Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

abş  mentalitet  rüşvət  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  qarabağ  amerika  kitab  dil  islam  din  infliyasiya  səhiyyə  eşşək  azərbaycan  putin 

Sayqaç

İndi blogda: 45
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 83
Ümumi hit: 114545

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Yəhudi "vəkilliyi"?

Prezident Ilham Əliyevin Davosda keçirdiyi görüşlərin arasında daha çox maraq doğuranlardan biri də onun Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris ilə bir araya gəlməsidir. Rəsmi bilgiyə görə, “görüşdə Azərbaycanla ABŞ arasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsində ABŞ-da yaşayan yəhudi icmasının rolu” müzakirə olunub. Amma Amerika Yəhudi Komitəsinin necə bir təşkilat olduğunu və hansı işlərlə uğraşdığını yaxından incəlsək, aydınlaşar ki, həmin görüşdə əslində xeyli maraqlı məqamlardan danışla bilərdi.

Amerika Yəhudi Komitəsinin (The American Jewish Committee, qısaca AJC) adı sizi aldatmasın: dünyada yəhudilərin hüquqlarını qorumumaq və antisemitizmə qarşı mübarizə aparmaq onun missiyalarından sadəcə, biridir. Digərlərinə gəlincə, təşkilat 1) enerji azadlığı ideyalarına aktiv dəstək verməklə və 2) “advocasy” ilə məşğuldur. Nədir advocasy?
Hərfi mənası “vəkillik” olan bu sözün Azərbaycan dilindəki qarşılığını tapmaq bir az çətindir, çünki bizim cəmiyyətdə heç zaman advocasy xidməti olmayıb (Hərçənd, ona ehtiyac həmişə hər yerdə var). Dəqiq tərifini verməyə çalışsaq, Advocacykonkret bir şəxsin, təşkilatın, hökumətin və s.-in mövqeyini keçərli arqumentlərlə əsaslandırmaq xidmətidir, yəni PR-ın bir növüdür.
(Bu mövzu ilə maraqlananlara Aygün İslamzadənin bloqunu oxumağı məsləhət görürəm. Keçid üçün lütfən, bir qədər sağa baxım.)  ) Müasir dünyada advocasy xidmətinə olan təlabat getdikcə artır. Siyasi, iqtisadi, sosial, hətta elmi sahələrdə fəaliyyət göstərən ən müxtəlif miqyaslı hökumət və qeyri-hökumət təşkilatlar ayrı-ayrı qurumların advocasy xidmətindən faydalanırlar. Əlbəttə ki, Azərbaycanın da dünyada advocating-ə ehtiyacı böyükdür. Və tamamilə mümkündür ki, görüşdə bu məsələ də müzakirə olunub.
Digər tərəfdən, AJC, dediyimiz kimi, dünyada enerji azadlığı ideyalarını yayır və buna yönəlmiş səylərə dəstək verir. 102 yaşı olan bu təşkilat vaxtilə ABŞ-ın neft ixracının şaxələndirilməsində, həmçinin ölkənin xarici enerjidaşıyıcılarından asılılığının qısmən də olsa, azaldılmasında heç də az rol oynamayıb. Bu gün isə, yəqin ki, Avropanın Rusiyadan enerji asılılığına düşməməsi yönündə ciddi səylər göstərən əsas qüvvələrdən biridir. Bəllidir ki, bu işdə Qərbin əsas ümidləri məhz Azərbaycanla bağlıdır. Ona görə də, cənab Əliyevlə David Harrisin əss müzakirə mövzularından biri də bu ola bilərdi.
Əlbəttə ki, dünyada heç nə qarşılıqsız olmur. Ona görə, rəsmi Bakı böyük imkanları olan bu təşkilatla “enerji ideologiyasına dəstək qarşılığında advocasy xidməti” formulu ilə çox uğurlu əməkdaşlıq qura bilər. Onu da qeyd edək ki, son 18 ildə quruma rəhbərlik edən Devid Harris dünyada nüfuzlu siyasi ekspertlərdən biri hesab olunur.
Geniş mənada yanaşanda isə, biz Azərbaycanın yəhudi diasporu və lobbi təşkilatlarıyla əlaqələrinin genişlənməsi xətinni görürük. Amma lobbi – təkcə bir qurumun qərarlarına təsir göstərmək üçün qurulmuş mexanizmdirsə, advocating – bütövlükdə ictimaiyyətin rəyinə nüfuz etmək üçün hesablanıb. Bu isə bizim üçün çox önəmlidir.



Yazar: Vüsal Məmmədov @ Yanvar 27, 2008 23:28 | "analiz" | Şərhlər(1)
Baxış sayı: 132
Açar sözlər:
Bookmark and Share

1

Adımı görüb, sevindim. Təşəkkürlər!

Yanvar 28, 2008 12:30


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha