikirləşək.
Bu, tamamilə absurd və anormal anlayışdır. Siz, məsələn, fransızdilli ingilis, ərəbdilli fars kimi anlayışlar təsəvvür edə bilirsinizmi? Hələ bunlar bir yana, Gürcüstanda və ya Ermənistanda belə, “rusdilli” söhbətinin ortaya çıxması mümkün deyil. Çox incə nüans: rusdilli olmaq – heç də Rus dilini üstün tutmaq deyil, əksinə, Azərbaycan dilini aşağılamaqdır. Bu isə artıq dövlətə və cəmiyyətə həqarət deməkdir. Doğrudanmı, bizə həqarətlə yanaşanların əslində olmayan haqqı barədə müzakirə açmağına dəyər? Digər tərəfdən, mən xeyli gənclər tanıyıram ki, rus dilini çox pis bildikləri halda, ingilis dilində sərbəst danışırlar. Onların nəyi “rusdilli”lərdən əskikdir? Onda bəlkə onları da “ingilisdilli” elan edərək, rahat başa düşdükləri dil mühitində yaşamaları üçün şərait yaradaq? Bəli, Rus dili gözəl və qüdrətli dildir – bununla heç kim mübahisə edə bilməz. Onunla da razılaşıram ki, ifadə imkanlarına görə həm rus, həm də ingilis dilləri Azərbaycan dilindən irəlidədir. Amma birincisi, bu hal heç kimə Azərbaycan dilinə xor baxmağa haqq vermir. İkincisi, Azərbaycan dili ona görə hələlik zəif görünür ki, bu dilin imkanlarının genişlənmə prosesi getmir (çoxdandır ki, dayanıb). Dil – yaradıcılıq prosesində genişlənir, inkişaf edir, yeni ifadə imkanları qazanır. Rus dili ona görə güclü və cazibəli görünür ki, onun arxasında böyük yazıçılar, şairlər, jurnalistlər, rejissorlar və digər yaradıcı insanlar dayanıb. Hələ klassiklər bir yana qalsın, təkcə Bulqakovun, yaxud, İlf və Petrovun yaradıcılığına görə mən Rus dilinə pərəstiş etməyə hazıram. Bəs Azərbaycan dilinin arxasında duranlar kimlərdir? Ona görə də, bizim öz dilimizdən inciməyə haqqımız yoxdur, əksinə, dilimizin bizdən küsməyə tam haqqı var. Vəziyyətimiz öz anasını çirkin saydığına görə, gedib dostunun anasını sevən cocuğun halına bənzəyir (Hərçənd, belə bir şey mümkünmü? . .) İndi aydındırmı ki, əslində Azərbaycan cəmiyyəti “rusdillilər”ə problem yaratmır, əksinə, “rusdillilər” özləri cəmiyyət üçün problemdirlər. Doğrudanmı, “Şto, Qde, Koqda” viktorinasını Azərbaycanca oynamaq olmaz? Bizim dil bəyəm təkcə holavar və sayaçı sözlər üçündür, intellektual oyun bizə yaraşmır? Əgər biz indi bunun əksini sübut etməsək, əlbəttə, bir müddətdən sonra elə belə də olacaq. Doğrudanmı, Azərbaycan dilində məsələn, Day.az səviyyəsində bir internet proyekti yaratmaq mümkün deyil? Doğrudanmı, Azərbaycan dilində səviyyəli dublyaj hazırlamaq, serial çəkmək olmaz? Hamısı mümkündür, sadəcə, bazar yoxdur. Bu, acı da olsa belədir. 8,5 milyonluq əhalisi olan ölkə dilin inkişafına təkan verəcək böyük proyektlər üçün çox kiçik bazardır. Amma hər şeyi bazara da çıxarmaq olmaz axı. Dilimizə sahib çıxıb onu inkişaf etdirmək üçün bir əsas motiv də var: özünə hörmət! Sizin, məsələn, güzgüdəki əksinizi bəyənmədiyinizə görə, öz şəxsiyyətinizdən imtina etmək ağlınıza gələ bilərmi? Dil də bizim şəxsiyyətimizin bir tərəfidir. Və bir də, bizim təfəkkürümüzün vətəni Azərbaycan dilidir və əgər o yoxdursa, beynimizdə didərgin təfəkkür daşıyan insanlara çevrilməyə məhkumuq. Vahiməlidir, deyilmi?
Yazar: Vüsal Məmmədov @ Yanvar 14, 2008 16:32 | "oriyentir" | Şərhlər(5)
Baxış sayı: 196
Açar sözlər: dil rusdilli
![]()
![]()
![]()
Buyurun, Orxan.
Yanvar 15, 2008 14:10
Orxan, təklif edirəm bloqlarımızda keçid yerləşdirək.
"Moskva göz yaşlarına inanmır" filmindən sitat:
- Предлагаю дружить домами...
- Есть встречное предложение дружить семьями!
))
Yanvar 15, 2008 14:49
Yenə rus dili, hə?
Fikirlərinizi tamamilə bölüşürəm, Vüsal bəy. Siz dediyiniz layihələri kim hazırlayacaq bəs? Tele-radiolarımızın yaradıcı özəyində oturmuşların neçə faizinin məhz rusdillilər təşkil etməsinə dair bir araşdırma aparın.
Eləcə də özündən deyən tele-kino-rejissorlarımız-prodüsserlərimiz.
Bakıda fəaliyyət göstərən böyük, regional xarici və yerli şirkətlərdə çalışanların neçə faizi rusdillilər - məktəblərimizin rus bölmələrini bitirənlərdir?
Eləcə də Day.az-ın forumunu inkişaf etdirən kontingent, hansı ki, əsasən elə saydıqlarımdan ibarətdir.
Belə olan halda bazarı kim formalaşdıracaq və nə üçün?
Yanvar 16, 2008 16:39
deyerdim ki bu ele bu gunun en boyuk problerinden biridir.
Azerbaycan dili artiq bogulub ve belkede olmek uzredi.
Verilislerin Azerbaycan dilinde yayimlanmasi qerarini cox musbet qarsilayiram bu coxdan olmali idi.
day.az saytinin da ne ucun azerbaycanca yox rusca olmasini anlaya bilmirem.
hamiya melumdur ki ekser sirketlerde Azerbaycanli ola-ola rusca danismagi ustun tutanlar da kifayet qederdi.
axi bu qeder de olmaz!
Axi niye biz ozumuze bu qeder laqeyd yanasiriq?
dil axi milletin formalasmasinda en muhum sertlerden biridir.
hette bezen olur ki adam meisetde isletdiyi rus sozlerinin azerbaycan dilindeki menasini tapa bilmir ve bu da onu gosterir ki biz oz dilimizi bilmirik.rus dili kifayet qader bizim qanimiza isleyib.
duzdu hec kim demir ki rus dilini oyrenme ne qeder cox dil bilsen o qeder unsiyyet asanlasir.amma neyi ve harda isletmeyi bilmek lazimdi.bir yerdeki hami Azerbaycanca basa dusur rusca danismaq neye lazimdi axi?
Yanvar 19, 2008 17:55

Ümidvaram bu gözəl və aktual yazını sadəcə bu blogda yayımlanmaqla kifayətlənməyəcəksiniz.
Yazınızı www.alternativa.blogsome.com ünvanında yerləşdirmək istəyirəm. Olarmı?
Yanvar 14, 2008 17:16