Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

rüşvət  abş  mentalitet  qarabağ  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  ayı  toy  80/20  səmimiyyət  film  nifrət  liberalizm  bahalaşma  qafqaz  arxetip 

Sayqaç

İndi blogda: 20
Keçən ayın hiti: 10623
Dünənki hit: 438
Bugünki hit: 231
Ümumi hit: 115131

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Bill Qeyts azərbaycanlı olsaydı...

Neçə vaxtdır beynimi bir sual kirayə götürüb: əgər Bill Qeyts Azərbaycanda doğulsa, nə olardı? Adı Bill Qeyts yox, məsələn, Bilal Qiyas olsa, indiki səviyyəyə yüksələ bilərdimi? Qəti əminəm ki, yox. Əminliyimin səbəbi var: neçə gündür, mən həmin hipotetik Bilal Qiyasın bill qeytsliyə gedən yolunu gözümün önündə çəkilməmiş bir filmin kadrları kimi fırlatmaqla məşğulam. Gördüklərimi sizinlə də bölüşüm, özünüz deyin, bizdə Bill Qeyts yetişə bilər, ya yox.

 

Başlayaq əvvəldən - tələbəlik illərindən. Əgər bir azərbaycanlı gənc Harvardda HÜQUQ təhsilini yarımçıq buraxıb, vaxtını proqramlaşdırmaya həsr etsəydi, əvvəlcə bütün nəsli onun dəli olduğunu sanar, ağıllanması üçün Şüvələndakı “Ətağa pirinə”, Gəncədəki İmamzadaya və daha 7 ocağa qurban aparıb kəsərdilər; bu kömək etməyincə, cadudan-pitidən yazdırıb, yeməyinə-çayına qatardılar; üstünə it nəcisindən, pişik qusmağından-zaddan çəkərdilər; yenə faydası olmasa, onun kompüterini dəyər-dəyməzinə satıb, Harvardın prorektoruna rüşvət göndərərdilər ki, “uşağın barı adı getsin”.


Əgər azərbaycanlı gələcək Bill Qeyts bütün bunları adlatmağı və yataqxanada birgə qaldığı yaxın dostuyla bazlıq haqqında yox, BASİC dili haqqında danışa-danışa, bir-birinə “atmadan” sonacan kişi kimi işləyib, “Microsoft” şirkətini qurmağı bacarsa və ilk milyonlarını qazansa, onda onun özünün də, şirkətin də xarakteri tamam fərqli olacaqdı.


“Microsoft”dakı təşəbbüs və tənqid azadlığından fərqli olaraq, işçilərdən kimsə hansısa məsələylə bağlı fikrini bildirsə, Bilal Qiyas domba gözlərini bərəldərək, “Burada heç kim məndən ağıllı ola bilməz, çünki MƏN – MƏNƏM!”,- deyə böyürəcəkdi.


İşinə fanatik sevgisindən dolayı, arvadıyla kompüterin qabağında öpüşməyi günah sayan Bill Qeytsdən fərqli olaraq, Bilal Qiyas öz şəxsi zövqüylə seçdiyi qarpızdöş katibələrilə heyvani ehtiraslarını elə kompüterin klaviaturası üzərindəcə söndürəcək, bu zaman təsadüfi basılan düymələr ekranda əcaib sözlər yazacaqdı.


O, tikdirdiyi evin divarlarını LCD ekranla örtüb, “smart home” kimi proyektlər qurmaq əvəzinə, Bakının düz ortasında öküz pəyəsinə bənzəyən bir villa yapdırıb, içindəki qızıl unitazı gəlib-gedənə göstərməklə fəxr edəcəkdi.

Bilal Qiyas oturub “Gələcəyə gedən yol” və “Fikir sürətilə biznes” adlı kitablar yazmayacaqdı; haradansa tapdırdığı jurnalistin qabağına öz aləmində “it payı” ataraq, doqquzuncu göbəyə qədərki bütün babaları haqqında kitablar yazdıracaqdı.


Ad günündə şirkətinin direktorlar şurasıyla fəlsəfi fikirlərini bölüşmək əvəzinə, yaxtasındakı 10 milyon dollarlıq qonaqlıqda sağ əlilə Cennifer Lopezi, sol əlilə Kristina Agilyeranı əlləşdirərək, qarşısında özünü əsdirən Şakiraya tamaşa edəcəkdi.


Əgər Bilal Qiyas günlərin birində durub desə ki, 53 milyardlıq sərvətindən hər övladına cəmisi 1 milyon doillar vəsiyyət edib, qalanını isə xeyriyyə məqsədilə xərcləyəcək, övladları gecə-gündüz onun qəbrini söyməyi özlərinə müqəddəs borc biləcəkdilər.


Ədliyyə Nazirliyi onun şirkətini monoplizmdə ittiham edib, ikiyə bölmək haqda qərar çıxarsa, Bilal Qiyas bunu qanun bilib yerinə yetirmək əvəzinə, rüşvət istəyi kimi anlayaraq, var-dövlətinin yarısını “şapka” verərdi ki, “alın, amma mənə dəyməyin”.


İstirahətini kitab oxumaq, qolf və bric oyanamaqla keçirmək əvəzinə, o, saunalarda isti buxarın içindən çıxıb, ləzzətlə bumbuz pivə qurtumlayar, elə oradaca yanındakı gənc müğənni xanımların lap yaxın gələcəkdəki yaradıcılıq planlarıyla maraqlanacaqdı.


Şirkətin ən incə intellektual yanaşma tələb edən bütün bölmələrini öz yerlilərinə, ona yaltaqlananlara və aftafasını daşıyanlara tapşıracaqdı.


...İndi özünüz deyin: Azərbaycanda Bill Qeyts yetişə bilərmi?

Yazar: Vüsal Məmmədov @ Fevral 7, 2008 18:07 | "bu da belə..." | Şərhlər(35)
Baxış sayı: 488
Açar sözlər:
Bookmark and Share

1
gahramanov yazıb:

Maraqlıdır. Xüsusilə universiteti buraxıb istədiyi işlə məşğul olmaq məsələsi. Doğrudan da bizdə diploma (savadaya yox) böyük əhəmiyyət verilir (qonşular, qohumlar tərəfindən).

Fevral 8, 2008 15:46

2
Defne yazıb:

Vusal bey yaziniz cox maraqli ve agrilidir. Aqrilidir ona gore ki bu bir gerceklikdir. Azerbaycan gercekliyi....
Amma yene de size bir sualim yaranib. redface
Bill Qeyts - Parise ve Tulaya nece gederdi ve orda ne ederdi question

Fevral 8, 2008 16:48

3

Vüsal, yazınızı o qədər bəyəndim ki, ora-burasını kəsib evdə atama və anama oxumağı özümə borc bildim. Atam printlənmiş vəziyyətdə üç-dörd dənə sifariş də elədi. Bir də hansı qəzet üçün yazdığınızla maraqlandı. Hansı qəzetdə işləyirsiniz?
Yazı super.
Bill Qeyts olmaq məsələsinə gəldikdə isə, hər halda onun nümunəsində siz ümumən biznes dünyasını və adamlarını nəzərdə tutmusunuz. Sırf Bİll Qeyts isə bizlərdən çıxmazdı. Stalin zamanında kibernetikanı irticaçı burjuanın yalanşı elmi adlandırıb qadağan etməyilə bütün Soveti belə inkişafdan geri qoydu. İndi də nəsə yenilik etmək üşün çox gecdir. Ümumiyyətlə, mən informatikanın inkişafının sürət templərinə baxanda bu işin içində nəsə var deyə düşünürəm. Nəsə müəmmalı..

Fevral 8, 2008 21:21

4
Vüsal Məmmədov yazıb:

Salam, dostlar.
Göstərdiyiniz marağa görə hamınıza təşəkkürlər.
Aygün xanım haqlıdır, mən azərbaycanlı biznesmenin ümumiləşmiş portretini cızmağa çalışmışam. Onu da deyim ki, portretdəki bəzi cizgilər tanıdığım konkret, real şəxslərdən götürülüb. Əslində bu insanlar biznesmen də yox, sadəcə nuvorişdirlər. Biznesə intellektdən yox, burada toxunmaq istəmədiyim tamam başqa yollardan gəliblər. Amma nə isə...

Aygün xanım, sualınıza cavab olaraq deyim ki, mən əvvəllər "Mərkəz" qəzetində baş redaktorun müavini iişləmişəm; təxminən 3 il əvvəl oranı daimi iş yeri kimi tərk etsəm də, köşə yazarı olaraq qalmağı qərara alıdım. Çünki redaksiya olaraq mənə doğmadır, həyatımın 5-6 ili orada keçib, işçilərinin demək olar ki, hamısı dostlarımdır... Hazırda da köşə yazılarım "Mərkəz" qəzetində dərc olunur. Bu oxuduğunuz yazı da qəzetin ayın 8-də çıxan sayında getmişdi. Özüm isə indi "Lider" televiziyasında işləyirəm. Əlavə olaraq, "Xəzər" Universitetində jurnalistikadan dərs deyirəm.

Və bir də... Oxucu çevrəmin genişlənməsinə yardım göstərdiyinizə görə təşəkkürlər. smile)

Fevral 8, 2008 23:46

5
Vüsal Məmmədov yazıb:

Dəfnə xanım.
Anladım ki, sualınız mənim Eurovision`la bağlı yazımda işlətdiyim "Parisə öz arvadıyla germək Tulaya öz samovarıyla getmək kimi bir şeydir" ifadəsindən doğub. Amma bu, mənim yox, Anton Pavloviç Çexovun ifadəsidir; mən bir az başqa cür deyərdim: tutalım, "...Sumqayıta öz xloruyla getmək", yaxud "...Göyçaya öz narıyla", nə bilim, "...Sabirabada öz qarpızıyla getmək kimi bir şeydir" yazarıdm.
Konkret suala gəlincə, təəssüf, bizdə az-çox imkanlı kişilər nəinki Parisə, hətta Hacı dayı demiş, Bakıdan Bakıya gedəndə də arvadlarına xəyanət etməyə macal tapırlar. Məhz mənim fikrimi soruşursunuzsa, xəyanətə çox pis baxıram və qəti əminəm ki, qadın, ya kişi - fərq etməz, hər ikisi ailənin paklığını qorumağa borcludur. Birmənalı olaraq belə düşünürəm. Üstəlik, mömin insanam və Allahın hər iki dünyada zinaya nə qədər ağır cəza təyin etdiyindən xəbərdaram. Sadəcə, Sizin hər dəfə bu mövzuya dair yeri oldu-olmadı çoxbaşlı, kinayəli eyhamlar işlətmənizi səbəbini anlaya bilmirəm. Bəzi xanımlar var ki, apriori olaraq bütün kişilərin yaramaz olduğunu idda edirlər (Все мужики - сволочи smile)). Umarım, Siz elələrindən deyilsiniz və belə düşünməniz üçün də heç kim Sizə əsas verməyib.
Təşəkkürlər.

Fevral 8, 2008 23:58

6
Defne yazıb:

Vusal bey salam.
Komputerin qarshisina kecince menim ilk ishim Sizin bloqunuzu oxumaq olur. Emin ede bilerem ki bloqunuza yazilariniza ve Size qarshi hec bir qerezim yoxdur. Bir sira yazilarinizi heddinden artiq beyenirem. Azerbaycanin bugunku gencliyinden ferqli dushunme ve arashdirma qabiliyyetinizi ozluyumde yuksek deyerlendirirem. Dogrusu herden teessuf edirem ki bele istedadli gencler bu olkede dogulur carpishir ve imkanlarini reallashdira bilmeden qocalirlar.

Butun ksihiler meselesine galince...deyim ki bele deyil. Sadece ceken biler meselesi var ya. Meselen menim refiqem-yani ailelikce get-gel etdiyim genc bir xanim Parisi ve o shehere seyahet etmeyi cox sevir. Ve menim heyat yoldashim da refiqemi Parise aparmaqi arzulayir...redface

Aygun xanima yazdiqiniz dosyeden anlamadim Siz evlisiniz ya yox. Eger ailelisinizse demeli ki xaniminizin bexti getirib. Hec olmazsa bir qadin erinden arxayin olub da seksekesiz yashaya biler smile

Fevral 9, 2008 12:01

7
Vüsal Məmmədov yazıb:

Dəfnə xanım.
Xoş sözlərinizə və yazılarıma ilginizə görə təşəkkür. Jurnalist üçün oxunduğunu bilməkdən böyük xoşbəxtlik yoxdur.

Gəncliyə gəlincə, təəssüf, 30 yaşda artıq özümə gənc deməyə dilim getdikcə çətin dönür. Bəli, Azərbaycan - itirilən gəncliklər ölkəsidir. Maləsəf...

Özüm haqda dosye yazmaq fikrim olmayıb və yoxdur. Sadəcə, bloqumun hər bir oxucusunu şəxsən dostum sayıram, özümə doğma bilirəm və çalışıram ki suallarını cavabsız buraxmayım. Bəli, mən evliyəm, bir qızım var. Burada gizlədiləsi nə var ki?

Sizin rəfiqənizə və həyat yoldaşınıza gəlincə, doğrudan, maraqlı məsələdir. Heç birinizi anlaya bilmirəm. Birincisi, o, niyə Sizi yox, rəfiqənizi Parisə aparmaq istəyir? İkincisi, Siz buna necə sakit yanaşa bilirsiniz? Nəsə, Aygün demişkən, deyəsən, işin içində iş var...

Fevral 9, 2008 12:31

8
Yaqut yazıb:

Yaqut

Oho Dəfnə xanım!
Siz məgər qurd ürəyi yemisiniz?

Adətən darıxanda Azərbloqa gəlib Cavidan xanımın şerlərini oxuyuram. Sonra da bəzi səhifələrə keçib ötəri bir nəzər salıram ki görüm nə var nə yox. Cavidanın bəzən ruhuma su çiləyən, hərdən təəccübləndirən, arada qeyzləndirən şerləri belə məni şərh yazmağa vadar edə bilməmişdi.
Ama sizin yazdığınızdan dəhşətə gəldim.
Hələ də rəfiqəm və ərim dediyinizə görə belə başa düşdüm ki “üçünüz” də birlikdəsiniz. İndiyədək nə rəfiqənizə, nə də ərinizə tutarlı bir sillə çəkməmisiniz.
Heyrət beləcə sakit gileylənirsiniz. Yəni onların dərsini vermək belə çətindir? Onların ikisinin birlikdə danışıb güldüyünü görændə özünüzü alçaldılmış hiss etmirsiniz? Bunu özunuzə necə rəva bilirsiniz? Belə ərin də belə rəfiqənin də üstündæn coxdan xətt çəkmək gərəkirdi.

Fevral 11, 2008 16:07

9
Azadə yazıb:

Vüsal bəy salam. Budəfəki yazınız da super!!!! Bu yazını mən və ya hər hansı bir qadın yazmış olsaydı deyərdilər ki feministdir. Zatən bizim kişilərin mahiyyəti budur də... Pardon, Sizin kimi bəziləri istisna olmaqla.

Mənim nənəmin dediklərinə görə ağıllı qadın ərinin solaxay əməllərinə göz yummalıdır. Anam da deyir əgər əri onun rəfiqəsilə sola gedirsə deməli arvadının bəxti gætirib. Belə daha təhlükəsizdir və qadın özünü bixəbər göstərməklə prosesləri nəzarətdə saxlaya bilər.

Yəqin ki Dəfnə xanim da bələ edir. O da ola bilər ki, Dəfnə xanım ya ərini, ya da rəfiqəsini çox sevir. Məsələni açıb sevdiyini itirməmək üçün, mahnıda deyildiyi kimi- birinin xətrəsiçün hər ikisinin əməllərinə dözür. Həyatdı da.... Bəlkə doğrudan da işin içində iş var...

Fevral 11, 2008 17:48

10
Vüsal Məmmədov yazıb:

Azadə və Yaqut xanımların şərhlərindən sonra mən bir daha Dəfnə xanımın durumu haqda fikirləşdim... Doğrudan da, maraqlıdır. Elə şəraitdə necə yaşamaq olar? Azadə xanımın yazdığı versiya da maraqlıdır: bəlkə Dəfnə doğrudan da siyasət işlədir? Ya ərini o qədər sevir ki, qalmaqala yaratmaq istəmir? Ya da ərinin rəfiqəsi ilə bağlı dediyinə sadəcə, zarafat kimi yanaşır... Bunu necə ciddi qəbul etmək olar axı?
Hər halda, düzünü Dəfnə xanım özü deyə bilər...

Fevral 11, 2008 19:06

11
Ilqar yazıb:

Vusal bu yazi Yaqut demishken meni qeyzlendirib. Niye sen bizim kishileri belece Bilal Qiyas donunda gosterirsen? 2-cisi de niye -Vse mujiki svoloci-deyirsen? Qadinlar ozleri deyirler ki -Vse mi babi stervi! Tebii ki bizimkiler bunu etiref etmeyi bacarmazlar!
Hele bir bizi borclu cixaracaqlar-Aygun xanim kimi.
Beli qadin qadindir. Bezi sheyler kishiye qebahet sayilmaz. Ozune hormet eden qadin ise bele ishleri etmeyi nece reva biler?
Qardash Azerbaycandaki sherait necedirse bacariqli kishi de bu sheraitde ozune bir gun aglayir. Qaldi ki teki kishinin Parise getmeye imkani ve aparmaqa da refiqesi olsun. Ozunun ve yaarvadinin refiqesi ...

Fevral 12, 2008 16:05

12

Birincisi, Defne xanimla bagli sherh yazan her kese seslenirem, detallari bilmemish bu shekilde muzakire etmeniz yanlishdir.
Ikincisi, Ilqar bey, men kimi borclu chixarmisham ki??

Fevral 12, 2008 17:04

13
Ilqar yazıb:

Aygun xanim sizi qezeblendirmek niyyetinden tamamile uzaqam. Sizin bloqunuzu da daim izleyirem. Duzdu yazilariniz ele de muntezem yenilenmir ama aktivlik ve sherhlere soz ola bilmez.
Sadece 20-80 faiz Azerbaycan yazisina yazdiginiz sherhde bizi az qalmishdi ki yixib suruyesizniz rolleyes

Fevral 12, 2008 19:04

14

İlqar bəy, əslində heç qəzəblənmədim. Maraqlı gəldi sadəcə, sizi harda və necə borclu çıxardığım. Bloqumu oxumağınıza sevindim. Yazıların müntəzəm yenilənmədiyindən mənim də xəbərim var.) Amma türklər demiş affola.. İşimlə bir arada bundan artığa gücüm çatmır.
Məsələyə gəlincə, əsla və əsla heç kimə xəyanət etməməyə borclu deyilsiniz. Bu öz işinizdir. Və mənə qətiyyən dəxli yoxdur ki, İlqar bəy öz sevgilisini ya sevgilisinin rəfiqəsini aparır Parisə, ya da ümumiyyətlə tək gedir ki, orda fransız qızı tapar özünə.
Mənim sözlərimi əsla özünüzə aid etməyin, onlar sizin kimi düşünən birinə aid edilə bilməz.
Düz deyirsiniz, qadın qadındır, amma əsl qadın sizin kimi düşünən, qadına xəyanətə normal baxan birindən uzaq duran qadındır.

Fevral 13, 2008 10:11

15
Ilqar yazıb:

I am sorrie Ygun xanim. Yene de bizi yixib surudunuz. Niye biz sizin gozunuze bu evil donda gorunuruk?

Fevral 13, 2008 10:17

16

Ilqar bey, Vallah anlamiram sizi. Yixib suruyub neyledim ki?
Siz Allah qarshisinda gunahkar olursunuz, xeyanete yol vermekle ve ya en azindan onu bu shekilde teblig etmekle.. Mene ne var ki? Gunah menim deyil, xeyanet de mene olunmur.
Burda sherhlerin yeri niye bele dushur, basha dushmurem. sad

Fevral 13, 2008 11:18

17
Vüsal Məmmədov yazıb:

Büyün bu şərhlərdən sonra qərara gəldim ki, yaxın vaxtlarda Azərbaycanlı təfəkkürü və xəyanət haqda bir yazı yazım. Ümid edirəm, maraqlı alınacaq.

P.S. İlqar, Sizinlə razı deyiləm. Qadın olsun, ya kişi - fərq etməz, insan sevdiyinə (ya da heç olmasa birgə yaşadığına) sadiq olmağı bacarmalıdır. Mütləq. Bu, ali məqamdır. Promiskuitet insana yaraşan hal deyil, heyvani haldır.

P.P.S. Şərhlərin sırasının pozulması məni də narahat edir. Yaxşı olar ki, Azeriblog-un proqramçıları bunu nəzərə alsınlar. Yəqin, onlara məktub yazıb, problemdən agah edəcəyəm.

Fevral 13, 2008 11:57

18
Ilqar yazıb:

Aygun xanim men hele ki subayam. Yeqin ki xeyanet dediyiniz menden kecdi. Amma bele sert ittiham etmeyin-zinani tebliq etmek ne bilim ne shocked Vallah elimi qaldirir ve teslim oluram. Sizi bir az daha esebileshdirmemek ucun wink

Fevral 13, 2008 15:22

19

İlqar bey, meni esebleshdirmek rahat olsa da, size qismet olmadı. )
Zinani teblig etmeye gelice ise oz birinci sherhinizi oxusanız size de aydin olar. Bu da sitat: "Beli qadin qadindir. Bezi sheyler kishiye qebahet sayilmaz. Ozune hormet eden qadin ise bele ishleri etmeyi nece reva biler?
Qardash Azerbaycandaki sherait necedirse bacariqli kishi de bu sheraitde ozune bir gun aglayir. Qaldi ki teki kishinin Parise getmeye imkani ve aparmaqa da refiqesi olsun. Ozunun ve yaarvadinin refiqesi ..."
Size yazdigim her bir soz sizin yazdiginiz sozlere bagli olaraq yazilib. Bundan emin ola bilersiniz.

Fevral 13, 2008 16:31

20
DEFNE yazıb:

Dostlar her vaxtiniz xeyir. Diqqetinize gore haminiza teshekkurler!
Nece gundu ki bura gelib baxirdim. Bilmirdim ki size ne yazim sherhlerinize nece cavab verim. Bu gun toparlanib cavab yaza bildim.
Vallah eslinde men aile meselelerinin ictimai muzakireye cixarilmasinin terefdari deyildim. Bunu sadece ona gore yazdim ki menim de icimde Parisle bagli agrili bir noqte var idi. Vusal beyin bu yazisini oxuyanda hemin noqteye toxundu. Izah etmek istedim ki onun yazilarina qarshi hec bir qerezim yoxdu.

Fevral 13, 2008 18:54

21
Defne yazıb:


Vusal bey
ishin icinde hec bir ish yoxdur-emin ede bilerem. Sadece bu adamlarin her ikisini de men ozum secmishem. Ve tanishdirmisham. Belke de yanlish ish gormushem. Amma yanlish da bir naxishdir-deyirler.
Yeqin ki cox az qism qadinin bashina bele ish geler. Ancaq indi daha sayiq olmaqa calishiram. Yeni bir daha bu sehvimi tekrarlamaram ki-onlari televiziya qarshisinda film seyr eden qoyub ozum yatmaqa gedim.
Bir terefden de mene cox maraqlidir. Yeni sonra ne edecekler-deye hadiselerin sonraki gedishini gozleyirem. Bashqa terefden ise insanin oz sevdiyini ve ya secdiyini itireceyini hetta dushunmesi bele dehshetli gorunur.

Fevral 13, 2008 18:55

22
Defne yazıb:

Aygun xanim
Bele qadin solidarliqi gosterdiyiniz ucun teshekkur. Yaxin adamlarinin -erinin ve refiqenin elinden cekdiklerin yetmirmish kimi bir yandan da yene men haqsiz cixariliram. Hele shubhe de edirler ki ishin icinde nese var... Ilqara cavabiniz da ELA! Ona men hec ne yazmali olmadim.

Fevral 13, 2008 18:57

23
Defne yazıb:

Azade xanim
nezaretde saxlamaqi bacarsaydim ela olardi. Dozurem de demezdim. Doqrudan da heyatdi da... Menim de qismetime bunlari yashamaq dushub. Meseleni acsam bir dava salsam ne cixacaq?
Deyim ki kishilerin bashqa qadina ehtirasli maraqlarini ve daha irelileyen emellerini dehshetle qarshilamiram. Yeni konkret desem-shehvetden dogan xeyanete dunyanin sonu kimi baxmiram. Menimcun en boyuk xeyanet kishinin bashqa qadina meqsedli shekilde oz arvadindan pis sheyler danishmasidi. Bu shuurlu suretde edilir ve mence daha bagishlanmazdi.

Fevral 13, 2008 18:58

24
Defne yazıb:

Yaqut xanim
Siz deyenleri elemek cox asandir. Amma mene menasiz gorunur. Bu belke de shuuraltindan gelen bir diqtedir.
Ancaq biz hetta kucede qarshilashiriqsa bele onlar ele salamlashib gorushurler ki
menim de burada oldugumu sanki unudublar.
Indi her defe kucede ve ya evde bir hay-hesir salsam gorun nece olar? Odur ki seyrci movqeyindeyem.
Bir deqiqede her sheyin ustunden xett cekmek ve her sheye sifirdan bashlamaq cox cetindir. Sadece bir sheye emin oldum ki refiqeni cox iceri buraxmaq qadina elave bashaqrisi getire biler.

Fevral 13, 2008 18:59

25
Defne yazıb:

Dostlar her vaxtiniz xeyir. Diqqetinize gore haminiza teshekkurler!
Nece gundu ki bura gelib baxirdim. Bilmirdim ki size ne yazim sherhlerinize nece cavab verim. Bu gun toparlanib cavab yaza bildim.
Vallah eslinde men aile meselelerinin ictimai muzakireye cixarilmasinin terefdari deyildim. Bunu sadece ona gore yazdim ki menim de icimde Parisle bagli agrili bir noqte var idi. Vusal beyin bu yazisini oxuyanda hemin noqteye toxundu. Izah etmek istedim ki onun yazilarina qarshi hec bir qerezim yoxdu.

Fevral 13, 2008 19:01

26
Nurlan yazıb:

Bilmirəm burda nə dərin söhbətlər gedir amma mən yazıya reaksiya bildirmək istərdim.
Qardaşım halal olsun bu yazıya görə. Düşünən beyinlərə hörmətim sonsuzdur smile İcazə versən öz blogumda bundan istifadə edim smile

Fevral 16, 2008 5:25

27
Vüsal Məmmədov yazıb:

Salam, Nurlan.
Əlbəttə ki, bloqumdakı istənilən materialdan istinad etmək şəryilə faydalana bilərsən.
Sənin saytın xoşuma gəldi. Təklif edirəm, qarşılıqlı keçidlər yerləşdirək.

Fevral 16, 2008 13:05

28
Nurlan yazıb:

Belə baxanda Mikrosoftun ömrü az qalıb smile

Fevral 19, 2008 3:26

29
Oxatan yazıb:

bu bilal Qiyas əmi ilə əlaqəli deyilən hər sözdə sadəcə gerçək payı var. elə ona görədə Lütfüzadə kəşflər etmək üçün yaşamağa buranı seçməyibdi...

Fevral 19, 2008 18:58

30
Defne yazıb:

Vusal bey xahish edirem bloqdaki sherhlerin yerinin bele bash ayaq dushmesine encam cekin. Bu qeder sherhin arasinda yeni yazilani tapmaq ucun ayin tarixlerini axtarmali oluram. rolleyes

Fevral 19, 2008 22:05

31
Cavidan yazıb:

Salam, salam, salam...
Ümid edim ki, hər kəsin işləri qaydasınca gedir...
Kişilərimizə səbr, qadınlarımıza cəsarət arzu edib də burada yazan Yaqut xanımdan xahiş edim desin, mənim hansı şeirlərim onu qeyzləndiribmiş...?-))
Sadəcə maraq xətrinə...
Vüsal bəy, bloqunuz super maraqlıdır, inanın...

Fevral 21, 2008 20:53

32
Yaqut yazıb:

Cavidan salam. Ümidvaram ki sən qeyzlənməmisənredface
Deyəsən məni ikinci dəfə şərh yazmağa vadar edəcəksiniz-siz yəni izlədiyim bloqşular. Yəqin ki Vusal bir söz deməz burda başqa bloqlari müzakirəyə çıxarsam. Amma keşid eləyib sənin öz bloqunda etirzlarımı bidirəcəm. Söz smile İndi Vüsalın Qarabaq yazısına ilişmişəm.

Fevral 23, 2008 14:14

33
Taleh yazıb:

Cox gozel bir tapinti Vusal efendi!

Fikrimce, Azerbaycanda Bill Qeytsin yetismesi ucun hec bir serait yoxdur dogrudan da.1) Azad bazar- iqtisadi tesebbus ozgurluyune teminat veren 2) azad cemiyyet- ferdi heyat terzinin orijinalligina hormet eden 3) Tehsil sistemi 4) huquqi dovlet- her bir shexsin heyatinin ve mulkiyyetinin toxunulmazligina teminat veren sistem olmadigina gore...

Amma menim aglima bir sual da geldi ve men bunu senin bu koshene cavab olaraq belke yazdim- eger basim ayilsa. Goresen, Bill Qeyts Azerbaycana kocseydi nece yasayardi? Eskudero kimimi?

Mart 1, 2008 15:25

34
Nurlan yazıb:

Bu da ilk Microsoft Corp.
http://ne-geldi.com/wp-content/uploads/2008/02/378641553-62005be599.jpg

Mart 5, 2008 9:17

35
Arzum yazıb:

Salam.
Bill Qeyts haqda gezirdim tesadufen sizin yazdiginiz yaziya gelib cixdim. Inanin allaha o qeder marali geldi ki mene tesevvur etmesiniz. Hem maraqli hem cox yuksek seviyyeli hazirlanmish bir maqale idi. sag olun Allah razi olsun!

Sentyabr 11, 2008 15:52


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha