Reklam verin!

Blog Haqqında

Vüsal Məmmədov

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!

P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.

* * *

İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.

A.Onassis, milyarder

***

"Великие дела вершатся не сверхусилиями, а упорством".

Елена Блаватская

***

Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.

Альберт Эйнштейн

***

Либо Вы - часть решения, либо – часть проблемы!

Элдридж Кивер, американский специалист по менеджменту

***

"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."

Шри Ауробиндо

***

"Звезды не боятся, что их примут за светляков."

Рабиндранат Тагор


Axtarış

Bölmələr

Arxivlər

Qabaqki yazılar

Keçidlər

Dost bloglar

Sorğu

Sizcə, haram qazancla dolandığı sirr olmayan insana necə münasibət göstərilməlidir?





Açar sözlər

rüşvət  abş  mentalitet  qarabağ  ermənistan  inqilab  milli  rusiya  seçki  eurovision  ayı  toy  80/20  səmimiyyət  film  nifrət  liberalizm  bahalaşma  qafqaz  arxetip 

Sayqaç

İndi blogda: 2
Keçən ayın hiti: 10623
Dünənki hit: 438
Bugünki hit: 211
Ümumi hit: 115111

Müxtəlif


AddThis Feed Button
Add to Technorati Favorites


Qarabağ paradoksu


Onu qaytarmaq ermənilərə daha çox sərf edir

MÜTLƏQ OXUYUN!!! 

Sirr deyil ki, Azərbaycan cəmiyyətində belə bir stereotip var: “ermənilər heç zaman Qarabağı sülh yoluyla bizə qaytarmayacaqlar. . .” və bunu əsaslandırmaq üçün xeyli arqumentlər gətirilir: “çünki onlar gələcəyi düşünürlər, uzaqvuran planlar qururlar” və sair və ilaxır. Belə iddialarla mediada da, internet-forumlarda da, şəxsi söhbətlərlə də dəfələrlə rastlaşmışam. Həmin arqumentlərlə işim yox; amma özüm tam əksini düşünürəm – qəti əminəm ki, ermənilər həqiqətən də ağıllı, gələcəyi düşünən, uzaqgedən planlar qurmağı bacaran toplum olsalar, mütləq Qarabağın Azərbaycanın tərkibində qalmasıyla razılaşacaqlar. Deyim, niyə.    


Qarabağın müstəqilliyinin ermənilərə nə vəd etdiyi aydın məsələdir. Gəlin, belə variantı düşünək ki, Qarabağın Azərbaycanın tərkibində qalmasıyla razılaşmaq onlara nə verəcək.


Birincisi, əlbəttə ki, ermənilər yenə də Qarabağda yaşayacaq, üstəlik, “ən yüksək statusa” malik olacaqlar; biz onları oradan heç vaxt heç hara çıxara bilmərik – bir erməninin burnu qanasa, bütün dünya “etnik azlığın hüquqları pozulur” deyə üstümüzə qalxacaq.


Qarabağ ermənilərinin öz idarəetmə orqanları, parlamenti və icra strukturları, yerli rəhbərliyi, öz polisi, mediası, erməni dilində məktəbləri və s. və i.a. olacaq. Çətin ki, azərbaycanlılar gedib bu yad, həm də müəyyən qədər təhlükəli mühitdə yaşamağa könüllü olsunlar. Yəni torpaq de-yure bizim, de-fakto isə yenə də ermənilərin olacaq.


Bu azmış kimi, biz onların təhlükəsizliyini təmin etməliyik, onları maliyyələşdirməliyik, onların etnik azlıq kimi bütün hüquqlarına zamin durmalıyıq, təbii sərvətlərimizdən (ilk növbədə neft və qazdan) mütləq onlara pay ayırmalıyıq. Axı dığalar daha özgəsi yox, bizim öz vətəndaşlarımız sayılacaqlar! Demək, onların da qayğısına qalmalıyıq. Erməni uşaqlar üçün məktəblər, nə bilim, olimpiya kompleksləri tikməliyik. Etməsək, bütün dünya Azərbaycanda ermənilərin hüquqlarının pozulduğunu deyib, üstümüzə cumacaq.


Üstəlik, Azərbaycan parlamentində mütləq erməni deputatlar, hökumətdə erməni məmurlar üçün kvota ayrılcaq. Ermənilər gəlib Bakıda biznes quracaq, bizim hesabımıza pul qazanmağa başlayacaqlar. Əminəm, çox sürətlə Azərbaycanın işgüzar mühitində, elmi dairələrdə, sənətkarlıqda ermənilər yerlərini möhkəmləndirəcək. Ona görə əminəm ki, vaxtilə özüm bunun şahidi olmuşam.


Erməni qızları bizim bığıburma dəliqanlalırı leqal və legitim şəkildə öz mini-yubkalarının altından keçirmək imkanı qazanacaq və bundan mütləq maksimum faydalanacaqlar.
Bunlar hələ çooox natamam bir təsvirdir.


Demək, nə alınır: öz torpağımızda (ən gözəl bölgəmizdə) ermənilərə yüksək status veririk, hüquqlarının keşiyində dururuq, qayğılarına qalırıq, ehtiyaclarını ödəyirik, neft və qazımızdan onlara da pay ayırırıq, Ermənistanı öz regional proyektlərimizə qoşmaqla, önəmini artırırq, Bakını bütün imkanlarıyıla bərabər ermənilərin üzünə açırıq. . . Əvəzində onlardan nə tələb edirik? PRAKTİK OLARAQ HEÇ NƏ! Sadəcə, bütün bunları qəbul etmələrini, vəssalam.

İndi özünüz deyin, ağıllı və uzaqgörən millət bu şərtlərlə razılaşar, ya yox? Bəli, ermənilər, çox təəssüf ki, ağıllı xalqdır və ona görə də gec-tez Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verəcəklər. Nə qədər qəribə də olsa, məhz gələcəyi düşündüklərinə görə! Bu, sadəcə zaman və siyasət məsələsidir.


Ona görə də, məni narahat edən Qarabağın qayıdıb-qayıtmayacağı deyil. Tamam başqa sualdır: Biz – yəni Azərbaycanın milli çoxluğu olan türklər ölkəmizdə yaşayan milli azlıq olan ermənilərdən bütün baxımlardan üstün olmağı bacaracağıqmı?! Yəni: savadda, intellektdə, mədəniyyətdə, peşəkarlıqda, uzaqgörənlikdə, millətçilikdə, dünya ilə əlaqələrdə onları üstələyə biləcəyəkmi? Azərbaycan üçün əsas TALEYÜKLÜ sual bax, budur. Çünki bütün bu parametrlərdə biz millət olaraq, ermənilərdən yuxarıda durmağı bacarmasaq, Qarabağın qaytarılması geniş tarixi perspektivdə heç bir ciddi uduş vəd etməyəcək.


Ona görə də biz ermənilərin Qarabağı qaytarmamalarına yox,qaytarmalarına daha ciddi hazırlaşmalıyıq. Çünki ikincisi daha ciddi sınaqdır.

 

Yazar: Vüsal Məmmədov @ Fevral 22, 2008 9:00 | "pərdəarxası" | Şərhlər(26)
Baxış sayı: 440
Açar sözlər: qarabağ 
Bookmark and Share

1

Illerdir eyni sozleri deyirem, etrafimda meni anlayacaq birini tapmirdim. Sulh yolu ile geri alsaq, bizden ora qayidan olmayacaq, amma bu ermeni virusu her yere yayilacaq, bir gun oglunuz yanina bir ermeni qizini salib eve donecek ve men evlenirem deye elan edecek deyirdim, amma basha dushen, derdime sherik olan hech kesi tapa bilmirdim. Chevremden imish yeqin ki..
O sinaqdan ise chetin ki, bacariqla keche bilek. Ona gore de Allah uzaq elesin.
He bir de Hrant Dinki xatirladim bu arada. Bizim turk torpaqlarinda heqiqeten gozumuz var, amma bir parcha qoparmaq uchun deyil de, orda basdirilmaq uchun sozleri meni o vaxtdan narahat edir. Istemirem daha buralarda ermeni kilseleri, yeni ermeni qebirstanligi gorem, istemirem tezeden milletimiz unutsun butun agrisini-acisini ve 100 ilden sonra eyni musibetleri yene yashasin, istemirem uzumuze baxa-baxa ne qeder "lox" oldugumuzu dushunsunler.. Amma menim isteklerimden chi fayda

Fevral 22, 2008 10:18

2
Nurlan yazıb:

Vüsal çox gözəl təhlil eləmisən. sözün düzü fikirlərimi dəyişməyə başladım bu yazıdan sonra. Doğurdan da ermənilərin o neft pullarını bizə yedirtmək fikirləri yoxdur. Bundan əlavə qız nöqtəsini yaxşı vurğuladın. Sovet vaxtı Bakının kişilərini birbirinə vuran məhz erməni qızları idi.
Bu yazıya link verəcəm

Fevral 22, 2008 10:36

3
Nurlan yazıb:

Aygün xanım, sizinlə razıyam amma bir nöqtədən başqa. Siz Hrant Dink haqqında elə yazdınız ki, elə bil Hrant Dinkin bir cümləsi bütün dünya siyasətini öldürür.
Hrant Dinkin sözü o mənaya gəlir ki, biz də bu torpaqlarda uzun illər yaşamışıq, bizim burda dəfn olunmağa haqqımız var. Türkiyədə yanlız türklər yaşamalı bir qayda yoxdur.
Hrant Dink əslində savadlı düzgün adam idi. Lakin Türkiyəni qarışdırmaq istəyən bir qruplar ona sui qəsd təşkil etdilər. Bu yaxınlarda işin üstü açıldı, bunu edən satılmış bir ordu generalı idi. Heç Hrant Dinkin əlaqəsi yox idi, bu sadəcə Avropa Amerika taktikasıdır, bir ölkədə bir azınlığın məşhur nümayəndəsi öldürülürsə o ölkə hakimiyətinə ağır cəzalar verilir. Bu bir sistemdir.

Fevral 22, 2008 10:41

4

Nurlan, men Hrant Dinkin dünya siyasətinə təsirindən yazmamışdım, mənə təsirindən yazmışdım, o sözlər mənə qəribə təsir (hüznverici) bağışlamışdı. İndi də eyni cür təsir edir. O bunu Türkiyə üçün dediyi aydın idi, amma qorxurdum ki, bunu bir gün kimsə başqası Azərbaycan üçün təkrar eləsin.
Onun savadlı və düzgün adam olmağına qalanda isə hələ 6 aylıq həbs cəzasına məhkum olanda onun yazıların oxudum və həbs olunma səbəbini anlaya bilmirdim, çünki faktik öz millətini düşünərək gözəl sözlər demişdi, türklərlə mübarizədən əl çəkib, özlərinə baxmaq, zəif iqtisadiyyatlarını inkişaf etdirmək haqqında yazmışdı, özünəməxsus stili vardı ki, yazıda ancaq onu yozmaq olardı azacıq. Amma həbslik heç nə yox idi. Əslində azacıq ağıllı olan o vaxt sonrakı hadisələrin bu yöndə olacağını təxmin etməli idi. Siz dediyiniz kimi, bu ölüm kimlərə sərf edir və s. haqqında hələ o vaxtı mən özüm mübahisələr edirdim, onda generaldan filan xəbər yox idi. Hrant Dinkin basdırılma mərasiminə, tabutun üstündəki göyərçinə, yetimxanadan bəri münasibətləri davam edən hıəyat yoldaşına baxıb üzülmüşdüm belə. Amma zamanla bunun nə qədər ustalıqla istifadə olunmasını gördukcə insan iyrənir. Hrant Dinkə də, savadına da.. deyib .. Nə isə..

Fevral 22, 2008 11:06

5
Akbar yazıb:

Elnur Ilk Gorunushden Senin dediyin cox Inandirici gorsenir lakin Qarabagin sulh yolu ile alsaq onu dalinca senin dediyin qederde qanunlar gelir amma onlarin coxu sen dushunduyun kimi deyil
1) Tebii ki biz qarabi yeniden quracayiq ve orda yashayan ermeniler Azerbaycan vetendashi sayilacaqlar ve Azerbaycan Respublikasinin butun qanunlarina uymali olacaqlar
2) Azerbaycanda kifayet qeder milli azniq var amma onlarin oz dillerinde nece mekteb var? Azerbaycanda kim yashayirsa yashasin Azerbaycan dilinde oxuyacaq, danishsacaq Cunku onlar her hansi sa bir ish gormek isteyeceklerse Azerbaycan dilini gerek oyrensinler cunki Azerbaycali ish adamlari ermeni dilini oyrenene kimi gedib Ingilis ve ya bashqa bir dunyavi dil oyrenerlersmile
3) Deputati qvota veya bashqa bir sistemle secmirler deputati sesverme yolu ile secirler. Qarabagda yashayan ermenilerle ve Aerbaycalilarin proporsiyanal bolgusune baxsaq Azerbaycanilar ermenilerden qat-qat cox olacaqlar oda demek di ki Azerbaycanli Millet vekili daha da tez secilecek tebii ki o regionda hansi sa dovlet qurumunda ermeni ishlecek amma Azerbaycanda Artiq Hakimiyyet bolunub ora ne inki Ermeni hez Azerbaycanilarin ozleri gire bilmirler smile
4) Bir de bu sitasiyadan cixish yolu ondan ibarerdi ki Azerbaycan hokumeti regional Idare etmede sef Buraxmasin

Fevral 22, 2008 11:17

6
Qonaq yazıb:

Vüsal, çox gözəl təhlildi və mən də sənin fikirlərini dəstəkləyənlər sırasındayam.

Biz müharibə edib bu.....(dilimə gələn epitetləri yazmaq istəmirəm, bloqun korlanmasın) erməniləri biryolluq atmalıyıq Qarabağdan uzağa.

Qarabağ müharibəsiz alınarsa, bu bizim xeyrimizə deyil.

Mən şəxsən döyüşməyə və ölməyə hazıram. Pafossuz. Əgər mənim, övladlarımın, belə çox gurultulu çıxmasın, bu vətənin xoşbəxt gələcəyi üçün mənim həyatım ən yaxşı sərmayə ola bilərsə, qurbandı!

Fevral 22, 2008 12:28

7
Vüsal Məmmədov yazıb:

Akbar,

Minsk Qrupu həmsədrlərinin təklif etdiyi Azərbaycanın isə razılaşığı bir həll planı var idi, 99-cu ildə rəsmi qəzetlərdə çap olunmuşdu.

Əgər ona baxsanız, görərsiniz ki, torpaqların dinc yolla qaytarılmasının əvəzində biz ermənilərə nələr boyun oluruq!!! Hələ burda yazılanlar sadəcə tumurcuqlardır...Təbii ki, sülh müqaviləsi imzalanarkən ermənilər xeyli şərtlər qoyacaqlar, biz də 99,9 faizi ilə razılaşacağıq. Dil məsələsi onlardan hələ ən yüngülüdür. Sonra hünərin var, o müqaviləni poz, görüm.

Fevral 22, 2008 13:58

8
Afet yazıb:

Vusal, yazini chox hirsle oxudum. Ona gore ki, illerdir menim de beynimi bu fikirler dagidir. Ona gore ki, bu barede kiminle mubahiseye giriremse, mene ele "ermenisen" deyirler. Beli, sabah Dagliq Qarabag Azerbaycana yuksek statusla birleshse, yene de azerbaycanli kendleri it gununde, cir-cindir ichinde qalacaq (indi Bakidan bashqa olkenin diger sheher ve rayonlari ne gundedir?), yene qaz borulari, ishiq xetleri azerbaycanli kendlerinin, evlerinin yanindan, ustunden kechib ermeni evlerine girecek, yene ermeni olmayani ishe goturmeyecekler, yene vezifede onlar oturacaq, yene azerbaycanli memurlarin ermeni katibeleri, agilli azerbaycanli ziyalilarin ermeni arvadlari olacaq.

Men muharibe istemirem. Muharibe edib o torpaqlari almagimiz uchun yene de qeyreti olanlar qirilib, qeyretsizlerin yashamasi suali ile uzlesheceyik (4-5 il evvel her halda bu problem chox ciddi idi. Etiraf edek! Men 1972-ci il tevelludden yuxari, gencliyi o dovre dushmush ve muharibede doyushmemish shexsleri qebul ede bilmirem sad Indi yene ushaqlar yekelib, genc nesil var, onlarin icherisinde men eminem ki, chox yaxshi ve qeyretli ushaqlar var ve biz onlari qorumaliyiq)
Muharibedense, biz oz terbiyemizle meshgul olmaliyiq. Biz ermenilerden chox, ozumuzunkulere diqqet yetirmeyi oyrenmeliyik. Biz ermenilere qarshi haqsizliq edersek, chigiran dunyanin agzini ne yolla olursa olsun (lap rushvetle, biz bu usullari sinamishiq axi) yummagi oyrenmeliyik. Biz kimlerese yarinmagi tergitmeliyik.

Herchend... sad eger biz dogrudan da muharibe edib onu uda bilseydik, ele butun bunlari da oyrenmish olacagdiq. Bilseydik!!!

Fevral 22, 2008 14:00

9
Qonaq yazıb:

Afət xanım, yenə də müharibə edib uda bilərik. Düzdür, biz hər şeyimizi itirdik, torpaqları da, oğulları da...qazancımız heç nə!

Bu dəfə belə olmasın deyə, yaxşı hazırlaşmaq lazımdı. Dövlət səviyyəsində. Ordudakı burnufırtılıqlı uşaqlardansa, könüllülər daha yararlı ola bilər.

Qeyrətli və qeyrətsiz insanların hansı dünyada yaşaması isə yenə də dövlətin aparacağı siyasətdən asılı olacaq.

Müharibə olmalıdır! Yoxsa bizim uduzacaqlarımız heç bir ölçüyə sığmayacaq. Müharbənin, itkinin nə olduğunu bilməyən kosmopolitlərimiz də erməni qızlarını başımıza çıxaracaqlar yenə.

