Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

abş  mentalitet  rüşvət  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  qarabağ  amerika  kitab  dil  islam  din  infliyasiya  səhiyyə  eşşək  azərbaycan  putin 

Sayqaç

İndi blogda: 25
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 63
Ümumi hit: 114525

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


...Bir pünhan mərəz var, ey həkim!

Deməli, gələn ayın 1-dən Azərbaycanda dövlət  büdcəsindən   maliyyələşən tibbi müəssisələrdə xidmət pulsuz olacaq. Bu haqda ölkənin baş həkimi Oqtay doktor xüsusi əmr imzalayıb (həkimlərlə çoxsaylı təmaslarım zamanı şahidi olmuşam ki, onlar bir-birinə “müəllim” yox, əslində heç “doktor” da yox, məhz “doxdur” deyə müraciət etməkdən xüsusi zövq alırlar). Dünən bu barədə xəbəri oxusam da, açığı, tam başa düşmədim. Ona görə də, istəyirəm, ağlıma gələn təsəvvürləri sizinlə bölüşüm, harada səhv etsəm, düzəldin.

 

Görün, düzmü fikirləşirəm. Gələn ayın əvvəlindən başlayaraq, üstünüzə sağlıq, haramızsa ağrıyanda təbii, ki, gedəcəyik həkimə (ola da bilər ki, vəziyyətdən asılı olaraq həkim bizə gəlsin); orada bizi gülər üzlə qarşılayacaqlar, diqqətlə müayinə edib, dəqiq diaqnoz qoyacaqlar; həkim bizi get-gələ salmayacaq (əvvəlki kimi maddi umacaqları yoxdur axı); köhnə və keyfiyyətsiz dərmanları saxlanma müddətini eksperimental qaydada yoxlamaq məqsədilə bizim üstümüzdə sınaqdan keçirməyəcəklər; xarici şirkətlərdən “dolya” almaq üçün onların istehsal etdiyi bahalı dərmanları bizə yazmayacaqlar. . . Hərçənd, bu axırıncını özüm də başa düşmədim: niyə də yazmasınlar ki?
Sonra. Allah eləməsin, kiminsə cərrahiyyəyə ehtiyacı olsa, məsələn, onu pulsuz əməliyyat edəcəklərmi? Düzü bunu dəqiq bilmirəm, amma ümid edirəm ki, hə; onda tibb bacıları mütləq xəstəyə ürəkdən xidmət göstərəcəklər, daha əvvəlki kimi, pulu görəndən sonra əl-ayağa düşməyəcəklər – axı pul onsuz da olmayacaq. Həkimin skalpel tutan əli əsməyəcək. Rentgen şəkilləri Pikassonun abstrakt əsərləri kimi qarmaqarışıq görünməyəcək – axı rentgençinin xəstədən heç bir maddi umacağı yoxdur.
İnşallah, bütün bu təsəvvürlərim fantaziya olmaz, amma... Çox incə bir məqam var axı. “Pullu xidmət” deyilən məslə iki cür idi: 1) Xəstəxananın rəsmi qiymətləri və 2) Həkimlərin fərdi qiymətləri. Əvvəlcə xəstəxanada rəsmi qeydiyyatdan keçib, pulu (nisbətən az) ödəyirsən, sonrasa həkimin haqqını (xeyli çox) ayrıca danışırsan; daha sonra isə dalı gəlir, nə gəlir... İndi ləğv olunan birinci maddədir – yəni onsuz da formal olan rəsmi xərclər. İkinci maddə isə tam qüvvəsində qalmaqdadır.
Pullu xidmətin ləğvi, təbii ki, bu il büdcədən səhiyyəyə ayrılan 330 milyon manatın hesabına baş verir (Ötən illə müqayisədə 18,5 faiz artım var). Amma həmin pul xidmətin səviyyəsinin yüksəlməsinə yönəlsə, daha yaxşı olmazdımı? Axı onsuz da həkimlər yenə eyni pulu alıb, eyni xidməti göstərməkdə davam edəcəklər.
Əlbəttə, sırf nəzəri baxımdan pullu xidməti ləğv etmək nəcib addımdır, bunu ancaq alqışlamaq olar, sadəcə, tibb – daha çox praktik sahədir. Həmin praktik sahədə mən ömrüm boyu cəmisi iki yaxşı həkim görmüşəm ki, onun da biri doktor Aybolit olub. İkincisi isə heç vaxt mənimlə pul söhbəti etməyib. Azərbaycanda həkimlər, təəssüf ki, həddindən artıq alverçiləşiblər. Tibb elmilə alverin arasındakı xəttin haradan keçdiyini çox vaxt ayırmaq olmur. Haqsız olduğumu bilirəm, amma özümdən asılı deyil: bahalı maşınlarda gəzən, cah-cəlal içində yaşayan həkimlər mənə az qala rüşvətxor məmur təsiri bağışlayırlar. Əgər rüşvəti “könüllü” və “könülsüz” kimi iki növə ayırmaq mümkün olsaydı, bəlkə də ən könüllüsü - həkimə verilən puldur. Amma mahiyyət eynidir axı.




Yazar: Vüsal Məmmədov @ Yanvar 17, 2008 23:10 | "oriyentir" | Şərhlər(1)
Baxış sayı: 135
Açar sözlər: rüşvət səhiyyə həkim pullu xidmət 
Bookmark and Share

1

Yaziniz ne qeder aci olsa da, xususen menim uchun razilashmamaq mumkun deyil. Hekimler alverchileshib, belke de hamisi yox.. mutleq hamisi yox.. Amma boyuk choxlugu..Baliq bashdan iylener, illerle zehmet cheken, gozunun nurunu tokub tibb elminin derinliklerine yiyelenen, uzerinde her zaman ishleyen ve neinki ishleyen, ishlemeye mecbur olan hekimlerin- ziyalilarin evinin elektrik xercini odeyecek qeder maashi yoxdursa neylemelidir..?? Ya gerek ishini atsin, normal shekilde alver elesin, ya oz ishinin alveri ile meshgul olsun. Men hech kimin terefini tutan kimi gorunmek istemirem. Sadece demek istediyim budur ki, her cur hekime rast gelmek mumkundur.
Ozum de bir muddet bu sektorda, her halda iqtisadiyyat terefinde smile ishlemishem ve dediyiniz kimilere chox rast gelmishem. Pulunun xetrine adi mualiceni qoyub emeliyyat edenleri, lazimsiz analizlere yollayanlari, dediyiniz kimi gereksiz dermanlari yazanlari..Eyni zamanda xesteye pulsuzdur deye arxasini chevirmeyen, yeri gelende evinden yemek getirenleri de gormushem. Agrili yerimizdir. Amma agrili yerimiz tek bu deyil, universitetlerde ve mektebler de konulsuz ders deyen muellimler de eyni kateqoriyaya daxildirler.. Ne qeder ki, biz ziyalimiza qiymet qoymayacayiq, o qeder de canavar derisi geymish "ziyali" meydana gelecek.
P.S: Doktor Aybolit doxtur deyildi, baytar idi. smile

Yanvar 19, 2008 3:22


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha