Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
abş mentalitet rüşvət ermənistan inqilab milli rusiya seçki eurovision qarabağ amerika kitab dil islam din infliyasiya səhiyyə eşşək azərbaycan putin
Sayqaç
İndi blogda: 29
Keçən ayın hiti: 10623
Dünənki hit: 396
Bugünki hit: 67
Ümumi hit: 114529
Müxtəlif
Geosiyasət, meymun və güzgü
Kosovo müstəqilliyini elan edəndən sonra gündəmdə olan əsas suallardan
biri belədir: Rusiya buna hansı cavabı verəcək? Konkret olaraq, Moskva MDB məkanındakı separatçı qurumların müstəqilliyini tanıya bilərmi? Söhbət ilk növbədə Abxaziya, Güney Osetiya və Dnestryanından gedir (ruslar indiyəcən heç vaxt Qarabağın adını çəkməyiblər).
Bu məsələnin iki tərəfi var. Birincisi odur ki, Rusiya hər halda, hansısa bir cavab addımı mütləq atmalıdır.
İkinci tərəfdən, çətin ki, həmin cavab simmetrik olsun və məhz saydığımız separatçı qurumların bir və ya bir neçəsinin tanınmasını nəzərdə tutsun. Əksər analitiklər də Moskvanın bu haqda xəbərdarlıqlarını blef sayırlar. Bunun iki əsas səbəbi var.
Birincisi odur ki, belə addım gələcəkdə Rusiyanın öz əleyhinə çevrilə bilər.
İkincisi isə, çox vacib bir məqama diqqət edək ki, hər üç münaqişə ocağının məhz indiki kimi dondurulmuş, “nə sülh, nə savaş” rejimində qalması Moskvaya daha çox əl verir. Çünki indiki vəziyyətdə qalarlarsa, hər üç separatçı qurum Rusiyadan asılı olmağa, onun dediyi ilə oturub-durmağa məhkumdurlar. Üstəlik, onların vasitəsilə Rusiya Gürcüstana və Moldovaya da təzyiq etmək imkanı qazanır. Amma “tanınmamışların” müstəqillikləri tanınarsa, durum tamamilə dəyişə də bilər. Necə?
Tutaq ki, Rusiya Qərbə adekvat cavab verərək, Abxaziyanın, ya da Güney Osetiyanın müstəqilliyini tanıdı. Bununla nə qazanacaq? Qərbin Kosovonun müstəqilliyini tanımaqla hansı geosiyasi dividendlər əldə etməsi haqda əvvəlki yazıda yazmışdıq; Rusiya isə uzağı, Gürcüstana yanıq verə bilər, vəssəlam. Onsuz da başqa heç dövlət həmin separatçıların müstəqilliyini tanımayacaq. Ən əsası, Kosovonun müstəqil olması regionun geosiyasi status-kvosunda ciddi dəyişikliyə yol aşdığı halda, Rusiyanın addımı buna qadir olmayacaq və sadəcə, dekorativ effekt daşıyacaq. Maksimum halda o mümkündür ki, Moskva Gürcüstanda hərbi-siyasi sabitliyi pozmağa, bu yolla öz “adamını” hakimiyyətə gətirməyə, yaxud Qərbin gerçəkləşdirdiyi regional layihələri əngəlləməyə çalışsın. Keçirdiyi sonuncu böyük mətbuat konfransında Putin dedi ki, “biz bu halda nə edəcəyimizlə bağlı tədbirimizi görmüşük”. Və əlavə etdi ki, bu, Qərbin “meymunluğunun güzgüdəki əksi” olmayacaq. Demək, Rusiya hər halda, MDB məkanındakı separatçıların müstəqilliyini tanımaq fikrində deyil və asimmetrik addım atmaq planı var. Amma bu, nə ola bilər?
Əlbəttə, kremldəkilərin nə plan hazırladıqlarını birmənalı demək mümkünsüzdür, amma təxmini ehtimallar irəli sürə bilərik. Böyük ehtimalla, bunlar, Qərbin MDB məkanındakı mövqelərinin zəiflədilməsinə yönəlmiş planlar olacaq. Postsovet məkanında gerçəkləşdirilən transmilli proyektlər də hədəfdə ola bilər. İstisna deyil ki, biz bundan sonra Rusiyanın MDB məkanında Qərbə və onun siyasi-iqtisadi proyektlərinə dəstək verənlərə qarşı daha aqressiv davranışığının şahidi olaq. İlk növbədə ola da bilsin ki, Moskva bütün gücünü “Nabukko” layihəsinin və Transxəzər kəməri ideyasının beşikdəcə boğulmasına yönəltsin. Bu layihənin təşəbbüskarlığını isə, bəllidir ki, Qərb Azərbaycanın üzərinə qoymaq istəyir. . .
Qarabağ məsələsinə gəlincə, Moskva heç zaman Kosovonun burada da presedent ola biləcəyini dilinə gətirməyib. Amma maraqlıdır ki, bazar günü, yəni Kosovo öz müstəqilliyini bayram edərkən, “Reuters” agentliyi məsələyə heç dəxli olmadığı halda, Serj Sərkisyanla müsahibə yayımladı. Dünyanın əksər telekanallarına göndərilən müsahibədə Sərkisyanın cəmi iki fikri var idi və onlardan birincisi belə idi ki, Kosvo çözümü Qarabağa da tətbiq olunmalıdır. Bu, nə deməkdir? Yoxsa Qərb özü Azərbaycana psixoloji pressinq göstərməyə başlayır? . . Hər halda, BMT TŞ-də Kosovonun müstəqilliyinə dəstək verən 5 dövlətdən ikisinin ATƏT-in Minsk Qrupunun həmsədrləri olması ciddi məqamdır.
Yazar: Vüsal Məmmədov @ Fevral 20, 2008 19:20 | "analiz" | Şərhlər(5)
Baxış sayı: 428
Açar sözlər:
![]()
![]()
![]()
Yenə əla yazmısan. Amma mənim belə bir fikrim var ki, lap Sovet vaxtarından rus siyasətində ən güclü ünsürlərdən biri "danışmaq" olub. Yəni Ruslar ağır sözlər söyləməyə yaxşıdırlar. Putin danışanda elə danışır ki, elə bil bu dəyqə dünyanı söküb yığacaq. Xruşovun vaxtlarında illərcə Amerikanı transkontinental nüvə silahları olduğu barədə şayiələrlə qorxutmağa nail olmuşdular. İndi də belədir.
Bu vəziyyətdə məncə Rusiya radikal addımlar ata bilməz. Uzağı Kosovonu tanımaz. Özün də qeyd elədin heç bir xeyrinə qalmaz.
Bir də ki, Rusiya hər zaman elemntar addımlar atır. Nəbilim işçiləri səfirləri qovur, ukrayanın qazını kəsir, belə belə şeylər. Kosovonun arxasında duranlar olduğundan Rusiya heç bir şey edə bilmiyəcək.
Sadəcə Rusiya uzun illər bacarıqsızlığının günahını qərbdə axtarır. Sovetdən qalma heç bir münaqişəni həll edə bilməməsi və nəticədə bizim kimi dövlətlərin qərbə dönməsi və yaxud hər iki tərəfi nəzərə alması Rusiyanı çox qəzəbləndirir. Amma ediləsi birşey yoxdur. qəzəblənən su içər, yemiyənin də payını yeyərlər ![]()
Fevral 21, 2008 8:30
Hər vaxtın xeyir, Nurlar!
Rusların blef etmək xasiyyətini çox düzgün tutmusan.
Yeri gəlmişkən, sənin saytından belə anladım ki Amerikada oxuyursan. Düzmü başa dümüşəm? Sirr deyilsə, hansı ixtisas üzrə?
Fevral 21, 2008 11:50
Salam Vüsal, hə Amerikada oxuduğumu düzgün sezmisən ![]()
İxtisasım hər gün dəyişir mənim. Amma oxudum 2 dənə sahə var, yəni 2 sahə üzrə oxuyuram. İqtisadiyyat və Beynəlxalq əlaqələr. Amma sözün düzü bu kompüter texnologiyalarına marağım daha çoxdur.
PS: Sənin fikirilərin çox dahi fikirlərdir, artıq öz adına öz domainində blog açıb fikirlərinə rəsmiyyət qazandırmağın vaxtıdır ![]()
Host, domain, blog qurmaq kimi texniki işlər lazım olsa lazımı köməyi edə bilərəm ![]()
Mənim əvvəllər bir siyasi blogum var idi, bir iki xəbərdarlıq aldım, ailəmin xahişi ilə bağladım. Bizdə bir balaca düz söz deyən adamın alnına müxalifətçi damğası vurub vətən xaini edirlər. Eləbil müxalif fikri olan adam sayılmır
Amma sənin bu məsələlərə belə baxmağınnan çox xoşum gəldi. Blogunu oxuyana qədər Azərbaycandakı gəncliyin bu cür fikirlər yürüdə biləcəyi ağlıma gəlməzdi. Mən yayları gəlirəm, yaşıdlarımın dünyadan xəbərləri yoxdu. Maşın, qız, avaralıqdan başqa söhbətlərin getdiyinə az şahid oldum. Hər şey də o kağızın başında fırlanır ![]()
Fevral 22, 2008 8:35
Hər vaxtın xeyir, Nurlan!
Öz saytımı açmaq haqda düşünürəm, və bu haqda qərara gələndə sonra bəkə məsləhət (olsun ki, həm də kömək) üçün sənə müraciət etdim.
Azərbaycan gəncliyi haqda dediklərin təəssüf ki, düzdür, mən də atlnda imza qoymağa hazıram. Amma... təkcə elə bu bloqda şərhə yazan gənclərə (HAMISINA!) baxanda, əmin olursan ki, ümid var. Yə hələ ki, heç də hər şey itirilməyib. Düzdür, proqressiv düşünən, azad fikirli gənclər hələ çox azdır, olduqca azdır, həddən artıq azdır... Dəryada damla kimidir. Buna görə də, onların təşkilatlanması haqda fikirləşmək lazımdır. Təəssüf ki, bunu da edə yoxdur... (((
Fevral 22, 2008 9:15

Salam dostlar!
Sizi narahat edən iki problem: şərhlərin yerinin dəyişik düşməsi və təhlükəsizlik kodunun yaratdığı narahatlqla bağı Azeriblog-un adminstrasiyasına müraciət etdim. Vəd verdilər ki, hər yex yaxşı olacaq.
Bloqun adminstrasiyasına operativ reaksiyaya göerə təşəkkürlər.
Fevral 20, 2008 19:46