Fevral 22, 2008 14:18

10

Afət xanım, sizin yazdıqlarınızı həm öz bloqumda, həm burada oxuyanda düşünürəm ki, mənim böyümə prosesim də tam belə gedir.
Əvvəllər müharibə deyib tutdurmuşdum, amma indi siz dediyiniz meqamı məni o qədər düşündürür ki. Hətta öz şərhlərimdən birində qeyd etmişdim, böyüdükcə gənc maksimallığının yeriniz nə qədər aciz olduğunu qavramaq tutur.
Amma ki, chigiran dunyanin agzini neylese yummaq mumkun olacagina inanmiram, chunki bu istek olmayacaq. Xirdalamaq istemirem, amma unutqan millet oldugumuzu xatirlatmaliyam.

Fevral 22, 2008 14:37

11
Afet yazıb:

Aygun xanim, unutqanliq eslinde milletin humanistliyinden de ireli gelir. Meselen, ovladina terbiye vermek isteyen azerbaycanli istemir ki, vaxtile ozunun 20 yanvar shehidlerinin, xocali qurbanlarinin shekillerini gorende kechirdiyi hissleri, chekdiyi agrilari, lap infarkti ovladi da kechirsin. Vaxt kechdikce men de fikirleshirem ki, Allah yer uzunde her bir milleti layiq oldugu yere gonderib, orda meskunlashdirir sad Fikirleshirem ki, muharibeler insanlari saf-churuk etmek uchundur, labuddur. Pisler gunahlarini artirir - olur, yaxshilar qehremanliq qazanir, shehidlik zirvesine yukselir (Qurani Kerimde de bele bir kelam var). Menim eslim ishgal olunmush rayonlardan birindendir. Atam-anam o rayonda, kendlerinde bash verenlerden danishanda fikirleshirem ki, Ilahi buna gore o torpaqlar bize qismet olmadi. Insanlarda ne qeder cahillik olub, birine zeher verib olduren adamin ozu qachqinliqda ne ezabla olub (meni pis basha dushmeyin, amma Allah cezani hansi yollasa gonderir). Men hetta butun tenbelliyimi atib, anonim de olsa oranin tarixchesini berpa etmek isteyerem. Bir-biri ile qohum olan bir kendin nece gunahlari olub, onu dag da goturmezdi...

Ozumuzu tehlil elemeye vaxtimiz var, 15 ildir de kechib. Men eminem ki, o torpaqlardan gelenler (ichi menim dogmalarim qarishiq) bunu hech fikirleshmeyibler de. Bir qohumumuzun oglu shehid olmushdu, oturub-durub oglu muharibede olan qardashi arvadina deyirdi ki, niye menim oglum oldu, seninki yox?! Ve o yazigin da oglu muharibe qurtarmamish vebadan oldu, hele indi de qoca, kimsesiz atasina verilen pensiyasini kesirler ki, doyushde yox, qospitalda olub.

Bele sheyleri analiz edende unutmaq isteyirsen. Unutmamaq uchun helak olanlarin ruhuna hormet edib yaxshi olmaga chalishmaq lazimdir. Bir millet kimi. Ele olmaq lazimdir ki, bashqasinin gozunde haqq yolunda olenleri unutdurmayasan. Cahilliyi atmaq lazimdir. Men bunu demekden chekinmirem. Beli cahilliyi! Milletin 90 faizi savadsiz ola biler, oxuma yazma bilmeye biler, amma cahil olmagi derddir. Ve teessuf ki, bizde oxuyanlarimizin cahilliyi daha boyukdur,oz niyyetleri uchun her sheyden, hetta muqeddes saydigimiz sheylerden istifade etmeleri adami iyrendirir. Alem qarishdi bir-birine

Fevral 22, 2008 18:31

12
Vüsal Məmmədov yazıb:

E-mail'imə gələn bir məktub:

Hörmətli Vüsal bəy,
"Qarabağı qaytarmaq ermənilərə daha çox sərf edir" adlı bir yazınızı oxudum. Təhlillərinizi çox bəyəndim. Məsələyə qarşı həssaslığınız və geniş dünyagörüşü üçün sizi təbrik edirəm. Yazılarınızın davamını gözləyirəm. Böyük məmnuniyyətlə oxuyaram.
Bu arada bu yazını Facebook Azərbaycan grupunda müzakirəyı çıxardım. Daha doğrusu məqalənizi olduğu kimi qoydum ora. İstəsəniz, buyura bilərsiniz.
Dərin hörmətlə,
Elçin

Hər vaxtın xeyir, Elçin!
Diqqətinə görə təşəkkür edirəm. Məmnuniyyətlə sizin müzakirələrə qatılaram.

Fevral 23, 2008 13:05

13
Defne yazıb:

Vüsal bəy bu dəfə salam əvəzinə Maşallah deyim.
Türklər demişkən 41 kərə Maşallah. Elə operativ və məhsuldar işləyirsiniz ki bloqunuzdaki yazilari oxumağa belə çatdirmaq olmur nəinki şərh yazmağa. Və burdakı az bir qism gənclərin bu yazıya belə reaksiya vermələrinə də Maşallah. Cox qismin başı adətən internetdəki çatlaşma otaqlarında və…. saytlarda qarışır.

Amma bu yazı sıradan bir yazı deyildi. Hamımızın içini bir Qarabağ nisgili didir.
Əvvəlcə bu fikrinizi tamamilə dəstəkləyirəm- biz niyə gedib orda yaşamayaq? Amma görək ki Qarabağlılarin hamısı öz yerlərinə qayıtmaq istəyəcəklərmi? Bu gün Bakıda əlini harasa ilişdirib çörəkpulu çıxara bilən heç kəs “rayona gedib palçıqla oynamaq” istəmir. Bu təkcə qarabağlılarin problemi deyil. Millətin təfəkkürü aşılanıb, korlanıb. Bu başqa mövzudur.

Demək istədiyim odur ki, nəinki təkcə qarabağlılar biz-başqa bölgələrin gəncləri niyə də gedib Qarabağda yaşamayaq? Bu indi bir neçə rayon sakinin davası deyil axı bütöv bir millətin namus məsələsidir.

Tutalim ki oraya qayıtdi Afət xanımın həmkəndliləri və onlar yaşda digərləri...Onların ömrü öz köhnə yurdlarının evlərinin xarabaliqlarına ağı deməklə başa çatacaq. Vəssalam. Qarabağa yeni təfəkkürlü və bir az da qeyrət hissi millət və təssübküşlik hissi olan GƏNCLƏR gedib yaşamalıdır. Ona görə ki uzunmüddətli planlar qurmaq və həyata keçirməyə enerji lazımdır. Gələcək planlar üçün də bugünkü gənclərin dünyaya gətirib tərbiyə verdiyi gələcək nəsillər lazımdır. Bu məsələsini Günel Mövluda həvalə eləmək olmaz.

Sadaladığınız məsələlərdə bizim onları üstləyə biləcəyimizin cavabı da ürəkaçan olmayacaq. Millət olaraq bizim İlahidən bəxş olunmuş yaxşı parametrlərimiz var. Amma biz onları üstün tutmağı bacarmırıq.
Birinci hissənin sonu

Fevral 23, 2008 17:25

14
Dəfnə yazıb:

Hörmətli Qonaq və Akbar.
Hansl hökumətin hansı siyasətindən dəm vurursunuz? Hökumətin regional siyasəti olimpiya kompleksi tikməkdən o tərəfə keçmir hələ ki.
Azərbaycanın neftindən hansı regionumuz yararlana bilir? Lap elə qazımızı Gürcüstan və Rusiya vətəndaşlari yandırıb qızınır. Bizimkilər də soyuqdan və acından Baklya axışır. Bu millətin haqqı çatır axi bu torpağın sərvətlərinə. Amma sərvətin gəliri kazinoya, filan müğənninin klipinə, bir-biri ilə bəhsə girib daha bahalı maşın almağa sərf olunur. Kəndlərimizə qaz borusu şəkməyə pul tapılmır.

Fevral 23, 2008 18:35

15
Dəfnə yazıb:

Nurlan sevindiricidir ki Amerikaya gedən gənclər Azərbaycanı düşünür onun dərdinə qalır. Siz burda olmayani o qədər sular axıb ki. İndi Bakının qızlari dəyişib. Bizim məhəllədə bir ev var-2 mərətəbəli, mansardalı. Yiyəsi xaricilərə kirayə verir-yüksək qiymətə. Sözüm bunda deyil. Bir ilə yaxındır ki burada bir keçəl, keçisaqqal alman yaşayır. Keçən həftə səhər saat 7-40 radələrində uşağı məktəbə yola salırdım. Bu qapı açıldı-təxminən 20 yaşlarında bir qız -(azərbaycanlı qız) qapının arasından başını çıxarıb ətrafa boylandı. Sonra da paltosunun kəmərini dartişdırıb düzəldi yola.
Bəli çox ağırdır, aşrılıdır. Amma faktdir. Yəqin k,i Vusal deyən çin şıxsa bu dəfə erməni qızları deyil də, bizim qızlar erməni biznesmenlərini bir-birinə vuracaq.

Fevral 23, 2008 20:06

16
Afet yazıb:

Defne,

Menim kendchilerim burda da super yashamirlar. Onlar burda da zehmet chekirler, heyvan saxlayirlar, yer ekirler, ev tikirler, chorek bishirirler... Sadece, onlar burada elektrik, qaz, krantda su, avtobus, mashin yolu, eylence yerleri gorubler. Ve men qarishiq hamimiz eminik ki, hetta tekce Qarabag deyil, Goyche, Borchali, lap ele Cenubi Azerbaycan da bu Azerbaycan Respublikasina birleshse(goreydik o gunleri, Ilahi) yene de tek indiki yox, istenilen Azerbaycan hokumeti bu rahatliqlari orda yaratmayacaq. Kendlerde tikilen yeni mekteblerde tualet tikilmir, chunki kanalizasiya sistemi yoxdur, ushaqlara Dunya Banki hesabina kredit goturub gic-gic kurrikulumlar hazirlayana qeder, kredit goturub kendlerin temizliyine, rahatligina chalishmaq lazimdir. Ele etmek lazim deyil ki, ushaq oxuyub oradan qachmaq arzusu ile boyusun.

Bir de tekce bizim kend 20-ci esrde 2 defe qachqin dushub. Camaata qarantiya lazimdir. Qarantiya lazimdir ki, sen ozunu qoruyacaqsan.

Fevral 23, 2008 20:57

17
Defne yazıb:

Afət xanım,
əvvəlcə onu deyim ki Allah qismət eləsin-Azərbaycanimız bütöv və böyük olsun! Biz də o günü görək.

Onu demək istəyirdim ki sizin yerliləriniz, yəni evinin həsrətini şəkən yaşlı insanlarin Qarabağa qayitmasinin Vüsalın nəzərdə tutduğu böyük planlara bir faydası olmayacaq. Oraya Vüsal, sən, Nurlan menim kimi düşünənlər getməlidir. Orda bu təfəkkürdə olan və çətinliyi gözünə alıb ideya uğrunda savaşa hazir olan gənclərimiz məskunlaşmalıdır. Gələcək nəsilləri də o ruhda tərbiyələndirib böyütməliyik.

Bizim qismətimizə hökumətin qarantiyası yazılmayıb. Keçən yüzilliyə nəzər salaq-ya Turkiyə ordusu gəlib dadımıza çatib ya da Rusiya qoşunu "bizi xilas" eləyib.

İsmayıllı rayonunda bir İvanovka kəndi var. Sadə rus kəndliləri özləri üçün bir ada yaradib rahat yaşayirlar. Hər şəraitləri də var. Bizim bugünkü gənclər də Qarabağda belə adalar yarada bilsək. Ama ortada onsuz nəğd da heç nə yoxdur.

Fevral 23, 2008 22:16

18
Afet yazıb:

Baxin, onu yaxshi xatirlatdiniz. Biz mekteblere monitorinqe gedende hirsimden ozume yer tapa bilmirdim. Ismayillinin azerbaycanli kendleri ile Ivanovkanin arasinda Azerbaycanla Isvechre arasindaki qeder ferq var. Sebeb odur ki, sad ... orada bizimkiler yashamir

Fevral 24, 2008 12:13

19
Defne yazıb:

Afət xanım
Unutqanlıq millətin humanistliyindən yox, tənbəlliyindən və siz demiş cahilliyindən irəli gəlir. Biz ağız yummağı yumruqla qarşıdakından daha bərk qışqırmaqla, şərləyib tutdurmaqla və digər belə axmaq üsullarla. Bizim tərbiyə oluncağımıza dərin bir şübhəm var. Hər şeyin pis tərəfindən yapişmaq iliyimizə işləyib.
Bax neft Norveçə -həm dəvlətinə həm də xalqina nə gözəl günlər gətirib Bəs bizə nə verdi? Bir qrup məmura milyardlar və harınlıq c.
Bəs Bakı nəyi yaxşı gündədir? Bakının toz-torpağından Allahın təmiz havasini da udmağa həsrətik.Yağış yaşda qarda ölkənin mərkəz-deyilən şəhəri iflic olur. Bu harasıdır? Şəhərin mənəvi ab-havası daha da bərbad gündədir. Bu günlərdə zeytun ağaclarını kəsildiyini çəəkən “Azadlıq” qəzetinin əməkdaşını qlə döyüblər ürəkləri soyumauıb fotoaparatın ipi ilə boğublar da.


Fevral 24, 2008 13:48

20
Akbar yazıb:

Men heckimin terefinde deyilem ve dediyim kimi qarabag meselesinden den biz cox ugurlu formada cixa bilerik. bir sebebdenki indiye kimi kimse kiminse senedini imzalayibsa o demek deyilki hami o senede 100% emel edir. Azerbaycan avropaya nefr satir BP kimi boyuk shirketler Azerbaycana milyardlarla dollar pul investitsiya edib ve onlar burda muharebi bashlamsini hec istemirler. Birdeki Mink qurpu ne NATO-du ne bashqa bir gucu olan bir beynalxalq teshkilat onalrin sozune qulaq asmasan maksimum edecekleri bir iki soz demek olacaq ve hec kimde donur dovlet olan Azerbayacnadan el cekmek istemir Men yenede vurgulayiram Her shey Azerbaycan hakimiyyetinin elinddir onlar eger addimlarini duz atsalar lap ermeniler bir yerleri ile divara dirmashsalarda Azerbaycana hec bir shey ede bilmizler.

Dəfnə xanim six gorurem cox patriot oldugunuz ucun ele hey gileylenirsiz amma neyise duzeltmek ucun ona gore calishmaq lazim di O da herenin oz elinde de ele indiki hakimiyyetde dunya dagilana kimi orda olmaycaq eger Azerbaycan xalqi bu wshi her shey pisdir hami acindan olur ne bilim soyugdan olur sozleri ile yasha bir azdan deyceyik ki ne bilim bizim kosmosda niye raketimiz yoxdu filan...
Yaxshi bir soz var " Olumden bashqa hersheye care var"

Fevral 25, 2008 10:16

21
Ilqar yazıb:

Tam semimi deyirem- mutleq MUHARIBE eleyib almaq lazimdir Qarabaqi.
Adini ne isteyirsen qoy-danishiq yolu barishiq yolu tereflerin sulh yolu ile razilashmasi- bunlar hamisi bosh sheydir. Lap ele qaytarsalar da lezzet elemeycek. Hemishe bashimiza qaxinc olacaq-illerle esrlerle.

Birce anliq fikrinize getirin - muharibeni udmushuq torpaqlarimizi almishiq ve qeri qayidiriq. Qalib esger kimi! Bashimizi dik tutub qayidiriq. Lap ele hansimizsa shikest olmushuq - men qolumu sen ayaqini o biri bashqa yerini itirib. Amma lezzet eleyir - biz shikest olsaq da ermeniye qalib gelen esgerlerik-illerle yetim qalan yurdlarimizi geri alan QEHREMANLARIQ. Bu sehneni sadece dushunmek qanimi coshdurur!

Fizulide bizimkiler minalarin yerini tapmaq ucun bele bir yola el atirdilar. Eshsheyi qabaqa buraxib dalinca gedirdiler. Heyvan harda dayanirdisa qabaga getmirdise bilirdiler ki yaxinliqda mina var. Yaxshi tecrubedir. Gerek bir oblava kecirdesen bizim qizlari yigasan bir poezde gonderesen minali yerlere. Onlar Allahin uzunqulaqi qeder de agillari kesmeyecek ki harda mina var.

Bu dediyim Defnenin Nurlana yazdigi sherhdeki qizlara aiddir. Zehrimar yashil kagiz parcasina gore ingilisin almanin ayaqqabisini da yalayan ……


Fevral 25, 2008 12:47

22
Defne yazıb:

Akber bey
bu hec de patriotluq ve deyingenlik gostericisi deyil.
Agli bashinda olan her bir normal vetendahs oz olkesinde ve ne bash verdiyini gorur. Bu hakimiyyetin getmesi guya neyi deyishecek ki? Hakimiyyete gelen her hansi bashqalari da avropa olkelerini neft shirketlerinin imvestisiyalarini ve milyardlarla pul gelirlerini ustun tutacaqlar.
Menim dediyim odur ki milletin tefekkur terzini dushuncesini deyishmek lazimdir. Oz torpaqlarimizi saxlaya bilmedik qeri qaytara bilmirik kosmosda raket saxlamaq haramiza yarashir?

Fevral 25, 2008 22:03

23
Azadə yazıb:

Bravo Ilqar. Bütün oğlanlarımız sənin kimi olsaydi!!!!!! mad

Fevral 26, 2008 14:17

24
Bayraqdar yazıb:

iki bag elli otaq neyme gereydir Qarabag
bura derya ora dag neyme gereydir Qarabag
grin grin grin grin

Mart 2, 2008 17:08

25
Vətənə-daş yazıb:

Herkes burda gozel fikirler yazib.
Dunyaya, birazca dunyamizdan uzaqlaşıb baxsaq gorerik ki, ne Qarabagı sülhnen, nede doyüşnen almaq oqeder de asan deyil. Ona gore de bizlerin, esasen de genclerin el-ele verib çooox, ama çoox çalişmamız lazimdir...Herkese uğurlar confused

Mart 4, 2008 1:47

26
Peri Sherifli yazıb:

Ciddi sekilde tebligat aparib gece-gunduz calismaq lazimdir.Amma lap evvel Qarabagdan deyil,ele məhs Bakıdan "qarşılarında baş əydiyimiz hörmətli erməniləri" qovmaq lazımdır.

Mart 7, 2008 21:04


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha