Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! Fevral 12, 2008 18:38 tarixində, Vüsal Məmmədov tərəfindən, "oriyentir" bölməsində yazılib       Şərhlər(26)      Oxunub:472
Məsələ o qədər böyükdür ki, haradan girişmək haqda qərara da gələ bilmirəm; üstəlik, mövzunu düzgün formulə etməkdə çətinlik çəkirəm... Əvvəlcə məqsədim “sevgi” anlayışına milli təfəkkür və mentalitet kontekstində baxmağa cəhd etmək idi. Amma sonra iş o qədər qəlizləşdi və dərinləşdi ki, heç bilmədim, haralara gedib çıxdım.
Bilirsinizmi, ilk olaraq nə yazmaq istəyirdim? Neçə vaxtdır başımda belə bir fikir dolaşırdı ki, təfəkkür ancaq DİL sferasında, məkanında mövcuddur; dildəki anlayışlardan kənarda təfəkkür ola bilməz; bizim dilimizin imkanları təfəkkürümüzün hüdudlarını müəyyənləşdirir; təfəkkürümüzün keyfiyyəti (gücü) dilimizdəki sözlərin ifadə imkanlarıyla birbaşa bağlıdır.

Dildəki sozlərin istər mücərrədliyi, istərsə də konkretliyi ifadə etmə imkanları nə qədər genişdirsə, həmin dildə danışan insanların idrak və düşüncə qabiliyyəti də o qədər əhatəli olacaq. Yəni təxminən belə: beyni əgər kompüterə bənzətsək, dil – onun işlədiyi əməliyyat sistemidir...
Bura qədər gələndən sonra hər şey çox nəzəri alınmasın deyə, keçdim praktikaya: eyni mövzular haqda bildiyim üç dildə ayrı-ayrılıqda fikirləşməyə cəhd etdim. Və sevgi haqda düşünəndə belə bir durumun fərqinə vardım ki, “Mən səni sevirəm” ilə “I love you” ifadələrinin arasında əslində yerlə göy qədər fərq var. Baxın: əgər ingilis gənc “I love you” deyirsə, bu sözlər özündə təxminən belə bir mesaj daşıyır: “Mən səndən xoşlanıram və səninlə ÜNSİYYƏTdən tutmuş, SEKSə qədər münasibətlərin bütün palitrasını yaşamaq istərdim. . . (və sair və ilaxır)”. Qarşı tərəf də təbii ki, ondan nələrin istədiyini anlayır və buna uyğun olaraq vəziyyəti dəyərləndirir. Həm ingilislərdə, həm də ruslarda Sevgi ilə Seks arasındakı bağlılıq (və əks əlaqə) o qədər birmənalı və təbii qəbul olunur ki, “to make love” və «заниматься любовью» ifadələri həm də elə sekslə məşğul olmaq anlamı verir. Demək istədiyim odur ki, onlar üçün sevgi – qətiyyən mücərrəd deyil, praktik niyyətdir: insani münasibətlərin sonrakı inkişafı üçün nəzərdə tutulan istiqamətdir.
Amma bir azərbaycanlı gənc əgər sevdiyini söyləyirsə, sizcə o, nə demək istəyir? Səmimi deyim ki, mən bilmirəm. Əminəm ki, özü də bilmir. Çünki bizdə sevgi – tamamilə mücərrəd bir anlayışdır: bu, Məcnunun dəli olmasıdır, Kərəmin yanmasıdır, nə bilim, Əslinin düymələrinin avtomatik bağlanmasıdır. . . bir sözlə, insanlararası münasibətlərdə praktik heç nə ifadə etməyən hər şeydir. Azərbaycanlı üçün sevgi – instinktlərin abstraksiyasıdır. Ona görə də beş uşaq atası olan bir şair kitabının adını “Ovuda bilmədim mən bu sevgini” qoyur. Binəva necə ovutsun ki, sevgi onun üçün həmişə abstraksiya olub, heç vaxt konkret heç nə ifadə etməyib. Bizim üçün sevgi özü PROSES olaraq yoxdur, ancaq onun yanlış olaraq mümkün nəticəsi sayılan ailə var. Halbuki sevgi nəticə ola bilməz – o, prosesdir; onu ancaq və ancaq proses kimi də yaşamaq olar – nəticəsi ola da bilər, amma bu, artıq ayrı mövzudur. Biz bunu qəbul etmirik. Bizim üçün sevgi –mentalitet kitabına yazılmış hökmdür: ya sevdiyinlə ailə qur, ya da ailə qurduğunu sev! Başqa bütün hallar – mənəvi cinayət sayılır. Bizdə sevgi – məişətdən kənarda mövcud deyil. İnsan sadəcə özü, öz zövqü, öz xöşbəxtliyi üçün sevə bilməz, o, mütləq atasını, anasını, nəslini, iş yoldaşlarını, qonşusu Bircəxanım xalanın həyətdəki arvadlara nə deyəcəyini fikirləşməlidir, hisslərinin ictimai çəkisini götür-qoy etməlidir. Bu qədər zırıltının içində incə bir hiss necə yaşaya bilər? Ona görə də mən əminəm ki, bizim cəmiyyətdə sevgi yoxdur, onun haqqında formalaşmış təsəvvürlər var. Hamı təsəvvür edir ki, "yəqin, sevgi deyilən bu cür olmalıdır, yəqin, mən sevirəm..."
Amma söhbət heç də təkcə sevgidən getmir axı. Görün, gəlib haralara çıxdıq. Bizim təfəkkürümüz bir çox başqa anlayışları da mücərrəd, təkölçülü şəkildə qəbul edir. Nəticədə idrak imkanlarımız daralır, bu da özünü həyatımızda göstərir. Demək istədiyim əslində, bax, bu idi.




1

Sevgi...nə qədər əcnəbilərin fikrində sevgi bir proses şəklində olsa da, yenə də mücərrəd sözcükdür. Yoxsa bu hiss haqqında minlərlə kitab nəşr olunmazdı. Hərə üçün sevginin bir anlamı var, sizin üçün də eləcə.
Kimin üçünsə sevgi tam platonikliyə dayanır, sevdiyi insana toxunmaq belə istəmir. Ya da Məcnun kimi, ona sahiblənmək istəmir, bu da nə olur, sufi məhəbbəti, ya dəlilik, ya da saf sevgi? Bilən yoxdur.
Kimisi sevib toxunmaq istəyir, kimisi toxunduğuna ashiq olur. Sevgi hər insanın az-çox yaşadığı, amma qavramadığı bir hissdir. Məşhur hind traktatlarının birində sevginin 3 cazibənin birləşməsindən əmələ gəldiyi söylənilir. Choxunuz yeqin ki, bilir ureklerin cazibesi dostluq, beyinlerin hormet, bedenlerin cazibesi istek yaradir, uchu bir yerde sevgi yazilib Shaftali yarpaqlarinda.. Amma, zennimce, sevgi de nese mistik bir shey de var. Tek bu uchu ile bitmir mesele.
Yeni son sozum beledir ki, hisslerimiz sozlerimizde sadeleshe biler, deyishe de, amma haminin, milletinden asili olmayaraq mucerred dushunceleri var sevgi haqqinda.
O ki, qaldi mentalitete. O sozun esl menasinda insanlari sixir. En agiri ise hetta nigahli, bir-birini seven insanlarin chox vaxt cemiyyetin baxishi namine hisslerini oldugu kimi gostermemekleridir.

Fevral 13, 2008 17:01

2
Vüsal Məmmədov deyir ki:

Düzü, mənim də əsas etirazım məhz mentalitetin insan azadlığını sıxmasınadır.

Aygün, Sənin şərhin çox maraqlıdır. Baxmayaraq ki, mən yenə də sevginin bütün hallarda mücərrədlikdən çıxmasına tərəfdaram. İnsan nə istədiyini dəqiq bilməlidir.

Fevral 13, 2008 17:24

3
Vüsal Məmmədov deyir ki:

Aygün, yazdığın şərhlərdən çox kitab oxuyan olduğun anlaşılır. Maraqlıdır: daha çox nə oxuyursan? Misal üçün, oxuduğun sonuncu 3 (4, 5) kitabın adını lütfən yazarsanmı?
Bir də, sirr deyilsə, sənin təhsilin nədir?

Fevral 13, 2008 17:34

4

Sizin etirazinizi tam suretde anlayiram, Vusal.
Ixtisasim "Bank ishi", hal-hazirda az-chox marketinqdeyem. Bu sebebden oxudugum kitablarin ekseriyyeti marketinqdendir. Marketinqe gec gelmishem, demek olar ki, bloqumdan bir az evvel, ona gore bu boshlugu doldurmaq uchun chox kitab oxumaq lazim idi. Ikinci, yeri her halda psixologiya tutur, bir az da parapsixologiya. Bedii eserler de oxuyuram. Son zamanlar Patrik Zyusindin Etriyyatchisini (Parfumer) oxumaga bashlamisham ve yazi terzine heyranam. Ondan evvel Yanush Vishnevskiy "Shebekede tenhaliq" ( Odinochestvo v seti), ondan da evvel Heminquey "Po kom zvonyat kolokola"(tercumesi chetin oldusmile..
Amma demezdim ki, chox oxuyan biriyem, sadece orta statistik azerbaycanlidan ferqli olaraq oxumaq menim uchun eylence novlerinden biridir. Kimse eshitse, dushunecek ki, kitabla az qala bitishmish, kitab qurdu adina layiq biriyem ki, eylencem bu tipdir, amma hech de ele deyil, kifayet qeder ekstravert insanam. Insanlarla munasibetime ve unsiyyete ise soz ola bilmez. Bir az pis chixdi, bu terif deyildi, sadece isteyirem ki, bizim millet basha dushsun ki, kitab oxumaqla her hansi bashqa keyfiyyetleri bitishdirmek olar. Teessuf ki, bizde oxuyan azdir, ona gore nisbtede chox oxuyan kimi gorune bilirem.
Master ve Marqaritani oxumamisham. smile Ozum de bilmirem nece olub bu. Etriyyatchidan sonraki bedii kitabda hedeflerim o ve Kod da Vinchidir. Amma proses her halda uzun surecek, chunki eyni zamanda hem marketinqden nezeriyye oxuyuram, hem marketinq qurularindan kiminse kitabini, bir dene pozitiv dushunceye aid mutleq, bir de bedii dushunce terzini inkishaf eletdirecek bir kitaba bashlayiram.

Fevral 14, 2008 10:35

5
Vüsal Məmmədov deyir ki:

"Parfümer" mənim də ən çox sevdiyim əsərlərdəndir. Təxminən 5-6 il əvvəl oxumuşdum. Mükəmməl üslubda və texnikada yazılıb. Ondan sonra Züskindin "Kontrabas" əsərini də tapıb oxudum. İki il əvvəl Tom Tıkver "Parfümer"in filmini də çəkdi, amma qəribədir ki, hələ də baxmamışam. Bəlkə də daxilən bir qorxu var ki, romandan aldığıım zövq itə bilər, ona görə...

Mən özüm əvvəllər kitabqurdu olmuşam, sonra mutasiya etdim smile))) İş və mətbuatı davamlı izləmək zərurəti, təəssüf, ürəyim istəyən qədər oxumağa imkan vermir.

Amma maraqlıdır ki, mən sənin əsas ixtisasının məhz marketinq olduğunu zənn etmişdim. Çünki o sahəyə çox yaxşı bələd olan bir insan təsiri bağışlayırsan.

Fevral 14, 2008 11:53

6

Vüsal, Parfumer heqiqeten chox gozel yazilib ve deye bilerem ki, Tom Tikver olmasin, kim olur olsun, o gozelliyi(kimse iyrenclik hesab edir belke de) eks eletdire bilmez.
Amma film de chox gozeldir. Deye bilerem ki, son iller gorduyum iki en beyendiyim filmden biridir. Men ele birinci filme baxdim, sonra dushundum ki, oxumaq lazimdir ki, bu eser nece olub ki, bele gozel film yarada bilibler.
Mence, siz filme baxin, qeyd etdiyim kimi, eser qeder olmayacaq. Amma yene de film chox ugurlu alinib, heyranedici. smile
Teessuf ki, marketinq ixtisasim deyil, marketinqden hal-hazirda dissertant olmaga hazirlashiram. Bele gorsenmeyin sebebi, normalda 3-4 ilde oxunacaq qeder kitabin 3-4 aya oxunmasidir. Deyerdim ki, butun informasiya hele tam olaraq beynimde yerini tutmayib, ele bil reflerin yeri qarishiq dushub, tecrubeye ve zamana ehtiyacim var. Chox isteyerdim ki, bashdan bu yolu gedim. Iqtisadiyyati, daha deqiq desem maliyye-krediti sechmeyimle hech razilasha bilmirdim, hetta sizin evvelki yazidaki kimi bir-neche defe her sheyi atib yeniden bashlamaq istemishem, amma agil dualarinin effekti olub. smile
Iqtisadiyyatda qaldim, sonra marketinqe birteherle kechid ede bildim ve heqiqeten bu meni chox sevindirir.

Fevral 14, 2008 12:09

7
Defne deyir ki:

Her vaxtiniz xeyir! Nehayet ki qayqilardan bash aca bildim. Ve derhal buraya bash cekib ele bele baxmaq istedim.

Vusal bey ingilisin ve ya rusun kimese bildirdiyi sevgi hissleri yataqda azerbaycanlinin kimese bildirdiyi sevgi hissleri meishetde eriyir.
Bizim mentaliletin ve tefekkurun burda ne gunahi var ki? Adam sevgilisi ile bulvari gezib otelde gorushub restoranda yemek yeyib kinoteatrda film seyr edib sonra da kucede opushub ayrilirsa – bura hec bir meishet qarisha bilmez. Bu iki adami bir-birine baglayan ve hansisa bir muddetde bir yerde saxlayan yalniz sevgi olur. Eger ki bunlardan sonra bir qapidan kecib eyni eve gelirlerse demeli ki meishet donemi de bahslamalidir. Tebii ki bu halda seven her kesin uzerine elave mesuliyyetler de dushur.

Bu hissi yahsayan her adamin sayi geder muxtelif cavab almaq olar –Sevgi nedir sualina. Toyqabaqi hay-kuy filminin qehremani Meriye nishanlisi demishken-Sevgi naqillardaki kimi bir shey deyil. Sevgi ele sevgidir. Sevgi elahidde gozel bir hissdir. Onu yaratmaq her kese nesib olmur. Sevgini yashatmaq lazimdir. Ne qeder omru olacaqsa bu muddetde gozel yashatmaq. Ebedi hec ne olmadiqi kimi sevgi de ebedi deyil. Bir gun onun da omru bitib tukenecek.
Bu gozel nemeti elinde saxlamaq ise biz ya qerbli ve ya her hansi tefekkur sahibin ucun cooooox cetindir-eynen qashiqdaki bali daqitmamaq kimi.
(Kitab qurdu olduqunuzdan eminem ki Paolo Koelhonun Santyaqosunun elinde gezdirdiyi qashiqi nezerde tutduqumu anladiniz.)

Fevral 19, 2008 13:06

8
M.M. deyir ki:

...Ya sevdiyinle aile qur ya aile qurduqunu sev-frazasi senin hacansa yazdigin bir bashqa frazani xatirlatdi mene – Insanin imkanlari istekleri ile uyqun gelmirse onda isteklerini imkanlariina uyqunlashdirmalidir.

Bizim ucn sevgi mentalitet kitabina yazilmish hokmdur. Bashqa butun hallar menevi cinayet sayilir. Tekce cinayet deyil. Bashqa butun hallar hem de –XEYANET adlanir. Mence kecen yazilarin birinde bele yazmishdin ki xeyanete pis baxirsan?
Cavabi yazili ve shifahi shekilde de catdirmaq olar. Dogrudan da gor gelib haralara cixdiq?

Fevral 19, 2008 13:18

9
Vüsal Məmmədov deyir ki:

Salam, M.M.
Sənin profilin (dəst-xəttin) mənə tanış gəldi.
Haradansa tanıyırammı səni wink ?
Amma səmimi deyim ki, konkret nə soruşduğunu anlaya bilmdeim. sad

Fevral 19, 2008 13:22

10
M.M. deyir ki:

Tanimadinsa tebii ki ne demek istediyimi de bilmeyeceksen.
Gercekden tanimadigini kecmek olar. Tanimaq istememen-bagishlanmazdir. sad

Fevral 19, 2008 13:59

11
Vüsal Məmmədv deyir ki:

Hər vaxtınız xeyir, Dəfnə xanım!

Sevgi vs məişət - çoox köhnə və çooox mübahisəli bir mövzudur. Məişət sevgii öldürürmü? İki sevgili əgər sevginin idilliyasından uzaqlaşaraq, bir yerdə kartof-soğan, pampers, dolanışıq, qaynana-qaynata və sair və ilaxır belə mövzular haqda danışacaqlarsa, onda sevgi qalacaqmı?

Həlledici sual: Ailənin çərçivəsi daxilində sevgi idilliyasını qoruyub yaşatmaq mümkünmü?

Düzünü deyim: mən bilmirəm!!!

Yanaşmam isə belədir ki, burada artıq hər şey qadından, daha dəqiqi, onun kişini məişətlə nə qədər yükləməsindən asılıdır.

Amma yox, vicdansız olmayım: hər şey ondan asılıdır ki, hər iki sevgili bir-birini hansı dərəcədə göydən yerə endirirlər?
Sevgi xırda problemlərin həllinə sərf olunarsa, təbii ki, məhv olub gedəcək.

Hər halda, bir xanım kimi Sizin fikrinizi bilmək daha maraqlı olardı.


Fevral 19, 2008 18:01

12
Casp deyir ki:

Burada Vüsal bəyin yazdığı əksər fikirlərlə razıyam. Ancaq onu da deyimki elə bizdə də sexlə sevgi məhvumu üst üstə düşür . sadəcə qəbul olunmur.
sevgi haqqında növbəti yazı. bura da məncə bizdəki sevgi haqqında düşüncələri fərqli şərh edərək düzgün toxuublar
http://www.oxatan.com/2008/02/14/14_ferval_sevgilil601r_g252n252.html

Fevral 21, 2008 13:13

13
Defne deyir ki:

Salam Vusal bey. Adeten men sizə sual verməyə vərdiş etmişdimrolleyes '
Əvvəlcə etirazimi bildirim, sonra nə fikirləşdiklərimi aram-aram xirdalaram.
Deyin görüm, iki nəfər sevgidən, şerdən və yataqdan gunlər, aylar, illər ərzində nə qədər söhbət edə bilər? Bu da əvvəl-axir usandircaqdir.(Eyni mövzunu necə dəfə tekrarlamaq, eyni yeməyi yemək kimi)

Sevgi idilliyyasindan uzaqlaşib məişət və ya filan iş barədə sohbət etmək sevgini qətiyyən öldürmür. Ya əl-ələ tutub kinoteatra getmək, ya da əl-ələ tutub bazara getmək – birində kinonun süjetindən ve ya rejissorundan danişacaqlar, digərində iki sevgilini aclıqdan qurtaracaq qida məhsullarindan və onu satanin tərəzisindən.

Bəli! Ailə cərcivəsində sevgini qoruyub saxlamaq tamamilə mümkündür. Sizin kimi bölgü aparıb məişəti təkcə qadinin vəzifəsinə yazmaq ədalətsizlikdir. Birgə məişət hər iki sevənə –və ya hər bir ailə üzvünə bərabər payda aiddir.

Belə bir mənzərəni gözünüzün önünə gətirin. Gənc bir qadın gün ərzində qaçır aptekə, uşağına yemək və pampers alır, dükana qaçır, yemək tədarükü görür, mütləq əri axşam qayıdanda şux görünməli və gülümsəməlidir. Evdə –yoruldum-demək kişiyə aiddir. Qadın gecəni uşağa baxmaq üçün qalxır-kişi qışqırır ki işığı söndür. Qadın pampers dəyişir-kişi burnunu tutub üzünü turşudur. Və səhər açılanda isə yuxusuzluqdan gözlæri şişmiş dağınıq saçlı arvadına baxir və düşünür ki sevgisi bitib. Bu yaxşı halda olur. Adətən bizim kişilər fikirləşirlər ki bunu necə sevmişəm_ confused

Onu demek istəyirm ki sevgini xirda görünən problemlərin həllinə sərf eləmək yox irili –xirdali bütün problemləi sevgiylə həll etmək olar. Ən əsası da odur kı, hər iki sevən eyni şeyi istəsin.
Birinci hissənin sonu.
Mənim şərhim Sizin məqalənizdən uzun olmasın deyə iki hissəyə ayırmalı oldum.

Fevral 21, 2008 19:35

14
Defne deyir ki:

İkinci hissə

Yazırsınız ki-amma yox, vicdansız olmayım: hər şey ondan asılıdır ki, hər iki sevgili bir-birini hansı dərəcədə göydən yerə endirirlər? Bəli, sevgi insanı göylərə ucaltmağa qadırdır. Bəs niyə göydəki sevən yerdəki sevgilisini öz yanina galdirmasin axı?

Məncə bu sevgiyə insanın necə yanaşmasından asılıdır.
Həmçinin sevdiyi insana necə yanaşmasından asılıdır.
Məsələn, O.D. Balzakin dediyinə görə, qadın 30 yaşlarında daha sevilməli olur. G.D. Mopassanın yazdıqlarına inansaq – qadına 40 yaşindan sonra çılğın bir məhəbbət gəlir. Ama bizim kişilər 15-19 yaşlı qız axtarırlar…

Segi bir ilahi nemətdir və bu nemət hær insanin tarlasında göyərmir. Tarladaki taxılı dərmək və ya qurd-quşa yem etmək isə insanln öz əlindədir. Bu taxılı un, çörək və ya paxlava (un məmulatları çox çeşıdli olduğundan hamısını yazmam mümkünsüzdür) halına gətirib çıxarmaq da sevənin özündən asılıdır. Unudub sobada yandırmaq da olar. redface

Yenə də o fikirdəyəm ki sevgi əbədi deyil. Amma bu gözəl bir xammaldır axı. Bu xammalın birdəfəlik istifadədən sonra yararsız hala salınması yolverilmæzdi. Ondan gözəl-gözəl şeylər yaratmaq mümkün ikən.

Mən bir dəfə operada fasilə zamani qol-qola gəzişən bir nənə-baba gördüm. Bu cütlük gənc sevgililərdən daha ilıq və daha müsbət enerji verirdi insana. Ola bilsin ki, onların bu yaşda sizin-bizim düşündüyümüz kimi çılğın sevgiləri yox idi. Öz xammallarından nə bişirmişdilər bilmirəm, amma ömürlərinin sonuna qədər yeyib doya bilirdilær. Bunun şahidi oldum.



cool

Fevral 21, 2008 19:43

15
Defne deyir ki:

İkinci hissə

Yazırsınız ki-amma yox, vicdansız olmayım: hər şey ondan asılıdır ki, hər iki sevgili bir-birini hansı dərəcədə göydən yerə endirirlər? Bəli, sevgi insanı göylərə ucaltmağa qadırdır. Bəs niyə göydəki sevən yerdəki sevgilisini öz yanina galdirmasin axı?

Məncə bu sevgiyə insanın necə yanaşmasından asılıdır.
Həmçinin sevdiyi insana necə yanaşmasından asılıdır.
Məsələn, O.D. Balzakin dediyinə görə, qadın 30 yaşlarında daha sevilməli olur. G.D. Mopassanın yazdıqlarına inansaq – qadına 40 yaşindan sonra çılğın bir məhəbbət gəlir. Ama bizim kişilər 15-19 yaşlı qız axtarırlar…

Segi bir ilahi nemətdir və bu nemət hær insanin tarlasında göyərmir. Tarladaki taxılı dərmək və ya qurd-quşa yem etmək isə insanln öz əlindədir. Bu taxılı un, çörək və ya paxlava (un məmulatları çox çeşıdli olduğundan hamısını yazmam mümkünsüzdür) halına gətirib çıxarmaq da sevənin özündən asılıdır. Unudub sobada yandırmaq da olar. redface

Yenə də o fikirdəyəm ki sevgi əbədi deyil. Amma bu gözəl bir xammaldır axı. Bu xammalın birdəfəlik istifadədən sonra yararsız hala salınması yolverilmæzdi. Ondan gözəl-gözəl şeylər yaratmaq mümkün ikən.

Mən bir dəfə operada fasilə zamani qol-qola gəzişən bir nənə-baba gördüm. Bu cütlük gənc sevgililərdən daha ilıq və daha müsbət enerji verirdi insana. Ola bilsin ki, onların bu yaşda sizin-bizim düşündüyümüz kimi çılğın sevgiləri yox idi. Öz xammallarından nə bişirmişdilər bilmirəm, amma ömürlərinin sonuna qədər yeyib doya bilirdilær. Bunun şahidi oldum.



cool

Fevral 21, 2008 19:43

16
Defne deyir ki:

Bu tehlukesizlik kodu ya qoyçur sherh getsin ya da birini tekraren buraxir suprised

Fevral 21, 2008 19:47

17
vüsal məmmədov deyir ki:

Salam, Dəfnə xanım!

Deyəsən, ürəyiniz doludur smile Kişilərdən yaman yanıqlı görünürsnüz.. "Neyləyib sənə bu Şura hökuməti?" sitatı yadıma düşür.

Birincisi, əgər şəxsən Siz məişət qayğılarına baxmayaraq, sevginizi qoruyub saxlamağı bacaran xanımsınizsa, Mən Sizin qarşınızdsa baş əyirəm. Bu, həqiqətən çox böyük qadın olmaq deməkdir.

İkincisi, səmimi deyirəm ki, Azərbaycan kişisi haqda yaxşı fikirdə deyirəm. Xüsusilə onun arvadbazlığına nifrət edirəm. Məhz Azərbaycan kişisinin arvadbazlığında nəsə ikrah doğuran, səviyyəsiz, heyvani bir şey var. Bu, zövqdən yox, heyvani instinkrdən gəlir. Zövqdən gəlsə, bəlkə də bağışlamaq olardı. smile))

Üçüncüsü, yaşa gəlincə, 15-19 deyəndə, məncə, ağ eləmiiniz - 15 yaşlı qız uşaqdır. Sadəcə, uşaq. Onun rəfiqələriylə oynayan vaxtıdır.

"Balzak dövrü" haqda deyilən düzdür - gerçəkdən də, 30 yaşdan sonra xanımların ikinci baharı başlayır. Hətta bu dövr indi xeyli geri çəkilib: Dünyanın məşhur kosmetika şirkətləri "50-dən sonra qadın gözəlliyi" devizini raskrutka etməklə məşğuldurlar. Alınır da. Sevimli sima-faktları da var: Şeron Stoun, Endi Makdauell və s.

Amma 40-dan sonra gələn məhəbbətə (buna da Mopassan dövrü deyək) gəlincə, bu haqda hələ ki təcrübəm yoxdur smile)). 10 idən sonra, inşallah, bu barədə fikirlərimi Sizinlə paylaşaram.

Uğur, xoşbəxtlik və gözəllik arzulayıram sizə. Bir az da xoşgörü.

Fevral 22, 2008 10:58

18
Taleh deyir ki:

Vusal Efendi, ellerine sagliq, cox gozel yazmisiniz. Menim fikrimce, "Men seni sevirem"le "I love you" arasinda bir bagliliq var- ISTEMEK. Mence esl sevgi eks cinsden ne ise istemek deyil, ona NELERSE vermekdir. Ancaq, bizim milli mentalitetde VERMEK hedden artiq pis sozdur )))

Fevral 22, 2008 17:45

19
Vüsal Məmmədov deyir ki:

Salam, Taleh əfəndi! Bloquma xoş gəlmisən.

Sənin şərhlərini daha tez-tez görmək istərdim. Lütfən, bizi bundan məhrum etmə.

Fevral 22, 2008 19:47

20
Defne deyir ki:

Vusal yene de salam.Ve teshekkur!
Konkret halda yani ayriliqda mene kisiler hec ne elemeyib.

Amma yene size sual vermeli oluram. Kosmetika qadina lazimdir yashi kecen qadinlara xususile gerekdir. Kosmetika shirketleri reklamda niye Sheron Stouna ustunluk verirler? Meger ondan savayi yashi 40-i kecen ve hem de gozel gorunen qadin yoxdur? Ona gore ki o qadin kishiler ucun sexs-simvoldur? Yani siz kishilerin shurlarindami ya shuuraltindami deyek gozel qadin ancaq sexs-simvol olanidir? confused

Fevral 23, 2008 14:50

21
Vüsal Məmmədov deyir ki:

Of, Dəfnə! Off, Dəfnə!! Offf, Dəfnə!!!

Bəli, Sharon Stone sex-simvol idi. İndisə 52 yaşı yar və QADIN CAZİBƏSİNİN YAŞDAN ASILI OLMAMASININ SİMVOLUDUR.

Bəli, kişilər seksi qadınları sevirlər. Burda pis nə var ki? Bilin: qadın əgər kişinin diqqətini çəkmirsə, hisslərini oyatmırsa, kişi üçün o qadın sadəcə olaraq, YOXDUR.





Fevral 24, 2008 13:55

22
Bayraqdar deyir ki:

sevgi grin grin grin grin grin

Mart 3, 2008 1:01

23
Bayraqdar deyir ki:

Ay menim basi dolu cibi bos Vetendaslarim men de oz fikirimi bildirecem sevgiye grin grin bizim bu zamenede sevginin sevismey(yalasmaq opusmey ne bilim yatmaq sex ve.s) le sehv salirlar.mence insan bir defe sevir ve men hal-hazirda bunu yasayiram redface bu gun men sevirem demeyden qorxuram ve ona gorede belkede punhan sevirem cunki sevginin anlami itib ve menim sevgimin hemin sevgilerle muqayise edilmesinnen qorxuram. cry cry cry

Mart 3, 2008 1:21

24
Mehriban deyir ki:

-ehh, Vusal, Vusal... smile

Mart 19, 2008 16:18

25
elena deyir ki:

men sex sekıllerıne baxmaq ısteyırem

Aprel 20, 2008 19:18

26
Vüsal Məmmədov deyir ki:

Elena, ünvanı bir az səhv salmısan. İnternetdə sex şəkilləri olan saytlar "n" qədərdir. Özün tapa bilmirsənsə, sənə ünvanını deyə bilərəm.... lol

Aprel 22, 2008 0:43

De, gəlsin:

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha