Blog Haqqında

Ölkənin içində və dışında olub-bitənlərə çoxları ELƏ baxır. Amma BELƏ də baxmaq olar. Və bəlkə də belə daha düzgündür. Təki elə-belə baxmayın. Hərçənd, necə baxsanız da, göz ancaq sahibinin bilgisi qədərincə görür!
P.S.
Dostlar, bir halda ki, əziyyət çəkib, bura qədər gəlib, hətta yazıları da oxumusunuz, onda daha keçib, şərh də yazın. Qoy aramızda virtual dialoq yaransın.
* * *
İnsanlar adətən ildə 3-4 dəfə düşünürlər. Mənim başqalarından fərqim heç olmasa 3-4 gündən bir düşünməyimdir.
A.Onassis, milyarder
***
"Великие дела вершатся не сверхусилиями, а упорством".
Елена Блаватская
***
Безумен тот, кто ожидает различных результатов, делая одно и то же снова и снова.
Альберт Эйнштейн
***
Либо Вы - часть решения, либо – часть проблемы!
Элдридж Кивер, американский специалист по менеджменту
***
"Мнение не бывает ни истинным и ни ложным, а лишь полезным в жизни или бесполезным."
Шри Ауробиндо
***
"Звезды не боятся, что их примут за светляков."
Рабиндранат Тагор
Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
Dost bloglar
Açar sözlər
rüşvət abş mentalitet qarabağ ermənistan inqilab milli rusiya seçki eurovision ayı toy 80/20 səmimiyyət film nifrət liberalizm bahalaşma qafqaz arxetip
Sayqaç
İndi blogda: 20
Keçən ayın hiti: 10623
Dünənki hit: 438
Bugünki hit: 234
Ümumi hit: 115134
Müxtəlif
XOCASIZlıq
Dünya nəyi soyqırım sayır və nəyi saymır
Hər dəfə Xocalı faciəsinin ildönümü yaxınlaşanda eyni şeylər təkrarlanır: eyni tədbirlər keçirilir, eyni sözlər deyilir, eyni suallar verilir... Həmin suallardan biri də belədir: axı niyə Dünya Xocalı soyqırımını tanımır? (Qəribəsi odur ki, bunu Dünyadan yox, özümüzdən soruşuruq)
Hərçənd, bizdə bu sual ritorik qoyulsa da, ona ritorika kimi yanaşmaq düzgün deyil. Çünki “soyqırım kimi tanımaq” beynəlxalq hüquqi aktdır, hüquq elmi isə ritorikanı sevmir. Və məsələyə məhz bu tərəfdən yanaşanda bəlli olur ki, təəssüf, amma nə qədər acı da olsa, Dünya Xocalı faciəsini soyqırımı kimi tanımayacaq. Gəlin, niyəsinə baxaq.
Beynəlxalq hüquqda “soyqırım” kimi tövsif olunan hərəkətin tərifi belədir: BMT-nin “Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması Konvensiyası”nın (Convention on the Prevention and Punishment of the Crime of Genocide) I maddəsində bildirilir ki, “Hər hansı bir milli, etnik, irqi və dini qrupun TAMAMINI VƏ YA BİR HİSSƏSİNİ
(a) qətlə yetirmək,
(b) sağlamlıqlarına və ya mənəviyyatlarına ağır ziyan vurmaq,
(c) nəsilartırma qabiliyyətini zorla ləğv etmək,
(d) uşaqlarına zorla başqa milliyyəti qəbul etdirmək,
(e) həyat şəraitini tələf olacaqları həddə qədər pisləşdirmək,
(f) və sair yollarla
məhv etmək niyyəti soyqımı sayılır”.
Burada əsas hüquqi nüans “tamamını və ya bir hissəsini” sözünün altında gizlənir. Əlbəttə, faciənin böyüyü-kiçiyi olmur, sadalanan məqsədlərlə hətta bir insanın öldürülməsi belə, ağır cinayətdir. Amma, hər halda, “tamamını və ya bir hissəsini” nə deməkdir?
Bu son dərəcə mübahisəli məqamın, hər halda, hüquqi təyini var. Keçmiş Yuqoslaviyada genosid törədilməsi iddiası ilə qurulan beynəlxalq tribunalda (The International Criminal Tribunal for the Former Yugoslavia , 2001, avqust) buna aydınlıq gətirib. Tribunalın çıxardığı hökmün (Trial Chamber I - Judgment - IT-98-33 (2001) ICTY8) 8, 9, 10 və 11-ci paraqraflarında göstərilir ki, “tamamən və ya qismən” (in whole or in part) deyəndə, “millli, etnik, irsi, dini qrupun (SUBSTANTİAL) hissəsinin qətlə yetirilməsi nəzərdə tutulur”. İngilis dilidən tərcümədə substantial – əsas, vacib, ciddi, həlledici kimi mənalar verir.
Daha sonra hökmdə oxuyuruq: “Qətlə yetirilən şəxslərin miqdarı yox, onların etnik qrupun ümumi sayına nisbəti əsas götürülməlidir”. Yəni mahiyyət budur ki, əgər hər hansı qırğın milli, etnik, irsi, dini qrupun MÖVCUDLUĞUNUN DAVAM ETMƏSİNİ TƏHLÜKƏ ALTINDA QOYARSA, onda soyqırımı sayılır. Əks halda – bu, “massacre” (qırğın, rusca: резня ) sözüylə ifadə olunur.
Bəli, Xocalıda baş verən faciə çox ağırdır, insanlığa qarşı törədilmiş cinayətdir, vəhşilikdir, amma beynəlxalq hüququ termin olan “genoside” təyininin əhatə dairəsinə düşmür, dünya üçün o, “massacre” sayılır. Əgər Xocalı qırğını RƏSMƏN soyqırımı kimi tanınarsa, bunlar da tanınmalıdır:
- Serblərin xorvat Paveliçin faşist rejimi tərəfindən qırılması (1941-44);
- SSRİ-də Şimali Qafqaz xalqlarının Orta Asiyaya köçürülməsi;
- Pol Pot rejiminin 3 milyon kambocalını öldürməsi (1974-79);
- Ruandada xuti qəbiləsinin 800 min tutsini qətlə yetirməsi (1994);
- Serblərin Bosniyada 8 mindən çox müsəlmanı qırmaları (1995).
Bu, hələ çox natamam siyahıdır. Və əgər dünya bunları rəsmən tanımayıbsa, bizim Xocalıyla bağlı ritorikalarımız yersizdir. Demək, nəticəyə nail olmaq üçün təbliğatı başqa istiqamətdə qurmaq, məsələni başqa cür qoymaq lazımdır. Biz Xocalını soyqırım kimi yox, erməni vəhşiliyinin, barbarlığının nəticəsi kimi dünyaya tanıtmalıyıq. Bu halda nəticə daha realdır.
Yazar: Vüsal Məmmədov @ Fevral 26, 2008 15:29 | "analiz" | Şərhlər(22)
Baxış sayı: 375
Açar sözlər:
![]()
![]()
![]()
Vusal, menim uchun agrili olan bir shey de ozumuzun-ozumuzu aldatmamizdir.
Xocali soyqirimi deyil! Faciedir. Soyqirimini bir kendin adi ile deyil, xalqin adi ile bagli olur. Diger terefden, Xocalida bash verenler ozumuz de bilirik ki, rus polkunun birbasha ishtiraki ile toredilib.
Umumilikde ermenilerin toretdiyini ise soyqirimi kimi subut elemek uchun elimizde subut chooox azdir.
Fevral 26, 2008 16:08
Salam Afət.
Tamamilə haqlısan.
Mən də elə neçə vaxtdır məhz onu deyirəm (və axırda da sübut etməyə çalışdım) ki, Xocalı soyqırımı deyil, qırğındır. Beynəlxalq terminologiyada buna GENOCİDE yox, MASSACRE deyirlər.
Bizimkilərsə hər dəfə özlərinə əl qatır ki, niyə dünya Xocalı soyqırımını tanımır? Çünki dünyanın qəbul etdiyi terminoligiyada bu, SOYQIRIMI sayılmır.
Soyqırımı o vaxt sayılardı ki, Xocalı qırğını Azərbaycan xalqının mövxudluğunun davam etməsinə təhlükə yaratsın. Amma belə deyil axı. Nə qədər acı da olsa, qəddarlıqla, vəhşiliklə də olsa, 631 nəfərin qətli 8 milyonluq xalqın mövcudluğuna təhlükə yaratmır.
Ona görə də həqiqətən, gələn, özümüz-ğzümüzü aldatmayaq və REAL İSTİQAMƏTLƏRDƏ NORMAL İŞLƏYƏK.
Fevral 26, 2008 16:19
Eslinde 631 yox, Aygunun bloqunda da yazdigim kimi umumi itkinlerle, esirlerle, sonradan vefat eden yaralilarla 2100 nefere yaxindir say.
Bizimkilerin soyqirimi qishqirmaqlari ise kenardakilari sadece olaraq bu hadiseye goz yummaga sovq edir, her sheyi bu cur shishirtdiyimizi dushunmeye esas verir.
belke ele bunun ozu de hansisa "vetenseverimizin" siyasetidir
Fevral 26, 2008 17:32
Afet yazıb:
VOnu qeyd edim-HEYİF Kİ SƏN AZƏRBAYCANDA DOĞULMUSAN!
buna şərh olaraq demək istəyirəmki heyifkiyox yaxşıki. niyə özümüzə qarşı belə pissimistsiz. Şükürki bizimdə belə düşüncəli, qabiliyyətli insanlarımız var. İnşa Allah daha artarlar..
Yazıdakı faktları oxuyandan sonra isə mənim məsələyə münasibətim dəyişdi..
Fevral 26, 2008 21:28
Mən başa düşmürəm, biz nə vaxtsa Xocalını rəsmən soyqırım kimi tanıtmaq istəmişik ki?
Bizim dilimiz belə öyrəşib, bunnan əlavə, heç qətlə yetirilənlərin sayları konkretləşməyib, kimdi burda soyqırımını dünyaya çatdıran
Fevral 27, 2008 7:12
Gurbanov
onda artiq sozler neye lazim? qoy derdimizi chekek, hecne ede bilmiriyse !??????????????
Fevral 27, 2008 9:17
Salam. Yazi maraqlidir. Bezi sherhler de... Vusal, "Genoside" yoxsa "Massacre" movzusunda haqlisan. Amma, Afetin "Xocali soyqirimi deyil! Faciedir" cumlesinin hansi mentiqe esasen dushunulduyunu bilmirem. Chunki, Soyqirim hem de faciedir de
Azade ise, "HEYİF Kİ SƏN AZƏRBAYCANDA DOĞULMUSAN!" deyir. 700 il evvel Azerbaycanda dogulmadan Azerbaycanca she'rler yazmish Alman Bluz Hovanez, Erzingatsi ve diger Alman shairlerin varligindan ve yaradiciligindan xebersizcesine...
Fevral 27, 2008 18:17
Salam, Tural.
Bloquma xoş gəlmisən. Bundan sonra da şərhlərini gözləyəcəyəm.
Bluz Hovanez və Erzingatsi mən də tanımıram. Və inanmıram ki, onlar Azərbaycanda doğulmaq istəyərdilər. Çünki 700 il əvvəl buralar elə də yaxşı gündə deyildi: Çingiz gedirdi, Teymur gəlirdi, hamısı da bizi əzib-keçirdilər.
Fevral 27, 2008 19:07
Lənət şeytana, bu şərhlərin yeri niyə yenə həftəbecara döndü? Patriotluq edib öz ölkənin blog sistemini seçirsən, axırda da belə!
Bir dəfə adminstratora müraciət etmişdim, gərək yenə edim...
Fevral 27, 2008 19:13
Xosh gorduk Vusal. 700 il evvel Chingiz gedirdi, Teymur gelirdi. Amma, her halda Almaniya da qanunlar referendumla qebul olunmurdu
Teymur gelende Bizde Riyaziyyat, Astronomiya, Cografiya, Tebiet ve Tebabet elmleri ozunun en yuksek seviyyesini yashayirdi, almanlar ise ibtidai icma qurulushuyla vidalashirdilar![]()
Fevral 27, 2008 21:55
Niyə ibtidai icma quruluşu ilə?
O vaxta artıq germanlar bir neçə imperiya qura bilmişdilər. Bavariyada o dövdə tikilən cəngavər qəsrləri indi də bütün Avropaya yaraşıq verir.
Bəs bizə nə qalıb Qız qalasından başqa?
Tural, bilirəm nəyə işarə edirsən: "Bizdə yüksək mədəniyyət olanda avropalılar hələ tövlədən çıxmamışdılar..."; "Onlar hər şeyi müsəlmanlardan öyrəndilər..." Səmimi bir etiraf edimmi? Qarnım tox mənim bu sentensiyalara! VƏ ƏGƏR ALMAN, YOXSA AZƏRBAYCANLI OLMAQ ÖZ İRADƏMDƏN ASILI OLSAYDI, MƏN BİRİNCİNİ SEŞƏRDİM! Əminəm ki, elə sən də!
Fevral 27, 2008 23:39
Salam Fanfan! Bloquma xoş gəlmisən!
Sənə qəlbində gedən yenidənqurma işlərinin qısa vaxtda uğurla başa çatmasını arzulayıram!!!
Fevral 27, 2008 23:42
Dərdini çəkənnən mənim nə işim. Deyirəm bizim heçvaxt belə bir istəyimiz olmayıb axı.
Fevral 28, 2008 1:56
Indi de abidelerimizi sayim?) Alman olmaq istemezdim. Onlarin rengi xoshuma gelmir)) Men memnunam milliyetimden) Milletimden olmasan da...
Fevral 28, 2008 13:41
Vüsal Məmmədov cox sagol, amma qelbimde yenidenqurma ishleri getmir, neden bele arzular?
Gurbanov, bizim yeni kimin?? anlamadim, neyse qardashim, spor uzandi, cox danishmaqdan xoshum gelmir, bagishlayinki meni sehf anlamaga sebeb verdim.
Davam edin, belkem bir shey duzeler.
Fevral 29, 2008 11:44
salam qardaş, şərhlərdə olan problem artıq düzəldi. ![]()
"Patriotluq edib öz ölkənin blog sistemini seçirsən, axırda da belə!"
biz sizi çox sevirik.
inşallah tezlikcə sistemdə yeni imkanlarımız olacaq, o zaman tezlikcə gələcək ki bütün sistemlərdən millət bura gələcək.
Beta versiyasında həmişə buglar olar və sizdən bu bugi bizə bildirdiyinizə görə təşşəkür edirəm.
uğurlar
Fevral 29, 2008 12:28
Salam Fərhad!!!
Əvvəla, şərhlərin sırası problemini düzəltdiyinə görə sənə təşəkkürlər! İnan ki, çox əziyyət verirdi adama. Bilmirdin hansı cavab hansı fikirlə bağlıdır.
Əlbəttə, istənilən proqramın beta-versiyasında səhvlər olur. Bunsuz mümkun deyil. Sağ ol ki, belə peşəkər və çevik reaksiya verdin və səhvi aradan qaldırdın.
İkincisi, həm də ona görə Çox sağ ol ki, Azəriblog-u yaratmısan. Şübhəsiz ki, bu xidmət milli web-məkanın inkişafında böyük rol oynayacaq.
Həmişə bacardığım hər köməyi etməyə hazıram.
P.S.
Bu təhlükəsizlik kodunun da asanlaşdırsan, lap əla olar! Düz yazanda belə, getmir.
Uğur olsun!
Fevral 29, 2008 15:24
Salamlayıram hamınızı. Maraqlı mövzu və şərhlər oxudum. Bir neçə qeydim var. Əvvəla Vüsal beyə təşəkkür edirəm ki, mənalı və maraqlı yazılarla bizləri məlumatlandırır.
İkincisi yazının adı diyəsən texniki səhv olaraq gedib. Xocalısızlıq olmalı idi, olsun elə türk qardaşlarımız demişkən bizlər həmçinin "xoca"sızıq!
Dostlar dünyanın Xocalını soyqırım kimi tanıması üçün bunu ilk növbədə biz etməliyik. Yəni üstündən 16 il keçməsinə baxmayaraq, hələ də Milli Məclis Xocalıya siyasi qiymət verməyib. Keçən il nəsə cəhd elədilər amma alınmadı.
Bir də Tural bəyin dediklərinə deyinmək istəyirəm. Sadaladığı şairlər erməni əsilli çairlərdir və o da doğrudur ki, türkcə şeirlər yazıblar. (Azəri türkcəsində) Vüsal bəyin alman olmaq istəməyi isə məni təəccübləndirdi. Mən hal-hazırda Almaniyada yaşayıram və 7 ilə yaxındır mühacirətdəyəm. Amma hər millət olaram almandan başqa
Hər bir millətin çatışmayan cəhətləri var. Bunu dəyərləndirmək və hansısa milləti pisləmək bizə yaraşmaz.
Vüsal bəy, gəlin razılaşaq ki, bizə sırıdılan tarix də, yazılan tariximiz də hamısı saxtadır. Biz öz keçmişimizi, kimliyimizi bilməyən bir xalqıq. Bunların da səbəbkarı məhz özümüzük. Kim olmuşuqsa olmuşuq. Çalışaq bundan sonra nəsə edək və kimsə olaq!
Uğurlar!
Fevral 29, 2008 20:29
Həbib, xoş gördük!
Bloquma xoş gəlmisən. Bundan sonra da şərhlərini gözləyirəm.
Alman olmaq istəyimə gəlincə... Yaxın günlərdə bir yazım olacaq, onu oxuyun, dostlar, mınim fikirlərim onda daha aydın olacaq.
Allah amanında!
Mart 1, 2008 19:22
Əqraba mənə bir şey maraqlıdır ki görəsən bizi MİLLƏT olaraq birləşdirən nəsə varmı bu həyatda?Xocalı soyqırımdır ya faciədir?Filankəs dahidir dahi deyil?və.s
biz oturub bunları müzakirə edirik ermənilər isə iş gprür eeeeee uje 26 ölkə rəsmən taniyir ermeni soyqırımını
Ay Afət xanım(gözəl adın var bu adı daşımaq lazimdi
) necə olur ki errmənilər suriyaya köçürüləndə bir ne qeder insan tələf olur bu soyqırım olur amma Xocalı yox????? Birdə ki XOCALI təkca Xocalının adı ilı bağlıdır ya BÜTÖV AZƏRBAYCANIN?ona qalmış elə bir soyqırım yoxdur ki bütün xalqın adı ilə bağlı olsun yəni ki bir xalq ümumiyyətlə tarixdən silinsin
heç yəhudilərin gitler tərəfindən qirilmasida soyqırım deyil çünki bütün yəhudilərin adiyla bağlı deyil ki bu gün də yəhudilər dünyani qeyri-rəsmi idarə edir
Mart 4, 2008 12:40

Vüsal bəy Vallah halaldı.
Heç 10 dəqiqə olmadı ki, cıxdım bura təkrar qayitım. Belə gözəl yazını nə
vaxt qoymağa imkan tapdın?
Bunu heç bir ANS-çi tapa, araşdıra və yaza bilməzdi....
Şərh yazmağa bir söz tapa bilmədim.
Onu qeyd edim-HEYİF Kİ SƏN AZƏRBAYCANDA DOĞULMUSAN!
Fevral 26, 2008 15:39