Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

rüşvət  abş  mentalitet  qarabağ  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  ayı  toy  80/20  səmimiyyət  film  nifrət  liberalizm  bahalaşma  qafqaz  arxetip 

Sayqaç

İndi blogda: 11
Keçən ayın hiti: 10623
Dünənki hit: 438
Bugünki hit: 220
Ümumi hit: 115120

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


"Qiyamət" ertələnir

Ötən həftə bir daha təsdiqləndi ki, gerçəkdən də, Amerika iqtisadiyyatı asqıranda, dünya iqtisadiyyatı xəstələnərək, yatağa düşür. Hazırda bütün dünyada birja analitikləri bir məsələ üzərində baş sındırmaqdadırlar ki, bu xəstəlik uzunmu çəkəcək, yoxsa tezliklə hər şey öz yoluna dönəcək? Hərçənd, bu sahədə birmənalı proqnoz vermək mümkün deyil, çünki birjalarda hər şeyi kütlə psixologiyası həll edir, o isə daha çox xaosun qanunlarına tabedir. Amma birjalardan kənarda dünya iqtisadiyyatında hələlik heç bir ciddi fundamental problem müşahidə olunmadığından, deyə bilərik ki, dünya iqtisadiyyatında artıq qiyamətin yetişdiyi haqda proqozlar vermək hələ tezdir.

 

Əslində bu həftə bərkdən asqıran Amerika birjalarının burnu keçən ilin yayında yaşanan ipoteka böhranı zamanı qıcıqlanmağa başlamışdı. Həmin krizisdə 400 milyard dollar ziyana düşən iri maliyyə mərkəzləri bu il üçün planlarını tutarkən, investisiya xərclərini xeyli ixtisar etmək zorunda qaldılar. Bu isə fond birjasında müxtəlif şirkətlərin səhmlərinə təlabatın azalmasına gətirib çıxardı. Nəticədə Amerika iqtisadiyyatının əsas termometri olan Dow Jones İndustrial Avarage indeksinin ötən ilin oktyabrından başlayan enişi son günlərdə xüsusilə güclənərək, yanvarın 14-dən 23-nə qədər sürətlə üzüaşağı yuvarlandı.
Birja oyununun öz qaydaları var və həmin qaydalar kütlənin trendə tabe olmasını diqtə edir ki, bu da hərəkəti daha da gücləndirir. Nəticədə dünyanın 3200-dən artıq şirkətinin səhmlərinin alınıb-satıldığı NASDAQ birjasının indeksində də dekabrın ortalarından başlayan eniş sürətlənərək, üzüaşağı yuvarlanmaya çevrildi.
Bu çöküşün dünya birjalarına sürətlə yayılması sadəcə olaraq, qaçılmaz idi və yanvarın 22-də artıq Avropadan tutmuş, Yaponiyaya qədər bütün birjalarda indekslər aşağı yuvarlanması böyük təşvişə yol açdı. Eniş özünü Avropanın əsas iqtisadi mərkəzi olan Almaniyanın DAX indeksində daha çox göstərdi.
Fond birjalarındakı təşvişin fonunda Davos forumunda söylənən bir sıra bədbin fikirlər, xüsusilə də maliyyəçi Corc Sorosun dollara və ümumiyyətlə, Amerika iqtisadiyyatına “fatihə” oxuması yanvarın 23-də beynəlxalq maliyyə bazarı olan FOREX-də özünü göstərməyə başladı. Eyni zamanda, Amerikanın Federal Ehtiyatlar Sistemi birjalarda yaşananlara reaksiya verərək, gözlənilmədən faiz dərəcələrini azaltmaq haqda qərar qəbul etdi ki, belə addımlar adətən geniş perspektivdə milli iqtisadiyyatın dirçəlməsinə gətirib çıxarsa da, maliyyə bazarında mütləq milli valyutanın kursunun sıçrayışla düşməsinə səbəb olur. Bu faktorların qarşısında dayana bilməyən dollar məzənnəsini kəskin şəkildə itirdi.
Göründüyü kimi, son zamanlar dollara nisbətdə zəifləməkdə olan avronun kursu 2 gündə təxminən 400 punkt yuxarı qalxıb. Təxminin eyni durumu 500 punkt möhkəmlənən Britaniya funtunun kursunda da görmək mümkündür.
Dolların kəskin zəifləməsi, təbii ki, özünü həm əmtəə, həm də qiymətli metallar bazarında da göstərdi. Yanvarın 14-dən 21-nə qədər enməkdə olan qızılın qiyməti sıçrayışla hər unsiyasına görə 850 dollardan 925 dollara qalxdı ki, bu da yeni tarixi maksimumdur.
Baş verənlər bundan ibarətdir; amma bütün bunlar qlobal iqtisadi böhranın ilkin əlaməti sayıla bilərmi? Son iki gündə qiymətlər və indekslər əvvəlki mövqelərinə doğru dönüş ediblər; amma bu, nədir: enişin sonu, yoxsa sadəcə, yeni çökmə ərəfəsindəki korreksiya?
Amerika hökumətinin atdığı son addımlar göstərir ki, Vaşiqtonda iqtisadi tənəzzülün qarşısını almaq üçün ciddi planlar cızılır. Artıq vəziyyətin ciddiliyini anlayan Ağ Ev və Konqres atılacaq addımlarla bağlı təcili razılığa gələ biliblər. Xüsusilə, əgər faiz dərəcələri fevralın 2-də yenidən aşağı salınarsa, bu, dolların mövqelərini bir qədər də itirməsi hesabına olsa belə, Amerika iqtisadiyyatının ipoteka böhranından doğan depressiyadan çıxmasına və investorların yenidən aktivləşməsinə səbəb ola bilər. İqtisadiyyatın depressiyadan çıxması isə geniş perspektivdə dolların yenidən möhkəmlənməsi üçün fundamental baza yaradacaq. Amma bütün bunlar çətin ki, gələn ildən tez olsun. Forex bazarını təhlil edən analitilklər Amerika valyutasının ilin sonuna qədər zəifləyərək, 1 avronun 1 dollar 55-60 sentə çatacağını proqnozlaşdırırlar. Qeyd edək ki, hazırda 1 avro 1 dollar 46 sentə bərabərdir.
Digər tərəfdən, təcrübə göstərir ki, Amerikada demokratların hakimiyyətə gəlişi adətən pul-kredit sisteminin dəyişməsi və həm faiz dərəcələrinin, həm də milli valyutanın davamlı qalxmasıyla müşayiət olunur. Bu halda, həqiqətən, gələn ildən dolların möhkəmlənməyə başlayacağını gözləmək olar. Təbii, əgər dünyanın fond birjalarındakı təşviş yaxın günlərdə bitərsə. Əks halda dünya iqtisadiyyatının yatağa düşmək ehtimalı doğrudan da, böyük olacaq.



Yazar: Vüsal Məmmədov @ Yanvar 27, 2008 23:39 | "analiz" | Şərhlər(0)
Baxış sayı: 131
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha