Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
rüşvət abş mentalitet qarabağ ermənistan inqilab milli rusiya seçki eurovision ayı toy 80/20 səmimiyyət film nifrət liberalizm bahalaşma qafqaz arxetip
Sayqaç
İndi blogda: 20
Keçən ayın hiti: 10623
Dünənki hit: 438
Bugünki hit: 236
Ümumi hit: 115136
Müxtəlif
AvroBİZiya
“Eurovision”a nə ilə gedirik
“Eurovision” ehtirasları yenidən qızışmaq üzrədir: artıq Ermənistan yarışmaya Siruşo adlı gənc müğənni qızı göndərməyi qərarlaşdırıb, Azərbaycan isə fevralın əvvəllərində 3 namizədin arasında seçim edəcək. Amma bəd gətirmək olmasın, mənə elə gəlir ki, elə indidən bəzi nüansları görməmək mümkün deyil.
Birincisi, indiyə qədər özümüzə əl qatırdıq ki, ermənilər bizim mahnıları öz adlarına çıxıb Avropada oxuyurlar. Yeri gəlmişkən, Siruşonun oxuyacağı ehtimal olunan “Şorora” mahnısının da Azərbaycan musiqisi üzərində qurulduğunu idda edənlər var; hərçənd səmimi deyim ki, şəxsən məndə belə bir təəssürat oyanmadı – düzdür, mahnının bəzi yerləri “Sarı gəlin”in bəzi hissələrini qismən xatırladır, amma bütövlükdə ona plagiat demək çətindir. Maraqlananlar “YouTube” saytında mahnının kipini seyr edə bilərlər.
Sözüm bunda deyil; qəribəsi odur ki, özümüzün “Eurovision”a yolu açılanda, bəlli olur ki, ora aparacağımız mahnıların heç birində Azərbaycan xalq musiqisindən əsər-əlamət belə yoxdur! Sırf maraq xətrinə canımı dişimə tutub, hər üç namizəd mahnını - Ayunur İsgəndərlinin “Sənə verdim ürəyimi”, Elnur Hüseynovun “İf your never back” və “Unformal” rok qrupunun “The end” adlı parçalarını diqqətlə dinlədim (Buradan yükləmək olar). Hər üçü kosmopolit popsa + meynstrim reseptinin nəticəsində ortaya çıxan səs məhsulundan savayı heç nə deyil. Ya da insaf xətrinə bəlkə, birinci mahnını qismən istisna etmək olar, vəssalam. Biz “Azərbaycan musiqisi” adına Avropaya bunu təqdim ediriksə, onda erməniləri niyə plagiatda suçlayırıq? Adamdan soruşarlar ki, bir halda, o, sənin musiqindir, niyə özün gedib oxumursan? Zəngin musiqi irsin varsa, bu gətirdiyin orta səviyyəli pop nədir?
Ən gülməlisi isə rok qrupu məsələsidir. Çünki Azərbaycanda praktik olaraq, rok yoxdur. Protest subkulturası olan rokun niyə Azərbaycanda yayıla bilməməsi haqda əvvəllər də yazmışıq. Nəinki rok ənənəsi, hətta musiqi bazarında rokun 0,1 faiz payı olmayan bir ölkənin “Avroviziya”ya rok-qrupu göndərməsi sadəcə, absurddur.
Sonra. Gəlin, bizim və ermənilərin namizədlərinin təcrübəsini müqayisə edək. Rəsmi bioqrafiyasına görə, 81-ci ildə doğulan Siruşo ilk dəfə səhnəyə 7 yaşında Kanadada çıxıb, 9 yaşında ilk mükafatını alıb, bir albomu 1999, o biri 2005-ci ildə yazılıb. İndiyədək Kanada, Belçika, ABŞ, Yunanıstan, Polşa, Gürcüstan, İran, Rusiya, Suriya, İordaniya və s. ölkələrdə konsertlər verib. Bizim uşaqların isə biri “Azəristar”, o biri “Sing your song” yarışmasından çıxıblar, demək olar ki, heç bir ciddi səhnə təcrübələri yoxdur. Onları Azərbaycanın özündə belə, çox az adam tanıyır – şəxsən mən dünənə qədər tanımırdım. Bu baqajla cəmisi iki-üç aylıq hazırlıqdan sonra Avropanın əsas musiqi festivallarından birinə qatılmaq o qədər də ciddi təsir bağışlamır. Düzdür, Rusiyanın göndərdiyi namizədlərin arasında da “Fabrika Zvyozd” yarışmasının yetirmələri var idi, amma nəzərə alaq ki, o proyekt ilə “Azəristar”ın arasında ən azı “palatka toyu” ilə “Eurovizion”un arasındakı qədər fərq var.
Bu yerdə soruşa bilərsiniz ki, bəs kimi göndərəydik? Bizdə o cür zəngin baqajı, dərin hazırlığı olan, Avropanın musiqi bazarına bələd olan müğənnilər varmı?
İcazənizlə, sualı sualla cavablandırım: Niyə yoxdur?
Yazar: Vüsal Məmmədov @ Yanvar 22, 2008 21:48 | "bu da belə..." | Şərhlər(6)
Baxış sayı: 174
Açar sözlər: eurovision
![]()
![]()
![]()
Məncə siz düzgün demirsiz.
Zəngin musiqi irsi yalnız muğam yada sarı gəlini oxumaq demek deyil ki..
Məncə Unformalın getməsi laızmdı, heç olmasa o dediyiniz 0,1 lik fazidə artım olacaqdır. Düzdür elə mən həmin 0,1 faziə şübhə ilə yanaşıram çünki indi əksər gənclər - (kəndən- kəssəkdən gəlib şəhərdə məskunlaşanları nəzərdə tutmuram) rock dinləyirlər.
Demək olar ki, türkiyənin əksər rock qruplarının mahnıları radioda səslənir.
Yanvar 24, 2008 11:31
Roku mən də sevirəm (hard janrlarını çıxmaq şərtilə); protest subkulturası mənə çox xoşdur; bəli, bizdə roku sevən və dinləyən gənclər var, amma, söhbət ondan gedir ki, özümüzdə səviyyəli rok hələ ki yox həddindədir.
Yanvar 24, 2008 15:12
Rok məsələsilə tam razılaşa bilmərəm. Fərqi yoxdur bu sahədə neçə faiz dünya rokuna tövhə veririk, əgər bir qrupumuz varsa və pis də oxumurlarsa, niyə də olmasın. Unformal qrupunun "Sonsuz yol" mahnısı xoşuma gəlir, amma müsabiqə üçün nəzərdə tutulan mahnı yumşaq dillə desək "heç nə". O biri iki ifaçı da elə həmin şey...
Suala cavab, başqa bir sual olacaq: Ümumiyyətlə Avroviziyada iştirak bizim üçün nə dərəcədə əhəmiyyətlidir?
Yanvar 28, 2008 15:37
Men suzunle tamamile raziyam. bu secilen 3 namizedin secilen repertuarla Eurovisiona getmesi bizi gulunc veziyyetine qoyur.bu o demekdir ki bundan bashqa teqdim etmeye hec neyimiz yoxdur. biyabirciliqdi bu. hemishe durub-oturub medeniyyetimizi, musiqimizi terifleyirik, bes ortaya cixartdigimiz nedi? coz seviyyesiz mahnilar. rokla bu musabiqeye getmeyimizin hec bir menasi yoxdur.men Polshada tehsil aliram. bir nece ay bundan evvel men yashadigim Vroslav sheherinde kecirilen festivalda Alim Qasimov da istirak etmishdi ve gozel musiqimizle butun zaldaki tamashacilari heyran etmishdi.hammi ayaga qalxib el calirdi. medeniyyeti bu cur gostermek lazimdir. men demirem ki eurovisiona mugamla gedek, amma hec olmasa milli notlar ustunluk teshkil etsin, kimise yamsilamayaq. bu secimden sonra munsifler heyetinin seviyyesi melub oldu. hec bilmirem ugurlar arzu etmeye deyermi....
Yanvar 29, 2008 22:15
Şorora mahnısında bizim mahnılarımıza oxşadmayanlara tövsiyyə edərdim ki, qulağa sırğa olan "Sari Gəlin"-dən Dilbərim mahnısına qulaq assınlar. Burada hətta sözlərindən bir azını da yazım ki, Şorora ilə müqayisə edəsiniz.
Bağa girmərəm sənsiz,
Gülü dərmərəm sənsiz.
Bağda quzu mələsə,
Bil ki o mənəm sənsiz. ...
Görün baxım, Şorora-da "bağ", "ceyran" v.s. sözlərini tapa bilirsinizmi..
Fevral 23, 2008 11:48

Salam Vusal muellim. Evvelce xahish edirem ki bu- Niyə yoxdur?-ikibashli sualiniza ele ozunuzun de cavab variantini yazin.Menimcun cox maraqlidir.javascript:insertEmoticon('
'
Bu meseleni qaldirdiqiniza gore Size EHSEN! Bizimkiler ortaya yaxshi bir shey cixarmaqa cehd etmekdense kimise yamsilamaqa calishirlar. Neticesi de qaz yerishini oyrenmek kimi olur.
Indi de ermenilerin bizim mahnini oqurlamasindan danishiriq. Bizimkilere ele danishmaq qalacaq. Cunki bu cek-cevirler respublikamizin hududlarindan kenara cixmir. Ermeni de bacardiqini edecekdir. Hemishe beledir-bacariqli adam ishini gosterir bacariqsiz adam behane gosterir. Nece ki kamani qaboyu ve s. ermenileshdirirb ortaya cixariblar.
Teklif ederdim ki hec olmazsa Brilyant Dadashovanin Vokalizini gedib oxusunlar. Bu ki kiminse repini yamsilamaqadan yaxshidir! Ikincisi ise ermeni Vokaizi ozununkuleshdirib klip cekidirib aleme gosterirse. Bizimkiler onsuz da ilk 20-liye bele dushmeyecekler. Teessuf ki. Hec olmazsa Avroviziyanin resmi qeydiyyatinda mahni Azerbaycanin adina tesdiqlenerdi. Ve o sehneden oxunub butun dunyaya bizim mamusiqi kimi gosterilerdi.
Yanvar 23, 2008 20:45