Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

rüşvət  abş  mentalitet  qarabağ  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  ayı  toy  80/20  səmimiyyət  film  nifrət  liberalizm  bahalaşma  qafqaz  arxetip 

Sayqaç

İndi blogda: 8
Keçən ayın hiti: 10623
Dünənki hit: 438
Bugünki hit: 217
Ümumi hit: 115117

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


“Madrid prinsipləri”ndə nə gizlənib?

Minsk qrupu həmsədrlərinin bölgəyə bu dəfəki səfəri əvvəlkilərlə müqayisədə daha mürəkkəb göründü - ən azı formaca bu, belədir: diplomatlar öncə Bakıya, sonra Yerevana gedib, oradan Qarabağa “dəyib”, təzədən Ermənistana qayıtdılar. Amma marşrutun (formanın) bu cür mürəkkəbliyi məzmunun da genişliyindən və dolğunluğundan xəbər verirmi?
Daha maraqlısı isə odur ki, məhz indi – Ermənistanda prezident seçkisinə bir aydan azca çox vaxt qalmış həmsərdlər yeni təkliflərlə - “Madrid prinsipləri” ilə təşrif buyururlar. Az qalırsan soruşasan: heç yeridirmi?

 

Digər tərəfdən, hazırda ən aktual sual budur ki, “Madrid prinsipləri” ilə “Praqa prosesi” arasında hansı fərqlər var? Yada salaq ki, “Madrid prinsipləri” - ötən il həmsədrlərin İspaniyanın paytaxtında keçirilən görüşü zamanı xarici işlər nazirlərinə təqdim olunan 10 maddəlik layihənin şərti adıdır, “Praqa prosesi” isə son 4 il ərzində aparılan danışıqların əsas prinsipial bazası rolunu oynayıb. Həmsədrlər özləri bu ikisinin arasında ciddi prinsipial fərqlərin olmadığını bildirirlər, amma məhz belə yerdə deyirlər ki, “şeytan detallarda gizlənib”. Gəlin, şeytanın təxminən necə və harada gizlənə biləcəyini anlamaq üçün məsələnin məntiqi kərpiclərini bir-bir üst-üstə qoyaq.
1. “Madrid prinsipləri”nə ehtiyac niyə yaranmışdı? Çünki “Praqa proesi” irəli getmək potensialını tükətmişdi. Demək, onun əsas mübahisəyə səbəb olan bir neçə detalını dəyişmək lazım idi.
2. Dəyişildi. “Yeni paket” yarandı.
3. “Heç bir yenilik yoxdur” - Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu ilkin reaksiyası göstərirdi ki, “Madrid prinsipləri” də rəsmi Bakını tam qane etmir.
4. Həmsədrlərin səfəri ərəfəsində Azərbaycan prezidenti İlham Əliyev 2007-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirir və orada qaytarılmalı olan rayonların yeddisinin də adını bir-bir sadalayır. Bu, Minsk qrupuna açıq mesaj idi. Həm də o demək idi ki, Azərbaycan yeni təkliflər paketilə də tam razı deyil.
5. Demək, “Praqa prosesi”ndə dəyişən detal(lar) Azərbaycanın qoyduğu məsələləri tam əhatə etmir. Bu halda təbii, danışıqlar irəli gedə bilməz.
6. Prezident İlham Əliyevin 2008-ci ili son müddət kimi göstərməsi isə Ermənistan rəhbərliyinə mesaj idi ki, yeni hakimiyyət heç bir halda indiyə qədər əldə olunmuş razılıqları danmağa cürət etməsin.
Bütün bunlar vəziyyətin təxminən nə yerdə olduğunu anlamağa şərait yaradır. Həmsədrlər ortada olan təkliflər paketini elə dəyişməyə çalışırlar ki, heç nə dəyişməsin və bunu növbəti "ən yaxşı güzəştlər layihəsi" kimi təqdim edirlər. Məqsəd birdir: təki danışıqlar davam etsin, proses dayanmasın, sonrasınasa baxarıq. . . Ən əsası, “seçkilər pəncərəsi” danışıqları dalana dirəməsin.
Bu fonda amerikalı həmsədr Metyu Brayzanın Azərbaycan və Ermənstanı prezidentlər səviyyəsində şifahi razılıq əldə edilməsinə dair çağırışları olsa-olsa zarafata bənzəyir. Əgər dövlət başçıları ötən ilin iyununda baş tutan Sankt-Peterburq görüşündən sonra bir araya gələ bilmirlərsə (və bunun üçün əsas da yoxdursa), onlar necə şifahi razılaşa bilərlər? Belə məsələlər axı telefonda həll olunmur!




Yazar: Vüsal Məmmədov @ Yanvar 16, 2008 21:47 | "analiz" | Şərhlər(0)
Baxış sayı: 116
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha