Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
rüşvət abş mentalitet qarabağ ermənistan inqilab milli rusiya seçki eurovision ayı toy 80/20 səmimiyyət film nifrət liberalizm bahalaşma qafqaz arxetip
Sayqaç
İndi blogda: 21
Keçən ayın hiti: 10623
Dünənki hit: 438
Bugünki hit: 240
Ümumi hit: 115140
Müxtəlif
“80/20”: Azərbaycan
Bilməyənlər üçün “80/20 prinsipi”nin, yaxud başqa sözlə, “Pareto qanunu”nun nə olduğunu xatırladaraq, kəsə yolla mətləbə keçəcəyəm. Demək, təxminən 100 il öncə italiyalı iqtisadçı Vilfred Pareto statistik məlumatlarla işləyəndə belə bir qanunauyğunluq kəşf etmişdi ki, səbəblə nəticənin arasında 20/80 nisbəti demək olar ki, hər zaman hər yerdə özünü göstərir. Səbəbin 20 faizi nəticənin 80 faizini yaradır və əksinə. Yəni:
- Siz işin 80 faizini ona ayrılan vaxtın 20 faizi ərzində görürsünüz;
- Mağazanın gəlirinin 80 faizini müştərilərin 20 faizi verir;
- Şirkətin buraxdığı məhsul çeşidlərinin 20 faizi qazancın 80 faizini yaradır;
- Televiziya tamaşaçıların 80 faizi verilişlərin 20 faizinə baxır;
- Dostlarınız üçün ayırdığınız vaxtın 80 faizi onların 20 faizinə sərf olunur;
- Sizin əyninizdə 80 faiz hallarda qarderobunuzdakı paltarların 20 faizi olur;
- Maşına tökülən benzin yanarkən alınan enerjinin 20 faizi hərəkətin 80 faizini əmələ gətirir;
- Qızların 80 faizi oğlanların 20 faizini sevir (və əksinə);
- Xərclərin 80 faizi ehtiyacların 20 faizinə sərf olunur. . .
Bir sözlə, “Pareto qanunu” hər yana, həyatın bütün künc-bucağına səpələnib; özünüz də onlardan xeylisini kəşf edə bilərsiniz. Bu, işin xeyli səmərəli görülməsinə yardım edir: məsələn, IBM şirkəti tapanda ki, prosessorun gücünün 80 faizi əməliyyatların 20 faizinin yerinə yetirilməsinə sərf olunur, məhz həmin əməliyyatları daha da yüngülləşdirməklə, kompüterlərinin sürətini xeyli artırmışdı. Siz də öz işinizdə və həyatınızda belə araşdırma aparıb, daha yaxşı effekt əldə edə bilərsiniz. Mən isə, bu işdə sizə tam yaradıcılıq azadlığı verərək, öz zənnimcə, Azərbaycan üçün daha uyğun sayıla biləcək “Pareto prinsipləri”nin bəzilərini sadalamağa çalışacağam.
1. “Klassik” qanun: cəmiyyətdəki sərvətin 80 faizi insanların 20 faizinə məxsusdur. Hər şey əslində, bu nisbətin aşkarlanmasından başlamışdı. Azərbaycan üçün isə onu həm də belə ifadə etmək olar: pulların 80 faizini insanların 20 faizi qazanır.
2. İnfliyasiya zamanı bahalaşmanın 80 faizi malların 20 faizinə aid olur. Təəssüf ki, bunlar da imkansız təbəqənin ən çox ehtiyac duyduğu məhsullardır.
Əlbəttə, bu və sonra yazılanlar statistik göstəricilər əsasında yoxlanılmayıb. Ona görə də, hörmətli Arif müəllim Vəliyevdən xahiş edirəm ki, işdi-şayət, bu yazını oxusa, məni göstəriciləri təhrif etməkdə qınamasın. Bu, sadəcə “Pareto qanunu”nun Azərbaycan reallığındakı mümkün təzahürlərinin axtarış cəhdidir, vəssalam.
3. Cinayətlərin açılmasının 80 faizi polis əməkdaşlarının 20 faizinin xidmətidir. Daha da genişləndirsək, belə yazmaq olar: problemlərin 80 faizinin həllilə nəmurların 20 faizi məşğul olur.
4. Şagirdlərin 20 faizi təhsil proqramının 80 faizini mənimsəyir.
5. Mətbuatın 80 faizini oxucuların 20 faizi oxuyur. Yaxud, bu da düzdür: qəzetdəki yazıların 80 faizini jurnalistlərin 20 faizi yazır.
6. Toyların 80 faizinə müğənnilərin 20 faizi gedir.
7. Yol qəzalarının 80 faizini sürücülərin 20 faizi törədir.
8. Əhalinin 80 faizi ölkə ərazisinin 20 faizində yaşayır.
9. Korrupsionerlərin 20 faizi bütün rüşvətin 80 faizini alır.
10. Köşə yazılarının 80 faizi mətləbin 20 faizini əhatə edir.
Ona görə də, bu yazıda hər şeyi əhatə etmək mümkün deyildi. Qalanını özünz tapın.
Yazar: Vüsal Məmmədov @ Yanvar 24, 2008 20:57 | "oriyentir" | Şərhlər(13)
Baxış sayı: 237
Açar sözlər: 80/20
![]()
![]()
![]()
Orxan, xoşbəxtəm ki, səhər tezdən mənim yazılarımı oxuyanlar var. Təşəkkürlər.
Yanvar 25, 2008 13:28
Vüsal, günorta da bloqunuzu oxuyan var, hətta gecələr də.
Demək belə, bu Pareto qanunu və s. bu kimi qanunlar mən də çox nisbi olduqları təəssüratını oyadır. Məsələn bu günlərdə bir kitaba rast gəldim, müəllif kitab boyu and-aman edir ki, dünyada hər nə varsaç hamısının 4 növü var. Məsələn rassalar 4 dənədir, ürək kamerası 4-dür və s. və ilaxır. Baxırsan ki, bir kitab yazıda mindən çox nümunə var, amma yenə də absurddur.
Yanvar 25, 2008 14:26
Vusal muellim salam. Sizin bloqunuzu seher gunorta ve gece oxumaq mene nesib olmadi...
Sizden bir rica edim: faiz arashdirmalarinizda bu suallarin cavabi varsa lutfen yazin. Kishilerin nece faizi arvadlarini sevir? Nece faizi xeyanet etmeden yashaya bilir? Erlerin nece faizi diger qadinlari sevir? Helelik bu qeder. Ireliceden teshekkur edirem.
Yanvar 25, 2008 22:40
Dəfnə xanım, heç ümid etməyin ki, kişilərin 80 və ya 20 faizi xəyanıt etmir. Əlində imkan olan kişiləri götürsək hardasa 95 var, imkan olmayanların da 100 faiz yoxdur da. ))
Yanvar 26, 2008 0:46
Dəfnə xanım! İraq olsun, lap həyat yoldaşından xəyanət görən xanımlar kimi yanıqlı yazırsınız... Hərçənd, ümid edirəm belə situasiya ilə üzləşməmisiniz və inşallah, üzləşməzsiniz də.
Nə edə bilərik: partnyorunu dəyişmək, yeni seksual təcrübə dadmaq, nəslini daha geniş areala yaymaq istəyi kişilərin genindədir. İnstinktlə bacarmaq isə təəssüf, çətin məsələdir - fiziologiyamız bizdən üstdə dayanır (Özümü bu sıradan çıxıram ).
Amma mən Aygün qədər pessimist də olmaq istəmirəm: reallıqda 95 faiz bir qədər çoxdur. Hərçənd, o da düzdür ki, potensial olaraq gerçəkdən də, kişilərin 100 faizi xəyanətkar sayıla bilər.
Digər tərəfdən, bu hərəkətlə bağlı "xəyanət" sözünün işlədilməsinə tərəfdar deyiləm. Partnyoru müvəqqəti dəyişmək aktı "xəyanət" kimi çox ağır sözlə ifadə olunmamalıdır, məncə. Elə "dəyişmək" sözü pis getmir. Ruslardakı kimi: "İzmena", vəssəlam.
Fəqət, qadınlar da ərlərini dəyişirlər axı. Olmurmu bəyəm? Və əslində onların faizi türklər demiş, pek düşük deyil.
Yanvar 26, 2008 17:28
Aha.. Kişilərin bir tərəfini tutan da tapildi. Buna da kişi solidarlığı deyək. Hər nə qədər özünüzü o siyahıdan çıxsaz da.. )
Birincisi, mən bütün kişilərin yüz faizi yazmamışdım, ancaq imkanı olan kişilərin, yəni arvadından çəkinməyən, pulu olan ya da ən azı yaraşığı olan və ya kiminsə gözü düşmüş kişilərin 95%-i, düzün desəm o biri 5%ində belə bir cəzbedici fürsətdən vaz keçməyinə inamım azdır, amma ümid edirəm yoldaşını sevən xəyanət etməyəcək qədər sevən kişilər də var.
POliqamiya deyib, ozünə bəraət qazandıran kişilər üçünsə deyə bilərəm ki, bu boş söhbətdir. Bəhanədir. İstəyən saxlayar. Çox üzr istəyirəm, amma bir qız illərlə özünü qoruya bilirsə, kişi də bir qadınla kifayətlənə bacarar.
Bu "hərəkətin" adı da XƏYANƏTdir. Başqa adı yoxdu. Təsəvvür edin, sevdiyiniz adam kiməsə toxunur, ya da kimsə ona. Brrr.... QAdın kişi nə fərqi var? Bu dəhşətdir.
Yanvar 27, 2008 0:28
Mən liberal ideyalara həddindən artıq çox bağlı olan və inanan insanam. Liberalizm mənim içimdən gəlir. Ona görə də bir insanın digərinə sahib olması fikrilə razılaşa bilmirəm. Eynilə də bir insanın bütövlükdə digərinə aid olması fikrilə. İnsan yalnız AZAD olanda xoşbəxt, xeyirxah, faydalı, ağıllı ola bilər. Asılılıq isə, maddi olsun, ya mənəvi - fərq etməz,- insanı tükədir, sıxır, dəyərsizləşdirir.
Mən qəti inanıram ki:
İnsan sevdiyinə sahib olmağa çalışmamalıdır, onun sevgisi uğrunda daimi və davamlı mübarizə aparmalıdır; bu çalışmanı həyatının anlamına çevirməkidir; bir şəxsə yönəlmiş bir neçə sevgi daim rəqabətdə olmalıdır ki, içlərində ən yaxşısı və ən güclüsü bəlli olsun...
Bu zaman xəyanət olmayacaq, bol sevgi və xoşbəxtlik olacaq!
Yanvar 27, 2008 14:07
Evvelceden uzr isteyirem ki, Pareto qanunu movzusunu xeyanetin psixologiyasina çevirməli oluram.
Liberalliq.. Dediyinizle men raziyam. Men de liberal insanam ve kimese butovlukde sahib olmaq hemin insani tukede biler, sozun esl menasinda deyersizleshdirer. Bunu şəxsi təcrübəmdə də görmüşəm, bu haqda oxumuşam da. Məncə, Koelyo quşun hekayesini yazmışdı. Havada uchan quşu gorub bir qadin ona vurulur, qush da hər gun onun yanina gelir, amma bir gün təmamilə sahiblənmək istəyir qadın quşa. Tutur və salır qəfəsə, quş günü-gündən solur orda, qadının isə ona marağı azalır. Axı, o quşun uçuşuna, bir növ azadlığına vurulmuşdu. Sonda quş ölür. Xəyanət və qısqanclıq dedikdə, tamamilə kimisə özünə bağlamaqdan danışmırdım. Nə qədər yanımda olan insanın azadlığına hörmətlə yanaşsam da, onun başqasına toxunmağı bu münasibətlərin sonu ola bilər. Bir başqa tərəfinə baxaq, sosionika adında elm ümidavaram eşitmisiniz, insanları tiplərə ayırır. 16 tipdən 4-ü etiko intuitdir mənim kimi. Hər tipin özünəməxsus xüsusiyyətləri var. Eni zamanda bütün etiko intuitlərin oxşar cəhətləri var. (etiklik və intuitlik - tipin müəyyənləşdirilməsində istifadə olunan 4 aspektdən ikisidir) Biz, etiko intuitlər toxunuşa öyrəşirik. Yəni tutalım, hansısa başqa tiplər kiməsə ürəyini boşaltsa öyrəşirsə, bunun bizə təsiri yoxdur. Biz toxuna-toxuna dəyər veririk. İndi mənim kimi birisinin şüuraltına yerit ki, sevgilin başqasına toxunur, amma bu heç nə kəsb etmir.. absurddur. Şüuraltım bunu qəbul etməyəcək. Düzün desəm, heç şüurumun özü də. Üstəlik etiko intuitlər üçün bütün bu proses (kiminləsə əlaqə) altruistik bir aktdır. Yəni əsas məqsəd həzz verməkdir, həzz almaq deyil. İkinci, sualtı daş.. İnana bilərəm ki, kimsə kiməsə sevmədiyi halda həzz vermək istəyir? Əsla..
Ona görə də bu xəyanətdir. Məncə, hərə gözü önünə gətirməlidir ki, mənə bunu etsələr nə edərdim?
Yanvar 28, 2008 9:54
Şərhlər başqa mövzulara aid olsa da, çoooox maraqlıdır. Xüsusilə də Aygünün şərhi.
Yanvar 28, 2008 17:04
Aygin xanim xeyanetle baqli fikirlerinizi yeqin ki qadinlarin en azi 80 faizi destekleyir. Mence ise hele toxunmadan da xeyanet eden erler var. Bele ki diger qadinin reqbetini qazanmaq xatirine oz sevgilisini ve ya arvadini pis qeleme verib ashaqilayirlar. Bununla da ozlerinin hereketine guya beraet qazandirirlar.
Vusal muellim azadliq doqrudan da deyerli nemetdir. Amma qederinde. Gerekdiyinden artiq azadliq da ziyan getirir.
Fikrimce senin olmayan adama ozunu sevdirmeye calishmaq onun sevgisi ucun mubarize aparmaq ona benzeyir ki geyinib bezenib gedirsen İncesenet Muzeyine durursan sevdiyin bir guzgunun qarshisinda oz goselliyini seyr edib ozune siqal-tumar verirsen. İncesenet Muzeyi yaxshidir burda antikvatiat dukanindaki guzgu daha duzgun cixar. Cunki antikvariat dukanindaki guzgunu sen ne geder xoshlayib sevsen bele bir gun senden imkanli bir xanim alib aparacaq...
Yanvar 29, 2008 17:16
Azadə xanım, o dediyinizi mən xəyanətdən də bərbad bir şey hesab edirəm.
Tutalım, mən kimisə seçmişəm, ya da onu mənə zorla seçdiriblər( nə ki, daha pisdir), o adam haqqında pis danışsam kimi alçaldıram. Əlbəttə, özümü. Qızlara, qadınlara həmişə deyirəm, biri arvadından və sevgilisindən ya keçmiş sevgilisindən pis danışırsa, sabah sənin də haqqında başqa birinə danışacaq. Bir dəfə fransız psixoloqlarının tədqiqatı ilə rastlaşdım. Cinslərin bir-birində nəyə üstünlük verməkləri haqda idi. İkinci yerdə, keçmiş sevgilisi haqqında pis danişmamaq dururdu. Sözün düzü, dəqiq anlamadım bu Fransada həqiqətən belədir, ya pis danışmamağın PR-ı idi.) Amma özüm buna çox fikir verirəm.
Qadınların xəyanəti haqqında da eyni sözü deyə bilərəm, bir qadın ərinə xəyanət edirsə, birinci özünü alçaltdığını düşünməlidi. Mən adım qədər əminəm, kimlə xəyanət edirsə, o adam heç vaxt bu qadın haqda yüksək fikirdə olmur, dilində nə desə belə. Kişilərdə çox təəssüf ki, vəziyyət bir qədər fərqılidir.
Son abzasa, sənin olmayan bir adama özünü sevdirmək məsələsinə gələndə isə, özünü sevdirmək günah deyil, o adam boşdursa, kiminsə qarşısında günah qazanmırsansa, bütün gücünü səfərbər edib onun sevgisini qazanmağa çalışa bilərsən. Amma, ağılla. Zorla sırıdınsa, sabah siz demiş başqa biri də eyni yolla və ya sevgisini qazanmaqla ona sahiblənəcək. Bu biri də burunu ilə qalacaq (rus idiomu-ostanetsya s nosom). Özünü sevdirmək incəsənətdir. Bəziləri bu qabiliyyətlə doğulur, bəziləri isə çox işləyib üstündə sonradan qazanır. Nə isə..Orxan demiş hardan hara gəldik, Pareto qanunundan flirt qanun qaydalarına keçməyə bir addım qalıb. I)
Yanvar 30, 2008 11:03

Vüsal, səhər tezdən bu cür maraqlı məqalə oxumağıma çox şadam.
Demək artıq nəsə öyrəndim.
Yenə çox maraqlı bir mövzu haqda yazmısız. Bu cür maarifləndirici bloq və müəllif görəndə sevinməmək olmur. Uğurlar!
Yanvar 25, 2008 11:04