Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 11
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 49
Ümumi hit: 114511
Müxtəlif
Ermənistanda “narıncı inqilab” mümkündürmü?
Ermənistanda prezident seçkisinin sonuncu fazası – seçkiönü təbliğat kampaniyası artıq bir həftədir ki, başlayıb. Ölkənin birinci kürsüsünün uğrunda 9 nəfər mübarizə aparsa da, rəqabətin əsas iki namizədin – baş nazir Serj Sərkisyan və keçmiş prezident Levon Ter-Petrosyanın arasında gedəcəyi gözlənilir. Hərçənd, “Gallap Media” mərkəzinin ötən ay keçirdiyi rəy sorğusuinda Sərkisyanın 29 faizlə 1-ci, Ter-Petrosyanın isə 4 faizlə 6-cı yerdə gəlməsi seçkiqabağı suyu xeyli bulandırmışdı. Doğrudanmı, “Gallap Media” Ermənistan hakimiyyətinin sifarişini yerinə yetirib, yoxsa qüvvələr düzümü həqiqətən belədir? Sadəcə, onu deyə bilərik ki, hakimiyyətə yaxın sorğu mərkəzləri Sərkisyanın reytinqinin azı iki dəfə çox - 65-68 faiz arasında olduğunu deyirlər.
Artıq kimin hansı sosial bazaya söykəndiyi tamamilə bəllidir. Sərkisyan daha çox böyük biznesə, məmurlara və onların ətrafındakı qüvvələrə arxalandığı halda, Ter-Petrosyan kasıb kütləni öz tərəfinə çəkməyə çalışır. Buna görə də son çıxışlarında imkansız təbəqənin gözünün düşməni olan oliqarxları həbsə atacağı və küçələrdə qoyacağı haqda vədlər verməkdədir. Onun platformasının böyük qismi əsasən sosial problemlərin həlli üzərində qurulub. Bu mövzü hətta Qarabağ məsələsini belə üstələyir. Və onun əsas sosial bazası kimi gördüy kasıb insanların ən çox nə istədiyini nəzərə alsaq, burada təəccüblü bir şey də yoxdur.
Yəni mahiyyətcə meydan siyasətçisi olan Ter-Petrosyan məhz meydana da arxalanmaq niyyətindədir. Onun qısa vaxtda 4 izdihamlı mitinq keçirməsi də elə bundan xəbər verir. Seçkiyə 16 müxalifət partiyasının vahid namizədi kimi getməsi, üstəlik, ikinci tura keçərsə, “Orinats Yerkir” partiyasının lideri Artur Bağdasaryanın onu dəstəkləyəcəyini bildirməsi Ter-Petrosyanın bu ana qədərki əsas uğurlarıdır. Və yerli analitiklər düşünürlər ki, təbliğat kampaniyası zamanı eks-prezident aktivinə yeni xallar əlavə etrməyi bacaracaq.
Amma digər tərəfdən, nəzərə alsaq ki, ötən parlament seçkisində hakimiyyətyönümlü qüvvələr – yəni respublikaçılar, “Çiçəklənən Ermənistan” və Daşnaksütun partiyaları birlikdə azı 60 faiz səs yığmışdılar, yəqin ki, indi həmin səslərin böyük qismi Sərkisyanın hesabına yazılacaq. Bu halda Ter-Petrosyanın demək olar ki, heç bir şansı yoxdur. Onun küçə mübarizəsinə əl atmasının mümkünlüyünə gəlincə, yaddan çıxarmaq olmaz ki, güc orqanlarının yetirməsi olan Sərkisyan bu müstəvidə daha bacarıqlı oyunçudur. Üstəlik, Rusiyanın simpatiyası da birmənalı olaraq onun tərəfindədir. Halbuki, Ter-Petrosyan Qərbin marağına daha uyğun namizəd olsa da, onu heç cür nə Qərbin, nə də Rusiyanın namizədi adlandırmaq mümkündür. Buna görə də o, sadəcə, qəribə namizəddir. Ümumiyyətlə, Qərbin Ermənistandakı seçki prosesinə hələ ki, heç bir ciddi təsiri hiss olunmayıb. Moskvanın reaksiyasını izləyəndə isə belə təəssürat oyanır ki, sanki kremldəkilər hər şeydən tamamilə əmindirlər və buna görə də sakitcə oturub, Sərkisyanı haçan təbrik edəcəklərini gözləyirlər.
Yazar: Vüsal Məmmədov @ Yanvar 29, 2008 2:20 | "analiz" | Şərhlər(0)
Baxış sayı: 132
Açar sözlər: ermənistan seçki inqilab
![]()
![]()
![]()
