Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 30
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 68
Ümumi hit: 114530
Müxtəlif
Qarabağ yumşalmaları
Ermənistandakı prezident seçkisinin Azərbaycanda ən maraqla izlənən
tərəflərindən biri də namizədlərin Qarabağ məsələsinin həllinə yanaşmalarıdır. Bəri başdan deyək ki, iki əsas namizədin – Serj Sərkisyanla Levon Ter-Petrosyanın seçki platformalarında Qarabağ probleminin həllinə münasibət bir-birindən köklü şəkildə fərqlənir. Gəlin, nəticə çıxara bilmək üçün hər iksinin əsas məqamlarına nəzər salaq.
“Qarabağ klanı”nın təmsilçisi Serj Sərkisyanın platformasında münaqişənin həllilə bağlı üç əsas müddəa var. Və maraqlısı odur ki, bunlar Sərkisyanın indiyə qədər dəfələrlə səsləndirdiyi fikirlərdən müəyyən qədər fərqlənir. Belə ki, indiyə qədər Köçəryan hökumətinin və onun bir üzvü olan Sərkisyanın Qarabağ probleminin həllinə yanaşmada əsas 3 prinsipi var idi:
1. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi ola bilməz;
2. Dağlıq Qarabağ anklav olaraq qala bilməz və mütləq Ermənistanla quru sərhədi olmalıdır;
3. Qarabağın təhlükəsizliyinə beynəlxəlq təminat verilməlidir.
İndi isə Sərkisyanın seçkiönü kampaniyasında həmin prinsiplər bu cür formulə olunub (bir-biri ilə tutuşdurun və müqayisə edin):
1. Xalqın öz müqəddəratını təyinetmə hüququ dünya tərəfindən tanınmalı və onun reallaşdırlması üçün şərait yaradılmalıdır;
2. Qarabağın və Ermənistanın ümumi sərhədi olmalıdır;
3. Qarabağın əhalisinin və sərhədlərinin təhlükəsizliyi təmin edilməlidir.
Göründüyü kimi, dəyişiklik var və xüsusilə də daha prinsipial olan 1-ci bənddə nəzərə çarpır. Maraqlıdır: seçkiqabağı təbliğat kampaniyasında bu prinsiplərin yumşaldılması nədən xəbər verə bilər? Bu, onu göstərmirmi ki, erməni xalqı artıq Qarabağ problemilə bağlı sərt yanaşmalardan, onun həllini tapmamasında bezib və cəmiyyətdə münaqişənin çözümünə ciddi sosial sifariş var? Hətta güzəştlər hesabına olsa belə!
Bu sosial sifariş özünü Ter-Petrosyanın platformasında daha çox göstərir. Onun seçki proqramının xarici siyasətə dair hissəsində göstərir ki, beş qonşu dövlətlə dostluq münasibətləri möhkəmləndiriləcək və dərinləşdiriləcək: bunlar Rusiya, Gürcüstan, İran, Türkiyə və Azərbaycandır. Özlüyündə aydındır ki, Qarabağ problemi qaldıqca, Azərbaycanla heç bir dostluq münasibətinin yaranması mümkün deyil axı (hələ Türkiyəni demirik). Nəticə özü çıxır. Bundan başqa, Ter-Petrosyanın Ermənistanı təcriddən çıxarmağı vəd etməsi də həmin nəticəni gücləndirir. Yəni o, faktik olaraq, Qarabağ məsələsində güzəştə gedəcəyini öz seçkiönü platformasında bəyan edir. Aşkar şəkildə bildirilir ki, “problemin kompromis həlli axtarılacaq”. Kompromis deyəndə isə, platformada aşkar şəkildə bildirilir ki, Qarabağa “geniş muxtariyyat” verilməsinin qarşılığında Azərbaycanın ərazi bütövlüyünün tanınması nəzərdə tutulur. Bu, demək olar ki, tamamilə rəsmi Bakının mövqeyinə yaxın bir mövqedir – hətta həmin “geniş muxtariyyat”ın nəzərdə tutduğu 10 prinsip də Azərbaycan üçün qəbulolunandır. Prezidentliyə iki əsas namizəddən birinin belə bir yanaşmanı öz seçki platformasına rəsmən daxil etməsi ondan xəbər verir ki, Ermənistan cəmiyyətində bu mövqenin sosial bazası var. Bu isə artıq çox ciddi məqamdır.
Yazar: Vüsal Məmmədov @ Fevral 16, 2008 22:17 | "analiz" | Şərhlər(7)
Baxış sayı: 214
Açar sözlər: qarabağ
![]()
![]()
![]()
Salam, gurbanov!
Bu, çox maraqlı məsələdir.
Bir tərəfdən baxanda, əlbəttə, sən haqlısan.
Amma digər tərəfdən baxanda, məsələ ondadır ki, bu gün Qarabağın Azərbaycanın tərkibində qalması ermənilər üçün onun müstəqil olmasıdan qat-qat, dəfələrlə uduşlu variantdır. Onlar bu halda həqiqətən, xeyli çox şey qazana bilərlər.
Mən indi bu mövzuyla bağlı material hazırlayıram. Çox maraqlı bir yazı allınmalıdır. İnşallah, ondan sonra daha maraqlı müzakirə açıla bilər.
Fevral 18, 2008 18:47
Yene de meqaleniz agrili noqteye toxundu. Bugunku seckilerde ishtirak eden ermeni namizedin Qarabaq meselesinde guzeshte gedeceyini beyan etmesi Qarabaqin Azerbaycana qaytarilacaqini ved etmir.
Meselenin kompromis varianti - her iki teref ucun nelerdense kecmek demekdir. Amma Azerbaycan ucun bu tekce guzesh deyil axi. Hem de meglubiyyetdir. Oz torpaqlarini - elinden vermish olduqu yurdunu geri almaq ucun dushmene nelerise guzeshte getmelidir...
Eslinde Garabaqin evvelki kimi bizim olacaqindan emin deyilem. O vaxt ki rehmetlik Heyder Eliyeve Aqdam mescidinin qoparilmish bir dash parcasini HEDIYYE etdiler...o vaxt gerek qeyretimiz oyanardi ve Qarabaqi geri almaq ucun olum-dirim savashina bashlayaydiq... Amma teessuf ki XALQ olaraq bizim qismetimize bele sherefli tarix yazmaq dushmeyib..
Fevral 19, 2008 13:07
Hər vaxtınız xeyir, Dəfnə xanım!!!
Bir şeyə qəti əminəm ki, Qarabağın Azərbaycanın tərkibində qalması ermənilərə çox sərf edir. Bununla bağlı yaxın günlərdə ayrıca bir yazım olacaq, onu oxuyarspınız. Arqumentlərimi orada sadalayacağam.
O zaman ATƏT-in amerikalı həmsədri, dünyanın ən gombul diplomatı və ən diplomat gombulu Kerri Kavanonun Şuşadan bir ovuc torpaq gətirməsinin birmənalı olaraq təhqir kimi yozulmasıyla razı deyiləm. Bunun müxtəlif mənaları ola bilərdi.
Qarabağ isə hətta qaytarılsa da, əvvəlki kimi bizim olmayacaq!!! Orada yaşayn erməniləri biz artıq heç vaxt heç yerə qova bilmərik - bütün dünya bizə qarşı qalxar! Orada həmişə ermənilər yaşayacaqlar, onların içində bilmirəm, azərbaycanılar özlərini necə his edəcək?...Torpaq kimindir - ORADA YAŞAYANIN!!! Tutalım, şimal bölgələrimizdəki ləzgilər, saxurlar yaşayan kəndlərdə Siz rahat köçüb yaşaya bilərsinizmi? Mən yox. Hətta ləzgiləri nə qədər sevsəm belə, yenə də yox. Ora yad mühit olacaq. Qarabağ da hətta qaytarılsa belə, yenə də yad mühit olacaq. O torpağın azərbaycanlı ruhu qayıtmayacaq. Qayıtmağı yalnız o zaman mümkündür ki biz ermənilərdən daha ağıllı, intellektual, daha yaxşı təşkil olunmuş, daha mədəni, daha hiyləgər, bacarıqlı millət olaq. Yüz illik planlar qurmaöı bacaraq onlar kimi. Əks halda heç bir variant yoxdur.
Fevral 19, 2008 15:09
O bacarıq da bizdə yox!
Biz sadəcə ağzımızı açıb kiminsə arxasınca gedə bilirik. Qabaqda gedənin də hara getdiyi və hansı məqsədlə getdiyini anlamadan. Torpaqlar qayıtsa belə, bu gün 60 il didərgin qaldıqdan sonra məhsəti türklərinin öz torpaqlarına qaytarılmasını tələb edən Qənirə xanım görəsən 15-16 il sonra bizim köçkünləri qaytara biləcəkmi yerinə?
Sevgi mücərrəd sözcükdür, çünki onu kimsə görməyib. Amma vətən heç də ondan daha az mücərrəd deyil(
Fevral 19, 2008 16:41
Aygün, səni təbrik edirəm: bloqun keçidlərin sayına görə ilk yerə qalxdı.
))
Bütün sahələrdə lider olmağını arzulayıram.
Fevral 22, 2008 9:18

Vüsal, mənə elə gəlir ermənilər bizdən fərqli olaraq öz gənc nəsillərinə veriləcək cavabı da fikirləşirlər. İnanmıram ki, torpağı elə belə versinlər. Nəticədə onlar da qan töküblər o torpaq üçün, onlardan da minlərlə könüllü döyüşçülər gedib vuruşmağa, avropada amerikada yaşayan ermənilər belə o müharibədə iştirak edib. Onun üçün, ermənilər bizdən və Türkiyədən ağır çəkili birşey tələb etməmiş məncə razı olmazlar belə asand barterə
Fevral 17, 2008 22:05